Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi


DAŞIMA MODELLƏRİNİN NÖVLƏRİNİ SADALAYIR



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə7/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   2   3   4   5   6   7   8   9   10   ...   80
dasima-modellari

 1.1. DAŞIMA MODELLƏRİNİN NÖVLƏRİNİ SADALAYIR
DAŞIMA MODELLƏRİ HAQQINDA ÜMUMİ MƏLUMATLAR


məqsədilə istehsal olunan malların daşınmasıdır. Nəqliyyat yerli və beynəlxalq səviyyədə həyata 
keçirilir və istifadə edilən vasitələrə əsasən siniflərə bölünür:
Avtomobil nəqliyyatı 
- yük və insanların quruda bir nöqtədən başqa nöqtəyə daşınmasıdır. Qısa 
məsafəli nəqliyyatda və ağır məhsulların daşınmasında effektiv sayılan avtomobil nəqliyyatı digər 
nəqliyyat növlərinə nisbətən daha çevikdir, ağır məhsulların nəqli üçün çox uyğundur.
Su nəqliyyatı 
- Tranzit müddəti əhəmiyyətli deyil, üstünlüyü dəniz nəqliyyatının uzun məsafə 
və ağır yük daşınması bu sahədə ən ucuz nəqliyyat metodudur. Əslində su nəqliyyatına növlərinə 
çaylar, daxili dənizlər, göllər və su yolları da daxildir.
Hava yolu nəqliyyatı
- daşınma vaxtının önəmli olduğu, uzun məsafəli və yüngül məhsulların 
nəqlində üstünlük təşkil edir.
Dəmir yolu nəqliyyatı
- gediş dövrü əhəmiyyətli olmasa da, uzun məsafə və ağır mallar üçün 
üstünlük verilən dəmir yolu nəqliyyatı xərcləri baxımından su ilə avtomobil nəqliyyatı arasındadır.
Boru kəmərinin nəqli
- təbii qaz, su, neft daşınması üçün istifadə olunan nəqliyyat vasitəsi. Bu 
nəqliyyat növünə Bakı-Tiflisi-Ceyhan neft boru xəttini nümunə gösdərmək olar. İdarə edilməsinə 
görə yük daşımanın iki modeli vardır:
- Mərkəzləşdirilmiş daşıma modeli;
- Birbaşa daşıma modeli; 
Müasir dövrümüzdə mərkəzləşdirilmiş daşıma modeli daha geniş yayılmışdır. Mərkəzləşdirilmiş 
daşıma modelinin tətbiqi zamanı istehsalçılar daşıma işindən və nəqliyyat müəssisələrinin 
yaradılmasından və onun daima saz vəziyyətdə saxlanması işindan azad olunduğu üçün istehsala 
daha çox vaxt ayırmaq olur. Daşıma prosesində yük göndərilən məntəqədən yük qəbul olunan 
məntəqəyə qədər yükün təhlükəsiz və yüksək keyfiyyətlə çatdırılmasına daşıyıcı nəqliyyat müəssisəsi 
məhsuliyyət daşıyır.
Birbaşa daşıma modelinin üstünlüyü nəqliyyat vasitələrinin növünün yükün xüsusiyyətinə daha 
uyğun seçilməsi və daşıma xəclərinin azaldılmasına nail olunmasıdır. Ancaq müəyyən məqamlarda 
tətbiqində çətinliklər yaranır. Beləki, daşınma məntəqələri arasında məsafə çox olduqda, müxtəlif 
növ nəqliyyat vasitələri tələb olunduqda və ya yükün xüsusiyyətləri nəqliyyatın növünə uyğun 
gəlmədikdə.
Hal-hazırda yük daşımada istifadə olunan dəniz yolu, dəmiryolu, hava yolu, avtomobil yolu 
daşıma modelində istifadə olunan nəqliyyatın və digər növ nəqliyyat vasitələrinin daşımada özünə 
məxsus rolu vardır. Adları qeyd olunan nəqliyyat vasitələrinin hər növü beynəlxalq və ölkədaxili yük 
daşımada iştirak etmə hüququna malik olsalarda , özlərinə məxsus üstünlükləri və çatışmazlıqları 
mövcuddur.

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin