Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə6/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   2   3   4   5   6   7   8   9   ...   80
dasima-modellari

“DAŞIMA MODELLƏRİ” MODULUNUN
SPESİFİKASİYASI
8
Təlim nəticəsi 4: Hava yolu daşınma modelinin xüsusiyyətlərini bilir və daşımanın təşkilini 
bacarır.
Qiymətləndirmə meyarları
1. Hava yolu karqo daşınmasının xüsusiyyətlərini sadalayır.
2. Hava yolu karqo daşınmasının üstünlükləri və çatışmazlıqlarını təsvir edir.
3. Daşınan məhsulların növlərinə görə hava nəqliyyat növlərini qeyd edir.
4. Yükləmə formasına və yükün xüsusiyyətinə görə karqo qruplarını müəyyən edir.
5. Karqonun yüklənməsi və boşaldılması prosesini təşkil edir.
Təlim nəticəsi 5: Avtomobil yolu daşınma modelinin xüsusiyyətlərini bilir və daşımanın 
təşkilini bacarır.
Qiymətləndirmə meyarları
1. Avtomobil yolu daşıma modelinin xüsusiyyətlərini sadalayır.
2. Avtomobil yolu ilə daşınma zamanı üstünlükləri və çatışmazlıqları təsvir edir.
3. Avtomobil yolu daşınması simvol və işarələrini fərqləndirir.
4. Avtomobil yolu daşımasında yükləmə və boşaltma prosesini təşkil edir.
Təlim nəticəsi 6: Kombinə olunmuş və təhlükəli maddə daşınma modellərinin 
xüsusiyyətlərini bilir və daşımanın təşkilini bacarır.
Qiymətləndirmə meyarları
1. Kombinə olunmuş daşımada daşıma modellərini izah edir.
2. Kombinə olunmuş daşımanın üstünlükləri və çatışmazlıqlarını təsvir edir.
3. Boru xətti daşımasının xüsusiyyətlərini qeyd edir.
4. Təhlükəli maddələrin yüklənməsi və daşınması prosesi izah edir.


TƏLİM NƏTİCƏSİ 
1
Logistika yalnız daşınmadan ibarət olmayan mürəkkəb bir prosesdir. Lakin logistik xərclərə 
baxdığımızda xərclərin böyük hissəsinin daşınmaya sərf olunduğunu və rəqabətin əhəmiyyətli 
parçası olduğunu görərik. 
Daşıma - insanların, heyvanların və malların daşıma vasitələri ilə bir nöqtədən digər nöqtəyə 
hərəkəti deməkdir. Bundan başqa daşıma - daşıma vasitələrini, yol əlaqələrini, nəqliyyat vasitələrini, 
eləcədə müxtəlif texniki qurğuları, mexanizmləri və müvafiq tikililəri özündə birləşdirən prosesdir. 
Daşıma - yük göndərən, yükü qəbul edən və daşıyıcı nəqliyyat müəssisələri arasında yerinə yetirilən 
zəhmət və vaxt tələb edən çətin iş prosesidir.
Logistik nəqliyyat daşımalarının fəaliyyininin əsas terminlərinə aşağıdakılar daxildir.
1. Yüklərin yerinə çatdırılmasının proqnozlaşdırılması və təşkili;
2. Daşıma zamanı tələb olunan sənədlərin qeydiyyatı;
3. Daşıma zamanı hüqüqi məsuliyyət;
4. Yükləmə - boşaltma işləri;
5. Daşınan yükün qablaşdırılması və onu anbarda yerləşməsinin təşkili;
6. Nəqliyyat daşıma prosesini optimalaşdırılması;
7. Məlumatlarla təmin olunma.
Logistik nəqliyyat daşıma bəzi əlavə xidmət növlərindən istifadə oluna bilər. Bunlara misal olaraq, 
sığorta prosesinin qeydiyyatı və gömrükxanadan keçmə zamanı tələb olunan sənədlərin tərtibi.
Daşıma vasitələri - boru kəmərləri, konteynerlər, yük altlıqları (paletlər), az və ya çox təyinatlı 
taralardır.
Yol əlaqələri - yüklərin və sərnişinlərin təhlükəsiz daşınması üçün tikilmiş avtomobil yollarını, 
dəmiryolunu, dəniz yolunu, çay yolunu, hava yolunu, kanat yolunu, boru kəmərlərini ifadə edir. 
Tikililər - avtomobil müəssisələrini, texniki xidmət məntəqələrini, anbarları, duracaq 
meydançalarını, vağzalları, aeroportları, limanları, terminalları və yük doldurma və boşaltma 
məntəqələrini əhatə edir. 
Nəqliyyat vasitələri - avtomobilləri, qatarları, gəmiləri, təyyarələri və s. əhatə edir.
Lojistika - göndərmə, saxlama, gömrük rəsmiləşdirilməsi, qablaşdırma, satınalma, müştəri 
xidməti, fond idarəçiliyi və s. Belə bir çox sahələri əhatə etsə də, ən vacib nöqtələr aşağıdakılardır:
Nəqliyyat - müştərilərin ehtiyacı olan bölgələrə və mərkəzlərə ehtiyaclarını ödəmək məqsədilə 
istehsal olunan malların daşınmasıdır. Nəqliyyat yerli və beynəlxalq səviyyədə həyata keçirilir və 
istifadə edilən vasitələrə əsasən siniflərə bölünür:
8

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin