Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə30/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   26   27   28   29   30   31   32   33   ...   74

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.karabakh.az

Cəbrayıl  Əlimuxtar  oğlu  Əzimov 

1926-cı  il  may  ayının  7-də  Bakı 

şəhərində anadan olmuşdur. 

Hələ uşaq ikən rəssamlığa böyük ma-

raq göstərmiş, 1946-cı ildə 15 yaşında 

ikən Əzim Əzimzadə adına Azərbaycan 

Dövlət  Rəssamlıq  məktəbinə,  1947-ci 

ildə  isə  Moskva  Ümumittifaq  Dövlət 

Kinematoqrafiya İnstitutunun bədii de-

korativ  tərtibatçılıq  fakültəsinə  qəbul 

olmuşdur.  Burada  sovet  kinosunun 

görkəmli  rəssamları  F.Boqorodski, 

Y.Pimenov  və  Q.Şeqaldan  sənətin 

incəliklərini öyrənmişdir.

O,  Moskvada  tələbəlik  illərində  öz 

rəngkarlıq əsərləri ilə bir sıra sərgilərdə 

iştirak etmiş, uğur qazanmışdı.

1953-cü  ildə  İnstitutu  müvəffəqiy-

yətlə  bitirən  Cəbrayıl  Əzimov  elə 

həmin  ildə  Bakıya  qayıtmış  və 

“Azərbaycanfilm” 

kinostudiyasında 

quruluşçu  rəssam  kimi  fəaliyyətə  baş-

lamışdır.  Kinostudiyada  ilk  yaradıcı-

lıq işi “Doğma xalqıma” (1954) rəngli 

bədii-sənədli filmi olmuşdur. O, bu film 

üzərində  dostu  E.Rzaquliyevlə  birgə 

çalışmışdır. 

Sonrakı  illərdə  rəssam  “Bəxtiyar” 

(1954), “O olmasın, bu olsun” (N. Zey-

nalovla birgə, 1956), “Qızmar günəş al-

tında” (1957), “Uzaq sahillərdə” (1958), 

“Onu bağışlamaq olarmı” (1959), “Mən 

rəqs  edəcəm”  (1963),  “Romeo  mənim 

qonşumdur” (1963), “İnsan məskən sa-

lır” (1967) və s. filmlərə bədii tərtibat 

vermişdir.  O,  həmçinin  “Şahsənəm  və 

Qərib”filmində  quruluşçu  rəssam  ol-

muşdur.


Onun  müxtəlif  filmlərə  çəkdiyi 

eskizlərə, eləcədə, bu eskizlər əsasında 

filmlərə qurulan dekorasiyalara baxdıq-

da sənətkarın güclü rəssamlıq duyumu, 

hadisələrə  bədii  yanaşma  keyfiyyətləri 

açıq-aydın hiss olunur və onun peşəkar 

kino  rəssamı  olduğunu  bir  daha  sübut 

etmiş olur.

Rəssamı olduğu bədii filmlərdə daha 

çox naturaya üstünlük vermiş, “Görüş”, 

“Qızmar günəş altında”, “O olmasın bu 

olsun”,  “Uzaq  sahillərdə”  filmləri  bu 

qəbildəndir. 

Cəbrayıl  Əzimov  sənətdəki  uğur-

larına görə 1964-cü ildə respublikanın 

Əməkdar rəssamı fəxri adına layiq gö-

rülmüşdür. 

1966-cı  ildə  “İnsan  məskan  salır” 

filminə  verdiyi  bədii  tərtibata  görə 

Ümumittifaq Kino  və Teatr  rəssamları 

sərgisinə,  eyni  zamanda  “Leyli  və 

Məcnun”  filminə  çəkdiyi  eskizlərə 

görə  isə  Azərbaycan  teatr  və  kino 

rəssamlarının kataloquna salınmışdır.

Cəbrayıl Əzimov 1969-cu il iyul ayı-

nın 7-də Bakıda vəfat edmişdir.



90

illiyi

7

Rəssam

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

169

MA

Y

Aydın Əzim Kərimoğlu

1946 

Ə d ə b i y y a t

Bayrağım: oda [Not-

lar] /A.Əzimov.-Bakı, 

1992.-4 s.

Simfoniya [Notlar] 

/A.Əzimov.- Bakı, 2012.- 

57 s.

 Aydın Kərim oğlu 

Əzimov 

//

Azərbaycan 



bəstəkarlarının skripka 

əsərləri: dərs vəsaiti       

/tərt. ed. H.Əliyeva.-

Bakı: Mütərcim, 2014.- 

C.1.- S.22.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

Aydın  Kərim  oğlu  Əzimov  (Aydın 

Əzim Kərimoğlu) 1946-cı il may ayının 

1-də Bakı şəhərində anadan olmuşdur. 

1964-cü  ildə  A.Zeynallı  adına  Musiqi 

Texnikumunun (indiki A.Zeynallı adına 

Musiqi  Kolleci)  nəzəriyyə  fakültəsini 

bitirmiş,  elə  həmin  il  Ü.Hacıbəyov 

adına  Azərbaycan  Dövlət  Konserva-

toriyasının  bəstəkarlıq  fakültəsinə, 

bəstəkar  Qara  Qarayevin  sinfinə  daxil 

olmuş,  1972-ci  ildə  konservatoriyanı 

bitirmişdir.  1976-cı  ildən  Azərbaycan 

Bəstəkarlar İttifaqının üzvüdür.

1968-1996-cı  illərdə  Azərbaycan 

Dövlət Teleradio Komitəsində çalışmış, 

radionun Musiqi verilişləri baş redaksi-

yasında kiçik redaktor, böyük redaktor, 

şöbə müdiri, radionun səsyazma evində 

səs  rejissoru,  baş  rejissor, Azərbaycan 

Dövlət  Teleradio  Komitəsi  bədii 

kollektivlərinin və səsyazma evinin mü-

diri,  “Azərbaycantelefilm”  yaradıcılıq 

birliyinin  baş  məsləhətçisi  vəzifələrini 

icra etmişdir.

1996-cı ilin sonundan Türkiyə Res-

publikası  Mersin  Universiteti  Dövlət 

Konservatoriyasına  işləməyə  dəvət 

olunmuş, 2005-ci ilə qədər orada çalış-

mış,  orada  Bəstəkarlıq  şöbəsini  təşkil 

etmişdir.

2005-ci  ildən  Bakı  Musiqi  Akade-

miyasının  Bəstəkarlıq  kafedrasının 

professoru,  eyni  zamanda  BMA-nın 

elmi laboratoriyasının fəal əməkdaşıdır. 

Azərbaycan  bəstəkarlarının  skripka 

əsərlərindən  ibarət  skripka  və  fortepi-

ano üçün “Sonata-poema” əsərini yaz-

mış və bu 11 illik musiqi və incəsənət 

məktəblərinin  tədris  proqramlarına  sa-

lınmışdır.

 “Həyatın dibində” simfonik lövhələr 

(1991), simfonik orkestr üçün “Böyük 

Romul”  (1992),  “Qaboy  və  vibrafon 

üçün  2  pyes”  (1992),  “Ağılar”  sim-

fonik  quramalar  (1994),  “Qətl  günü” 

(1994), simfonik orkestr üçün 10 əsgər 

marşı  (1996-1998),  Nazim  Hikmətin 

və  Vaqif  Səmədoğlunun  sözlərinə  vo-

kal silsilələr (1997), piano üçün varia-

siyalar (2001) və s. simfonik əsərlərin 

müəllifidir.  Bununla  yanaşı  görkəmli 

bəstəkar  bir  sıra  teatr  tamaşalarına 

(“Həyatın  dibində”  (1991),  “Lənkəran 

xanın  vəziri”  (1992),  “Yayda  qartopu 

oyunu” (1993), “Qətl günü” (1994) və 

s.) və kinofilmlərə (“Daş saat” (1975), 

“Üzeyir ömrü” (1981), “Uşaq və külək” 

(1982),  “Ümid”  (1995),  “Naməlum 

səs” (1997), “Qobustan” (1997), “Əmir 

Teymur” (2003), “Yalan” (2006), “Sirr” 

(2012)  və  s.)  musiqilər  bəstələmişdir. 

“Əmanət”  (1993),  “Yay  gecəsinin  yu-

xusu”  (1995)  və  “Karmen”  (1995) 

müzikllərinin müəllifidir.

Müstəqilliyimizin    ilk  dövrlərində 

Müdafiə Nazirliyinin orkestrinin təşkil 

olunmasında  bəstəkarın  da  əvəzsiz 

xidmətləri  olmuşdur.  Onun  təklifi  ilə 

həmin  orkestrə  milli  alətimiz  olan  on 

zurnaçı daxil edilmişdir. Həmçinin Üze-

yir Hacıbəylinin Azərbaycan Respubli-

kasının Dövlət Himnini bərpa etmiş və 

işləmişdir.

Aydın  Kərim  oğlu  Əzimov 

“Azərbaycan Respublikasının Əməkdar 

incəsənət xadimi” fəxri adına layiq gö-

rülmüşdür. 



70 

illiyi

1

Bəstəkar

Musiqi.Opera.Balet 

170

Teatr.Kino

Soltan Dadaşov 

1906-1969 

MA

Y

Soltan  Baba  oğlu  Dadaşov  (Zaki) 

1906-cı  il  may  ayının  27-də  Bakı 

şəhərində anadan olmuşdur. 

Hələ  gənc  yaşlarından  aktyorluq 

sənətinə böyük maraq göstərmiş, 1920-

1921-ci illərdə Bakıdakı “Mərkəzi fəhlə 

klubu”nun dram dərnəyinin ən fəal üzvü 

kimi  təbliğat  və  təşviqat  briqadalarının 

tərkibində  Azərbaycanın  əksər  rayon-

larına səfər etmişdir. 1923-cü ildə milli 

səhnə mədəniyyətimizi ixtisaslı kadrlar-

la təmin etmək məqsədilə açılmış Bakı 

Teatr  Məktəbinin  (Texnikumunun)  ilk 

məzunlarından  biri  olmuşdur.  1924-

cü  ildə  Milli  Dram  Teatrının  yardımçı 

heyətində  aktyorluq  etmişdir.  1927-ci 

ildə  Moskvada  Mərkəzi  Teatr  Sənəti 

Texnikumunda  oxumuş,  təhsil  aldığı 

illərdə  Böyük  Teatrda  təcrübə  keçmiş, 

A.Popov, A.Petrovski, B.Suşkeviç kimi 

məşhur  pedaqoqlardan  dərs  almışdır. 

1931-ci ildə texnikumu bitirdikdən son-

ra  Azərbaycana  qayıtmış,  Azərbaycan 

Xalq Maarif Komissarlığının sərəncamı 

ilə  Opera  Teatrına  (indiki  Azərbaycan 

Dövlət  Akademik  Opera  və  Balet  Te-

atrı) quruluşçu rejissor vəzifəsinə təyin 

edilmişdir.

Ömrünün  38  ilini  bu  teatra

 

həsr 


edən S.Dadaşov quruluş verdiyi və ha-

zırladığı  tamaşalar  sırasında  “Leyli 

və  Məcnun”,  “Əsli  və  Kərəm”,  “Ko-

roğlu”  (Ü.Hacıbəyli),  “Şah  İsmayıl”, 

“Nərgiz”,  (M.Maqamayev),  “Demon” 

(A.Rubinşteyn),  “Traviata”  (C.Verdi), 

“Boris  Qodunov”  (M.Musorqski), 

“Faks” (Ş.Qunu) və s. əsərlər, müxtəlif 

illərdə Azərbaycan  Musiqili  Komediya 

Teatrında  “Arşın  mal  alan”,  “O  olma-

sın,  bu  olsun”  (Ü.Hacıbəyli),  “Durna” 

(S.Rüstəm),  Gənc  Tamaşaçılar  Teatrın-

da  isə  “Qaçaq  Səməd”  və  başqa  tama-

şalar hazırlamışdır. Rejissorun

 

quruluşu 



əsasında 1938-ci ildə Aşqabad teatrında 

Müslüm  Maqomayevin  “Şah  İsmayıl” 

operası təqdim edilmiş, tamaşa

 

mədəni 



hadisə 

kimi 


qiymətləndirilmişdir. 

Azərbaycan  sirkinin  yaradılmasında da 

böyük xidmətləri olmuşdur. 1967-ci ildə 

sirk  proqramında  milli  folklorumuzun 

bütün gözəlliklərini özündə əks etdirən 

Novruz proqramı hazırlamışdır.

Uzun  illər  pedaqoji  fəaliyyətlə 

məşğul  olan  S.Dadaşov  1934-cü  ildən 

Azərbaycan  Dövlət  Teatr  İnstitutunda 

(indiki ADMİU) dərs demişdir. “Mirzə 

Fətəli  Axundzadə  adına  Lenin  ordenli 

Azərbaycan  Dövlət  Opera  və  Balet  te-

atrı”  və  “Azərbaycan  SSR  Xalq  artisti 

Hüseynağa  Hacıbababəyov”  kitabının 

müəllifidir.

Azərbaycan  Teatrının  inkişafındakı 

əvəzsiz xidmətlərinə görə Qırmızı Əmək 

Bayrağı ordeni və medallarla təltif olun-

muşdur. 1940-cı ildə “Azərbaycan SSR 

Əməkdar  incəsənət  xadimi”,  1958-ci 

ildə isə “Azərbaycan SSR Xalq artisti” 

fəxri adlarına layiq görülmüşdür.

Soltan  Dadaşov  1969-cu  il  sentyabr 

ayının 7-də Bakı şəhərində vəfat etmiş-

dir. 

27

Ə d ə b i y y a t

Azərbaycan teatrının 

“Zaki” təxəllüslü 

rejissoru: Teatrımızda 

ilklərə imza atanlardan 

biri //Azadlıq.- 2012.- 

30 mart.- S.14.

Dadaşov Soltan           

//Azərbaycan Sovet 

Ensiklopediyası.-10 

cilddə.- Bakı, 1979- 

C.3.-S.313.

Fərəcov, S. Teatr sənəti 

tariximizdən: Soltan 

Dadaşov /S.Fərəcov     

//Mədəniyyət.-2012.- 

19 sentyabr.- S.14.

Rəhimli, İ. Dadaşov 

Soltan   //Rəhimli 

İ.Azərbaycan Dövlət 

Akademik Opera və 

Balet Teatrı.- Bakı, 

2008.- S.119-120.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.kinozal.az 

www.mct.gov.az

110  

illiyi

Rejissor


171

171

Milli Qəhrəmanlar 

80 

illiyi

Baxşeyiş Paşayev

1936-1992  

MA

Y

Baxşeyiş  Xanəhməd  oğlu  Paşayev 

1936-cı il may ayının 1-də Ağdam rayo-

nunun Əhmədavar kəndində doğulmuş-

dur.  Burada  orta  məktəbi  bitirdikdən 

sonra  Ağdam  Kənd  Təsərrüfatı  Texni-

kumuna daxil olmuş, 1954-cü ildə tex-

nikumu  bitirərək,  Ağdam  Atçılıq  Sov-

xozunda işləməyə başlamışdır.  1988-ci 

ildə xalq hərəkatına qoşularaq “Qarabağ 

Müdafiə  Şahinləri”  dəstəsinin  ən  fəal 

döyüşçülərindən biri olmuşdur.

Qarabağ  uğrunda  gedən  döyüşlərdə 

böyük  şücaətlər  göstərmişdir.  Ağ-

dam  rayon  Xramort  kəndinin  erməni 

təcavüzkarlarından  təmizlənməsi  za-

manı  xüsusi  fərqlənmişdir.  “Ağsaqqal” 

ləqəbi ilə tanınan döyüşçü peşəkar atı-

cı  olduğundan  quldurların  xeyli  canlı 

qüvvəsini məhv etmiş, dəfələrlə Fərrux, 

Xanabad,  Naxçıvanik,  Aranzəmin 

kəndlərinə  kəşfiyyata  getmişdir.  1992-

ci il Xocalı faciəsi zamanı onlarla dinc 

sakini xilas etmişdir.

1992-ci  il  iyul  ayının  12-də  erməni 

işğalçıları  Xanabad  kəndinə  böyük 

qüvvə  ilə  hücuma  keçmişlər.  Əks  hü-

cumla  başda  Baxşeyiş  Paşayev  olmaq-

la  döyüşçülərimiz  düşmənin  7  postu-

nu ələ keçirmişdir. Lakin gərgin keçən 

döyüşlərdə  qəhrəmancasına  həlak  ol-

muş, Ağdam rayonunun Şəhidlər Xiya-

banında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidenti-

nin 7 dekabr 1992-ci il tarixli 350 saylı 

Fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd 

oğluna ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı verilmişdir.



Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Paşayev Baxşeyiş Xanəhməd oğlu-bölük komandiri- Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc 

əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 

dekabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 24.- S.50.- (Ölümündən sonra).

Abbasoğlu, B. Ermənilərin qənimi /B.Abbasoğlu //Ölərkən dünyaya gələn oğullar.- Bakı, 2004.- S.95-109.

Əsgərov, V. Paşayev Baxşeyiş Xanəhməd oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- 

S.237.

Paşayev Baxşeyiş Xanəhməd oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası; 

tərt. H.Həmidova.- Bakı, 2008.- S.170-171.

Seyidzadə, M. Paşayev Baxşeyiş Xanəhməd oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.183.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az

www.e-qanun.az

1

Milli Qəhrəman

172

MA

Y

18

Milli Qəhrəmanlar 

55 

illiyi

İlham Əliyev 

1961-1990

MA

Y

İlham  Müzəffər  oğlu  Əliyev  1961-

ci  il  may  ayının  5-də  Gədəbəy  rayo-

nunda  anadan  olmuşdur.  Orta  məktəbi 

1978-ci ildə bitirmiş, 1980-ci ildə hərbi 

xidmətə  çağırılmışdır.  1982-ci  ildə  or-

dudan tərxis olunduqdan sonra Gədəbəy 

rayonunda 

Kommunal 

Təsərrüfat 

İdarəsində, sonra isə İsmayıllı rayonun-

da mexanikləşdirilmiş dəstədə çalışmış-

dır.  1983-cü  ildə  Daxili  İşlər  Nazirliyi-

nin  (DİN)  təyinatı  ilə  İsmayıllı  rayon 

Daxili  İşlər  Şöbəsinə  (DİŞ)  qəbul  edil-

miş, bir müddətdən sonra işini Gədəbəy 

rayon  DİŞ-nin  mühafizə  bölməsinə 

dəyişmişdir.  1985-ci  ildə  Bryansk  Xü-

susi Orta Milis Məktəbinə daxil olmuş, 

təhsilini  bitirdikdən  sonra  1987-ci  ildə 

Gədəbəy  rayonunda  sahə  müvəkkili, 

Gəncə  şəhər  DİŞ-də  sahə  müfəttişi, 

sonra  isə  cinayət-axtarış  bölməsində 

əməliyyatçı  vəzifələrində  çalışmışdır. 

Rəhbərlik  tərəfindən  dəfələrlə  mükafat-

landırılmış, “Milis əlaçısı” döş nişanına 

layiq görülmüşdür.

1988-1990-cı  illərdə  erməni  quldur-

ları  müxtəlif  səmtlərdən  Azərbaycanın 

ayrı-ayrı  bölgələrinə  silahlı  basqınlar 

edir, dinc əhalini gülləbarana tuturdular. 

19 avqust 1990-cı il tarixində Qazax ra-

yonunun  Ermənistanla  həmsərhəd  olan 

Aşağı  Əskipara  kəndi  fasiləsiz  olaraq 

erməni yaraqlıları tərəfindən atəşə tutul-

muş və leytenant İlham Əliyev torpaqla-

rımızın müdafiəsinə göndərilmişdir. Ağır 

döyüşdə  qəhrəmancasına  həlak  olmuş, 

Gədəbəy rayonunda dəfn edilmişdir.

Azərbaycan  Respublikası  Preziden-

tinin  6  iyun  1992-ci  il  tarixli  831  saylı 

Fərmanı ilə İlham Müzəffər oğlu Əliyev 

ölümündən  sonra  “Azərbaycanın  Milli 

Qəhrəmanı” fəxri adına layiq görülmüş-

dür.  “Qırmızı  Ulduz”  ordeni  ilə  təltif 

edilmişdir.

Gədəbəy  şəhərindəki  1  saylı  orta 

məktəb  qəhrəmanın  adını  daşıyır. 

Məktəbin önündə İlham Əliyevin büstü 

qoyulmuşdur.



 

Ə d ə b i y y a t

Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Əliyev İlham Müzəffər oğlu - Gəncə şəhəri PDİŞ Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, milis leytenantı - Azərbaycan Res-

publikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik 

və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 6 iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 

1992.- №13.- S.24.- (Ölümündən sonra).

Əliyev İlham Müzəffər oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası; tərt.

ed. H.Həmidova.- Bakı, 2008.- S.60.

Əsgərov, V. Əliyev İlham Müzəffər oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.84.

Seyidzadə, M. Əliyev İlham Müzəffər oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.59.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az

5

Milli Qəhrəman

173

Milli Qəhrəmanlar 

50 

illiyi

Elşad Yəhyayev 

1966-1992

MA

Y

Elşad 


Məmmədhənifə 

oğlu 


Yəhyayev  1966-cı  il  may  ayının  5-də 

Şəki şəhərində  anadan olmuşdur. 

1973-cü ildə orta təhsilinə Şəkidəki 

12  saylı  məktəbdə  başlamış,  lakin 

1977-ci ildə ailəsinin Bakıya köçməsi 

ilə  əlaqədar  olaraq  təhsilini  Xətai  ra-

yonundakı 56 saylı orta məktəbdə başa 

vurmuşdu. 

1984-1986-cı illərdə hərbi xidmətdə 

olmuşdur.  1987-ci  ildə  Saratov  Ali 

Hərbi  Komandirlər  Məktəbinə  daxil 

olmuş,  1991-ci  ildə  leytenant  rütbəsi 

ilə  Vətənə  dönmüşdür.  Elşad  könüllü 

olaraq  DİN-ə  müraciət  etmiş  və  onu 

N saylı hissəyə taqım komandiri təyin 

etmişlər.  Cəsur  komandir  Sırxavənd, 

Naxçıvanik,  Papravənd  kəndlərində 

gedən döyüşlərdə iştirak edərək azğın 

ermənilərə öz şücaətini göstərmiş, xeyli 

qulduru məhv etmişdir. 20 iyun 1992-ci 

ildə Naxçıvanik kəndində gedən qaynar 

döyüşlərdə Elşad xeyli düşməni məhv 

etmiş, lakin qəfil snayper gülləsi alaraq 

qəhrəmancasına şəhid olmuşdur. 

Azərbaycan  Respublikası  Prezi-

dentinin  8  oktyabr  1992-ci  il  tarixli 

264 saylı Fərmanı ilə Yəhyayev Elşad 

Məmmədhənifə  oğluna  olümündən 

sonra “Azərbaycanın Milli Qəhrəmanı” 

adı verilmişdir. Bakı şəhərinin Şəhidlər 

Xiyabanında dəfn edilmişdir. 

Şəki  rayonundakı  12  saylı  məktəb 

qəhrəmanın  adını  daşıyır.  Bakı 

şəhərindəki 56 saylı orta məktəbdə isə 

onun büstü qoyulmuşdur. 

Ə d ə b i y y a t

Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Yəhyayev Elşad Məmmədhənifə oğlu - daxili qoşunların poçta komandiri - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlü-

yünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublika-

sı Prezidentinin Fərmanı, 8 oktyabr 1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra). 

Əsgərov V. Yəhyayev Elşad Məmmədhənifə oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- 

S. 190.

Seyidzadə M. Yəhyayev Elşad Məmmədhənifə oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.218.

Yəhyayev Elşad Məmmədhənifə oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /M.F.Axundov adına Azərbaycan Milli Kitabxa-

nası; tərt.ed. H.Həmidova.- Bakı, 2008.- S.199-200.

İnternetdə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az

www.e-qanun.az

5

Milli Qəhrəman


174

Milli Qəhrəmanlar 

40 

illiyi

İlham Həsənov 

1976-1995

MA

Y

İlham Gülbala oğlu Həsənov 1976-cı 

il  may  ayının  6-da  Ağstafa  rayonunun 

Xətai kəndində anadan olmuşdur. 

1994-cü  ilin  sentyabrında  Milli  Or-

duya  çağırılan  İ.Həsənov  Bakıda  hərbi 

hissələrin birində xidmətə başlamışdır.

1995-ci  ilin  13  martında  bir  qrup 

silahlı  dəstə  xəyanət  yolunu  tutaraq, 

dövlət çevrilişinə cəhd göstərdi. Təbii ki, 

dövlətçiliyimiz naminə bu cəhdin qarşısı 

vaxtında alınmalı idi və alındı da! Artıq 

mart ayının 17-də qiyamçı dəstə təmamilə 

tərksilah  edilmişdi.  Çox  təəssüf  ki,  bu 

çətin  əməliyyat  neçə-neçə  Vətən  oğlu-

nun qanı bahasına başa gəlmişdi. Həmin 

qarşıdurmada  öz  vətəndaşlıq  borcunu 

vicdanla  yerinə  yetirən  İlham  Həsənov 

qarşı tərəfdən atılan güllə ilə həlak oldu. 

Azərbaycan  Respublikası  Preziden-

tinin 4 aprel 1995-ci il tarixli 307 saylı 

Fərmanı ilə Həsənov İlham Gülbala oğ-

luna  ölümündən  sonra  “Azərbaycanın 

Milli Qəhrəmanı” adı verilmişdir. 

Ağstafa  şəhərinin  Şəhidlər  Xiyaba-

nında dəfn edilmişdir. 

Ağstafa rayonunda İlham Həsənovun 

adına küçə var.  



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin