Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə472/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   468   469   470   471   472   473   474   475   ...   484
369
Tarixdə bu gün
95
 illiyi
Azərbaycan Dövlət  Neft Akademiyası 
1920 
  
2015
1920-ci ildə Avropa və Asiyada neft-qaz 
təmayüllü ilk ali texniki təhsil müəssisəsi kimi 
fəaliyyətə başlayan ADNA (Azərbaycan Dövlət  
Neft Akademiyası) bu illər ərzində dünyanın qa-
baqcıl təhsil mərkəzləri səviyyəsinədək inkişaf 
yolu keçmişdir.
1920-ci ildə Bakı Politexnik İnstitutu yaradılmış 
və bu təhsil mərkəzi sonralar Azərbaycan Politex-
nik İnstitutu (1923-1930), Azərbaycan Neft İnsti-
tutu (1930-1934), Azərbaycan İndustrial (Sənaye) 
İnstitutu (1934-1959), Azərbaycan Neft və Kimya 
İnstitutu (1959-1991), Azərbaycan Sənaye Uni-
versiteti (1991-1992) və Azərbaycan Dövlət Neft 
Akademiyası (1992-ci ildən) adı altında neft-qaz 
və digər sənaye sahələri üçün yüksəkixtisaslı 
mühəndis və elmi-pedaqoji kadrları hazırlamışdır.
Neft sənayesi üçün mütəxəssis hazırlığında 
əldə etdiyi nailiyyətlərə görə institut 1931-ci ildə 
Azərbaycan SSR-in “Qırmızı  Əmək Bayrağı Or-
deni” ilə, 1940-cı ildə institut ittifaq hökumətinin 
ali mükafatlarından olan “Qırmızı Əmək Bayrağı” 
ordeni ilə təltif olunmuşdur.
Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi “İns-
titut öz varlığı  ərzində bütün ölkədə ali təhsilin, 
xüsusən ali neft təhsilinin inkişafına sanballı 
kömək göstərmişdir”, “institutun respublikamız 
qarşısında xidmətləri böyükdür”, “institutu bitirən 
kadrlar Azərbaycanın mühəndis-texniki və elmi 
işçilərinin özəyi olmuşdur” sözləri Azərbaycan 
Dövlət Neft Akademiyasının fəaliyyətinə verilən 
ən layiqli qiymətdir.
ADNA-nın 1 milyona yaxın kitab fondu olan ki-
tabxanası, informasiya hesablama mərkəzi, tədris 
vəsaitləri çap edən nəşriyyatı, 7 korpuslu tələbə 
şəhərciyi, 3 tədris korpusu, tələbə poliklinikası və 
xəstəxanası, idman kompleksi, Nabranda istirahət 
zonası vardır.
Akademiyada “Elmi əsərlər”, “Azərbaycan ali 
texniki məktəblərinin xəbərləri” adlı  məcmuələr, 
“Neft kadrları uğrunda” adlı çoxtirajlı qəzet nəşr 
olunur. ADNA-nın məzunlarından 50 nəfərdən 
çox Azərbaycan EA-nın həqiqi və müxbir üzvü, 
150 nəfərdən çox Sovet İttifaqı və Sosialist Əməyi 
Qəhrəmanı, 70 nəfərə yaxın Dövlət mükafatı lau-
reatı fəxri adlarına layiq görülmüşdür. 
Xarici ölkələr üçün ali təhsilli mütəxəssis ha-
zırlığına isə ADNA-da 1964-cü ildən başlanmış-
dır. Bununla əlaqədar olaraq Əcnəbi Tələbələrlə 
İş üzrə  (ƏTİ) dekanlıq yaradılmışdır.  ADNA-da 
dünyanın bir çox  ölkəsi üçün bakalavr, mühəndis, 
magistr dərəcəli texniki kadrlar, elmlər namizədi 
və elmlər doktoru hazırlanmışdır. 70-ci illərdən 
başlayaraq ADNA-nın professor müəllim heyəti 
Əlcəzair,  Əfqanıstan, Liviya, Qvineya-Bisau, 
Kamerun və digər ölkələrdə ali təhsil sisteminin 
təşkili və inkişafında fəal iştirak etmişlər. Əlcəzair 
və Əfqanıstanda tədris mərkəzləri yaradılmış, ins-
titutlar açılmış  və uzun illər professsor-müəllim 
heyəti həmin institutlarda fəaliyyət göstərmiş  və 
indi də göstərirlər. 
ADNA həmçinin Avropanın “TEMPUS” proq-
ramının iştirakçısıdır. 1999-cu ildən başlayaraq 
ADNA Amerika proqramları  əsasında ABŞ-ın 
Corciya Dövlət Universiteti ilə birlikdə iki ixtisas 
üzrə magistrlər hazırlamağa başlamışdır. İlk dəfə 
məzunlara Amerika nümunəli diplomlar verilmiş-
dir.
ADNA-nın əməkdaşlarından bir çoxu qabaqcıl 
ölkələrin Elmlər Akademiyasının, fəxri, həqiqi və 
müxbir üzvləri seçilmişdir.1993-cü ildən başlaya-
raq azərbaycanlı  tələbələr, magistrant və aspirant  
kimi ABŞ, Fransa, Türkiyə, İngiltərə, İtaliya, Al-
maniya və Rusiya ali məktəblərində təhsil almış-
lar. 
Muxtarova, T. ADNA dünya təhsil sistemi ilə yanaşı addımlayan təhsil ocaqlarımızdandır /T.Muxtarova //İqtisadiyyat .-2011.- 23-29 
sentyabr.- S.4.



Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   468   469   470   471   472   473   474   475   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin