Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə473/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   469   470   471   472   473   474   475   476   ...   484
370
Tarixdə bu gün
95 
illiyi
Azərbaycan Tarixi Muzeyi 
1920
2015
Milli Azərbaycan Tarixi Muzeyi Azərbay-
can tarixinin bütün dövrlərinə aid maddi və 
mənəvi mədəniyyət abidələrinin toplanıl-
ması, öyrənilməsi, nümayişi və  təbliği ilə 
məşğul olan elmi tədqiqat və mədəni-maarif 
müəssisəsidir. Muzey 1920-ci il iyun ayının 
15-də “Doğma diyarın tədris muzeyi” adı ilə 
Azərbaycan SSR XMK-nın məktəbdənkənar 
işlər şöbəsində təzəcə təşkil olunmuş “Mu-
zekskurs” yarımşöbəsinin nəzdində yaradıl-
mışdır.  Əsas bazasını AXC Parlamentinin 
ildönümü münasibətilə 1919-cu il dekabr 
ayının 7-də açılmış “İstiqlal” muzeyinin ma-
terialları təşkil edirdi. 1920-ci ilin iyul ayın-
dan həmin muzeyin şərəfinə “Doğma diyarın 
tədris muzeyi – İstiqlal”, 1920-ci ilin oktyab-
rından 1936-cı ilin martınadək Azərbaycan 
SSR Dövlət Muzeyi adlandırılmışdır. Tarix 
Muzeyi 1920-ci ilin iyulundan məşhur neft 
sahibkarı  və xeyriyyəçi Hacı Zeynalabdin 
Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi 
sarayda yerləşdirilmiş  və ilk tamaşaçılarını 
1921-ci ilin mayında qəbul etmişdir.
Yarandığı ilk illərdə muzeydə tarix, arxeo-
logiya və etnoqrafiya, botanika və zoologiya
mineralogiya və geologiya, təsviri incəsənət 
və  bədii sənət, xalq təhsili, köməkçi tədris 
müəssisələri  şöbələri, eləcə  də Azərbaycan 
Doğma Diyarın Tədqiqi Cəmiyyəti və 
Qədim abidələrin mühafizəsi komissiyası 
fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan 
və muzeylə  sıx  əlaqədə  fəaliyyət göstərən 
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti 
muzeyin tərkibindəki cəmiyyəti və komissi-
yanı özündə birləşdirdi. Sonrakı illərdə döv-
rün tələbinə uyğun olaraq muzeydə dəfələrlə 
struktur dəyişikliyi edildi.
1936-cı ildə Azərbaycan Dövlət Muze-
yinin yenidən qurulması, tarix profilli yeni 
muzeyin yaradılması  və onun Azərbaycan 
Tarixi Muzeyi adı ilə yenicə  təşkil edilmiş 
SSRİ EA-nın Azərbaycan Filialına verilməsi 
ilə nəticələndi. Bu, keçmiş Dövlət Muzeyi-
nin tərkibindən 1934-cü ildə  çıxmış Teatr 
Muzeyindən başqa qeyri-tarix profilli digər 
sahələrin ayrılmasına və yeni muzeylərin 
(Təbiət Tarixi Muzeyi, İncəsənət Muzeyi, Din 
və Ateizm Tarixi Muzeyi, Ədəbiyyat Muzeyi 
və s.) yaranmasına səbəb oldu. 30-cu illərin 
sonu - 40-cı illərin  əvvəllərində baş verən 
kütləvi repressiya və müharibə alimlərin
muzey işçilərinin sıralarını seyrəltdi. 1941-ci 
ildən bu vaxtadək müstəqil qurum olan Ta-
rix Muzeyi SSRİ EA Azərbaycan Filialının 
Tarix, Dil və Ədəbiyyat İnstitutunda muzey 
şöbəsinə çevrildi. Azərbaycan Tarixi Muze-
yi 1945-ci ildə yaradılmış Azərbaycan SSRİ 
EA-nın tərkibində eyni adla fəaliyyətə baş-
ladı.Muzey müharibə və sonrakı illərdə elmi 
tədqiqat işlərinə daha çox üstünlük verdi.
1953-cü ildə Tağıyev mülkü yenidən 
muzeyə qaytarıldı.
Muzeyin zəngin kolleksiyası müxtəlif 
illərdə  nəşr edilmiş buklet, kataloq, albom 
və məqalələrin əsasını təşkil etmişdir. Muzey 
tərəfindən nəfis  şəkildə  nəşr edilmiş “Milli 
geyimlər”, “Zərgərlik bəzəkləri”, “Şərq si-
lahları”, “Mis məmulatı”, “Xalçalar və xalça 
məmulatı”, “Azərbaycan tikmələri”, “Ar-
xeoloji material”, “Numizmatika”, “Sualtı 
arxeologiya” adlı kitablar yüksək rəğbətlə 
qarşılanmışdır. 
2005-ci ildən Azərbaycan Tarixi Muze-
yində  bərpa və yenidənqurma işləri aparıl-
mış, 2005-ci ilin noyabr ayında Nazirlər Ka-
binetinin sərəncamı ilə muzeyə milli statusu 
verilmişdir. 2007-ci il dekabr ayının 28-də 
isə Milli Azərbaycan Tarixi Muzeyinin açı-
lışı olmuşdur. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   469   470   471   472   473   474   475   476   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin