ĠĠkar məHƏMMƏDƏLĠ oğlu qasimov


Nəbinin döyüĢ yolu gənclər üçün örnəkdir



Yüklə 6,18 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix31.01.2017
ölçüsü6,18 Mb.
#6982
1   2   3   4   5   6   7   8   9   ...   12

 
Nəbinin döyüĢ yolu gənclər üçün örnəkdir 
 
Ermənistanın  ölkəmizə  qarşı  irəli  sürdüyü  əsassız 
ərazi  iddiaları  nəticəsində  xalqımız  bir  çox  məhrumiy-
yətlərə  düçar  oldu.  Sonda  yarım  milyondan  çox  soyda-
şımız  tarixi  torpaqlarımız  olan  Qərbi  Azərbaycandan 
zorla  qovuldu.  Daglıq  Qarabagdan  və  ona  bitişik  ərazi-
lərdən  yüz  minlərlə  vətəndaşımız  öz  ev-eşiyini  tərk  edib 

 
96 
qaçqın  və  məcburi  köçkün  həyatı  yaşamaga  məhkum 
edildi.  
O  zaman  könüllülərdən  ibarət  milli  özünümüdafiə 
dəstələri  yaradılaraq  düşmənə  müqavimət  göstərilsə  də 
rus havadarlarının köməyi və birbaşa müdaxiləsi ilə ermə-
nilər döyüşü uddu. Minlərlə şəhid verən xalqımız, müvəq-
qəti  də  olsa  ərazilərinin  20  faizini  itirmək  faciəsilə  də 
üzləşdi.  Tərəddüd  etmədən  torpaqlarımızın  müdafiəsinə 
qalxan ogullar sinələrin düşmənə sipər edərək “təki vətən 
sag olsun” dedilər. Belə ogullardan biri də Nəbi idi.  
İsmayılov  Nəbi  İmran  oglu  1969-cu  ildə  Laçın 
şəhərində  anadan  olmuşdu.  üç  bacının  bir  qardaşı  idi. 
Gəlişilə  ailəyə  hədsiz  sevinc  bəxş  etmişdi.  Atası  İmran, 
anası  Minayə  və  bacıları  Nəbinin  böyüyüb  boya-başa 
çatmasını  səbirsizliklə  gözləyirdilər.  1976-  cı  ildə  Laçın 
şəhər  1  saylı  orta  məktəbin  1-ci  sinfinə  daxil  olan  Nəbi 
1986 cı ildə orta məktəbi bitirdi.  
Məktəb  illərində  özünü  nümunəvi  şagird  kimi 
göstərən  Nəbi  müəllimlərinin  sevimlisi  idi.  Dərs  zamanı 
diqqətini  tədris  edilən  fənnə  və  müəlliminə  yönəltsə  də 
təbiətindəki  çılgınlıq  müəllimlərinin  diqqətindən  yayın-
mazdı. Bu xarakteri onu çılgın bir yeniyetmə kimi forma-
laşdırırdı.  
Orta  məktəbi  bitirdiyi  ili  Sovet  ordusu  sıralarına 
çagrılmış,  1988-ci  ildə  tərxis  olunaraq  dogma  Laçına 
qayıtmışdı. Arzusu ali təhsil almaq, elinə-obasına səriştəli 
bir mütəxəssis kimi xidmət etmək idi.  
Lakin Sovet imperiyasının sonunun yaxınlaşması və 
yaranmış  şəraitdən  istifadə  etməyə  çalışan  erməni  mil-
lətçilərinin  qaldırdıgı  əsassız  ərazi  iddiaları  bir  çoxları 
kimi,  Nəbinin  də  bu  arzusunu  ürəyində  qoydu.  Tez-tez 
erməni  silahlılarının  hücumuna  məruz  qalan  əhali  ittifaq 
rəhbərliyindən  və  respublika  hökumətindən  bir  kömək 

 
97 
olmadıgını  görüb  yerli  özünümüdafiə  dəstələri  yaratmaq 
məcburiyyətində qalmışdı. İlk növbədə Daglıq Qarabagda 
və  sərhədyanı  rayonlarda  yaradılan  bu  dəstələr  düşmənə 
layiqli  cavab  verirdilər.  Laçında  ilk  özünümüdafiə  dəs-
tələri  yaradılarkən  könüllü  yazılanlardan  biri  də  Nəbi 
oldu. Digər silahdaşları kimi o da belə çətin şəraitdə evdə 
yatıb  dincəlməyi,  arın-arxayın  gəzib  dolanmagı  özünə 
sıgışdırmadı.  Təbiətən  çılgın  olması  onu  emosional  bir 
gəncə çevirmişdi. Düşmənlə döyüşdə son dərəcə amansız 
və qətiyyətli idi. Erməni quldurlarının ərazilərimizə təşkil 
etdikləri  hücumlar  onu  hiddətləndirir,  tezliklə  müqəddəs 
torpaqlarımızdan  düşmən  ayagının  kəsilməsi  istiqamətin-
də bacardıgından da artıq çalışmaga cəhd göstərirdi.  
1990-cı ilin əvvəllərində Laçın rayonunda 811 saylı 
hərbi hissə təşkil ediləndə də ora ilk müraciət edənlərdən 
biri  Nəbi  oldu.  Bundan  sonra  onun  döyüş  yolu  rayonun 
Ermənistanla  həmsərhəd  əraziləri  ilə  məhdudlaşmadı. 
Harada  zərurət  duyulurdusa  oraya  birinci  can  atanlardan 
oldu  Nəbi.  Onun  mənalı  və  şərəfli  döyüş  yolu  bu  gün 
gənc  nəsil  üçün  gözəl  örnəkdir.  Gənclərimiz  onun  kimi 
yaşamaq, vətəni sevmək və qəhrəman olmaq istəyirlər.  
Nəbinin  Laçından  başlanan  döyüş  yolu  Daglıq 
Qarabag  ərazisinə,  Şuşaya,  Şuşaətrafı  kəndlərə-  Kərki-
cahana,  Daşaltına  və  Qubadlı  rayonunun  Ermənistanla 
həmsərhəd  ərazilərinə  qədər  uzandı.  Digər  döyüşçü 
yoldaşları kimi  onun da ən böyük arzusu erməni quldur-
larının ayagını müqəddəs torpaqlarımızdan kəsmək, onları 
layiq  olduqları  üsulla  cəzalandırmaq  idi.  Döyüş  zamanı 
düşmənin üzləşdiyi agır durum və verdikləri itki onda bö-
yük ruh yüksəkliyi yaradırdı. Məcburiyyət qarşısında ev-
eşiyini tərk etmiş insanların qayıdışını böyük səbirsizliklə 
gözləyirdi.  Yalnız  bundan  sonra  arxayın  nəfəs  alacagını 
və  dincələcəyini  söyləyirdi.  Komandirlər  və  yoldaşları  

 
98 
ona bir neçə günlüyə evlərinə getməyi təklif edəndə də o, 
bundan  imtina  edir,  tezliklə  hücuma  keçmək  istədiyini 
bildirirdi.   
1992-ci  ilin  iyul  ayının  ortaları  idi.  Laçın  şəhərinin 
və kəndlərin əhalisi yerində olmasa da hərbiçilərimiz hər 
bir  məntəqə  ugrunda  qəhrəmancasına  mübarizə  aparır, 
nəyin bahasına olursa-olsun düşməni ələ keçirdiyi mövqe-
lərdən vurub çıxarmaq istəyirdilər. Demək olar ki, hər bir 
qarış torpaq, hər bir daş ugrunda şiddətli mübarizə aparı-
lırdı.  Təəssüf  ki,  arxadan  lazımı  köməyin  gəlməməsi  və 
ordu  hissələri  arasında  olan  əlaqəsizlik  bu  döyüşlərin 
düşmənin  tam  məglubiyyəti  ilə  başa  çatmasına  imkan 
vermirdi.  
Yuxarıda qeyd etdiyimiz kimi iyul ayının 14-də belə 
döyüşlərin  biri  Laçının  Səfian  kəndi  ugrunda  aparılırdı. 
Kənddə  möhkəmlənmiş  düşmən  qüvvələri  geri  çəkilmək 
istəmir,  bizimkilər  isə  strateji  əhəmiyyətə  malik  məntə-
qələri ələ keçirməyə cəhd göstərirdilər. Nəbiyə və yoldaş-
larına  tapşırıq  verilmişdi  ki,  nəyin  bahasına  olursa-olsun 
qarşıdakı  yüksəklikdən  düşmən  qüvvələrini  sıxışdırıb  çı-
xarmaq və orada möhkəmlənmək lazımdır.  
Bir  neçə  saat  əvvəl  başlanan  döyüş  sona  çatmaq 
üzrə  idi.  Bizimkilərin  açdıgı  şiddətli  atəşə  davam  gətir-
məyən düşmən yavaşyavaş mövqelərini tərk etməyə baş-
lamışdı.  Döyüşçülərimiz  komandanlıq  tərəfindən  verilən 
tapşırıqları başa çatdırmaq ərəfəsində idilər. Qəflətən düş-
mən  snayperinin  açdıgı  atəş  bu  döyüşdə  də  öz  cəsarətilə 
yoldaşlarından fərqlənən Nəbini yaxaladı.  
1992-ci ilin isti yay günlərində Agcəbədi rayonunun 
114  saylı  peşə  məktəbində  sıgınacaq  tapan  ailə  üzvüləri 
Nəbinin  özünü  gözlədikləri  halda  cənazəsi  ilə  üzləşdilər. 
Nə  qədər  arzuları  var  idi  atası  İmranın,  anası  Minayənin 
və  bacılarının.  Hamısı  bir  anda  puç  oldu.  İndi  onların 

 
99 
yeganə  arzusu  Nəbinin  ugrunda  qurban  getdiyi  dogma 
Laçına  qayıtmaq,  onun  döyüşdüyü  əraziləri  ziyarət  et-
məkdir. Təsəlli yerləri isə Nəbinin Agcəbədi şəhər qəbris-
tanında yerləşən məzarıdır.  
Ruhun şad olsun, Vətən oglu. O gün olsun ki, Laçın 
göylərində  dolaşan  nigaran  ruhun  dogmalarına  qovuşsun 
və rahatlıq tapsın. 
 
Qeyri-adi Qəhrəmanlığa malik olan kəĢfiyyatçı 
 
Cabbarov  İlyas  Vaqif  oğlu 
1968-ci  ildə  Laçın  rayonunun 
Güləbird kəndində anadan olmuş-
dur.  İlyas  hərbi  xidmətini  başa 
vurduqdan  sonra  Bakıda  yaşayır-
dı,  kəndə  az-az  gəlirdi.  O,  Gülə-
bird  özünü  müdafiə  dəstəsi  yara-
narkən, onun fəal üzvlərindən biri 
və  rəhbəri  olmuş,  sonralar  tağım 
və batalyon komandiri kimi böyük 
şöhrət  qazanmış  ən  əsası  vətənse-
vərliyi ilə seçilən Vaqif Cabbarovun oğlu idi.  
 
Namərd  qonşularımızın  Azərbaycana  olan  torpaq 
hərisliyi  bütün  xalqımızı  təlatünə  gətirmişdi.  İlyas  da 
Ağdərə  istiqamətində  erməni  işğalçılarına  qarşı  döyüş-
lərdə  iştirak  etmişdi.  1992-ci  ilin  yanvar-fevral  aylarında 
Ağdərədə  ermənilərə  qarşı  döyüşlərdə  göstərdiyi  qəhrə-
manlıqlara  görə  kəşfiyyat  bölüyünün  rəhbəri  kimi  yol-
daşları  arasında  böyük  hörmət  qazanmışdır.  Kənd  sakin-
lərinin  dediyinə  görə  o  doğma  kəndinə  arasıra  gedərmiş 
və  gedəndə  də  özü  ilə  hərbi  sursat  da  apararmış.  İlyas 
eşidir  ki,  doğma  kəndi  Güləbirdin  və  ətraf  Cicimli, 
Qazıdərəsi  kəndlərinin  vəziyyəti  gərginləşib,  onda  Gülə-

 
100 
birdə  gəlir  və  ərazi  müdafiə  batalyonuna  rəhbərlik  edir. 
Az  zaman  çərçivəsində  İlyas  erməni  silahlı  qüvvələrinə 
qarşı döyüşlərdə böyük igidliklər göstərir.  
  1992-ci ilin sentyabrında Susuzdağ və Qızartı kimi 
yüksəkliklərin  ələ  keçirilməsində  İlyasın  kəşfiyyat  rota-
sının böyük xidməti olmuşdur.  
  1992-ci  ilin  oktyabr  ayında  Güləbird  kəndindən 
Laçın istiqamətinə hücum əmri verilir. Səhərə yaxın dörd 
istiqamətdə  başlanan  hücum  da  yenə  də  əməliyyatın 
böyük hissəsi kəşfiyyatın üzərinə düşmüş, saat 11-12 ra-
dələrində  Fərəcan,  Dəhan,  Tərxanlı,  Dəyirmanyalı  kənd-
ləri  düşməndən  azad  edilir.  Tərxanlı  kəndində  erməni-
lərin qoyub qaçdığı bir BMP və bir tankı İlyas ələ keçirib 
hərbi hissəyə təhvil verir. Bütün bu gedən əməliyyatların 
fəal  iştirakçısı,  təcrübəli  döyüşçü  Ramiz  Əmirov  qəhrə-
manlıqlarla dolu o ağır günləri belə xatırlayır. Laçın rayo-
nunun  mərkəzinə  hava  xətti  ilə  10  km  məsafə  qalırdı. 
Qarabağda  Ermənistanı  birləşdirən  əsas  mərkəzi  yol 
Laçından keçirdi. Zenit qurğularını idarə edən İlyas Laçı-
nın  mərkəzi  yoluna tam nəzarət  edirdi. Qarabağ tərəfdən 
gələn  maşın  karvanı  və  piyada  qaçan  ermənilər  özlərini 
tam  itirmişdi.  Axşam  yeməyində  biz,  İlyas,  Ələsgər, 
Yaqub  və  bir  neçə  yoldaşlarımızın  gətirdiyi  “turşsu”nu 
içdik. Doğurdan da  deyim ki, İlyasda qeyriadi bir qəhrə-
manlıq hiss olunurdu. 
Oktyabr ayının 15-ə qədər Azərbaycan ordusu Laçın 
rayonunun  85
0
/
0
-ə  nəzarət  edirdi.  İlyas  nə  biləydi  ki, 
hakimiyyətə  can  atan,  Qurana  əl  basan  insanlar  (Quran 
onlara  qənim  olacaq)  Qarabağı  və  ətraf  rayonları  sata-
caqlar (15,87).  
Ancaq  İlyas  kimi  minlərlə  Azəri  oğlu  mərdliklə 
erməni quldurlarına qarşı amansız döyüşlər aparmışlar... 

 
101 
Doğma  Laçınımızın  bir  parçası  olan  Güləbird  kən-
dinin  igid  oğlanlarından  biri  İlyas  Vaqif  oğlu  Cabbarov 
1993-cü  il  iyul  ayının  20-də  düşmən  arxasından  qayı-
darkən Laçının Xanallar kəndi yaxınlığında minaya düşür 
və gözlərini əbədi yumur. O, Güləbird kəndində Sarı qa-
yanın altında dəfn edilir.  
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər 
Əliyevin 9 oktyabr 1994-cü il 218 saylı fərmanı ilə Cab-
barov İlyas Vaqif oğlu ölümündən sonra Azərbaycan Res-
publikasının  torpaqlarının  erməni  işğalçılarından  müda-
fiə  edilməsində  gğstərdiyi  xüsusi  xidmətlərə  görə,  şəxsi 
igidlik  və  şücaətlərə  görə  “Azərbaycan  Bayrağı”  ordeni 
ilə təltif edilmişdir. 
 
Qazıdərəsinin Ģəhid oğulları 
 
Sumqayıt  şəhidlər  xiyabanında  Laçın  rayonunun 
Qazıdərəsi  kəndindən  iki  şəhid  uyuyur.  Hər  kəsin  bir 
qisməti  olur  deyiblər.  Cavanşirlə  Fazilin  də  bəxtinə  belə 
yarımçıq ömür yazılıbmış. Nə gördülər bu az yaşlarında! 
Həyata yenicə qədəm qoymuşdular ki, bədxah qonşuların 
alçaq  xəyanətinin  şəhidi  və  qurbanı  oldular.  Ona  görə 
şahidi  deyirik  ki,  respublikanın  əksər  yerləri  erməni 
təcavüzünün  nə  olduğunu  bilmədiyi  vaxtlarda  sərhəddin 
100-200  metrliyində  olan  Cicimli,  Qazıdərəsi  və  başqa 
kəndlərin  bütün  sakinləri  bu  zülmü  yaşayır  və  mübarizə 
aparırdılar.  Düşmənin  hər  həmləsinə  layiqincə  cavab 
verirdilər.  Buna  baxmayaraq  müharibə  itkisiz  olmur, 
Cicimli  Qazıdərəsi  camaatının  1990-cı  ildə  ilk  şəhidi 
Mehdi  kişi  oldu.  Bu  itki  sanki  bütün  eli  qisasa  çağırdı. 
1992-ci  ilin  mayına  qədər  bu  kəndlər  mərdliklə  sərhəd-
lərimizin  keşiyini  çəkdilər.  Lakin  mayın  17-də  bütün 

 
102 
Laçın  camaatının  beş  ildən  bəri  göstərdiyi  hünər  xəyanət 
nəticəsində alt-üst oldu.  
Laçın igidləri yenə də əldə silah bölgənin şimalında 
və cənubunda torpaqlarımızı  azad  etmək uğrunda döyüş-
lərə  girişdilər.  Belə  gənclərdən  Ağayev  Cavanşir  Cəmil 
oğlu və Ağayev Fazil Cəlil oğlu erməni faşistlərinə qarşı 
cəsarətlə  vuruşaraq  1992-ci  il  oktyabrın  8-də  qəhrəman-
lıqla şəhid oldular.  
 
 
      
 
 
     
    
 
 
 
 
 
 
 
 
 
 
 
   Cavanşir Cəmil oğlu Ağayev                                 Fazil Cəlil oğlu Ağayev 
 
Cavanşir  Cəmil  oğlu  Ağayev  1965-ci  ildə,  Fazil 
Cəlil  oğlu  Ağayev  isə  1969-cu  ildə  Laçın  rayonunun 
Qazıdərəsi  kəndində  anadan  olub,  orada  boya–başa  çat-
mışlar. Cavanşir Şuşa kənd təsərrüfatı texnikumunu bitir-
dikdən  sonra  Atlas  xalaya,  Cəmil  dayıya  gəlin  gətirdi. 
Ömür-gün  yoldaşı  ilə  birlikdə  iki  körpələrini  qayğısız 
böyütmək istəyirdi... 
Torpağımız  yağı  düşmən  tapdağı  altına  düşdüyü 
zaman  bütün  igid  oğulları-mız  kimi  hər  iki  əmioğlu  da 
silaha  sarıldı.  Ilk  vaxtlar  könüllü  özünümüdafiə  dəstə-
sinin  tərkibində,  sonra  isə  dəstə  ilə  birlikdə  milli  ordu 

 
103 
sıralarında quldurlara qarşı vuruşdular. Onlar “Xallıqaya” 
və  “Qızılqaya”    yüksəkliklərindəki  sərhəd  döyüş  məntə-
qələrində  həmişə  mərdliklə  dayanmışlar.  Cəsurluqları, 
döyüşkənlikləri və xoş rəftarları ilə ele ilk günlərdən dö-
yüş yoldaşlarının hörmətini qazanmışdılar.  
1992-ci  ilin  7  oktyabrında  şiddətli  döyüş  zamanı 
ermənilər Qazıdərəsi və Məlxələf kəndlərinə qədər irəlilə-
yirlər. Oktyabrın 8-də saat 7-30-da düşmən üç istiqamətdə 
Səfiyan  tərəfdən,  Qornidzordan  Qazıdərəsi  və  Qayğı 
tərəfinə, Xınzirəkdən isə Cicimli və “Qız qəbri” məntəqə-
sinə  güclü  hücuma  keçdilər.  “Qızılqaya”  məntəqəsində 
keşikdə  dayanan  3  nəfər  döyüşçümüz  bölmə  komandiri 
İlyas Ağayevin rəhbərliyi altında sayca qat-qat üstün olan 
erməni  quldurları  ilə  döyüşə-döyüşə  geri  çəkilməyə 
məcbur oldular. Döyüşçülər 2-3 km. geri çəkilib Güləbird 
ətrafında “Zur dərə” deyilən yerdə mövqelərini möhkəm-
ləndirərək  qeyr-bərabər  döyüşə  girişdilər.  Batalyon 
komandiri  Vaqif  Cabbarov  10  nəfər  döyüşçü  ilə  onların 
köməyinə  gəldi.  Fəqət  qüvvəcə  qat-qat  az  olan  milli  or-
dunun  döyüşçüləri  mühasirəyə  düşdü.  Mühasirəni  çətin-
liklə  yararkən  batalyon  komandiri  V.  Cabbarov,  oğlu 
İlyas və Bəhruz Hüseynov ağır yaralandılar, Cavanşir və 
fazil  Ağayevlər,  eləcədə Ramiz Rüstəmov qəhrəmanlıqla 
həlak  oldular.  Həmin  döyüşdə  Cavanşir  3  erməni  öldür-
müş  və  yoldaşlarının  xilas  olmasında  fədakarlıq  göstər-
mişdir (8).  
Bölmə  komandiri  İlyas  Ağayevin  dediklərindən: 
Cavanşirin, Fazilin və onlardan bir az  sonra şəhid olmuş 
Füruzəddinin  ölümü  məni  yaman  yandırır.  Onları  uşaq-
lıqdan tanıyıram, qorxmaz, mərd və düşmənə qarşı aman-
sız idilər. Döyüşdə həmişə qabaqda gedirdilər. Yaxşı kəş-
fiyyatçı  kimi  dəstədə  tanınırdılar.  Iyun  ayında  Cicimli 
istiqamətində  ermənilərin  hücumunun  qarşısının  alınma-

 
104 
sında  da  hər  biri  şəxsi  igidlik  göstərdi.  Bu  gənclərlə 
nəinki  valideynləri,  doğulduqları  Cicimli  və  Qazıdərəsi 
kəndləri də fəxr edə bilərlər.  
Şəhidlərin  dəfnindən  sonra,  təsərrüfatda  çalışa-
çalışa  kiprikləri  ilə  od  götürüb  uşaq  böyüdüb,  onu  kişi-
liyə,  sərbəst  həyata  hazırlamış  valideynlərə-  Cəmil  və 
Cəlil  qardaşlarına  yaxınlaşıb  təsəlli  verməkdə  və  onları 
dinləmkdə  çətinlik  çəksəm  də  ayrı  çarəm  yox  idi.  Cəmil 
dayının dediklərindən: 
Nə  deyə  bilərəm,  ot  kökü  üstə  bitər  deyiblər.  Biz 
uşaqlarımızı  zəhmətkeş,  vətənpərvər  ruhda  tərbiyə  etmi-
şik.  Bəs  torpaqlarımızı  yağı  düşməndən  biz  qorumasaq 
kim  qoruyacaqdır?  Təsəllimiz  ondadır  ki,  oğlanlarımız 
torpaqlarımız uğrunda şəhid olublar. Xahiş edirəm onuda 
yazın ki, laçını xəyanət nəticəsində necə veriblərsə, elə də 
özümüzə  qaytarsınlar.  Sonra  bizə  heç  kim  lazım  deyil, 
özümüz qoruyacağıq öz yurd-yuvamızı.    
 
Vaqif sərrast atıcı kimi tanınırdı 
 
Xalqımızın  əzəli  və  əbədi  düşməni  olan  ermənilər 
1988-ci  ildə  növbəti  dəfə  öz  çirkin  əməllərini  həyata 
keçirməyə başlayanda digər igid eloglularımız kimi Vaqif 
də silaha sarıldı. Daşnakların ölkəmizə qarşı irəli sürdüyü 
əsassız və ədalətsiz torpaq iddiaları digərləri kimi onun da 
səbr kasasını doldurmuşdu.  
Vaqif  Məhəmməd  oglu  Salmanov  1948-ci  ildə 
Laçın  rayonunun  Qarabəyli  kəndində  bəy  ailəsində  ana-
dan  olmuşdu.  Doguldugu  kənddə  orta  məktəbi  bitir-
dikdən sonra Gəncə Texnologiya Texnikumuna daxil olub 
və  tam  kursu  müvəffəqiyyətlə  başa  vurub.  Uzun  illər 
Laçın rayon Tikinti və istehsalat idarəsində çalışan Vaqif 
Salmanov ilk könüllü özünümüdafiə dəstələri təşkil edən-

 
105 
lərdən  və  onun  sıra  üzvülərindən  biri  olub.  Hələ  yeni-
yetmə  yaşlarında  ikən  ovçuluqla  məşgul  olan  Vaqif  el 
arasında sərrast bir atıcı kimi tanınırdı.  
Bədnam  qonşularımız  tərəfindən  torpaqlarımıza 
təhlükə yarananda ilk ayaga qalxanlardan biri oldu Vaqif. 
Düşmənə  olan  nifrəti  ona  səngərdən  uzaqlaşmaga  imkan 
vermirdi.  Düşmənə  qarşı  keçirilən  yüzlərlə  əməliyyatın 
planını  hazırlamaqla  bərabər,  həm  də  onun  fəal  icra-
çılarından  olub.  811  saylı  hərbi  hissənin  tərkibində  kəş-
fiyyat bölüyünün komandiri olan cəsur həmyerlimiz düş-
mənin  onlarca  strateji  əhəmiyyətə  malik  hərbi  obyektini, 
silah-sursat anbarını, xeyli sayda canlı qüvvəsini və texni-
kasını məhv etmişdir.  
1992-ci ilin 8  mayında  Şuşa  şəhəri işgal  edildikdən 
sonra  Laçın-Qubadlı  istiqamətində  gedən  yol  ermənilər 
tərəfindən  nəzarətə  alınmışdı.  Nəticədə  yüzlərlə  dinc 
sakin əsir düşmək təhlükəsi ilə üzbəüz qalmışdı. Belə bir 
anda  özünü  təhlükəyə  atan  Vaqif  hərbi  maşının  üstündə 
müxtəlif silahlardan atəş açaraq erməniləri atəş xəttindən 
uzaqlaşdırmış və təhlükəni aradan qaldıra bilmişdir.  
Bu hadisənin canlı şahidi olan Müdafiə Nazirliyinin 
hərbi  operatoru  Seyidaga  Mövsümlü  həmin  döyüş  səh-
nəsini  öz  kamerasının  yaddaşına  köçürə  bilmişdir.  Hal-
hazırda  həmin  lent  müxtəlif  televiziya  kanallarının  arxi-
vində qorunub saxlanır.  
Adı təkcə Laçında deyil, ondan uzaqlarda da məşhur 
olan qorxmaz eloglumuz rayonun işgalından sonra döyüş 
yolunu digər bölgələrdə davam etdirib.  
1993-cü  ildə  xüsusi  tapşırıqla  Qubadlı  istiqamə-
tindən  Ermənistan  sərhəddini  keçən  Vaqif  Salmanov  60 
km  irəliləyərək  Qafan  rayonunun  Şamsız  kəndinə  qədər 
gedib  çıxır.  Tapşırıgı  yerinə  yetirərkən  düşmənlə  qeyri-
bərabər  mübarizəyə  başlayan  qəhrəmanın  bu  sonuncu 

 
106 
döyüşü  olur.  Bir  neçə  düşmən  yaraqlısını  məhv  edən 
Vaqif  Salmanov  özü  də  qəhrəmancasına  həlak  olur. 
Dövlət  qurumlarının  müdaxiləsindən  sonra  cəsədi  alına-
raq I Şəhidlər Xiyabanında torpaga tapşırılır. 
 
Ġslam Ģəhidlik zirvəsinə qovuĢdu. 
 
   Aslanov  İslam  Xanış  oğlu 
12  iyun  1973-cü  ildə  Laçın  rayo-
nunun  Güləbird  kəndində  halal 
zəhməti  ilə  dolanan,  həmişə  haqqın 
tərəfində  olan  Xanış  kişinin  oca-
ğında  anadan  olmuşdur.  1990-cı 
iıdə  orta  məktəbi  bitirmiş,  1991-ci 
ildə hərbi xidmətə çağırılmışdır. Bir 
müddət  Gəncədə  xidmət  etdikdən 
sonra onun xidmət etdiyi hərbi hissə 
Laçına  göndərilir.  İslamın  döyüş  yolu  Laçının  Hacılar, 
Malıbəy  kəndlərindən,  Hocaz  yüksəkliyindən  başlanır. 
Sonra  isə  vəziyyət  gərginləşəndə  hərbi  hissə  Sarıbaba, 
Qızartı,  Susuzdağ,  Suarası,  Fərəcan,  Türklər,  Cicimli, 
Güləbird  istiqamətində  döyüşlərdə  olur.  Bu  döyüşlərdə 
yoldaşları  ilə  birlikdə  İslamda  xeyli  sayda  düşmən  qüv-
vəsini  məhv  etmişdir.  Laçın  rayonu  işğal  olunduqdan 
sonra o, doğulduğu Güləbird kəndində qalıb döyüş yolunu 
davam  etdirmişdir.  Yoldaşlarının  dediyinə  görə  düşmənə 
qarşı  mərdliklə  vuruşan  İslam  qorxu  nə  olduğunu  bil-
məzmiş.  Dəfələrlə  erməni  postlarına  və  kəndlərinə  kəş-
fiyyata  gedərək  30  düşmən  dili  və  xeyli  qənimət  gətir-
mişimiş  (23).  Döyüşlərdə  məhv  etdiyi  ermənilərin  sayı 
heç də bundan az olmamışdır. 
  İslam  Aslanov  1993-cü  ilin  avqust  ayında  Gülə-
birdi hərbi hissə ilə birlikdə tərk etməli olur. O, Qubadlı, 

 
107 
Cəbrayıl, Zəngilan və Füzuli bölgələrində aparılan döyüş-
lərin  fəal  iştirakçısı  olmuşdur.  1993-cü  ildə  yenidən 
Gəncəyə  aparılan  gənc  döyüşçü  Ağdamın  Güllücə  kəndi 
uğrunda gedən döyüşlərə göndərilir. Həmin bölgədə olan 
bütün  ağır  döyüşlərdə  İslam  iştirak  edir.  Yüksək  döyüş 
məharətinə  və  cəsurluğuna  görə  dəfələrlə  komandanlıq 
tərəfindən  mükafatlandırılır.  İslamın  xidmət  etdiyi  706 
saylı  hərbi  hissə  Horadizdə  dayanmışdı.  Əsas  məqsəd 
azğın-laşmış  düşmənin  irəliləməsinə  imkan  verməmək 
idi.  Ağır  döyüşlərin  getdiyi  bir  məqamda,  1994-cü  il 
avqust ayının 14-də ermənilərin atdığı “Qrad”ın qəlpələri 
Füzuli  bölgəsində  xidməti  işini  yerinə  yetirərkən  onun 
ürəyinə  sancılır.  İslam  həsrətində  olduğu  Laçın  torpağını 
görmədən,  21  yaşında  əbədiyyətə  qovuşur,  şəhidlik  zir-
vəsinə ucalır.  
Ölümündən  16  il  keçəndən  sonra  Azərbaycan 
Respublikasının  Prezidenti  İlham  Əliyevin  imzaladığı  24 
iyun  2010-cu  il  tarixli  976  saylı  sərəncamla  İslam  Xanış 
oğlu Aslanov “Hərbi xidmətlərə görə” medalı ilə ölümü-
ndən  sonra  təltif  olunmuşdur.  Bu  nümunə  bir  daha  gös-
tərir ki, müqəddəs torpağımızın bütövlüyü uğrunda canın-
dan keçən və mübarizə aparan heç kəs unudulmur, onların 
fəaliyyəti dövlətimiz tərəfindən qiymətləndirilir.  
Bu gün də İslam Aslanov və onu kimilər ehtiramla 
xatırlanır. O, bu gün Sumqayıt şəhərində ki, şəhidlər xiya-
banında uyuyur. Bütün şəhidlərimiz kimi onun da nigaran 
ruhu torpaqlarımızın azad olacağı günü gözləyir. İnanırıq 
ki, o gün çox uzaqda deyil. 
                       
 
 
 
 

 
108 
Laçının ilk hərbi Ģahinlərindən biri 
Yüklə 6,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin