ĠĠkar məHƏMMƏDƏLĠ oğlu qasimov


Siyasi gərginlik yeni mərhələdə



Yüklə 6,18 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix31.01.2017
ölçüsü6,18 Mb.
#6982
1   2   3   4   5   6   7   8   9   ...   12

Siyasi gərginlik yeni mərhələdə 
 
Mərkəz  tərəfindən  müdafiə    olunan  ermənilərin 
məkrli  planları beləcə davam  etdirilirdi. Bütün bunların  
yekunu  isə  1985-ci  ildən  Qarbaçovun  bədnam  yenidən-
qurma  siyasəti nəticəsində oldu. Bu siyasət  bir tərəfdən 
millətlərin    müstəqillik  uğrunda  mübarizəsinə  şərait  ya-
ratsa  da,  digər tərəfdən xeyli fəzadlar törətdi. Milli əda-
vət, millətçilik qızışdı, müstəqillik uğrunda mübarizə apa-
ran  xalqlara hədələr, təcavüzlər artdı. Bu proseslərin ağrı-
acısını ən çox Azərbaycan  yaşasa da  müstəqillik uğrunda 
mübarizədən  dönmədi.  Bakıda  antisovet  qiyam  baş    ver-
diyini    bəhanə  edib  20  yanvar    faciəsini    törətmək  üçün   
heç   bir  əsas  yox  idi.  Lakin    Moskva    bu    təxribatı    axra  
kimi    davam  etdirdi.  Çünki    bu    təxribat  ona    hava-su  
kimi  lazım  idi Ona görə ki, islahatı keçirilən siyasi sis-
temin əsas dayağı olan, hərbi sənaye kompleksinin nüfu-
zuna  zərbə  vursun  və  sovet  respublikalarında  ona  nifrət 
yaradılsın.  Digər  tərəfdən  müstəqillik  uğrunda  mübari-
zəyə  qalxmış  Azərbaycan  xalqının  timsalında  digər  milli 
respublikalara  da  ibrət  dərsi  verilsin,  azadlıq  hərəkatının 
qarşısı  alınsın.  İmperiyanı  yeni  formada  qoruyub  saxla-
maq mümkün olsun.   
20  yanvar  faciəsindən    sonra  Azərbaycanda    dəyiş-
məkdə olan siyasi  gərginlik yeni tarixi mərhələyə qədəm 
qoydu.  Azərbaycanın  demokratik  qüvvələri  isə  siyasi  
mübarizə  şəraitinin  çətinliyinə  baxmayaraq,  respubli-

 
70 
kanın suverenliyinin müdafiəsi sahəsində  iqtidarın atdığı  
adımların yarımçıqlığını Moskvanın  tapşırıqlarına  uyğun 
siyasət yeritdiyini tənqid edirdi. Prezidentin başlıca  vəzi-
fəsinin,  Respublikanın  suverenliyinin  təmin  olunması, 
ərazi  bütövlüyünün  və  sərhədlərin  qorunması,    vətəndaş-
ların hüquq və azadlıqlarının təmin edilməsi  sahəsindəki  
fəaliyyəti    yarımçıq    və    ardıcıl  olmayan    fəaliyyət  kimi  
qiymətləndirildi. 1991-ci il   avqustun 27-də  Azərbaycan 
Respublikası Ali Sovetinin növbədənkənar sesiyası  çağı-
rıldı. Gündəliyə Azərbaycanın dövlət müstəqilliyinin  bər-
pası məsələsi daxil edildi. Kəskin müzakirə və mübahisə-
dən sonra, 1991-ci il avqustun 30-da Azərbaycan Respub-
likasının  dövlət    müstəqilliyini    bərpa  etmək    haqqında  
Bəyannamə  qəbul  edildi.  Demokratik    mübarizə  dahada 
kəskinləşən,  yeni  mərhələyə    daxil  oldu.  Sov.  İKP  süqut 
etdikdən  sonra  Azərbaycan  KP  14  sentyabr  1991-ci  il 
tarixli XXXIII qurultayında buraxıldı. Respublikada siya-
si vakkum yarandı. 
  1991-ci  ilin  18  oktyabr  tarixli  sessiyasında  Azər-
baycan  Respublikasının  Ali  Soveti  Azərbaycan  Respub-
likasının  dövlət  müstəqilliyi  haqqında  konstitusyia  aktını 
qəbul  etdi.  Kommunist  rejimi  devriləndən  sonra,  əsasən 
1991-ci  ilin  sentyabr  ayının  ikinci  yarısında  iqtidar-
müxalifət  sövdələşməsi  baş  verdi.  Ali  Soveti  iqtidar  və 
müxalifətdən  olan  deputatlar  hesabına  (hər  tərəfdən  25 
nəfər) təşkil etmək haqda müxalifətin təklifi qəbul edildi. 
Bu bir tərəfdən mövcud hakimiyyətinin böhranının ifadəsi 
idisə,  digər  tərəfdən  isə  “üçüncü  bir  qüvvənin”  hakimiy-
yətə gəlmək ehtimalından edilən ciddi ehtiyat idi. Hər iki 
tərəfin  ehtiyat  etdiyi  üçüncü  qüvvə  arasında,  əsas  rəqib 
Heydər Əliyev hesab edilirdi. Elə bu ehtiyatın nəticəsi idi 
ki,  sentyabr  ayından  başlayaraq  Heydər  Əliyevə  qarşı 
qərəzli  təbliğat  kompaniyası  genişləndirildi.  Çünki  Hey-

 
71 
dər Əliyev artıq  1991-ci il sentyabrın 3-də Naxçıvan Ali 
Məclisinin sədri seçilmişdi. İqtidar Heydər Əliyevin sədr 
seçilməsini  hətta  Naxçıvanda  dövlət  çevrilişi  kimi 
qiymətləndirirdi. Heydər Əliyevin isə çoxdankı nüfuzu və 
təcrübəsi  eləcə  də  Naxçıvan  MP-nın  gərgin  anında  gör-
düyü  əməli    tədbirlər  onun  hakimiyyətə  gəlmək    şansını 
daha da zəruri edirdi.                 
1991-ci il dekabırın 8-də 3  respublika   rəhbər-ləri-
nin  Minsk  görüşü,  SSRİ-nin    buraxılması  iktidar-müxa-
lifət    ziddiyyətləri    üçün  yeni  məqam    yaratdı.  SSRİ-nin 
iflasından  sonra  bütün  respublikalar,  eləcə  də,  Azərbay-
can  siyasi    müstəqilliyə    nail  oldu.  Lakin,  Azərbaycanda 
iqtidarla    müxalifət  arasında  ortaq  siyasi  məxrəc  tapıl-
madı. Hakimiyyət  hərisliyi çılpaqlığı  ilə üzə sıxdı. “Bey-
nəlxalq  problem” kimi  xarakterizə olunan  Dağlıq  Qara-
bağ  qondarma    problemini  həll  etmək  üçün  tarazlaşdı-
rılmış  prinsipial  xarici siyasət  xətti götürmək  vacib idi. 
Lakin, iqtidar düzgün  xarici siyasət  xətti müəyyən  edə 
bilmədi. Müxalifət  isə hər vəchlə   MDB-yə daxil olmağa  
maneçilik törədirdi.  Bilmirdilər ki, MDB-yə daxil olmaq  
respublikanın müstəqilliyi və fəal xarici siyasət  yeritimə-
si  üçün  stimul    ola  bilər.  Prezident  Ayaz  Mütəllibov  isə 
nəinki  öz  mövqeyini  qəbul  etdirə  bilmədi,  heç  olmasa 
istefa  verərək    xalqın    diqqətini  problemə  cəlb  etmədi. 
1991-ci  ilin  noyabrında    törədilmiş  “vertalyot    faciəsi”nə 
münasibətdə  Azərbaycan    dövlətinin  qətiyətsiz,  qorxaq  
mövqeyindən  sonra,  azərbaycanlılar  yaşayan  ərazilərdə  
erməni  həmlələri  fəallaşdı.  Ordunun  yaradılmasında, 
hərbi əməliyyatların keçirilməsində buraxılan ciddi səhv-
lərin    və  daxili  qarşıdurmaların  nəticəsində  torpaqla-
rımızın  bir  hissəsi  hələ  1992-ci  ilin  yanvar,  fevral  ayla-
rında  düşmənin  əlinə  keçdi.  1992-ci  il  yanvarın  21-də 
Qeybalı,  fevralın  12-də  Aşağı  Quşçular,Yuxarı  Quşçlar, 

 
72 
Malıbəyli, fevralın 17-də Qaradağlı  və s. yaşayış məntə-
qələri  yandırılaraq  viran  qoyuldu.  Ermənilərin  nankor-
luğu, respublika  rəhbərliyinin isə  fəaliyyətsizliyi  xalqın 
qəzəbini artırdı. Azərbaycan xalqının böyük oğlu Heydər 
Əliyevin  respublikaya  rəhbərlik  etməməsi,  A.Volskinin  
rəhbərliyi  ilə  yaranmış  təşkilat  komitəsinin  antiazərbay-
can siyasəti  seperatçı  erməniləri  dahada şirnikləndirirdi. 
Zori  Balayan  Volskiyə  yazdığı  aftoqra-finda  ona  verdiyi 
təxəllüsdə hər şeyi açırdı. “Bizim  Volskiyə (Qarabağlıya) 
qoy  sizin  ocaqda    daimi  işıq  və  hərarət  olsun!  Hər  şeyə 
görə  sağ  ol!”  Ermənilər  artıq  DQMV-də  olan  53  Azər-
baycan  kəndindən  azərbaycanlıların    qovulmasını  təşkil 
etdilər.  Bütün  bunlar  A.Volskinin  və  Polyaniçkonun  əli 
ilə həyata kesirildi. 1991-ci ilin sentyabrın  2-də Vilayətin 
ərazisində  qondarma  “Dağlıq  Qarabağ    Respublikası”nı 
elan  etdilər.  Artıq  Moskva  və  Bakıdan    heç  bir  kömək  
gözləməyən  əhali    özü  könüllülər  təşkil  edib,  müdafiyə 
qalxdı.  Xocalının  vəzyəti  isə  günü-gündən  pisləşirdi. 
2000  nəfərə qədər əhali şəhərdə mühasirə vəzyətində qal-
mışdı.  Fevral  ayının  25-dən    26-na  keçən  gecə,  Erməni 
ordusu  kesmiş  SSRİ-nin  366-cı  motoatıcı    alayının  kö-
məyi  ilə    Xocalı  şəhəri  üzərinə  hücum  etdi.  Bu  alayın 
tərkibində 100 ədəd zirehli döyüş  texnikası vardı. Polkun  
tərkibində  olanlardan  49-u  zabit və  gizir  idi. Təkcə ae-
roport  istiqamətində mudafiədə  150   nəfərə qədər adamı 
qətlə  yetirmişlər.  Xocalılar    müdafiəsiz  qalmışdı.  Ancaq  
Ba-kıda  oturmuş  rəhbərlər    isə  kömək  göstərmək  barədə 
de-mək  olar  heç  düşünmürdülər.  Şaxtalı  qış  gecəsində  
uşaqlar,  qadınlar,  qocalar  ayaqyalın  Ağdam  tərəfə  üz 
tutdular.  Naxçivanik  kəndi  yaxınlığında    jamaatı  ot  kimi 
biçmişlər.  Burada  200  nəfərə    qədər  əsir  götürülmüşdür. 
Gülablı  kəndi  yaxınlığında da 200 nəfərə qədər əsir düş-
müşdü. Qocaların, qadınların, uşaqların gözləri  çıxarılır, 

 
73 
qulaqları kəsilir və  yandırılırdı. 50  nəfər xüsusi  qəddar-
lıqla öldürülmüşdür.  
Bu  soyqırım  nəticəsində    613  nəfər    Xocalı  sakini 
öldürülmüş,  əlil  olmuş,  1275  nəfərədək  adam  qirov 
qötürülmüşdür. Ölənlər arasinda 83 uşaq olmuş, (onlardan 
33-ü,  2-15yaş  arasında  olmuşdur).  106  qadın,  70  nəfər 
qoca var idi. 8 ailə tamamilə  məhv edilib, 25 uşaq hər iki 
valideynini, 130 uşaq isə 1 valideynini itirib. 150 nəfərin 
taleyi bu  gün də  məlum deyil.  Bütün bunların qarşısında  
isə  respublika    televizyası  ilə  deyilirdi  ki,  cəmi  iki  nəfər 
həlak  olmuşdur.  Bu  onu  göstərirdi  ki,  rəhbərləri  əhali, 
torpaq, onun  müdafiəsi  düşündürmürdü, başları özlərinə 
qarışmışdı.                                                                                                                                            
 Köməksiz qalan Xocalılar faciə ilə üzləşsələr də  öz 
qəhrəmanlıqlarını  göstərdilər.  Öldülər,  ancaq  əyilmədi-
lər.  Neçə-neçə  erməni  məhv  etdilər.  Əlif  Hacıyev,  Aqil 
Quluyev,  Tofiq  Hüseyinov,  Hikmət  Nəzərli    və  İnqilab 
İsmayılov  Xocalının  müdafiəsində  qəhrəmanlıq  göstər-
diklərinə  görə,  Azərbaycanın  Milli  Qəhrəmanı    fəxri  
adına layiq görüldülər.  
   Azərbaycanın  fəal  siyasi  xətt    yeritməməsindən, 
respublikadakı  daxili  siyasi  gərginlikdən  istifadə  edən 
erməni işğalçıları  Qarabağda hücumu daha da gücləndi-
rərək    Şuşa,  Laçın  və  digər  sərhəd  bölgələri  üçün  işğal 
dairəsini genişləndirdilər.  
 
 
 
 
 
 
 
 

 
74 
Xəyanətin acı nəticələri. 
 
  1992-ci  il  may  ayının  8-də  erməni  işğalçılarının 
kütləvi  hücumu  nəticəsində  Şuşa  şəhəri  işğal  olunur. 
Bundan  sonra Laçının  vəziyyəti daha da pisləşir. Qurub-
yaratmaq eşqi ilə yaşayan, «Qara qapı» adlandırılan, mərd 
igidlər diyarı olan Laçın da çox təssüf ki, mənfur erməni 
faşistləri  tərəfindən  1992-ci  il  may  ayının  17-də  işğal 
olundu. Laçın o zamanki, Azərbaycan rəhbərliyinin, başı 
hakimiyyət  davasına  qarışan  AXC-Müsavat  cütlüyünün 
xəyanətinin  qurbanı  oldu.  Bu  il  may  ayının  17-də  Laçın 
rayonunun  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  işgal 
edilməsinin  20  ili  tamam  olur.  Öz  havadarlarının  kömə-
yindən istifadə edərək bu işğalı həyata keçirən Ermənistan 
70  min  laçınlını  keçən  illər  ərzində  məcburi  köçkün 
həyatı  yaşamağa  məhkum  etmişdir.  Çox  təəssüf  ki,  dün-
yanın ən böyük beynəlxalq təşkilatlarının və dövlətlərinin 
münaqişəyə  ikili  yanaşmaları,  göstərdikləri  loyal  müna-
sibət nəticəsində ərazilərimizin 20 faizini əhatə edən işğal 
hələ də davam etməkdədir.    
Azərbaycan  Respublikasının  cənub-qərbində  yer-
ləşən  Laçın  rayonu  işğal  nəticəsində  1şəhəri,  1  qəsəbəsi 
və 125 kəndi dagıdılaraq yerlə yeksan edilmiş, əhalisi isə 
respublikanın 59 şəhər və rayonunda müvəqqəti məskun-
laşmışdır. Rayonun 166488 hektar torpaq sahəsinin 75781 
hektarı  kənd  təsərrüfatına  yararlı  olmuş,  33205  hektarını 
əsasən  palıd,  ardıc,  cökə,  vələs,  fısdıq  və  s.  Agaclardan 
ibarət  meşə  zolagı,  72000  hektarını  yaylaq  sahəsi,  1470 
hektarını isə meyvə bagları təşkil etmişdir. Ərazisi əsasən 
çay daşı, qum, gil, qrafit, dag bülluru, mərmər, civə, uran, 
kobalt, xrom, qızıl və dəmir yataqları kimi faydalı qazın-
tılarla  zəngindir.  Rayon  ərazisində  200-ə  yaxın  tarixi, 
mədəniyyət  və  memarlıq  abidələri,  onlarla  kurqan,  qala 

 
75 
tipli  arxeologiya  baxımdan  faydalı  olan  abidələr,  qəbir-
üstü abidələr  vardır.     
Laçın  rayonu  əsasən  təbii  turşsu,  istisu  və  digər 
mineral  bulaqları,  kəklik  otu,  itburnu,  qatırquyrugu,  ço-
banyastıgı, solmazçiçəyi, bagayarpagı, yemişan, baldırgan 
və s. Saysız-hesabsız dərman bitkiləri, dag keçisi, cüyür, 
qaban, ayı, bəbir, canavar, tülkü, dələ, dovşan və s. Çoxlu 
sayda ov heyvanları, bülbül, qartal, turac, qırqovul, şana-
pipik,  alabaxta,  göyərçin,  bildirçin  və  s.  quşlar,  heyvan-
darlıq, arıçılıq və tərəvəz məhsulları ilə məşhurdur.   
Rayonda  1187  km  uzunlugunda  su  kəməri,  33  su 
anbarı, 15 km uzunlugunda mərkəzi kanalizasiya, 20 km 
uzunlugunda  istilik  şəbəkəsi,  14  hamam,  8  yanacaq  dol-
durma  stansiyası,  6  elektrik  yarımstansiyası,  2636  km 
uzunlugunda  elektrik  hava  xətləri,  498  km  uzunlugunda 
qaz xətti və 3 televiziya stansiyası vardı (34).  
Rayonun  iqtisadiyyatını  əsasən  heyvandarlıq,  arıçı-
lıq  və  qismən  bagçılıq  təşkil  etmişdir.  Rayonda  icti-mai 
və şəxsi təsərrüfatlarda 40211 baş iri və 244000 baş xırda 
buynuzlu  heyvanlar,  44235  arı  ailəsi  olmuş,  3438  hektar 
sahədə  taxıl  əkilmiş,  1470  hektar  sahədə  meyvə  agacları 
salınmışdır. Hər il rayon üzrə 6000 ton süd, 5000 ton ət, 
400 tondan çox yun tədarük olunurdu. Rayonda iri dövlət 
müəssisələrindən  olan  9  heyvandarlıq  sovxozu,  o  cüm-
lədən  südçülük-damazlıq  sovxozu,  yag-pendir  zavodu, 
konserv zavodu, ət tədarükü və qəbulu məntəqəsi, yun və 
göndəri  qəbulu  idarəsi,  kimya  birliyi,  baytarlıq  müalicə-
xanası,  tikinti  materialları  istehsalat  birliyi,  agac  emalı 
sənayesi,  yol  və  tikinti  quraşdırma  idarəsi,  Sumqayıt 
Aliminium  və  Maşınqayırma  zavodlarının  filialları,  yün-
gül  və  yerli  sənaye  kombinatları,  2  asfalt  zavod,  beton 
zavod,  23  tikinti  idarəsi,  mərmər,  əhəng,  pemoksal  və 

 
76 
toxuculuq  sexləri,  2  daş  karxanası  və  s.  müəssisələr  fəa-
liyyət göstərirdi (35).  
İşgal  nəticəsində  Laçın  şəhərində,  Qayğı  qəsəbə-
sində  və  125  kənddə  olan  13.745  fərdi  yaşayış  evi,  48 
sənaye,  63  kənd  təsərrüfatı  obyekti,  217  mədəni-maarif, 
101  məktəb,  5  məktəbdənkənar,  2  məktəbəqədər  müəs-
sisə,  142  səhiyyə,  460  ticarət  obyekti  itirilmişdir.  Ümu-
milikdə  o  dövrün  hesablamaları  ilə  rayona  7,1  milyard 
ABŞ dolları həcmində ziyan dəymişdir.  
Rayonun  bütün  sakinləri  ciddi  cəhdlə  düşmənə 
müqavimət göstərsələr də havadarları tərəfindən ən müa-
sir silahlarla təchiz edilmiş və canlı qüvvə ilə kömək alan  
erməni silahlı birləşmələri sonda müvəqqəti də olsa ərazi-
lərimizi işgal etməyə nail oldu.  Laçınlıların qurub-yarat-
dıqları,  göstərilən  nələri  var  idisə  hamısı  düşmən  əlinə 
keçdi.  Buna  baxmayaraq,  ataların  keçdiyi  qəhrəmanlıq 
yolunu onların varisləri davam etdirdilər. Belə ki, torpaq-
larımızın  bütövlüyü,  o  cümlədən  Laçın  uğrunda  gedən 
döyüşlərdə  neçə-neçə  mərd  oğullarımız  canından  keçdi. 
Son  dəqiqləşdirmələrə  görə  döyüşlərdə  328  nəfər  şəhid 
olmuş,  225  nəfər  əlil  olmuş,  33  nəfər  hər  iki  valideynini 
itirmiş,  5  nəfər–  Oktay  Güləli  oğlu  Güləliyev,  Kamil 
Baladə  oğlu  Nəsibov,  İsrafil  Şahverdi  oğlu  Şahverdiyev, 
Qorxmaz  Abış  oğlu  Eyvazov  və  Fazil  Umud  oğlu 
Mehdiyev  Azərbaycanın  Milli  Qəhramanı  adına  la-yiq 
görülmüşlər. 
   
 
 
 
 
 
 

 
77 
Laçında erməni vandalizmi və erməniləĢdirmə   
siyasəti (Ģəkillərin dili ilə) 
 
Laçın od içində 
 
 

 
78 
 
 
 
 
 
 
 

 
79 
Yandırılmış Cicimli kəndi 

 
80 
 

 
81 
Köçkünlük həyatı 

 
82 
 
 
 
 
 
Laçın rayonunun erməniləşdirilmiş xəritəsi. 
Armenized map of Lachin district 
Арменизированная карта Лачынского района 
 
 

 
83 
 
 
 
 
 
 
 
                   
Şəhərdən görüntülər 
                         Sights of the town of Lachin 
                Виды города Лачына 
 

 
84 
 
Zabıx- Gorus yolu 

 
85 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Laçının işğalından sonra tikilmiş erməni kilsəsi 
         A church built by Armenians after occupation of the town of Lachin 
         Церковь, построенная армянами после захвата города Лачына 

 
86 
 
Böyük Vətən müharibəsi xatirə kompleksinin erməniləşdirilməsi, 
A monument to warriors of the Great Patriotic War recast as 
Armenian 
Памятник воинам Великой Отечественной войны, 
переделанный под 
армянский. 
 
 

 
87 
 
 
Şəhərdən görüntülər 
Sights of the town of Lachin 
Виды города Лачына 

 
88 
 
         Həmzə Soltan sarayı. Soltanlar kəndi. 1761-ci il. 
                  Hamza Soltan Palace. Soltanlar village. 1761 
                      Памятник Гамза Солтан. Село Солтанлар. 1761. 

 
89 
 
 
 
 
 
 
 
 
Minkənd-İstisu                                                                                              
Minkand – İstisu                                                                              
Минкент – Истису 

 
90 
 

 
91 
IV Fəsil. 
Canlarını torpağa sipər edən vətən oğulları 
Laçından olan Azərbaycanın Milli 
Qəhrəmanları. 
                                   
Oqtay  Güləli  oglu  Güləliyev,  
1962-ci  ildə  Xaçınyalı  kəndində 
anadan  olub.  Laçın  şəhər  1  saylı 
orta  məktəbi  bitirib.  1980-1982-ci 
illərdə hərbi xidmətdə olub. 1986-cı 
ildən  Laçın  rayon  DİŞ-də  işləyib. 
1989-cu  ildə  Poltava  Kooperativ 
İnstitutunu  qiyabi  bitirib.  1991-ci 
ildə rayon DİŞ-də bölmə komandiri 
təyin  olunub.  Şuşa,  Kərkicahan,  Malıbəyli,  Kosalar,  Da-
şaltı ugrunda gedən döyüşlərdə iştirak edib.  
Onun  komandiri  oldugu  dəstə  Laçın  kəndlərinin 
müdafiəsi  zamanı  ermənilərin  xeyli  döyüşçüsünü  məhv 
edib,  yüksək  rütbəli  zabitlərini  əsir  götürüb.  Döyüşlərin 
birində  yaralanıb,  sagaldıqdan  sonra  yenidən  ön  cəbhəyə 
qayıdıb. 1992-ci il oktyabrın 11-də Avazlar kəndi yaxın-
lıgında  gedən  qeyri-bərabər  döyüşdə  həlak  olub.  Bakı 
şəhərində  Şəhidlər  Xiyabanında  dəfn  olunub.  Ailəli  idi. 
İki övladı yadigar qalıb. 
 Kamil  Baladə  oglu  Nəsibov, 
1946-cı ildə Bozlu kəndində anadan 
olub.  Orta  məktəbi  Minkənddə 
bitirib. 1963-cü ildə orduya xidmətə 
çagrılıb.  1973-1978-ci  illərdə  Azər-
baycan Politexnik İnstitutunda təhsil 
alıb.  
1988-ci 
ildə  könüllülərdən 
ibarət  özünümüdafiə  dəstəsi  yara-

 
92 
daraq düşmənə qarşı mübarizə aparıb. Laçının işgalından 
sonra Güləbird, Səfian, Suarası, Cicimli kəndləri ugrunda 
gedən  döyüşlərdə  iştirak  edib.  1992-ci  il  28-29  iyulda 
Laçın  ugrunda  gedən  döyüşlərdə  həlak  olub.  Agcəbədi 
şəhərində  dəfn  olunub.  Ailəli  idi.  Dörd  övladı  yadigar 
qalıb.  
  Qorxmaz  Abış  oglu  Eyvazov, 
1967-ci ildə Güləbird kəndində ana-
dan  olub.  Doguldugu  kənddə  orta 
məktə-bi bitirib. 1985-1987-ci illər-
də hərbi xidmətdə olub. 1992-ci ildə 
Laçın rayon DİŞ-də polis nəfəri ki-
mi işə qəbul edilib.  
Torpaqlarımızın  azadlıgı  ug-
runda  aparılan  bir  çox  döyüşlərdə 
iştirak edib, cəsarətlə vuruşub, öz şücaətilə yoldaşlarından 
fərqlənib.  1994-cü  ilin  fevral  ayında  Füzuli  rayonunun 
Mehdili  kəndi  ugrunda  aparılan  döyüşlərdə  həlak  olub. 
Sumqayıt  şəhər  qəbristanlıgında  dəfn  olunub.  Ailəli  idi. 
İki övladı yadigar qalıb.  
  
İsrafil  Şahverdi  oglu  Şah-
verdiyev,  1952-ci  ildə  Uannovu 
kəndində anadan olub. Orta məktəbi 
bitirdikdən sonra 1971-1974-cü illər 
ərzində  hərbi  xidmətdə  olub.  1975-
ci ildə Laçın rayon DİŞ-də işə götü-
rülüb.  
1988-ci 
ildən 
başlayaraq 
erməni  işgalçılarına  qarşı  döyüş-
lərdə  yaxından  iştirak  edib.  Döyüşlər  zamanı  bir  neçə 
düşmən əsgərini girov götürmüş, 4 döyüş maşını və xeyli 
sursat  ələ  keçirib.  Döyüşlərdə  göstərdiyi  qəhrəmanlıga 

 
93 
görə baş leytenant rütbəsinə və Laçın rayon Kooperativlər 
İttifaqının “Sultan bəy” mükafatına layiq görülüb.  
1994-cü  il  yanvarın  13-də  Horadiz  döyüşlərində 
həlak  olub.  Bakıdakı  Şəhidlər  Xiyabanında  dəfn  olunub. 
Ailəli idi.Üç övladı yadigar qalıb. 
  Fazil  Umud  oglu  Mehtiyev,  1966-
cı  ildə  Ələkci  kəndində  anadan 
olub.  1983-cü  ildə  orta  məktəbi  bi-
tirdikdən sonra 1986-1988-ci illərdə 
hərbi  xidmətdə  olub.  Sonradan 
ailələri ilə birlikdə Agdam rayonuna 
köçübdür.  
Erməni  işgalçıları  torpaqları-
mıza təcavüz etdiyi vaxtdan Agdam rayon DİŞ-də fəaliy-
yətə başlayıb. İlk günlərdən öz qorxmazlıgı ilə fərqlənib. 
Xocalı, Agdərə, Qaradaglı, Kərkicahan döyüşlərində şəxsi 
igidlik və şücaət göstərib.  
1991-ci  il  sentyabrın  24-də  postlara  baş  çəkərkən 
düşmən  əsgərləri  ilə  qarşılaşıb  və  qeyri-bərabər  döyüşdə 
igidliklə  həlak  olub.  Agdam  rayonunda  dəfn  olunub. 
Subay idi. 
 
Bayramın ömür yolu gənclər üçün 
nümunədirdir. 
 
1970-ci  il  mart  ayının  22-də  anadan  olmuşdu. 
Novruz  bayramı  günü  doguldugundan  adını  da  Bayram 
qoydular.  O,  öz  gəlişilə  ailəyə  ikiqat  bayram  sevinci 
yaşatdı.  Böyüdükcə  də  öz  tərbiyəsi  və  davranışı  ilə  bu 
sevincli  günlərin  sayını  artırmaqda  davam  etdi.  Orta 
məktəbi  dogulub  boya-başa  çatdıgı  Minkənddə  bitirdi. 
Bakıya  gələrək  sənədlərini  Azərbaycan  Dövlət  Neft 
Kimya İnstitutuna verdi. Hər zaman oldugu kimi bu dəfə 

 
94 
də  valideyinlərini  sevindirdi.  Qəbul  imtahanlarını 
müvəffəqiyyətlə  verərək  tələbə  adını  qazandı.  Arzusu  ali 
təhsilli mütəxəssis kimi cəmiyyətə fayda vermək idi.  
İnstitutda  oxudugu  zaman  hərbi 
xidmətə  çagrıldı.    Xidmət  yeri  Rusiya 
Federasiyasının Orenburq vilayətindəki 
qapalı  hərbi  hissə  oldu.  Hərbi  xid-
mətini başa vurub vətənə qayıdan kimi 
könüllü olaraq  ermənilərlə  mübarizəyə 
başladı.  Şəhid  oldugu  1992-ci  ilin  7 
iyununa  qədər  şərəfli  bir  döyüş  yolu 
keçdi. Şübhəsiz ki, Bayram kimi vətən 
ogulları  heç  bir  zaman  ölmür,  öz 
cismani  yoxluqları  ilə  daha  da  müqəddəsləşir,  əlçatmaz 
olurlar.  Bayramın  vətən  qarşısında  göstərdiyi  xidmətlər 
dövlətimiz  tərəfindən  də  yüksək  qiymətləndirilib.  O, 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 
imzaladıgı 2005-ci il 30 iyun tarixli sərəncamla ölümün-
dən sonra “Vətən ugrunda” medalı ilə təltif edilib. Vaxtilə 
təhsil  aldıgı  Minkənd  kənd  orta  məktəbi  də  indi  onun 
adını daşıyır.  
Tədbirlərdə  Bayramın atası Məhəmməd kişidən də-
fələrlə  bu  sözləri  eşitmişəm.  ”Mən  Bayramın  ölümünə 
heyifsilənmirəm. Çünki biz ogulu vətən üçün böyüdürük. 
O, da vətən yolunda getdi, dogulub tərbiyə aldıgı öcagın 
adına layiq iş gördü. Mən bununla ancaq fəxr edirəm”.  
Daşaltı və Meşəli hadisələrində həlak olan azərbay-
canlıların  cəsədlərinin  çıxarılmasında  yaxından  iştirak 
edən  Bayram  Kəlbəcərə  köməyə  gedərkən  qəhrəman-
casına  şəhid  oldu.  Köməyə  gedən  dəstə  Kəlbəcərin  bir 
kəndinə yetişəndə görürlər ki, 12 nəfər hərbiçi bir həyətə 
gələrək  evdəki  mebeli  maşına  yükləməyə  başladılar. 
Əvvəl  hesab  edirlər  ki,  bizimkilərdir.  Yaxınlaşanda  eşi-

 
95 
dirlər  ki,  ermənicə  danışırlar.  Şiddətli  atışma  başlayır. 
Qaçıb  canlarını  qurtara  bilməyən  ermənilər  girib  evdə 
gizlənirlər.  Bizimkilər  tərəfindən  atılan  qrantamyot  atəşi 
evdə  şiddətli  yangını  səbəb  olur.  Bayram  yoldaşlarına 
deyir  ki,  məni  arxadan  qoruyun,  girib  onların  qulaq-
larından  tutub  sürüyüm  bayıra.  Yoldaşları  evin  sonacan 
yanıb  qurtarmasını  gözləməyi  məsləhət  bilsələr  də  o, 
razılaşmır.  Qapını  açaraq  evə  daxil  olur.  Yaralı  halda 
ölümünü  gözləyən  erməni  bu  zaman  əlindəki  qumbaranı 
onun  ayaqları  altına  atır.  Bayram  da  əlindəki  qumbaranı 
düşmən tərəfə tullayır. Evdə olan 8 erməni döyüşçüsünün 
hamısı həlak olur.  
Yaralı  halda  bayıra  çıxan  Bayramı  yoldaşları  UAZ 
markalı  maşınla  Kəlbəcərə  gətirirlər.  Yolda  maşını 
saxlatdırıb:  məni  yerə  düşürün  deyir.  Agır  vəziyyətdə 
Laçına  sarı  boylanıb:  ”Heyif  səndən,  ay  Laçın”  söyləyir. 
Aglayan  yoldaşlarına  üzünü  tutub:  ”Niyə  aglayırsınız? 
Fəxr edin ki, qardaşınız şəhid olur” deyir.  
Həyatda cəmi 22 il yaşayan və ölümündən 20 il ötən 
Bayram Məmmədovun şərəfli ömür yolu bugünkü gənclər 
üçün ən böyük nümunə və örnəkdir. Qoy onlar belə qəh-
rəmanlarımızdan  nümunə  götürərək,  bu  gün  işgal  altında 
olan  torpaqlarımızın  azadlıgı  ugrunda  mübarizəyə  hər 
zaman hazır olsunlar.  
Yüklə 6,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin