ĠĠkar məHƏMMƏDƏLĠ oğlu qasimov


Mühasirədə keçən 51 günün yaĢantıları



Yüklə 6,18 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix31.01.2017
ölçüsü6,18 Mb.
#6982
1   ...   4   5   6   7   8   9   10   11   12

 
Mühasirədə keçən 51 günün yaĢantıları 
 
  Laçın  qəzetindən  oxuduğum  və  bir  nəfər  həmyer-
limin söhbətindən eşitdiklərimə əsasən,  Bu yazıda Oğul-
dərə kənd sakini Arif Zülfüqarovun mühasirədə keçən 51 
gününün yaşantıları qısaca verilmişdir. Bu yaşantılarda 60 
min Laçın rayonu sakininin necə ağır faciələrlə üzləşdiyi 
ancaq düşmən qarşısında əyilmədiyi bir daha əks olunur.  
Arif  Zülfüqarov  1992-ci  il  17-18  mayında  Laçının 
ermənilər  tərəfindən  işğalından  sonra  o,  zamanki  haki-
miyyətin  boş  vədlərinə  və  “ordusuna”  arxalanaraq  kənd-
lərinə  qayıdıb  yaşayayanlardan  biri  idi.  Onun  öz  nəql 

 
123 
etdiyinə görə Laçın boşaldıqdan (işğalından) sonra Murov 
dağının Gəncə tərəfində çadrlar qurub, radionu izləyirdik. 
Xəbərlər  ürək  açan  idi,  Laçının  60-70  kəndi  azad  edil-
mişdi.  Emənilərin  sıxışdırılmasına  lap  az  qalmışdı. 
Vəziyyəti  belə  görüb  1992-ci  il  sentyabrın  31-də  kəndə 
qayıtdıq.  Evlərin  bir  çoxu  ermənilər  tərəfindən  yandırıl-
mışdı. Salamat evlərdə məskunlaşdıq. Laçın batalyonunun 
əsgərləri  də  kəndə  gəlirdilər.  Onlardan  soruşurduq  ki, 
Laçının  bir  addımlığındasınız  nə  üçün  rayon  mərkəzinə 
girmirsiniz?  Cavab  verirdilər  ki,  yuxarıdan  hücum  əmri 
yoxdur,  yoxsa  ki,  iki  saatlıq  işimiz  qalıb.  Kəşfiyyatçı-
larımızda  tez-tez  Laçında  olur,  qayıtdıqdan  sonra  düş-
mənin  qüvvəsinin  tükənməzliyini  deyirdilər.  Bir  gün 
radioda  eşitdik  ki,  Surətin  qoşunları  geri  çəkilib.  İki  gün 
müddətində  ermənilər  Kəlbəcər-Ağdərə  yolunu  təzdən 
kəsdilər. Artıq hiss edirdik ki, bizi yeni təhlükə gözləyir. 
Bir  neçə  nəfərlə  Kəlbəcərə  getdik.  Briqada  komandiri 
Qənizadəni  tapıb  nəsə  öyrənmək  istədik.  O,  bizə  cavab 
verdi  ki,  qətiyyən  qorxmayın,  heç  bir  şey  yoxdur.  Ona 
inanıb kəndə qayıtdıq. Ancaq gördük ki, qoşun hissə-hissə 
çıxıb  gedir.  Qonşu  kəddən  olan  bir  hərbiçi  martın  31-də 
kəndə  gələrək  bildirdi  ki,  qadınları  və  uşaqları  kənddən 
çıxarın.  Qənizadə  bütün  qoşunu  aparıb,  qalan  Laçın 
batalyonu və polisdir.  
Qışın oğlan çağı idi, anam iflic olduğu üçün yeriyə 
bilmirdi. Qaz-52 markalı yük maşını ilə xəstələri, qocaları 
və uşaqları yola saldıq 105 nəfər idik. Qalanlar isə ayaqla 
Kəlbəcərə getməli oldular. Bir neçə nəfər qaldıq ki, səhər 
mal-qaranı aparaq. Kəlbəcərdən qayıdan yoldaşlarımızdan 
ikisi  səhəri  günorta  radələrində  xəbər  gətirdilər  ki, 
Kəlbəcər  işğal  edilib.  Aprelin  ikisiydi,  gördük  ki,  Laçın 
tərəfdən  dörd  hərbiçi  gəlir.  üçü  rus,  biri  isə  azərbaycanlı 
idi.  Dedilər  ki,  ermənilər  2-3  kilometirlikdədir.  Bu  tərəf-

 
124 
dən də Kəlbəcərin işğalı. Başa düşdük ki, mühasirədəyik. 
Biz  bir  neçə  at  götürüb  Kəlbəcər  tərəfə  aşdıq.  Laçın 
batalyonundan  20-yə  qədər  əsgər  götürdük.  Ermənilər 
Kəlbəcərə  gedən  tuneli  tutmuşdular.  Bir  neçə  saaata 
dağlarla,  yamaclarla  bir  kəndə  çatdıq.  Qabaqcadan  yola 
saldığımız  yoldaşların  paltarlarını,  azuqələrini  orada 
tapdıq.  Düşündük  ki,  bəlkə  onlar  əsir  düşüblər.  Kənddə 
isə  bir  nəfərdə  yox  idi  ki,  söz  soruşasan.  Yanımızdakı 
hərbiçilər  yollarını davam  etdirdilər, biz isə  səhər tezdən 
yola  çıxdıq.  Onların  traktoru  batdığı  üçün  onlara  çata 
bildik.  Traktoru  çıxara  bilmədik.  Axırda  razılaşdıq  ki, 
piyada gedək. Gəlib elə bir yerə çıxdıq ki, sağda da, solda 
da  kənd  var  idi.  Uzaqdan  Kəlbəcərin  magistral  yolu 
görünürdü. Sağdakı kəndə yenib su içdik, biraz dincəldik. 
Yola  bir-iki  kilometr  qalmış  qarşı  tərəfdə  qəfil  atışma 
başladı.  Gülləbaran  on  beş  dəqiqə  çəkdi.  Hərbiçilərin 
səsini  seçə  bilmirdik  ki,  bilək  ermənilərdir  yoxsa  bizim-
kilər.  Biz  Tərtər  çayının  Laçın  tərəfində  idik.  Körpünün 
üstü adamla dolu idi. Ancaq bilmirdik kimlərdir. Həyəca-
nım  artmışdı.  Bir  yandan  yoldaşlarımız  gəlib  çıx-ma-
mışdır.  Digər  tərəfdən  də  Temir  əmimgillə  rastlaşma-
mışdıq.    
Yenidən  məcbur  olub  gəldiyimiz  kəndə  qayıtdıq. 
Məktəbin  qapısına  vurul-muş  lövhədən  oxumuşduq  ki, 
kəndin  adı  Quzeyçirkindir.  Qaranlıqda  iki  nəfəri  kəndə 
göndərdik  ki,  çörək  gətirsinlər,  həm  də  atla  getmək 
mümkün olmadığı üçün atları açıb buraxsınlar. Sonradan 
məlum  oldu  ki,  dünən  ki,  atışmada  körpünün  üstündə 
bizimkiləri  qırıblar.  10  nəfər  Kəlbəcərli  gəlib  yanımıza 
çıxdı.  Mühasirədən  çıxmaq  üçün  bizə  yol  göstərdilər. 
Amma  Temir  əmimgildən  xəbər  tutmamış  getmək  istə-
mirdik. Belə qərara gəldik ki, biz öz kəndimizə qayıdaq. 

 
125 
Kəlbəcərlilər  bizdən  ayrıldılar.  Biz  19  nəfər  kəndə  üz 
tutduq.  
Bir günlük yolu altı günə gəldik. Oğuldərəyə çatan-
da  aprel  ayının  10-u  idi.  Kəndə  girə  bilmədik,  qərara 
gəldik  ki,  ağacların  yarpaqlanmasını  gözləyək.  Kəndin 
yaxınlığındakı  binəyə  yığışdıq.  Ermənilər  kənddə  yaşa-
madıqları  üçün  azuqə  sarıdan  korluğumuz  yox  idi.  Düş-
mən bütün mal-qaranı qoyunları çəkib aparsa, evləri qarət 
etsə  də  yenə  heyvan  ərzaq  qalmışdı.  Özümüzə  yatacaq, 
qab-qacaq,  ərzaq  məhsullarını  gecələr  gətirirdik.  Çünki, 
gündüzlər  ermənilər  tez-tez  gəlib  kəndi  qarət  eləyirdilər. 
Gedəndə də bir-iki evə od vurub yandırır-ırdılar.  
Gecələr 19 nəfər növbə ilə qarovul çəkirdik. Radio 
ilə  məlumat  alırdıq.  Bir  dəfə  ermənilər  yaxınlıqdakı  evi 
yandıranda  cavanlar  dözmədilər  ki,  gedək  söndürək. 
Qulaq  asmadılar,  kəndə  düşüb  evi  söndürdülər.  Sabahı 
ermənilər  gəlib  həmin  evi  yenidən  yandırdılar.  Gözü-
müzün  qarşısında  evimizi-eşiyimizi  yandırdılar  biz  isə 
heç nə edə bilmirdik.  
May  ayının  15-ə  qədər  binədə  qaldıq.  Həmin  gün 
kəndin qırağına çıxan üç erməni bizi gördü. Başa düşdük 
ki,  üstümüzə  çoxsaylı  canlı  qüvvə  gələcək.  Gecəikən 
yığışdıq.  Axşamdan  qalan  çörəyi  aramızda  böldük.  Bu 
dəfə  üzü  Laçına  yola  düşdük.  Yenə  də  gecələr  gedir, 
gündüzlər  gizlənirdik.  Həkəri  çayı  boyu  irəliləyirdik. 
Radioda  eşitmişdik  ki,  Güləbird    kəndi  bizdədir.  Ancaq 
ora  qədər  bir  neçə  düşmən  postunu  keçməli  idik. 
Yanımızda iki it var idi nə edirdik bizdən aralanmırdılar. 
Onlarla  da  postu  keçmək  olmazdı.  Öldürməyə  də  əlimiz 
qalxmırdı.  Məcbur  olub  ağaca  bağladıq...  Ən  dəhşətli 
gecəmiz  birinci  posta  çatandan  sonra  başladı.  Çayı 
keçəndə az qala batmışdıq. Radiomuzu çay apardı.  

 
126 
Xəbərimiz  var  idi  ki,  “Qayğı”  qəsəbəsi  ermənilərin 
əlindədir. Qəsəbənin tuşuna çatdıq. Səhərə az qalırdı. Bir 
yerdə  seyrək  kol-kos  gözə  dəyirdi.  Əlacımız  kəsildi 
kolluğa  doluşduq.  Səhər  təxminən  11  radələri  olardı,  bir 
UAZ  maşını  gəldi,  içindən  dörd  erməni  düşdü.  Onlar 
qarşıdakı  üzüm  bağında  nə  isə  axtarırdılar.  Gecə  oradan 
keçəndə  bir  məftilə  toxunmuşduq  fikirləşdim  ki,  yəqin 
duyuq  düşüblər.  Bir  nəfəri  ayrılıb  başqa  səmtə  getdi,  o 
biriləri isə izimizi tapdılar. Havaya iki güllə atdılar. Sonra 
isə  izi  tutub  düz  üstümüzə  yeridilər.  Əlimi  hər  yerdən 
üzsəm  də,  Allahdan  üzməmişdim.  Ölü  kimi  uzanmışdıq. 
Ermənilər  kolluğa  çatanda  nədənsə  dayandılar,  nə 
fikirləşdilərsə  geri  döndülər.  Ətrafdakı  kolluqları  gülləyə 
tutdular.  Hər  kola  ən  azı  iki  daraq  patron  atdılar. 
Qulağımızın  dibindən  güllələr  keçirdi.  Onlar  biz  olan 
kolluğa  atəş  açsaydılar  çətin  ki,  kimsə  sağ  qalardı. 
Bundan  sonra  bir  bölük  əsgər  gəldi.  Düşündüm  ki, 
bizimki bura qədər  miş. Nə isə danışıb hərə öz maşınına 
mindi təqribən bizdən yüz metr uzaqlaşıb dayandılar və o 
tərəfi də 10-15 dəqiqə atəşə tutdular. Günorta saat ikidən 
sonra  atəş  kəsildi.  Heç  bir  saat  keçməmiş  güclü  yağış 
başladı. Saat 10-da məsləhətləşdik ki, artıq düşmən duyuq 
düşüb, dayanmaq olmaz.  
Güləbirdə  15  km  qalmışdı  şərtləşdik  ki,  kimisə 
vursalar, sağ olanlar yaralananları, ölənləri axtarmasınlar. 
Razılaşdıq. Yazın zil qaranlıq gecəsində bir-birimizin ətə-
yindən yapışıb addım-addım irəliləyirdik. Bir az gedəndə 
bizi  saxladılar.  Mən  üçüncü  adam  idim.  Dedilər  ki,  üç 
nəfər  yoxdur.  Qalanlar  bacı-qardaş,  bir  də  onların  qoca 
atası  idi.  Yenidən  gəldiyimiz  yolla  geri  qayıtdıq.  Ancaq 
onları  tapa  bilmədik.  Iki  saat  gözlədik  gəlib  çıxmadılar. 
Axşam danışmışdıq ki, həkəri çayı boyunca hərəkət edə-
cəyik...!  xeyli  getmişdik  ki,  üstlərinə  çıxdıq.  Deyəsən 

 
127 
qoca  ata  yorulub,  təkid  edib  ki,  onu  qoyub  getsinlər, 
ancaq  uşaqları  razılaşmayıb.  Qocanın  qoluna  girib  güclə 
sürütləyiblər. Bizi görəndə elə  sevindilər ki, sanki, azad-
lığa çıxmışdılar.  
Az  keçmiş  çayın  o  tayında  bir  post  gördük,  dəstə-
mizdəki  əsgərlər  dedilər  ki,  bizim  postumuzdur.  Səhv 
etmirdik,  postdakılar  çayın  yuxarı  tərəfinə  atəş  açırdılar, 
ermənilər  isə  onlara  sarı.  Gündüzdən  yağan  yağış  hələ 
kəsməmişdi.  Bəlkə  də  düşmən  elə  ona  görə  duyuq  düş-
mürdü. Səhər açılanda ayağa qalxıb,  bir ağ bayraq düzəlt-
dik.  Posta  yaxınlaşanda  qışqırdıq  ki,  azərbaycanlılarıq 
atmayın...  Biz  körpüyə  çatanda  qabağımıza  yüyürdülər. 
Bu gün  mayın 23-ü idi...  
 
Qələmi silahla əvəz edən Muxtar müəllim 
 
Muxtar  Talış  oğlu  Həşimov 
Laçın  rayonu  cicimli  kəndində  ana-
dan  olub.  Ali  təhsilini  başa  vur-
duqdan  sonra  elə  doğulduğu  boya-
başa  çatdığı  Cicimli  kəndində  müəl-
lim  işləyirdi.  Ermənistanın  Azərbay-
can  torpaqları  üzərinə  hücum  etdiyi 
ilk  gündən  başlayaraq  Muxtar  müəl-
lim qələmini silahla əvəz etmiş, doğ-
ma  torpaqlarımızın  yağı  düşməndən  qorunması  uğrunda 
döyüşə  atılmışdır. O, əslində peşəkar hərbiçi  deyildi, an-
caq  vətənə  torpağa  bağlılıq  onu  peşəkar  hərbiçi  səviy-
yəsinə  qaldırmışdır.  Dəfələrlə  yaralanmasına,  kontuziya 
almasına baxmayaraq həmişə ön cəbhədə olmuş, peşəkar 
rəhbərlik keyfiyyətləri ilə döyüşçülərə nümunə olmuşdur. 
Laçın, Cicimli, Qızqəbri, Səfian, Türklər, Aşağı Fərəcan, 
Güləbird,  Mizmindağ  yüksəkliyi,  Susuzdağ,  Qızartı, 

 
128 
Qubadlı, Yazıdüzü, Xanlıq, Cəbrayıl, Ağdam, Füzuli və b 
yerlər  uğrunda  gedən  dəyüşlərdə  komandirlik  etdiyi 
batalyonun  əsgərləri  ilə  iştirak  etmişdir  (19;24).  Əksər 
döyüşlərdə  düşmənə  ağır  zərbə  vurmuş  və  onlardan 
qənimət olaraq texnika və silah ələ keçirmişdir.  
Qarabağ  müharibəsinin  fəal  iştirakçılarından  biri 
olmuş keçmiş batalyon Komandiri, mayor Muxtar Həşim-
ovun  “Vətən  çağırır”  kitabında  verdiyi  döyüş  təssürat-
larından biri xüsusilə diqqəti çəkir. O deyir, günü-gündən 
Laçının əlimizdə olan cənub kəndləri üçün real mühasirə 
təhlükəsi  yaranırdı.  Azğın  düşmən  demək  olar  ki,  dörd 
istiqamətdən  Başarat    kəndi,  Xanlıq  kəndi,  Yazıdüzü  və 
Qızqəbri  tərəfdən  ardı  arası  kəsilmədən  Qubadlı  üzərinə 
hücumlar  edirdi.  Qubadlını  qoruyuyub-saxlamaq  üçün 
bizim  Laçın  bbatalyonuda  Yazıdüzündə  düşmənə  müqa-
vimət göstərirdi. Qubadlı uğrunda gedən döyüşlərdə fəda-
karlıq göstərən əsgərlərimiz çox olmuşdur. Onlardan biri 
də Laçının Alxaslı kəndindən olan İlham Məmmədov idi. 
O, döyüşdə bir gözünü itirməklə bərabər, əlindən və aya-
ğından da yaralanmışdı (22). Bütün bunlara bax-mayaraq, 
ermənilərin  əlinə  keçmiş  İlham,  gecə  min  bir  əzabla  öz 
tankına minib, onu götürüb gəlmişdi. Cəbhə xəttini keçib, 
bizim  mövqelərə  çatdıqdan  sonra  o,  çətinliklə  tankı  sön-
dürmüş və huşunu itirmişdir.  
Sonralar  İlham  başına  gələnlər  haqqında  danışırdı: 
Erməni  quldurları  ələ  keçirdikləri  7-8  nəfər  yaralı  azər-
baycanlıları  biryerə  toplayıb,  amansızcasına  atəşə  tut-
dular.  Bu  güllələrdən  bir  neçəsi  də  mənə  dəydi.  Gözüm-
dən, sol əlimdən, və sağ ayağımdan dəyən güllələr, məni 
çox incidirdi. Mən dəhşətli ağrılardan huşumu itirmişdim. 
Gecə yarısı özümə gələndə gördüm ki, ermənilər məni də 
ölmüş  bilib  meyidlərlə  birlikdə  bir  tərəfə  qalaqlayıblar. 
Son dərəcə çətinliklə olsa da, sürünüb öz tankıma mindim 

 
129 
və  uğurlu  döyüşdən  sonra  nəşələnib  yatmış  ermənilərin 
üstünə sürdüm. Qabağıma keçən quldurları tankın tırtırları 
altına  salıb  əzdikdən  sonra,  öz  mövqelərimizə  tərəf  üz 
tutdum. Tankı sürərkən mənə ən çox əziyyət verən yaralı 
ayağımla əyləci basmaq idi (21.)  
Bütün  bu  kimi  reallıqlar  bizə  əsas  verir  ki,  deyək 
belə  oğulları  olan  vətən  torpağı  uzun  müddət  düşmən 
tapdağı altında qala bilməz.  
 
Ġnanıram ki, biz tezliklə qələbə çalacağıq. 
 
Ramiz  Qənimət  oğlu  Əmir-
ov  1966-cı  ildə  Laçın    rayo-
nunun  Güləbird  kəndində  halal 
zəhməti ilə dolanan Qənimət kişi-
nin ailəsində dünyaya göz açmış-
dır. O, da öz valideynləri kimi hə-
lə  kiçik  yaşlarından  əməksevər 
olmuş,  doğma  torpağını  ürəkdən 
sevən  bir  vətən  oğlu  kumi  böyü-
müşdür.  1984-1986-cı  illərdə  So-
vet  ordusu  sıralarında  xidmət 
etmişdir. 1987-1993-cü illərdə BDU-nun Coğrafiya fakul-
təsini, bitirmişdir. 1991-1993-cü illərdə Şuşa, Laçın, Qu-
badlı  və  Ağdərə  rayonlarının  erməni  işğalçılarından  mü-
dafiəsində  Milli  Ordunun  tərkibində  bölük  komandiri 
kimi  fəal  iştirak  etmişdir.  Döyüşlərdə  yaralanmış  müha-
ribə əlilidir.   
Ramiz Əmirov daim ön cəbhədə olduğu üçün ermə-
nilərin  azğınlığının  şahidi  olmuş  və  öz  döyüş  yoldaşla-
rının  vətən  yolunda  göstərdikləri  qəhrəmanlıqların  bir 
başa iştirakçısıdır.  

 
130 
O,  Cicimli,  Qızqəbri,  Güləbird,  Səfian,  Qızartı, 
Susuzdağ uğrunda gedən döyüşlərdən söz düşəndə xüsu-
silə həyacanla danışır. Yoldaşlarının göstərdiyi qəhrəman-
lıqlarından  söz  açır.  Verilən  itgilərimizin  təsirindən  hələ 
bu  gündə  özünə  gəlmədiyi  açıqcasına  hiss  olunur.  Çək-
dikləri zəhmətin boşa çıxması onu daha çox incidir.  
Mətin  döyüşçü,  vətənə  və  torpağa  qəlbən  bağlı  bir 
insan  olan  Ramiz  müəllimin  torpaqlarımızın  erməni  iş-
ğalçılarından qorunmasında iştirak edən döyüşçü dostları 
barəsində  söylədiyi  xatirələri  və  bəzi  yaşantıları  oxu-
cularla bölüşməyi özünə borc bilirəm.  
1988-ci  ildən  başlayaraq  nankor  qonşularımızın 
uydurma  torpaq  iddalarına  qarşı  Azərbaycanın  hər  ye-
rində  olduğu  kimi,  Laçın  rayonunda  da  hamılıqla  müba-
rzəyə  başlanmışdı.  1991-ci  ilin  ortalarından  Laçın  rayon 
ərazi müdafiə batalyonu yaranmışdı. Bu batalyon xüsusilə 
sərhəd kəndləri üzrə könüllü özünü müdafiə dəstələrindən 
ibarət  idi.  Güləbird,  Cicimli,  Aşağı  Cicimli,  Qazıdərəsi 
kəndlərində  yaradılmış  bu  dəstələr  xüsusilə  seçilirdilər. 
Kəndlərimizin gəncləri elə yaşlıları da ilk gündən könüllü 
olaraq  bu dəstələrə yazılmışdılar.  
Mən xüsusilə özüm də tərkibində olduğum Güləbird 
kəndində  yaranan  könüllü  dəstənin  keçdiyi  uğurlu  döyüş 
yolundan  bəzi  məqamları  xatırlamaq  istərdim.  Güləbird 
kəndinin  müdafiəsinə  yüzlərlə  kənd  cavanı  qalxmışdı. 
Onlardan  Güləbird    ərazi  müdafiə  batalyonunun  koman-
diri    Vaqif  kişi  (Cabbarov)  Qorxmaz  Eyvazov,  Rizvan 
Hümbətov, Əhliman Həziyev, Alış Allahverdiyev, Gəray 
Məmmədov,  İsaq  Məmmədov,  Mustafa  Abbasov,  İlham 
Nəzərov,  İslam  Abbasov,  Şəmsi  Abbasov,  İlyas  Cab-
barov,  Əfqan  Qorçuyev  və  başqaları  erməni  işğalçılarına 
qarşı  qeyri-bərabər  döyüşlərdə  həmişə  fərqlənirdilər.  Elə 

 
131 
bir əməliyyat olmurdu ki, biz ermənilərə layiqincə cavab 
verməyək. 
1991-ci  ilin  noyabr-dekabr  aylarında  vəziyyət  çox 
gərgin  keçirdi.  Kəndin  müdafiəsinə  qalxan  cavanlardan 
Qorxmaz daha çox fərqlənirdi. 1991-ci ilin noyabr ayının 
20–də bizə xəbər gəldi ki, erməni daşnakları Gorunzur və 
Xinzirək kəndlərindən Cicimli kəndini atəşə tuturlar. Biz 
dərhal  köməyə  getdik.  Düzdür  işimizi  bizdən  asılı  ol-
mayan səbəblərdən uğurla başa vura bilməsək də mən bu 
kəndlərin  müdafiəsində  Qorxmazın  çevikliyinə  və  döyüş 
taktikasına heyran qaldım. Sonrakı 1992-ci ilin iyul  ayın-
da  Malxələf  kəndinin  düşməndən  azad  edilməsində, 
Baldırğanlı  döyüşündə  ermənilərin  məhv  edilməsində, 
silah,  sursat  və  bir  tankın  ələ  keçirilməsində  də  onun 
xüsusi xidməti oldu. 
Ancaq  Qorxmaz  kimi  igid  oğullarımızın  qanları 
bahasına  qoruduqları  vətən  torpağını  axıra  qədər  qoruya 
bilmədik.  Müasir  silahlarla  silahlanmış  erməni  daşnak 
ordusu torpaqlarımızın işğalını Araz boyu rayonlara qədər 
genişləndirdilər.  Laçın  rayonunun  işğalı  ilə  bağlı  Qorx-
maz  da  polis  heyyətinin  tərkibində  Fizuli  rayonu  istiqa-
mətində ermənilərə qarşı döyüşlərdə iştirak etdi. Horadiz 
qəsəbəsi  uğrunda  gedən  döyüşlərdə  qəhrəmanlıqlar  gös-
tərdi.  Əsgər  yoldaşlarını  mühasirədən  çıxararkən  düşmə-
nin mərmisinə tuş gəldi.  
1995-ci  il  15  yanvar  tarixində  Azərbaycan  Respub-
likasının  Prezidenti  İlham  Əliyevin  fərmanı  ilə  ona 
ölümündən  sonra  Azərbaycanın  Milli  Qəhrəmanı  adı 
verildi. 
1992-ci  ilin  yayı  və  payızında  gedən  döyüşlərdə 
fərqlənənlərdən  biri  də  Rizvan  Hümbətov  idi.  Onun 
cəsarəti  və  taktikası  əsasında  Susuzdağ  1992-ci  ilin  iyu-
lunda  Azərbaycan  ordusunun  nəzarətinə  keçdi.  Bununla 

 
132 
Laçın  uğrunda  böyük  bir  döyüşə  yol  açıldı.  Rizvan  ali 
təhsilli olmasa da güclü döyüş taktikasına malik olmaqla 
bərabər dəyərli ideyaları da var idi. Onun qərarı ilə 1992-
ci  ilin  sentyabr-oktyabrında  Güləbirdin  vəziyyəti  tama-
milə  ağırlaşanda  kənd  ətrafında  partizan  dəstələri  fəa-
liyyətə başladı. Oktyabrın 5-dən 9-dək Rizvanın rəhbərlik 
etdiyi  dəstə  düşmənin  əl-qolunu  bağladı.  Oktyabrın  9-da 
ermənilər Güləbirdi tam boş bilib ağır texnika ilə hücuma 
keçdilər. Rizvanın göstərişi ilə Çingiz, Məhyəddin, Habil, 
Əlimurad,  Cəlal,  Səxavət,  və  bir  də  mən  kənd  xəstə-
xanasının  üst  tərəfində  durub  gözləyirdik.  60-70  metrlik 
məsafədə  üç  tərəfdən  pusquya  düşən  ermənilər  özlərini 
itirdilər. 
Təxminən üç saatlıq gecə döyüşündə ermənilər tam 
məğlubiyyətə uğradı. Onlar bir tank, bir zil 131 maşınını 
qoyub  qaçmağa  macal  tapdılar.  Bir  neçə  gün  ərzində 
Zurdərə,  Qazıdərə  körpüsü  ətrafında  ermənilər  məğlu-
biyyətə uğradılar. Qısa vaxt ərzində Güləbird kəndi ətra-
fındakı  əvvəlki  mövqelər  bərpa  olundu.  Oktyabrın  19-da 
mən  ağır  yaralandım.  Xəstəxanada  eşitdim  ki,  Maqsudlu 
kəndi ətrafında Sarıqaya yüksəkliyində gedən döyüşlərdə 
xalqımızın igid oğlu,  eloğlum,  döyüşçü  yoldaşım  Rizvan 
qəhrəmancasına  həlak  olub.  Bu  mənim  və  bütün  döyüş-
çülər üçün ağır itgi oldu. Laçının igid oğlu Rizvan Hüm-
bətov  Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  16  sen-
tyabr  1994-cü  il  tarixli  fərmanı  ilə  ölümündən  sonra 
“Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdu.  
Güləbird  kəndinin  müdafiəsinə  qalxan  yüzlərlə 
gənclərdən  biri  də  Şəmsi  Abbasov  idi.  Şəmsi  öz  döyüş 
yoldaşlarından fərqlənirdi. Həmişə deyirdi ki, heç kəs de-
yinməsin. Bu döyüş, bu tale bizim alnımıza yazılıb.  
Bir  dəfə  Qazıdərə  kəndi  yaxınlığında  ermənilər 
güclü  hücuma  keçdilər.  Şəmsi  özünü  çatdıraraq  döyüşə 

 
133 
girdi.  Qeyri-bərabər  döyüşdə  o  qəhrəmanlıq  göstərdi 
Erməni  postlarını  dağıdaraq  onları  geri  oturtdu.  Hərdən 
döyüşdən  qayıdanda  deyirdi  ki,  uşaqlar  siz  subaysınız, 
amma  mən  ailəliyəm.  Vallah  uşaqlardan  xəbərim  yoxdu. 
Bəlkə Sumqayıta gedim? Doğurdan da Şəmsi Sumqayıta 
getdi. Amma Şəhidlər xiyabanına.  
Güləbird  kəndinin  müdafiəsində  qeyri-bərabər 
döyüşdə  Şəmsi  ağır  yaralandı.  Yoldaşları  onu  Xanlıq 
kəndində  yerləşən  xəstəxanaya,  vəziyyəti  ağır  olduğu 
üçün  oradan  da  vertalyotla  Bakı  şəhərinə  gətirdilər. 
Oktyabrın  20-də  hər  ikimiz  yaralı  olduğumuz  üçün  ver-
talyotla  Bakıya  gətirilirdik.  Kəndimizin  həkimi  Sahib 
Şəmsi  ilə  göndərildi.  Hər  ikimiz  uzanmış  halda  bir-
birimizlə  danışırdıq.  Şəmsi  hərdən  mənə  deyirdi  ki, 
Ramiz  yaman  ağrıyıram,  diyəsən  öləcəm.  Mən  isə  ona 
təskinlik  verirdim.  Vertalyotun  yerə  enməsinə  15  dəqiqə 
qalmış Şəmsi tamamilə huşunu itirdi. O, sağ əli ilə mənim  
əlimdən  tutmuşdu.  Birdən  bir  anlığa  özünə  gəldi  və  su 
istədi.  Həkim  ona  su  verdi.  Çətinliklə  içib,  Azərbaycan, 
Azərbaycan  deyərək  Sahib  həkimin  qolları  arasında 
gözlərini əbədi yumdu. 
Ermənilər  tərəfindən  aparılan  amansız  döyüşlər 
neçə-neçə  çıraqları  söndürdü,  talelər  yarımçıq  qaldı, 
saçlarını yolan ana və bacıların göz yaşlarından bir dərya 
yarandı.  Ancaq  inanıram  ki,  tökülən  qanlar  yerdə 
qalmayacaq,  biz  Ali  Baş  Komandanın  əmri  ilə  döyüşə 
gedəcək  və  tezliklə  qələbə  çalacağıq.  Onda  bütün  şəhid-
lərimizin ruhu rahat olacaq.  
 
 
 
 
 

 
134 
Ön cəbhəyə gedən tələbə 
 
Qəhrəman 
Məhəmmədəli 
oğlu Qasımov 1967-ci  ildə Laçın 
rayonunun Cicimli kəndində ana-
dan  olub.  Orta  məktəbi  bitirdik-
dən  sonra  1985-1987-ci  illərdə 
Sovet  Ordusu  sıralarında  xidmət 
edib.  
1988-ci ildə V.İ.Lenin adına 
(indiki  ADPU.)  Azərbaycan  Pe-
daqoji  İnstitunun  Hərbi  Hazırlıq 
və  bədən  tərbiyəsi  fakultəsinə 
qəbul  olunur.  Ermənilərin  Azərbaycana  qarşı  torpaq  id-
daları və sonda açıq  müdaxiləsi bütün Azərbaycan gənc-
ləri kimi tələbə olmasına baxmayaraq Qəhrəmanı da çox 
narahat  edir.  Özünün  dediyi  kimi  ermənilərin  vandalca-
sına  “Topxana”  meşəsini  kəsməyə  başladıqları  xəbərini 
eşidəndə, heç dözə bilmir. 1991-ci ildə İnstitutun III kur-
sunda  oxuduğu  ili  hərbi  komissarığa  müraciət  edərək 
döyüş  bölgəsinə  göndərilməsini  xahiş  edir.  O,  boya  başa 
çatdığı  doğma  Cicimli  kəndini  erməni  təcavüzkarlar-
ından  qorumaq  üçün  yola  düşür.  Üç  para  kənddən  ibarət 
olan Cicimli, Aşağı Cicimli və Qazıdərəsi kəndləri, Ermə-
nistanın Gorunzur (Qornidzor), Dığ  və Xinzirək kəndləri 
ilə həmsərhəd idi.  
Azərbaycanın  Sərhəd  rayonlarında  olduğu  kimi 
Laçının sərhədyanı kəndlərinin hər birində elə ilk gündən 
özünü  müdafiə  dəstələri  yaradılmışdır.  Göstərilən  bu 
kəndlərin də hər birində kənd camaatının xüsusilə gənclə-
rinin  daxil  olduğu  özünü  müdafiə  dəstələri  gecə-gündüz 
əraziləri  yağı  düşməndən  qoruyurdular.  Qəhrəman  da 
həmin özünü müdafiə dəstəsinə qoşulur. Hansı ki, həmin 

 
135 
dəstənin  üzvləri  arasında  onun  böyük-  qardaşı  Azərbay-
can  Texniki  Universitetinin  müəllimi  Şikar  Qasımov, 
Mingəçevir  şəhərində  yaşamasına  baxmayaraq  könüllü 
olaraq  ön  cəbhəyə  gəlmiş  Etibar  Qasımov,  kənddə  yaşa-
yan,  özünü  müdafiə  dəstəsinin  fəal  üzvlərindən  olan 
Sevdim  Qasımov  və  Laçın  polis  nəfəri  qismində  olan 
beşinci  qardaşı  Həşim  Qasımov  da  var  idi.  Qəhrəman 
deyir çox ağır günlər idi, ermənilər gün ərzində dəfələrlə 
kənd  üzərinə  bir  neçə  istiqamətdə  hücuma  keçirdilər. 
Ancaq  qüvvələrimizin  qeyri  bərabər  olmasına  bax-
mayaraq  ermənilər  cürət  edib  bizim  kəndlərə  soxula 
bilmirdilər.  Gərgin  anlarda  Güləbird  müdafiə  batalyonu 
köməyimizə  çatırdı.  Bir  də  açığını  deyim  ki,  kənddə 
uşaqlı-qadınlı  heç  kəs  ermənidən  qorxmurdu.  Düzdür 
qadın və uşaqların kənddə olması bir tərəfdən bizi narahat 
etsə də digər tərəfdən elə bil onlardan güc də alırdıq. Heç 
kimin  yaşayış  yerini  tərk  etməsi  ağlına  gəlmirdi.  Yaxşı 
yadımdadı  Xocalı  hadisəsindən  sonra  qardaşım  Şikar 
müəllim işlədiyi Texniki Universitetin professor müəllim 
kollektivinin  göndərdiyi  maddi  və  mənəvi  yardımı  gös-
tərilən  üç  kəndin  camaatına  çatdıranda  kəndimizin  ağ-
birçək  qadınlarından  rəhmətlik  Fatma  xala,  Minayə  xala  
və  anam  Şəfiqə  ona  dedi:  eşidirik  ki,  rayonlardan  əhali 
qaçır  Bakıya.  Xahiş  edirik  bizim  sözlərimizi  o,  jek 
müdirlərinə  çatdırın  ki,  gələnlərə  yer  verməsinlər.  Onda 
məcbur  olub  kütləvi  şəkildə  baş  götürüb  getməzlər.  Bir 
anlığa  düşünürəm  ki,  rəhmətliklər  nə  biləydilər  ki,  bir 
tərəfdən  ermənilərin,  digər  tərəfdən  isə  mərkəzdə  haki-
miyyət  düşkünlərinin  xəyanəti  və  qarşıdurma  onların 
başına nələri gətirəcəkdi.  
Gündən-günə  müdafiə  daralırdı.  Ermənilər  ardı-
arası kəsilmədən Qızqəbri, Cicimli və Qayğı qəsəbəsi isti-
qamətində hücumlarını davam etdirirdilər. Kəndin müda-

 
136 
fiəsinə Azərbaycanın başqa bölgələrindən köməyə gələn-
lərin  isə  nə  təcrübəsi  nə  də  ki,  məqsəd-məramları  onlara 
bizdə  inam  yaratmırdı.  Yalnız  ümüd  özünü  müdafiə 
dəstələrinə  qalırdı.  Özünümüdafiə  dəstəsinin  üzvlərindən 
Qayıb  kişinin  (Səfərov),  H.Həsənovun,  İ.İsayevin,  B.Rə-
cəbovun,  S.Qasımovun,  İ.Rəcəbovun,  H.Qasımovun,  Ə. 
Baxşəliyevin,  Ə.Hümbətovun  (şəhid  olub),  S.Səfərovun, 
Ə.Hümbətovun, İ.Bəylərovun, L.Bəylərovun, İ.Məmməd-
ovun  və  başqalarının  göstərdikləri  igidliyi  xüsusilə  qeyd 
etmək istərdim.  
1991-ci  ilin  18-22  aprelində  ermənilər  bir  neçə 
istiqamətdə hücuma keçdilər. Aprelin 22-də olan döyüşdə 
Ədalət Baxşəliyev (dayım oğlu) ayağından ağır yaralandı. 
Səhərisi  günü  onu  Şikar  müəllimlə  Laçına  göndərdik. 
Sonra  isə  Şikar  müəllimin  iştirakı  ilə  vertalyotla  o, 
Respublika  Kliniki  Xəstəxanasına  çatdırıldı.  Orada  müa-
licə  olunduqdan  sonra  yenidən  Ə.Baxşəliyev  ön  cəbhəyə 
qayıtdı. Qardaşım Həşim və Etibar Qasımov Laçının işğa-
lından sonra Qubadlı, Cəbrayıl, və Fizuli rayonları uğrun-
da  gedən  döyüşlərdə  də  fəal  iştirak  etmişlər.  H.Qasımov 
yaralanmış, Daxili İşlər Nazirliyinin  Bakı şəhərində yer-
ləşən  xəstəxanasında  müalicə  olunduqdan  sonra  yenidən 
cəbhəyə qayıtdı. Mənə ağır təsir edən Cicimli özünü mü-
dafiə  dəstəsinin  fəal  üzvlərindən  olan  Fürüzəddin  Cəfər-
ovun,  Məzahir  İsmayılovun  və  Əhməd  Hümbətovun  və 
Elman Yusifovun itgiləri oldu.  
Uşaqlığımız  bir  yerdə  keçmişdi,  Cicimli  kənd  orta 
məktəbini  bitirmişdik.  Kəndimizin  hər  bir  gənci  kimi  
onlarında gələcək arzuları və planları vardı. Halal çörəkli, 
zəhmətə  bağlı  ailələrdə  böyüyüb  boya-başa  çatmışdılar. 
Heç  birinin  ailəsinə  bir  tikədə  olsun  belə  haram  daxil 
olmamışdır.  Fürüzəddingilin  ocağı müqəddəs idi. Ağlım 
kəsəndən  hamının inam  yeri  olduğunu  görmüşdüm. Bir 

 
137 
 
 
F.Cəfərov                  M.İsmayılov                 Ə.Hümbətov 
 
sözlə onların hər birini yaxından tanıyırdım. Erməni təca-
vüzü  başlayan  gündən  torpaqlarımızın  müdafiəsinə  qalx-
mışdılar.  Qorxu  nə  olduğunu  bilmirdilər,  nə  etmək  olar 
namərd  düşmən  gülləsi  onların  hər  birinin  həyatına  son 
qoydu.  Şəhidlik zirvəsinə yüksəldilər.  
Göstərdiyi  igidliyə  görə  İsmayilov  Məzahir  Sədi 
oğlu, 15 yanvar 1995-ci il tarixdə Azərbaycan Prezidenti 
cənab  Heydər  Əliyevin  fərmanı  ilə  ölümündən  sonra 
“Azərbaycan  Bayrağı”  ordeni  ilə  təltif  olundu.  Bu  gün 
Yuxarı  Cicimli  kənd  orta  məktəbi  Məzahir  İsmayılovun, 
Aşağı Cicimli kənd orta məktəbi isə Fürzəddin Cəfərovun 
adlarını    daşıyır.  İnanırıq  ki,  cənab  prezidentimiz  İlham 
Əliyevin  apardığı  siyasət  öz  bəhrəsini  verəcək  Torpaq-
larımız düşmən tapdağından azad olunacaq. Əks təqdirdə 
Ali  Baş  Komandanın  hər  bir  əmrini  yerinə  yetirib 
torpaqlarımızı  azad  etməyə  biz  Laçınlılar  hazırıq.  İnanı-
ram ki, bu gün uzaqda deyil. 
 
 
Yüklə 6,18 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin