Kafedra: Kimya texnologiya,təkrar emal və ekologiya Fənnin adı: Ekoloji ekspertiza və layihələndirmənin əsasları Fakültə: Metallurgiya və Materialşünaslıq İxtisas: Ekologiya mühəndisliyi Qrup: 410 a1


Sahillərin yuyulması güclənir, plyajların sahəsi azalır



Yüklə 1,52 Mb.
səhifə2/4
tarix21.05.2023
ölçüsü1,52 Mb.
#119042
1   2   3   4
Ekoloji Ekspertiza və layihələndirmənin əsasları

Sahillərin yuyulması güclənir, plyajların sahəsi azalır.
Sahillərin dağılma sürəti indi 4-6 m/il-ə çatmışdır.
Litosferi xarakterizə edən və insanların fəaliyyətinə təsir edən əsas əlamətlər, özündə kompleks faktorları əks etdirir. İlk növbədə zəlzələlərin, vulkanların püskürməsini və digər təbii fəlakət proseslərinin gücü və mümkünlüyünü qiymətləndirmək lazımdır. Onlar gözlənilməz ekstremal hadisələrə aid olub, fəsadları dağıdıcıdır.
Fəaliyyətdə olan obyektin dağılması, ətraf mühit üçün antropogen xarakterli (məs. AES dağılması, neft borularının partlaması) faciəli fəsadlar yaradır.
Qiymətləndirmənin əsas faktoru-süxurların litologiyasıdır (süxurlardan bəhs edən elm), bu da verilən ərazi üçün (səthi) xüsusiyyətlərə malikdir: fiziki təsirə məruz qalmaq, su ilə qarşılıqlı təsirdə olduqda xassəsinin dəyişməsi, kimyəvi tərkib, çoxillik donmuş süxurlar və s. Yeraltı təsirin qiymətləndirilməsi əhəmiyyətlidir, çünki o, su təchizatının mənbəyidir. Yeraltı suların qorunma dərəcəsini qiymətləndirmək üçün ərazinin geoloji quruluşunu analiz etmək lazımdır.
Bundan başqa, su və külək eroziyası, karst (torpağı asanlıqla həll olunan süxurlardan ibarət olan sahələrdə relyefin spesifik formaları) əmələ gəlmə çoxillik donmuş süxur əmələgəlmə, subasma prosesləri qiymətləndirilməlidir. Geosferanın təbəqəsi kimi litosferanın fərqləndirici xüsusiyyəti– çoxkomponentli olması və ərazisində təbii, antropogen proseslərin inkişafıdır. Ona görə də onun inteqrasiyası və qiymətləndirməsi üçün bir çox kriteriyalar tələb olunur. Bu sahədə bir çox məsələlər mövcud normativ – hüquqi və normativ – texniki sənədlərlə müəyyənləşdirilir.

Qiymətləndirmənin düzünə kriteriyaları. Geokimyəvi kriteriyalar daha geniş ölçüdür. Bu kriteriya – litosfer və onun komponentlərinin (yeraltı sular ilə) çirklənməsi YVQ və ya ÇM-in toksiklik fonu ilə müqayisə olunur. Ümumi halda belə qiymətləndirmə cədvəldə göstərilir:


Yeraltı hidrosfer (yeraltı sular) dəqiq nizamlanmış və onun keyfiyyəti YVQ ilə müəyyənləşdirilir.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin