Kafedra: Kimya texnologiya,təkrar emal və ekologiya Fənnin adı: Ekoloji ekspertiza və layihələndirmənin əsasları Fakültə: Metallurgiya və Materialşünaslıq İxtisas: Ekologiya mühəndisliyi Qrup: 410 a1


Yeraltı suların texnogen çirklənməsi miqyaslarını qiymətləndirmək üçün V.M.Qoldberq fiziki



Yüklə 1,52 Mb.
səhifə3/4
tarix21.05.2023
ölçüsü1,52 Mb.
#119042
1   2   3   4
Ekoloji Ekspertiza və layihələndirmənin əsasları

Yeraltı suların texnogen çirklənməsi miqyaslarını qiymətləndirmək üçün V.M.Qoldberq fiziki
qiymətləndirmə nöqtələri təklif edir: təbii halda
yeraltı suların keyfiyyəti (Ht) və içməli məqsədlər üçün istifadə olunan yeraltı sularda ÇM-nin YVQ- ğı. Bundan başqa, çirklənmə oblastının sahəsinin ölçüsü (F) də əhəmiyyətlidir. Beləliklə, yeraltı suların çirklənmə vəziyyəti 2 kəmiyyət ilə göstərilir: yeraltı suların keyfiyyəti (J) və F.Bunun əsasında yeraltı suların çirklənmə vəziyyəti 4 səviyyəyə bölünür:
  • Norma-xüsusi təbiəti mühafizə ölçüləri tələb olunmur. Yalnız qanunun tələblərinə və yeraltı suların vəziyyəti planlı nənəzarət olunmalıdır.
  • Risk (təhlükə)-məhdud təbiəti mühafizə ölçüləri tələb olunur.
  • Böhran-xüsusi təbiəti mühafizə ölçüləri tələb olunur.
  • Fəlakət-təcili olaraq, xüsusi təbiəti mühafizə ölçüləri tələb olunur.

Yeraltı suların qiymətləndirilməsinin ehtiyat kriteriyaları. Yeraltı sular üçün ehtiyatlarının qiymətləndirilmə kriteriyası kimi aşağıdakı göstəricilərdən istifadə edirlər: istismar ehtiyatlarının modulu və sulu laylardan istifadə kəmiyyəti. Litosferin geodinamiki qruplu kriteriyaları əsasən relyefin vəziyyəti üçün və təbii, texnogen aktiv geoloji proseslərin inkişafı üçün istifadə olunur. Relyef və yeraltı sahə üçün 2 göstərici vardır: texnogen emalına (pozulma, istifadə etmə, abadlaşma) sahəsi və dərinliyi.
Ərazilərin təbii və antropogen geoloji proseslərlə nisbi zədələnməsinin və sahələrin qiymətləndirilməsi haqqında çox yazılmışdır. Lakin onların qanuni normalaşmış miqdari əhəmiyyətə malik deyildir.Geoloji mühitin dəyişməsinin inteqral qiymətləndirilməsi. Hal – hazırda, geoloji mühitin dəyişməsinin inteqral qiymətləndirilməsi üçün bir neçə metodik yanaşma məlumdur.
  • Tərkibin bir-bir dəyişmə dərəcəsinə görə-daha dəyişkən komponentli geoərazinin xəritəsi (işıqfor tipli) qurulur və orada dəyişkənliyin dərəcəsi və xarakteri qeyd olunur
  • Nisbi zədələnmə və dəyişmə dərəcəsinə görə ərazinin

  • geoekoloji dəyişmə dərəcəsi ümumi qiymətləndirilir. Hər iki halda ərazilərin sahəsi müəyyənləşdirilir. Göstərilən ümumi metodik yanaşmalar və qaydalardan ekoloji ekspertiza aparılan zaman istifadə etmək tövsiyyə olunur.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin