Kafedra: " İctimai Elimlər" Fənn



Yüklə 0,53 Mb.
səhifə8/9
tarix31.12.2021
ölçüsü0,53 Mb.
#49617
1   2   3   4   5   6   7   8   9
Gülər Əliyeva MM

Daxili qanaxma zamanı zədələnmiş nahiyədən axan qan xaricə deyil, orqanizmin öz daxilindəki boşluqlara (qarın boşluğu, döş qəfəsi boşluğu və s.) axır. Bu, adətən, hündür yerlərdən yıxıldıqda və ya güclü zərbədən sonra baş verir. Daxili qanaxmanın əlamətləri aşağıdakılardır:

- dəri örtüklərinin həddindən artıq avazıması;

- soyuq tər;

- üşütmə;

- səthi və zəif tənəffüs;

- bəzi hallarda ağrı (ağrı olmaya da bilər);

- bəzi hallarda qan qarışığı ilə qusma (mədə qanaxması zamanı);

- bəzi hallarda qanlı öskürək (ağ ciyər qanaxmaları zamanı) və s.

Daxili qanaxması olan insanı nəqliyyatla daşımaq çox təhlükəlidir. Buna görə də xəstəni xəstəxanaya yalnız həkimin müşayiəti ilə aparmaq olar. Bunun üçün dərhal “təcili yardım” çağırın. “Təcili yardım”a zəng vurarkən, zərərçəkəndə daxili qanaxmaya şübhə olması barədə mütləq məlumat vermək lazımdır.

“Təcili yardım” gələnə qədər xəstəni ehtiyatla yarıoturaq vəziyyətdə uzatmaq, üstünü isti örtmək, hərəkət etməyə və danışmağa imkan verməmək, qarın nahiyəsinə isə içərisində buz və ya soyuq su olan rezin qovuq (“qrelka”) qoymaq lazımdır. 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin