Kafedra: " İctimai Elimlər" Fənn


İlk tibbi yardım aşagıkılardan ibarətdir



Yüklə 0,53 Mb.
səhifə2/9
tarix31.12.2021
ölçüsü0,53 Mb.
#49617
1   2   3   4   5   6   7   8   9
Gülər Əliyeva MM

İlk tibbi yardım aşagıkılardan ibarətdir:

  • qanaxmaları müvəqqəti olaraq dayandırmaq;

  • yara və yanıq yerlərinə steril sarğı qoymaq;

  • sınıq, çıxıq və əzilmə zamanı şin qoymaqla və ya əlaltı vasitələr işlətməklə immobilizasiya etmək (bədənin zədələnmiş hissəsini tərpənməz hala salmaq);

  • kimyəvi və radioaktiv maddələrlə zəhərlənmiş sahələrdə fərdi tibbi mühafizə vasitələrindən istifadə etməklə, şüa zədələnməsi və kimyəvi zədələnmələrin qarşısını almaq, bədənin açıq hissələrini təmizləmək, yaralılara əleyhqaz geydirmək və təhlükəli sahələrdən çıxartmaq.

İlk tibbi yardımın mümkün qədər tez qöstərilməsi – yaralanmanın son nəticəsinə, yəni yaralı şəxsin həyatının xilas edilməsinə həlledici təsir göstərir. Elektrik cərəyanı vurarkən, güclü qanaxma, boğulma, ürək fəaliyyətinin dayanması və nəfəs kəsilən hallarda ilk tibbi yardım dərhal göstərilməlidir. Əgər çoxlu yaralılara eyni zamanda ilk tibbi yardım göstərmək tələb olunursa, onda belə yardımı birinci növbədə uşaqlara və ağır yaralılara göstərmək lazımdır. Belə hallarda yüngül yaralılar özləri də özünəyardım və qarşılıqlı yardım göstərməlidirlər. İlk tibbi yardım göstərilərkən həm təchizat cədvəlinə əsasən verilən tabel vasitələrdən, sanitar çantasındakı dərman və əşyalardan, həm də əlaltında olan yardımçı vasitələrdən istifadə edilir.
Bu yazımda, Mən – Gülər .... qanaxmalar zamanı ilk tibbi yardım göstərilməsi qaydasından danışacam.

İstənilən güclü qanaxma zamanı əsas təhlükə ondan ibarətdir ki, orqanizm daxilində qan kütləsinin kəskin şəkildə azalması nəticəsində ürək fəaliyyəti pisləşir.

Bundan başqa, bu zaman bütün həyati vacib orqanlar da (qara ciyər, böyrəklər, xüsusən də baş beyini) oksigen çatışmazlığından zərər çəkməyə başlayırlar. Bu zaman beyin damarlarının spazmı və huşun itirilməsi də baş verə bilər.

Əgər iri arteriya zədələnərsə, xüsusən də söhbət uşaqdan getdikdə, bir neçə dəqiqə ərzində zərərçəkən hətta tələf ola bilər! Uşaq orqanizmi böyüklərə nisbətən qan itirilməsinə xeyli ağır reaksiya verir.

Güclü qanaxma zamanı ilk növbədə yaradan hansı qanın axdığını müəyyən etmək lazımdır. Qanaxmalar 3 cür olur:

1. Kapilyar qanaxmalar. Bu qanaxmalar qan dövranı sisteminin üst təbəqəsi (çoxsaylı nazik kapilyarlar) zədələndiyi halda baş verir. Bu halda qan yavaş axaraq yaranı nazik qatla örtür.

2. Venoz qanaxmalar. Bu zaman işlənmiş qanı orqanlardan ürəyə daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olmayan belə qan tünd qırmızı rəngdə, yapışqan və qatı olur. Bu zaman qan eyni həcmdə olmaqla yavaş axır.

2. Arterial qanaxmalar. Bu halda qanı ürəkdən orqanlara daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olan belə qan duru və açıq qırmızı rəngdə olur. Belə qanaxma zamanı qan, yaradan güclü fontan şəklində axır, qan ürək nəbzinə uyğun olaraq pulsasiya edir (vurur).

Güclü arterial qanaxma olduqca təhlükəlidir! Güclü venoz və kapilyar qanaxmalar, adətən, daha az təhlükəlidirlər. Ancaq istənilən halda zədə almış şəxsə tibbi yardım göstərilməsi dərhal baş verməlidir.

Zəif dərəcədə olan kapilyar qanaxmanı (cızıq, kiçik yara) həmin sahəyə adi sarğı qoymaqla asanlıqla dayandırmaq olur. Venoz, güclü kapilyar, həmçinin kiçik arteriyalardan olan qanaxmalar zamanı yaraya sıxıcı (təzyiqedici) sarğı qoyulur. Yaranı təmizlədikdən sonra (əvvəl təmiz su ilə, sonra hidroqen peroksidilə yuyulur), üzərinə steril tənzif salfet (furasilin məhlulunda islatmaq da olar), onun üzərindən bir topa sıx bükülmüş pambıq qoyub, daha sonra bintin dairəvi hərəkəti ilə sıx şəkildə sarıyırlar.




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin