İxtisas: tspx kurs: IV fənn: Defektologiya və loqopediyanın əsasları



Yüklə 85,2 Kb.
səhifə22/36
tarix29.12.2021
ölçüsü85,2 Kb.
#48730
1   ...   18   19   20   21   22   23   24   25   ...   36
Defektologiya-və-loqopediyanın-əsasları-TSPX-4

Psixoloji müayinədə uşaqların psixi inkişaf xüsusiyyətləri emosional iradi mühiti geniş araşdırılır.Lazım gəldikdə psixi təsir metodlardan hipnoz,özünü təlqin və başqa metodlardan istifadə edilir.Kəkələyən uşaqlarda psixoloji xüsusiyyətlərin özünü göstərməsi loqopeddən aşağıdakı təsir vasitələrini planlaşdırmağı tələb edir.

a)öz qüsurunda diqqətinin cəmlənməsinə imkan verməmək.

b)onun özünə olan münasibətin köklü dəyişmək.

c)özünün düzgün nitqinin eşidə bilmək bacarığını inkişaf etdirmək.



Loqopedik müayinə. Bir neçə mərhələdə aparılır.

  • Kəkələməni yaranma səbəblərini və xarakterini aydınlaşdırmaq.Bu zaman loqoped kəkələmənin növünü dərəcəsini müşaətedici hərəkətlərin olub-olmamasını və kəkələmənin gedişini araşdırır.

  • Loqoped uşaqların nitq qüsurlarını araşdırır.(sürətli,ləng,təkanlı nitq)Loqoped xüsusi olaraq sürətli nitqə diqqət yetirməlidir.Məhz sürətli nitq sonra kəkələməyə səbəb olur.

  • Uşaqlarda gizli soloxaylığın olub olmaması müəyyənləşdirmək.Bəzən valideynlərlə söhbət əsasında aydın olur ki,kəkələyən uşaqları solaxay olmuş,sonradan valideynlərin təsirilə sağ ələ öyrənmişlər.

Müasir dövrdə kəkələmənin aradan qaldırılması haqqında belə bir fikir mövcuddur ki, kəkələmə baş verdiyi,özünü göstərdiyi zamandan başlayaraq korreksiya edilməlidir.Kəkələmə ilkin mərhələdə çoz yüngül şəkildə özünü göstərir və bəzən ətrafdakılar bunu hiss etmirlər.Müəyyən vaxtdan sonra uşaqlarda kəkələmə yavaş-yavaş möhkəmlənir, uşaqların psixikasında dəyişikliklərə səbəb olur və ağır formalarda özünü göstərməyə başlayır. Məhz bütün bu göstərilənləri nəzərə alaraq hələ kiçik yaşlardan kəkələmənin qarşısını almaq üçün proflaktik tədbirlər həyata keçirmək, yarandığı andan başlayaraq onunla mübarizə etmək lazımdır.

1930 cu ilə qədər yalnız yeniyetmələrə və yaşlı şəxslərə kəkələməni aradan qaldırmaq üçün loqopedik tədbirlər görülürdü.Kişik yaşlı uşaqlara isə uşaq psixiyatırı,uşaq həkimləri başqa cür yanaşaraq onlarda baş verən kəkələməyə diqqət vermir və belə hesab edirdilər ki, bu öz özlüyündə uşaq böyüdükcə aradan qalxa bilər.1930 cu ildən sonra rus tədqiqatçısı Qilarovski bu fikirləri rədd edərək kəkələməni məktəbəqədər yaş dövründə aradan qaldırılması vacibliyini kəskinliklə ortaya qoydu.Onun gəldiyi qənaətə görə məktəbəqədər yaşlı uşaqlarda kəkələmə,kəkələmə zamanı müalicə uşaq müəsissələrində və stasiyalarında aparılmalıdır.Kiçik yaşlı və məktəbəqədər yaş dövründə kəkələyən uşaqlarla korreksiya işinin metodikası ilk dəfə görkəmli alimlər E.F. Ran və N.A.Vlasova tərəfindən aparıldı.

Vlasova məktəbəqədər yaşlı uşaqlarla çalışmalar zamanı nitqin tədricən ardıcıllıqla tətbiq olunmasının vacibiliyinin 7 növünü fərqləndiri.


  1. Vasitəli nitq.

  2. Əks olunmuş nitq.

  3. Tanış şəkillərə görə cavab.

  4. Dinllənilmiş kiçik nağılın danışılması.

  5. Tanış şəkillərin təsvir edilməsi.

  6. Öz-özlüyündə yaranana nitq.

  7. Normal nitq.

Məlumdur ki,nitqin normal inkişafı üçün sağlam sinir sisteminin fəaliyyət göstərməsi çox vacibdir.Məktəbəqədər yaşlı uşaqlarda sinir sisteminin hələ çox zəif,böyük yükləməyə tab gətirməyən inkişaf mərhələlərində olur.Buna görədə uşağın dünyaya gəldiyi ilk günlərdən onun mənfi amillərin təsirindən qorumaq, psixi və fiziki zədələnmələrdən, qəzalardan qorumaq lazımdır.Uşağın nitqinin həddindən artıq yükləmə onun yaş imkanlarına uyğun gəlməyən ,vaxtından əvvəl danışmasına imkan verməmək lazımdır.Yadda saxlamq lazımdır ki, məktəbəqədər yaş dövründə uşağın imkanları məhduddur. Onda hələ tələffüz kifayət qədər inkişaf etməmiş,lüğət ehtiyatı çox kasad,dilin qramatik vasitələtini kifayət qədər mənimsəməmiş olur.

Uşaqda danışıq səslərinin düzgün tələffüzü yalnız 4 yaşından sonra başlanılır. Bu müddətə qədər isə uşağa çətin nitq metodlarını öyrənməyə məcbur etmək olmaz.Əks halda nitq aparatının kifayət qədər inkişaf etməməsi ilə həddindən artıq nitq yükü arasında uyğunsuzluq meydana çıxır.




Yüklə 85,2 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin