İxtisas: tspx kurs: IV fənn: Defektologiya və loqopediyanın əsasları


KƏKƏLƏMƏNİN ÜMUMİ XARAKTERİSTİKASI



Yüklə 85,2 Kb.
səhifə18/36
tarix29.12.2021
ölçüsü85,2 Kb.
#48730
1   ...   14   15   16   17   18   19   20   21   ...   36
Defektologiya-və-loqopediyanın-əsasları-TSPX-4

KƏKƏLƏMƏNİN ÜMUMİ XARAKTERİSTİKASI.

Plan:

1.Kəkələmə mürəkkəb nitq forması kimi.

2.Kəkələmənin əlamətləri.

3.Kəkələyən uşaqların müayinəsi.

1.Kəkələmə mürəkkəb nitq forması kimi. Loqopediyanın ünsiyyət vasitələrində istifadənin pozulması kimi tanınan kəkələmə nitq qüsurları içərisində ən ağır və mürəkkəbidir.Kəkələmə danışıq aparatının qıcolması ilə şərtlənən,nitqin sürət və ritm təşkilinin pozulmasıdır.Çox vaxt elimi ədəbiyyatda kəkələmə ilə yanaşı loqonevroz termini də işlədilir.Nitq qüsurlarının öyrənilməsi tarixində kəkələmə ən qədim problemlərdən biridir.Kəkələmənin müxtəlif cür izahı elmin inkişafı və onun öyrənilməsinə yanaşmaqdan asılı olmuşdur.Qədim dövrlərdə kəkələməni baş beyində rütubətin çox olması ilə, ya da artikulyasiya üzvlərinin düzgün olmayan quruluşu ilə izah edirdilər. Mərkəzi və periferik nitq aparatı şöbələrində pozulmaların kəkələmə ilə nəticələnməsi fikridə irəli sürülmüşdür.Kəkələmə çətinliklə aradan qaldırılan bir qüsurdur.Ünsiyyət ağırlığı ətrafdakılarla qarşılıqlı münasibətlərin yaranmasına mənfi təsir göstərir.Qeyd etmək lazımdır ki, kəkələmə qeyri – iradi hal daşıyır,uşağın nitqnin gedişində fasilələrə,ayrı –ayrı heca və sözlərin təkrarına gətirib çıxarır. Kəkələmə nitq üzvlərinin bu və ya digər tələffüz anında qıcolması ilə şərtlənir. Müasir loqopediyada kəkələmənin yaranma səbəbi hələ tam aydınlaşdırılmamışdır. XVII-XVIII əsrlərdə kəkələmənin yaranma səbəbini periferik nitq aparatının pozulması ilə izah etməyə cəhd göstərmişlər.Məsələn, Santorani hesab edirdi ki,kəkələmə sərt damaqda olan dəliyin olması ilə bağlıdır ki,bu da seliyin dilə süzülməsi nəticəsində nitq pozulmasına gətirib çıxarır.Butserə görə isə alt çənədə qeyri-normal çökəkdə dilin ilişməsi kəkələməni yaradan səbəblərdən biridir. Seqanın gəldiyi nəticəyə görə kəkələmə dil pərdələrinin qıcolmasından,ya da dilin uzunluğu ilə ağız boşluğunun arasında uyğunsuzluğun olmasından irəli gəlir.Digər tədqiqatçılar kəkələməni nitq qüsurlarının fəaliyyətinin pozulmaları - səs keçidinin qıcolması nəticəsində bağlanması,təfəkkür və nitq prosesinin əlaqəsizliyi , insan iradəsinin pozulması ilə bağlamışlar.

Tədqiqatçıların fikrinə görə kəkələmə sinir xəstəliklərinə aid edilə bilər. Kəkələmə haqqında ilk böyük əsəri Snoriski yazmışdır.O, XIX əsrin axırlarında müəyyən etmişdir ki, kəkələmə əsasən uşaq xəstəliyidir və 2-3 yaşlarında başlayır. Avropa tədqiqatçıları kəkələmənin səbəbi kimi düzgün olmayan tərbiyə,yoluxucu xəstəliklər,yamsılama,solaxaylıq,qorxu və müxtəlif zədələnmələri qeyd edirlər. Hal-hazırkı dövrdə kəkələməni əmələ gətirən səbəbləri iki qrupa bölmək olar.




Yüklə 85,2 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin