İxtisas: tspx kurs: IV fənn: Defektologiya və loqopediyanın əsasları



Yüklə 85,2 Kb.
səhifə15/36
tarix29.12.2021
ölçüsü85,2 Kb.
#48730
1   ...   11   12   13   14   15   16   17   18   ...   36
Defektologiya-və-loqopediyanın-əsasları-TSPX-4

Səs gücə , ucalığa və tembrə malikdir. Səsin gücü səs tellərinin rəqslənməsinin amplitudundan, yəni, nəfəsvermənin gücündən asılıdır. Rezonator boşluqlarının forma və böyüklüyündən, eləcə də qırtlağın quruluşundan asılı olaraq səs müəyyən fərdi «çalar» qazanır. Buna səsin tembri deyilir və insanlar bir-birindən səsin tembri ilə fərqlənirlər. Səsin ucalığı səs tellərinin rəqslənmə tezliyindən, o isə gərginliyin uzunluğu, qalınlığı və dərəcəsindən asılıdır. Səs telləri nə qədər uzun, qalın və az gərginləşərsə səs bir o qədər alçaq olar.

Artikulyasiya şöbəsi. Səslərin formalaşaraq müəyyən şəklə düşməsində dil, dodaq, çənələr, yumşaq və sərt damaq, alveollar fəal iştirak edirlər. Bu üzvlər arasında dodaqlar, dil, yumşaq damaq və alt çənə daha mütəhərrikdirlər. Artikulyasiyada ən əsas üzv dildir. Dil ön, orta, arxa olmaq üzrə 3 hissədən ibarətdir. Dilin ən mütəhərrik və fəal hissəsi onun ön hissəsidir. Dil böyük kütləvi əzələdir. Çənələrin yumşalmış vəziyyətində o ağız boşluğunu tamamilə tutur. Artikulyasiya üzvləri arasında iki boşluq da vardır. Bunlardan biri ağız boşluğu, digəri burun boşluğudur. Bu boşluqları bir-birindən ayıran damaqdır. Damağın ön hissəsi sərt, arxa hissəsi yumşaq olur və yumşaq damaq pərdəsi ya burun boşluğunun, ya da ağız boşluğunun yolunu tutur, boğazdan ağız boşluğuna daxil olan hava ya ağız, ya da burun boluğuna daxil olur və bunun nəticəsində burun, ya da ağız səsləri əmələ gəlir. Burun boşluğu öz vəziyyətini dəyişmədiyi halda, dil, dodaq, yumşaq damaq pərdəsinin hərəkətindən asılı olaraq ağız öz vəziyyətini dəyişə bilir.


Yüklə 85,2 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin