İxtisas: tspx kurs: IV fənn: Defektologiya və loqopediyanın əsasları



Yüklə 85,2 Kb.
səhifə11/36
tarix29.12.2021
ölçüsü85,2 Kb.
#48730
1   ...   7   8   9   10   11   12   13   14   ...   36
Defektologiya-və-loqopediyanın-əsasları-TSPX-4

Sistemdaxili əlaqəyə loqopediyanın pedaqogikayla, xüsusi pedaqogikanın sahələri ilə (surdopedaqogika, tiflopedaqogika, oliqofrenopedaqogika), ana dilinin təlimi metodikası ilə, riyaziyyatla, loqopedik ritmikayla, ümumi və xüsusi psixologiyayla əlaqəsi daxildir.

Sistemlərarası əlaqəyə loqopediyanın tibbi – bioloji və linqvistik elimlərlə əlaqəsi aid edilir. Loqopediya ümumi anatomiya, fiziologiya ve nevropatologiya elmindən nitqlə bağlı məsələlərin həllində geniş istifade edir. Loqopediyanın oliqofreniyanın klinikası, pediatriya kimi tibb elminin sahələriylə də çox sıx əlaqəsi vardır. Məsələn, eşitme və nitq patologiyası haqqında məlumatlar pozulmanın etiologiyasını müəyyən etməyə köməklik edir, eyni zamanda loqopedik işlə tibbi təsiri (dərman və fizioterapevtik müalicə, operativ müdaxilə və s.) düzgün əlaqələndirmək imkanı verir. Nitq pozğunluqlarının bir çox növləri mərkəzi sinir sisteminin orqanik zədələnməsiylə bağlıdır və onların düzgün diaqnostikası loqopedle həkim-nevropotoloqun birge səyi nəticəsində mümkündür.

Tibb elmlərindən əldə etdiyi biliklər loqopedə nitq pozğunluqlarının etiologiyasını, mexanizmini düzgün araşdırmaqda köməklik edir, müxtəlif növ nitq pozğunluqlarının aradanqaldırılması (islahı) zamanı diaqnostik məsələləri və differensiallaşmış loqopedik təsiri yüksək səviyyədə həll etmək imkanı verir. Xüsusi tipli müəssələrə uşaqların düzgün təyin olunması diaqnozun dəqiqliyindən çox asılıdır.

Loqopediya linqvistika elmiylə və psixolinqvistikayla da sıx əlaqədədir. Müasir loqopediyada nitq pozğunluqlarının sistemli öyrənilməsi və aradan qaldırılması zamanı psixolinqvistikanın naliyyətlərindən geniş istifadə edilir. Nitq mürəkkəb dərəcədə dil vahidlərindən və onların işləmə qaydalarından istifadə etməyi tələb edir. Müxtəlif nitq pozulmaları zamanı onlar müxtəlif cür pozula bilər. Dilin normalarını və uşaq tərəfindən ardıcıllıqla mənimsənilməsi qanunlarını bilmək loqopedik rəyi dəqiqləşdirməyə köməklik edir, loqopedik təsir sistemi düzgün işlənib hazırlanır.

Nitq pozğunluqlarının korreksiyası zamanı psixoloji yanaşma loqopedik işə böyük təsir göstərir. Odur ki, loqopediyanın ümumi və xüsusi psixologiya ilə, psixodiaqnostikayla da sıx əlaqəsi vardır.

Loqopedə uşağın psixi inkişafının qanunauyğunluqlarını bilmək, müxtəlif yaş dövrlərində psixoloji-pedaqoji müayinə metotlarından istifadə etmək bacarığına yiyələnmək vacib lazımdır.Bu metodlardan istifadə etməklə loqoped müxtəlif növ nitq pozğunluqlarını differensiallaşdırar, onları intelektual, emosional və davranış pozuntusu ilə bağlı nitq pozğunluqlarından ayıra bilər.

Bu bilik loqopede müxtəlif yaş dövründə uşaqla əlaqə yaratmağa, onun nitqini, intelektini, emosional – iradi sahəsini, qavrayışını, yaddaşını, diqqətini müayinə etmək üçün adekvat metodlar seçməyə, eyni zamanda yaş səviyyəsinin fəaliyyət növünü nəzərə almaqla loqopedik iş aparmasına köməklik edər.


Yüklə 85,2 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin