İxtisas: tspx kurs: IV fənn: Defektologiya və loqopediyanın əsasları



Yüklə 85,2 Kb.
səhifə20/36
tarix29.12.2021
ölçüsü85,2 Kb.
#48730
1   ...   16   17   18   19   20   21   22   23   ...   36
Defektologiya-və-loqopediyanın-əsasları-TSPX-4

Tonik qıcolma – qısa,təkanabənzər və ya əzələlərin davamlı spazmatik yığılması ilə müşahidə edilir.Bu zaman uşaqlar danışmaqda çətinlik çəkir,üzü qızarır,sözün əvvəlində və ya ortasında böyük fasilələr edirlər.

Klonik (təkrari)qıcolma- kloniki qıcolma zamanı sözün ilk hecası təkrar edilir.Belə qıcolmalar bütün tənəffüz,səs və artikulyasiya aparatını zədələyir.

Qarışıq qıcolma – burada hər iki qıcolmanın əlamətləri özünü göstərir.

Kəkələmənin 3 dərəcəsi müəyyən edilmişdir.

Yüngül (həyəcanlı vəziyyətdə meydana gəlir)

Orta (az kəkələmə)

Ağır ( həmişə kəkələmə)

Bu dərəcələr arasında hüdudlar tam müəyyən olunmamışdır.Kəkələmə zamanı müşahidə edici hərəkətlər özünü göstərir.Müşahidə edici hərəkətlər müxtəlifdir.Gözlərin yumulması (danışıq zamanı),tez-tez kirpik çalma,əl barmaqlarının şıqqıldadılması,təpik vurma və s.

Loqopediyada müşahidə edici hərəkətlərin iradi və qeyri-iradi olması müəyyən edilmişdir. Bundan əlavə kəkələyənlər öz nitqini asanlaşdırmaq üçün müxtəlif fəndlərə əl atırlar.Yəni onlar danışmazdan əvvəl stereotipsəslərdən və hacalardan istfadə edirlər.(e,bu,elə,belə).Belə hal embolofraziya adlanır.Kəkələmənin ən xarakterik əlamətlərindən biri danışıq qorxusudur.Belə ki,xəstələr müəyyən söz və ifadələrin tələffüzündə çətinlik çəkdikləri üçün onları deməkdən çəkinir.Bu hadisə loqopobiya adlanır.Kəkələmə uşaqların şəxsiyyətinə “mənfi” təsir göstərir.Yəni uşaqlar kollektivdə,insanlar arasında ünsiyyətə girə bilmədikdə onlarda tənhalılığa müyllilik,ətrafdakılara nifrət,insanları sevməmək kimi “mənfi” xüsusiyyətlər yaranır.

3.Kəkələyən uşaqların müayinəsi. Kəkələmə nitq qüsurları içərisində özünü müxtəlif cür göstərməsi və mürəkkəbliyi ilə fərqləndirən bir qüsurdur.Onun müayinəsi də bir qədər mürəkkəb kompleks şəkildə aparılır.Belə ki, kəkələyən uşaqlar həm tibbi ,həm loqopedik, həm də psixoloji müayinələrdən keçməlidir.

Kəkələmənin müayinəsinin əsas məzmununa analitik məlumatlar, pedaqoji, psixoloji və tibbi sənədlər kəkələyən uşağın özünün tədqiqi aiddir.Valideynlərin söhbətində loqoped daha vacib olanları –ailə mühiti,ailədə münasibətlər,uşağın ümumi nitq inkişafının gedişi barədə məlumatları toplayır.Uşağın doğuşdan əvvəlki mərhələdə inkişafı ananın əsəb,psixi sağlamlığı, ananın hamiləlik dövründə keçirdiyi xəstəliklər daha qiymətli məlumatlar hesab olunur.Bətindaxili inkişaf zamanı “mənfi” amillərin təsirinin öyrənilməsi uşağın nitqinin inkişafına dolayısı ilə təsirini müəyyən etmək şəraiti yaradır.Uşağın patol və postatal inkişaf mərhələlərində müxtəlif mənfi amillərin olması pozulmalarının aşkarlanması təhlil edilib mütəxəsizlər tərəfindən qiymətləndirilməsi kəkələmənin etioloji və patioloji açıqlamalarına kömək edir.Kəkələmənin patologiyasnı müxtəlif cinsli qruplar kimi araşdıran tədqiqatçılar kəkələməni 4 qrupa bölürlər.



  1. Müxtəlif genesizli mərkəzi sinir sisteminin üzvi pozulma halı.

  2. Nevrotik pozulma.

  3. Psixopatiya.

  4. Süstlük,Şizofreniya.

Beləliklə də kəkələmənin təsnifatı müxtəlif mövqelərdən aparılarsa,hər birinin özünəməxsus elmi əsasları olduğu üçün doğru,düzgün hesab edilməlidir. Kəkələmənin yayılması yaş,cinsi fəaliyyət növü,yaşayış yeri və digər faktorlarla şərtlənir.,Kəkələmə daha çox 2-4 yaşlarda nitqin funksional sistemin inkişaf etdiyi və uşaq şəxsiyyətinin formalaşması mərhələlərində baş verir. Sonra kəkələməyə meyl tədricən aşağı düşür və 10 ildən sonra(4 yaşdan 14 yaşa qədər) yenidən baş qaldıra bilər.Kəkələmənin şiddətlənməsi cinsi yetişkənlik dövrlərdə də mümkündür.Qeyd etmək lazımdır ki, kənd yerlərində yaşayan uşaqlarda,şəhərdə yaşayan həmyaşıdlarından fərqli olaraq kəkələmə çox az rast gəlinir.Belə ki, şəhər yerinin daha çox gərgin,emosional cəhətdən zəngin olması kələmənin yaradan səbəblərdəndir.

Uşağın nitq mühiti haqqında məlumatların alınması çox vacib şərtlərdəndir.Bundan əlavə uşağın ailədə olduğu mövqe,ona münasibət və nəzarətin olması barədə ( uşağın ərköyün saxlanması,əzizlənməsi və əksinə fiziki cəza görməsi,ata ananın qəddarlığı,uşağın nitqinə diqqət yetirilməsi və s.) məlumatlar toplanılır.Bütün yuxarıda göstərilən məlumatların toplnması pedaqoji müayinənin əsasını təşkil edir.




Yüklə 85,2 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin