İxtisas: Sosial iş Qrup: 22a kurs: Fənn: Sosiologiya Mövzu



Yüklə 50,03 Kb.
səhifə4/4
tarix02.05.2023
ölçüsü50,03 Kb.
#106308
1   2   3   4
Aysu Asadova - Sosiologiya

LİDERLİYİN FUNKSİYALARI

• Informasiya funksiyası. Qrup fəaliyyətinin səmərəli olması naminə bir tərəfdən, zəruri informasiyanın toplanması, işlənməsi və hifz edilməsi, digər tərəfdən, onların qrup üzvlərinə vaxtında verilməsi informasiya funksiyasının əsas cəhətini təşkil edir.


• Sosializasiya funksiyası isə liderin müəyyən keyfiyyətləri formalaşdırmaq və inkişaf etdirmək məqsədi ilə qrup üzvlərinə təsir göstərir. Liderin istifadə etdiyi pozitiv və neqativ sanksiyalar da sosial funksiyaya daxildir.
Liderlik funksiyalarının reallaşdırılması mexanizmi və dinamikası , bir tərəfdən, liderin özünün sosial psixoloji keyfiyyətləri, digər tərəfdən akademik qrupun sosial-psixoloji xüsusiyyətləri ilə əlaqədardır. Tələbə qrupunun müvəffəqiyyətləri və ya uğursuzluqları, qrupda həmrəklik səviyyəsi liderlik funksiyalarının reallaşdırılması dinamikasında təzahür edir. Qrupun öz məqsədilərini müvəffəqiyyətlə həyata keçirməsi və ya müvəffəqiyyətsizliyə uğraması, qrupda həmrəylik səviyyəsi və ya konflikt şəraitinin yaranması-bunların hamısı özünəməxsus formalarda liderlik funksiyalarının həyata keçirilməsi dinamikasında əks olunur.
Sovet psixologiyasında liderlik qrupun, qrup fəaliyyətinin inteqrasiyasının mexanizmi kimi təhlil olunur. O, sosial-psixoloji fenomen kimi müxtəlif obyektiv və subyektiv amillərin təsiri nəticəsində meydana çıxır. Bu baxımdan liderlik aşağıdakı kəmiyyətlərlə bilavasitə bağlıdır:
1.”Makromühit”- sosial- iqtisadi quruluş, siyasət, mədəniyyət, ideologiya.
2.”Mikromühit”- kiçik qrupun sosial, sosial-psixoloji, psixoloji hadisələri ( tipik və qeyri-tipik sosial şərait, qrup fəaliyyətinin məzmunu, məqsədi, vəzifələri, sosial-psixoloji iqlimi və s.)
3. Liderin və qrupun digər üzvlərinin (tabe işçilərin) şəxsiyyətinin fərdi-psixoloji xassələri (intellekt, emosional-iradi sahəsinin xüsusiyyətləri, təşkilatçılıq qabiliyyətləri, kommunikativ keyfiyyətlər və s. )
Sosial psixologiyada liderin müxtəlif tiplərini fərqləndirirlər. Onlardan ikisi- rəsmi (formal) və qeyri-rəsmi ( qeyri-formal) liderlər diqqəti xüsusilə cəlb edir. Rəsmi lider kollektivdə xidmət və peşə nüfuzuna malik olan inzibati və ictimai rəhbərdir. Lakin nəzərə almaq lazımdır ki, rəsmi lider olmaq üçün yalnız müəyyən inzibati və ictimai vəzifə tutmaq hələ kifayət deyildir. Bunun üçün həm də işgüzar və şəxsi keyfiyyətlərin elə çulğalaşması zəruridir ki, onların fəal təzahürü rəhbər işçinin sözün əsl mənasında şəxsi nüfuzunu təmin etsin. Rəsmi işçi ancaq bu zaman rəsmi liderə çevrilir. Rəhbər işçi eyni zamanda lider rolunda çıxış etdikdə, kollektivin ahəngdar inkişafı üçün əlverişli psixoloji şərait yaranır. Rəhbər işçinin həm də lider olması bu gün işçilərin mədəni-texniki səviyyəsinin yüksək dərəcədə artdığı bir şəraitdə xüsusuilə böyük əhəmiyyət kəsb edir. Əksər hallarda kollektivin rəhbəri həm də onun lideri olur.Bu mürəkkəb proses olub yuxarıda nəzərdən keçirilən müxtəlif amillərlə şərtlənir. Psixoloji səpkidə onlalazımdır ki, işçilər rəhbər işçini adətən onlardan biri- rəhbər işçinin özünün şəxsi keyfiyyətləri diqqəti bilavasitə cəlb edir. Həmin məsələnin əhəmiyyətini düzgün qiymətləndirmək üçün nəzərə almaq lazımdır ki, işçilər rəhbər işçini adətən onun şəxsi keyfiyyətləri vasitəsilə “görürlər”, başqa sözlə, rəhbər işçidə müşahidə üçün ən münasib cəhət məhz onun şəxsi keyfiyyətləridir. Kiçik qruplarda hər bir işçinin imkanları bu cəhətdən genişdir. Nisbətən böyük qruplarda isə işçilər rəhbər işçiləri ancaq müəyyən vəziyyətlərdə müşahidə etmək imkanına malikdir. Çox maraqlıdır ki, rəhbər işçinin keyfiyyətlərinə işçilər kiçik qruplara nisbətən böyük qruplarda daha çox həssasdırlar. Aparılan tədqiqatlar göstərir ki, işçilər rəhbər işçinin peşə keyfiyyətlərinə həmişə diqqət yetirir və onları yüksək qiymətləndirirlər. Bu o deməkdir ki, rəhbər işçi yüksək peşə keyfiyyətlərinə malik olduqda liderlik hüququ kəsb edə bilər. Bundan başqa, işçilər rəhbər işçiyə istehsalat və müəssisənin təşkilatçısı və tərbiyəçisi kimi də yüksək tələblər verirlər. Bu cəhətdən rəhbər işçinin intellektual keyfiyyətləri ilə yanaşı kommunikativ xüsusiyyətləri , təşkilatçılıq qabiliyyəti, rəhbərlik üslubu, ünsiyyət və liderlik qabiliyyəti, kollektivdə zərurui mənəvi və psixoloji iqlim yaratmaq və saxlamaq məharəti çox əhəmiyyətlidir. Qrup rəhbər işçini yüksək qiymətləndirdikdə, nüfuzu ilə hesablaşdıqda, onun fəaliyyətinin səmərəli olması üçün əlverişli şərait yaranır.

Bəzən "rəhbər" (menecer, idarəçi) və "lider" anlayışlarını qarışdırırıq. Ümumiyyətlə, liderlik barədə düşünəndə adətən lider olaraq gördüyümüz insanlar ağlımıza gəlir və öz-özümüzə sual veririk ki, bu insanları lider edən nədir, hansı xüsusiyyətlərə və bacarıqlara malikdirlər, bu bacarıqlardan güc toplamaq və uğur qazanmaq necə istifadə edirlər? Lakin Harvard Kennedi İdarəçilik Məktəbinin İctimai Liderlik Mərkəzinin (HKS Center for Public Leadership) təsisçi direktoru, adaptiv liderlik konsepsiyasının müəllifi, liderlik müəllimim və mentorum Ronald Heifetz liderliyə yanaşmada başlanğıc nöqtəsi kimi hansısa fərdi bacarıqlardan (inandırma, kommunikasiya, komandada işləmək və s.) danışmaq əvəzinə liderliyi belə dəyərli və əhəmiyyətli edən ehtiyaclara - liderliyin həyata keçirilməsinə zəmin, ehtiyac yaradan çətinliklərə, problemlərə baxmağı təklif edir. Bunun sadə məntiqi ondan ibarətdir ki, hər hansı bir insan qrupunda liderlik yalnız çətinliklərlə qarşılaşdığımız zaman lazımdır. Heifetzin Harvard Kennedi İdarəçilik Məktəbində liderliyə yanaşmada ümumi qəbul edilmiş adaptiv liderlik konsepsiyası bütün problemləri texniki və adaptiv problemlərdən olmaqla iki qrupa bölür. Texniki problemlər elə çətinliklərdir ki, biz onlarla qarşılaşanda mövcud bilik və təcrübəmiz onların öhdəsindən gəlməyə imkan verir və ya mövcud bilik və təcrübə buna imkan verməsə belə biz müəyyən təlimlər keçməklə və ya ekspertlər cəlb etməklə bu problemlərin öhdəsindən gələ bilirik. Adaptiv (uyğunlaşma) problemlər isə əksinə elə çətinliklərdir ki, cəmiyyətin mövcud bilik və təcrübəsi onları həll etməyə kifayət etmir. Adaptiv problemlərin həlli uzun vaxt tələb edir və insanların şüurunda, davranışında, düşüncə tərzlərində və s. dəyişikliklərin olmasını şərtləndirir. Heifetz qeyd edir ki, yeni yollar tapmadan, münasibətləri, dəyərləri və davranışları dəyişdirmədən yeni mühitdə inkişaf etmək üçün lazımlı adaptiv sıçrayış edə bilmərik. Adaptiv problemlərə misal olaraq COVİD-19 pandemiyasını göstərmək olar.


Heifetz həmçinin "rəhbər" və ya "menecer" ("authority") ilə "lider" anlayışlarını bir-birindən fərqləndirir. Rəhbər (menecer, idarəçi) ya özündən daha yüksək səlahiyyətli şəxs tərəfindən, ya da seçki yolu vəzifəyə təyin edilir.

NƏTİCƏ
Avtoritar liderdən fərqli olaraq demokratik üsluba malik olan lider qrup üzvləri tərəfindən rəğbətlə qarşılanır. Bu cür rəhbərlik üslubuna malik olan lider daima qrup üzvləri ilə razılaşır. Qərar qəbul edərkən qrup üzvlərinin təkliflərini nəzərə alır. Demokratik rəhbərlik üslubuna malik olan lider öz fəaliyyətini təkcə qrup fəaliyyətinə nəzarət və onu tənzim etməklə məhdudlaşdırmır, onların tərbiyəsi və təliminə də ciddi diqqət yetirir. Demokratik rəhbərlik hslubuna malik olan liderlərlə qrup üzvləri arasında olduqca səmərəli təmas yaranır Sosial psixologiyada "rəhbərlik" və "liderlik" anlayışlarının oxşar və fərqli cəhətləri qeyd olunur. Həm rəhbər, həm də lider qrupa başçılıq edən adam kimi nəzərdə tutulur. Adətən, rəhbər nisbətən yüksək səviyyəli, səlahiyyətli təşkilatlar tərəfindən qrupun idarə olunmasının təşkilini təmin edəcək rəsmi adam kimi nəzərdə tutulur. Lider isə qrupun şəxsi nüfuzu sayəsində bir çox və ya bütün üzvlərinin davranışına qeyri-rəsmi ölçülərlə təsir göstərməyi bacaran üzvlərindən biri kimi qeyd olunur. Göründüyü kimi, "rəhbər" və "lider" anlayışının oxşarlığı hər iki anlayışda qrup fəaliyyətinin təşkilini həyata keçirməklə bağlılığında ifadə olunur. Fərqli cəhətlərinə gəldikdə isə rəhbər rəsmi şəkildə təyin olunduğu halda, lider çox vaxt rəsmi şəkildə deyil, qrup üzvlərinin yüksək nüfuzunu qazanmaq ilə yaranır.


ƏDƏBİYYAT
1.https://kayzen.az/blog/psixologiya/1755/qruplar-v%C9%99-%C5%9F%C9%99xsiyy%C9%99tl%C9%99r.html
2.https://secondhandivanovo.ru/az/delovojj-dress-kod/primery-sotrudnichestva-socialnyh-grupp-vidy-socialnyh-grupp.html
3. Ə.S.Bayramov; Ə.Ə.Əlizadə - “Sosial Psixologiya” Bakı-2003
Yüklə 50,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin