İxtisas: Məktəbəqədər təhsil Qrup: 2001b kurs



Yüklə 99,6 Kb.
səhifə4/4
tarix17.12.2022
ölçüsü99,6 Kb.
#75768
1   2   3   4
DOC-20221127-WA0047.

İnklüziv təhsil dünyada
Məlumat uçün onu da bildirək ki, inkluziya ingilis dilindən tərcümədə “daxil olma”, “qoşulma” deməkdir. İnklüziya sağlamlıq imkanları məhdud olan təhsil alanların öz güclərinə inamlarını artırmağa, həmçinin onları digər uşaqlarla birgə məktəbdə təhsil almağa stimullaşdıran cəhddir. İnklüziya yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqların cəhdlərini həyata keçirməyə kömək etmir. Belə uşaqlar sırasına həmçinin müxtəlif mədəniyyətlərə malik, həyat tərzlərinə görə bir-birindən fərqlənən, başqa dillərdən olan, təhsilə müxtəlif maraqları və imkanları olan uşaqları da aid etmək olar. Belə uşaqlara informasiyanın ötürülməsi üsullarında müxtəlif modifikasiya və variantlar lazımdır.
Hazırda inklüziv təhsil bir çox Avropa ölkəsində geniş yayılıb. Xüsusilə də İngiltərədə bu təhsil sistemi geniş yayılıb və bu cür uşaqlara əlverişli təhsil imkanları yaradılır. Bu ölkədə hazırlanan İndividual Təhsil Planına (IEP) əsaslanaraq sağlamlığı məhdud uşaqların 90 faizi təhsilə cəlb olunub. Bu təhsil planı imkan verir ki, uşaqların hərtərəfli inkişafı təmin edilsin. Eyni zamanda siniflərdə uşaqların dərsliklərlə təmin olunmasına şərait yaradır.

Türkiyədə isə belə uşaqlar üçün xüsusi təhsil və təlim verən məktəblər, mərkəzlər fəaliyyət göstərir və dərsliklərlə təmin olunur. Ümumiyyətlə, inklüziv təhsilin təməli ilk dəfə Parisdə görmə məhdudiyyətli usaqlar üçün məktəbin açılması ilə qoyulub. Daha sonra Avropanın bir çox ölkəsində və Rusiyada, 1830-cu illərdə isə ABŞ-da açılıb. Hazırda bu ölkələrdə inklüziv təhsil və təhsilə dair dərsliklər yüksək səviyyədədir.
Səsli dərsliklər - inklüziv təhsilə dəstək vasitəsi
Azərbaycanda inklüziv təhsillə bağlı nəzərdə tutulan innovativ layihələrə dəstək də artırılıb. Məsələn, bir neçə il öncə Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olan “Səsli dərslik” layihəsi bu gün də uğurla davam etdirilir. Kəlbəcər rayon 19 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nofəl Şirinov innovativ bir layihə olan "Səsli dərslik" ideyasının dövlətimizin başçısının 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan qaynaqlandığını deyib. Bununla bağlı hafta.az-a danışan l müəllif bildirib ki, bu layihə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin olunması təhsil siyasətinin tərkib hissəsidir: “VI sinfin ədəbiyyat dərsliyindəki bədii mətnlər perspektiv planlaşdırmanın tələblərinə uyğun ardıcıllıqla professional diktor və qiraətçilər tərəfindən studiya şəraitində səsləndirilib və www.sesliderslik.az saytına yerləşdirilib. Səsləndirilən bədii mətnləri şagirdlər saytdan dinləyərək öyrənə bilirlər. Eyni zamanda, layihə ilə bağlı mobil tətbiq də mövcuddur. Valideynlər həmin kitabı telefonlarına da yükləyə bilərlər. Demək olar ki, bu layihəyə böyük maraq var və yüklədiyimiz videolara baxış sayı 300 mini ötüb. Bu yaxınlarda isə inklüziv təhsilə dəstək məqsədilə Heydər Əliyev Fondunun dəstəyi əsasında daha bir layihəyə başlamışıq. “1001 səsli hekayə” adı altında olan layihəmizdə həm orta məktəb dəsliklərindən, həm də klassik və dünya ədəbiyyatından 5-16 yaşlı uşaqlar üçün yeni resurslar hazırlayırıq. Bununla bağlı bir neçə video hazırdır və uşaqların ixtiyarına verilib”.
Ədəbiyyat siyahısı:
1. "Qiymətləndirmə üçün top 10 UDT tövsiyələri."
http://castprofessionallearning.org/project/top-10-udl-tips-for-assessment/
2. RİİB, UNİCEF İnklüziv təhsil üzrə müəllim inkişaf proqramları, 2019
3. Tim Loreman, Joanne Deppeler, David Harvey İnklüziv təhsil
4. İnklüziv və öyrənmə üçün əlverişli sinifdə pozitiv nizam-intizam (xüsusi kitabça 1)
5. Çoxuşaqlı siniflərdə tədris üçün məsləhətlər (xüsusi kitabça 2)
6. İnklüziv siniflərdə əlilliyi olan uşaqların təhsili (xüsusi kitabça 3)
Yüklə 99,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin