İxtisas: Məktəbəqədər təhsil Qrup: 2001b kurs



Yüklə 99,6 Kb.
səhifə1/4
tarix17.12.2022
ölçüsü99,6 Kb.
#75768
  1   2   3   4
DOC-20221127-WA0047.


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ




Sərbəst iş.
Fakültə: Məktəbəqədər təhsil
İxtisas: Məktəbəqədər təhsil
Qrup: 2001B
Kurs: 3
Fənn: İnklüziv təhsil
Müəllim:Zeynəb Məmmədova
Tələbə: Əzizova Lətifə
Sərbəst işin mövzusu: Azərbaycanda inklüziv təhsilin hazırkı vəziyyəti

1970-ci illərdən başlayaraq xaricdə əlilliyi olan şəxslərin təhsil imkanlarının
genişləndirilməsi ilə bağlı normativ aktların hazırlanmaına başlanılmışdır. Müasir təhsil siyasətində ABŞ və Avropa bir neçə yanaşmanın inkişafına nail olmuşdur:
1.təhsilin əlçatanlığının genişləndirilməsi (widening participation);
2.hakim tendensiyaya çevrilmə (mainstrreaming);
3.inteqrasiya (integraton);
4.inklüziya (inclusion).
Meynstriminq hesab edirdi ki, əlilliyi olan uşaqlar öz yaşıdları ilə bayramlarda, məktəbdənkənar proqramlarda ünsiyyət saxlamalıdır.
İnteqrasiya məktəbdə heç bir dəyişiklik olunmadan, məktəbi SİM uşaqların
imkanlarına uyğunlaşdırmadan xüsusi siniflərin təşkilini nəzərdə tuturdu.
Azərbaycanda “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)
haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin tələblərinə əsasən, sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində təhsil almalarının təmin etmək üçün “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydaları” təsdiq olunmuşdur. Həmin qaydalara əsasən, inteqrasiyalı təhsil sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində xüsusi təhsil proqramları ilə xüsusi siniflərdə təhsilinin təşkili ilə bağlı məsələləri əhatə edir.İnklüziya isə məktəbin istisnasız bütün uşaqların ehtiyaclarına cavab verəcək reformasiyasını və yenidən planlaşdırılmasını nəzərdə tutur.“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda xüsusi təhsil, evdə təhsil və inteqrasiyalı təhsilin təşkil olunması ilə bağlı normaların nəzərdə tutulmasına baxmayaraq, inklüziv təhsilə dair
müddəalar yer almamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.4-cü bəndində sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2017-ci
ildə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.SİM uşaqlar üçün digər təhsilalma formaları
SİM uşaqların təlim və təhsil prosesinin dövrləşdirilməsinə başqa bir 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüslər qeyd olunmuş, sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması üçün “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) həyata keçirilməsinin zəruriliyi göstərilmişdir.Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:
sağlamlıq imkanları məhdud şəxslərin təhsilin bütün pillələri üzrə inklüziv təhsil hüququnu təmin etmək məqsədi ilə normativ hüquqi aktların təkmilləşdirilməsi;
təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üçün tədbirlərin görülməsi;
sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunması;
inklüziv (inteqrativ) təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması;
sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və sosial

Yüklə 99,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin