İxtisas: Məktəbəqədər təhsil Qrup: 2001b kurs


inteqrasiyasının vacibliyi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə təbliğat və ictimai maarifləndirmə işinin aparılması



Yüklə 99,6 Kb.
səhifə2/4
tarix17.12.2022
ölçüsü99,6 Kb.
#75768
1   2   3   4
DOC-20221127-WA0047.

inteqrasiyasının vacibliyi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə təbliğat və ictimai maarifləndirmə işinin aparılması.
Dövlət Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
təhsilin bütün pillələri üzrə təhsil müəssisələrinin infrastrukturunun sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması təmin ediləcəkdir;
informasiya texnologiyalarının tətbiqi ilə sağlamlıq imkanları məhdud şəxslər üçün informasiya əldə etmək imkanları genişləndiriləcəkdir;
məktəbəqədər, ümumi və ilk peşə-ixtisas təhsili üzrə təhsil proqramlarında
sağlamlıq imkanları məhdud şəxsləri təhsildən istifadə imkanları ilə digər
şəxslərlə bərabər səviyyədə təmin edən dəyişikliklər ediləcəkdir;
inklüziv (inteqrativ) təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazası yaradılacaqdır;
sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması imkanlarının
qiymətləndirilməsində yeni qaydalar tətbiq olunacaqdır;
sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqları barədə əhalinin
məlumatlılıq səviyyəsi artacaqdır
Hər bir uşağın pulsuz təhsil almaq hüququ vardır. Sağlamlıq imkanları məhdud olanlar uzun illərdir ki, təhsil almaqla bağlı bir sıra çətinliklərlə üzləşirlər. Onların üzləşdiyi çətinliklərin obyektiv və subyektiv səbəbləri var. Bəzən valideynlər sağlamlıq imkanı məhdud olan uşaqlarından utanaraq onların sosiallaşmasına şərait yaratmaqdan çəkinirlər. Cəmiyyətin özü belə uşaqlara qarşı laqeydlik nümayiş etdirdiyindən sağlamlıq imkanları məhdud uşaqlar həyatlarını dörd divar arasında keçirmək məcburiyyətində qalırlar. Son illər istər məktəbəqədər, istərsə də orta təhsil sahəsində aparılan islahatlar sağlamlıq imkanı məhdud övladı olan valideynlər üçün yeni ümidlər yaradıb. Belə ki, ölkəmizdə inklüziv təhsilin inkişaf etdirilməsi istiqamətində atılan addımlar bu sahədəki mövcud çətinliklərin aradan qaldırılmasına imkan yaradıb.Qeyd edək ki, inklüziv təhsil - təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan inkişaf prosesidir. Bu təhsil sistemi sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını təmin edir. İnklüziv təhsil istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud uşaqların bərabər təhsil alma hüquqlarını təmin edir. Təhsilin bu növü belə uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur. Müasir dövrdə inklüziv təhsil dedikdə uşaqların məktəbəqədər müəssisələrdə, orta təhsil məktəblərində dərs alması prosesi nəzərdə tutulur ki, bunun da xüsusi tələbləri var. Təlim metodikasına müvafiq olaraq inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alır, müxtəlif nevroloji və ya psixi xəstəlikləri olanlara belə mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı verir. Onun əsas vəzifəsi məhdud imkanlara malik insanların peşə hazırlığı üçün sərhəd tanımayan mühit yaratmaqdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların tipik yaşıdları ilə təhsilə birgə hazırlanması üzrə məsuliyyət mahiyyət etibarı ilə daha çox psixoloq və tərbiyəçilərin üzərinə düşür. Ümumiyyətlə, korreksiyaedici xidmət dedikdə, öncə onların təhsilə daha tez uyğunlaşması, uşaqlarla effektiv ünsiyyət qura bilməsi nəzərdə tutulur. Məsələn, uşaq bağçalarında, yaxud məktəbəqədər hazırlıq müəssisələrində tərbiyəçilərin əsas rolu aşağıdakı funksiyaları həyata keçirməkdən ibarətdir: uşaqlarda kollektivçilik, əmək vərdişləri, davranış, etik və əxlaqi keyfiyyətlərin inkişaf etdirilməsi, dünya haqqında ilkin təsəvvürlərin yaradılması və s. Bir sözlə, məktəbə hazırlıq prosesində pedaqoq uşağı fiziki və mənəvi cəhətdən tərbiyə edir,cəmiyyət tərəfindən müəyyən edilmiş vəzifələrə uyğun şüurlu fəaliyyətə hazırlayır.

Yüklə 99,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin