“İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar


haqda qəzetimizin növbəti sayında daha ətraflı məlumat



Yüklə 9,17 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix13.02.2017
ölçüsü9,17 Mb.
#8408
1   2   3

haqda qəzetimizin növbəti sayında daha ətraflı məlumat 

veriləcək.

Azərbaycanda hamiləliyin gedişi və doğuş 

zamanı ana və uşaq sağlamlığının qorunması 

daim diqqət mərkəzində saxlanılan məsələlərdən 

biri olub. Bu məsələ ilə bağlı mütəmadi olaraq 

araşdırmalar aparılır, yüksək nəticələr əldə 

edilməsi məqsədilə dövlət və hökumətimizin ən 

yüksək səviyyələrində konkret addımlar atılır. 

S

əhiyyə  Nazirliyinin  02  fevral  2016-cı  il 



tarixli  kollegiyasında  bu  sahədə  görülən 

işlərin səviyyəsini yüksəltmək üçün əməli 

təkliflər səsləndirilib.

Azərbaycan 

Tibb 

Universitetinin 



Tədris 

Cərrahiyyə Klinikasında da kollegiyanın nəticələ-

rinə uyğun olaraq hamiləlik və doğuş zamanı ya-

şanacaq  problem  və  mümkün  fəsadların  aradan 

qaldırılmasına həsr edilmiş geniş toplantı keçiri-

lib.


  Tədbirdə giriş sözü ilə çıxış edən universitetin 

rektor əvəzi, tədris işləri üzrə prorektor, profes-

sor Sabir Əliyev ana və uşaq sağlamlığı ilə bağlı 

müəyyən  problemlərin  mövcud  olduğunu,  bun-

ların  inkişafına  əvvəlcədən  yol  verilməməsi  və 

aradan  qaldırılması  üçün  müvafiq  tədbirlər  gö-

rüldüyünü  bildirdi.  Professor  ginekoloqları  tibbi 

göstərişlər  olmadan  “Qeysəriyyə  əməliyyatı”nın 

aparılmasından çəkinməyi, təbii doğuşa üstünlük 

verməyə  də  çağırdı:  “Son  illər  doğuşların  böyük 

hissəsi  qeysəriyyə  əməliyyatı  ilə  aparılır.  Hal-

buki,  təbii  doğuşla  dünyaya  gələn  uşaqlar  ara-

sında xəstəliklər də az olur. Şəxsən mən bunun 

əleyhinəyəm. Həkim yalnız tibbi göstəriş olanda 

məcburən bu üsulu seçə bilər. Bu da yalnız 10-

15 faiz hallarda ola bilər. Mama-ginekoloqlar bu 

məsələyə diqqət yetirməlidir”.

    S.Əliyev  ginekoloqların  yüksək  peşəkarlıq  və 

hazırlıq səviyyəsinə malik olmasının vacib oldu-

ğunu  söylədi.  Professorun  sözlərinə  görə,  do-

ğuşun  müsbət  nəticələnməsi  üçün  xəstələrin 

analizlərinin  dəqiq  müəyyənləşdirilməsi,  doğum 

tarixlərinin düzgün tərtib  edilməsinə  nail  olmaq 

lazımdır. Professor ana və uşaq sağlamlığı üçün 

xəstələrə  peşəkar  yanaşmanın  önəmli  olmasın-

dan da danışdı.

    S.Əliyev  vurğuladı  ki,  Azərbaycanda  səhiyyə 

xidmətlərinin  inkişafı,  tibb  müəssisələrinin 

yeni  avadanlıqlarla  təchiz  edilməsi,  tibb 

işçiləri  tərəfindən  müasir  texnologiyaların 

mənimsənilməsi,  perinatal  mərkəzlərin  yaradıl-

ması doğuşayardım xidmətlərinin gücləndirilməsi 

üçün lazımi şərait yaradılıb. O, hazırda Azərbaycan 

Tibb  Universitetində  kifayət  qədər  peşəkar 

həkim-ginekoloqların fəaliyyət göstərdiyini, lakin 

bu məsuliyyətli sahədə daim peşəkarlığın artırıl-

masına nail olmaq lazım olduğunu qeyd etdi.

    Sonra  Azərbaycan  Tibb  Universitetinin  pato-

loji  anatomiya  kafedrasının  müdiri,  Səhiyyə  Na-

zirliyinin  doğuşayardım  komissiyasının  üzvü, 

professor  Ədalət  Həsənov  çıxış  edərək  son 

dövrlərdə respublikada ana ölümləri sahəsindəki 

durum haqqında məlumat verdi. Məruzəçi öz çı-

xışında bildirdi ki, son illər respublikada ana və 

uşaqların  mühafizəsi  sahəsində,  istər  antenatal 

dövrdə, istərsə də perinatal mərkəzlərdə, doğum 

evlərində  və  xəstəxanaların  doğuş  şöbələrində 

əsaslı təmir işlərinin aparılması, yeni və ən müasir 

avadanlıq və mal-materiallarla təchizat sahəsində 

həddən  artıq  çox  işlər  görülmüş,  respublikanın 

iri  şəhərlərində,  ayrı-ayrı  regionlarda  perinatal 

mərkəzlər  yaradılmış,  mama-ginekoloji  xidmət 

yeni və müasir səviyyədə təşkil olunmuş, çox bö-

yük nailiyyətlər əldə edilmiş, ən əsası da respub-

likada  ana  və  uşaq  ölümlərinin  sayı  əhəmiyyətli 

dərəcədə azalıb. Lakin bütün bunlara baxmaya-

raq hələ də bu sahədə qarşıya qoyulan məqsədlər 

tam  şəkildə  əldə  edilməmişdir.  Təsadüfi  deyildir 

ki, bir neçə gün əvvəl respublikada ana ölümlərinə 

həsr  edilmiş  Səhiyyə  Nazirliyinin  geniş  tərkibdə 

keçirilən  kollegiyasında  da  Səhiyyə  Naziri,  pro-

fessor O.Şirəliyevin rəhbərliyi ilə bu məsələ ətraflı 

şəkildə  müzakirə  olunmuş,  bəzi  mama-gineko-

loqlarımız,  o  cümlədən  də  anestezioloq-reani-

matoloq  və  digər  həkim-mütəxəssislər  arasında 

peşəkarlıq səviyyəsinin hələ də lazımi səviyyədə 

olmaması barədə danışılmış, bu sahədə radikal və 

sərt tədbirlərin görülməsinə ehtiyac olduğu vur-

ğulanıb.

    Onun  sözlərinə  görə,  baş  vermiş  hər  bir  le-

tal  nəticə  və  ağırlaşma  hadisələri  ilə  əlaqədar 

Səhiyyə  Nazirliyi  və  hüquq-mühafizə  orqanları 

tərəfindən ətraflı araşdırmalar aparılır. Həmçinin 

qeyd edildi ki, profilaktika, müalicə və diaqnos-

tika sahələrində rast gəlinən bəzi nöqsan və ça-

tışmazlıqlarla yanaşı, hamilə qadınların özlərinin 

də  tibbi  yardım  üçün  gec  müraciət  etmələri 

aydınlaşır.  Buna  baxmayaraq,  aidiyyəti  tibb 

müəssisələri  məsuliyyəti  daha  da  artırmalı,  bu 

çətin, məsuliyyətli və şərəfli işin təşkili və həyata 

keçirilməsində  xəstələrin  özləri  də  həkimlərə 

kömək etməlidirlər.

ATU-nun  I  mamalıq-ginekologiya  kafedrası-

nın müdiri, professor Elmira Əliyeva və ATU-nun 

II  mamalıq-ginekologiya  kafedrasının  dosenti 

Səfa  Bağırova  çıxış  edərək  ana  ölümlərinin  baş 

verməsinin əsas səbəbləri və risk faktorları, on-

ların  qarşısının  alınması  və  aradan  qaldırılması 

yolları  sahəsində  aparmış  olduğu  elmi-tədqiqat 

işlərinin  nəticələri  və  praktik  fəaliyyəti  barədə 

məlumat verdi.

Toplantının  yekununda  həmçinin  ATU-nun  I 

daxili  xəstəliklər  və  reanimatologiya  kafedrası-

nın müdiri, professor İsfəndiyar İsmayılov, Ümu-

mi  cərrahiyyə  kafedrasının  müdiri,  professor 

Çərkəz  Cəfərov,  Tədris  Cərrahiyyə  Klinikasının 

baş həkimi Asiman Həsənov çıxış edərək ana və 

uşaq sağlamlığının təmin olunması istiqamətində 

atılması  zəruri  olan  tədbirlərlə  bağlı  təkliflərini 

səsləndirdilər.  Məruzəçilərin  sözlərinə  görə, 

bu  sahədə  yaranmış  problemlərin  baş  vermə 

səbəblərini müəyyənləşdirib aradan qaldırılması-

na nail olmaq, belə halların təkrarlanmasına yol 

verməmək üçün mütəmadi olaraq müzakirələrin 

aparılmasına ehtiyac var.

Ana və uşaq sağlamlığının mühafizəsinə 

həsr edilmiş müzakirə aparılıb

Qiymətləndirmə meyarlarına həsr 

edilmiş seminar-müşavirə

ATU-nun mətbuat xidməti


29 fevral  2016-cı il

http://www.amu.edu.az

5

 Ötən ilin dekabr ayının 



əvvəllələrində Azərbaycan 

Tibb Universitetinin Tədris 

Cərrahiyyə Klinikasının 

həkimləri tərəfindən ölkədə 

ilk dəfə olaraq hamilə qadının 

ürəyində əməliyyat aparıla-

raq, onun mexaniki klapa-

nı dəyişdirilib. Bu, dünyada 

üçüncü belə uğurlu əməliyyat 

olub, çünkü burdakı təhlükə - 

əməliyyat zamanı hamilə xa-

nımın bədən temperaturunun 

33ºC-yə qədər düşürülməsidir

bu vəziyyət isə döl ürəyinin 

fəaliyyətini dayandırma 

təhlükəsini artırır.

36  yaşlı  qadın 

bu  günlərdə  artıq 

körpəsini 

dünyaya 


gətirib. 

Qeysəriyyə 

əməliyyatı  ilə  do-

ğulan  oğlan  uşağı-

nın  çəkisi  3  kq  600 

qram,  boyu  49  sm-

dir. Əməliyyatı həyata 

keçirən  Ginekologi-

ya  şöbəsinin  müdi-

ri  Turab  Canbaxışo-

vun  sözlərinə  görə, 

hamilə  qadın  doğuş-

dan  bir  həftə  əvvəl 

xəstəxanaya  yatız-

dırılıb.  Bir  həftə  ərzində  onun 

üzərində  doğuşa  hazırlıq  prosesi 

aparılıb (ürəyində mexaniki qapaq 

olduğundan  yüksək  dozada  qan 

sulandırıcı  dərmanlar  alıb).  Uşaq 

əvvəlcədən  planlaşdırıldığı  kimi, 

qeysəriyyə əməliyyatı ilə doğulub. 

Əməliyyatda  təcrübəli  anestezi-

oloq,  kardioloq,  kardiocərrah  və 

ginekoloqlardan  ibarət  böyük  bir 

həkim briqadası iştirak edib, onla-

rın səyi nəticəsində körpə sağlam 

dünyaya gətirilib.

    Qeyd  edək  ki,  qadın  3  il 

əvvəl  aorta  qapaq  stenozu  prob-

lemi  ilə  həkimlərə  müraciət  edib. 

Xəstədə  ürəyin  aorta  qapağı-

nın  protezləşdirilməsi  əməliyyatı 

icra  edilib,  mexaniki  klapan 

yerləşdirilib. Əməliyyatdan sonrakı 

dönəmdə hansısa bir problem ya-

ranmayıb. Lakin qadın hamilə qal-

maq istəyib.

    Həkimlər  etiraz  edərək 

hamiləliyin  ona  əks  göstəriş  ol-

duğunu,  dölün  salamat  qalması 

ehtimalının çox az olduğunu izah 

ediblər.  Buna  baxmayaraq,  özü 

də  həkim  olan  qadın  hamiləliyə 

qərar verib. Hamiləlik müddətində 

xəstənin  vəziyyəti  pisləşib,  me-

xaniki  klapanın  trombozlaşması 

aşkarlanıb. Bu cür hallarda tək çı-

xış  yolu  yenidən  əməliyyat  olun-

ması  olduğu  üçün  qadın  təcili 

əməliyyata alınıb. Onun bədəninin 

hərarəti  düşürülüb,  ürəyi  dayan-

dırılıb  və  süni  qan  dövranına  qo-

şulub.  Bu  cür  əməliyyatlarda  dölü 

itirmək  təhlükəsi  çox  böyükdür. 

Lakin əməliyyat uğurla keçib - həm 

ananı, həm dölü qurtarmaq müm-

kün olub.

ATU-nun mətbuat xidməti

A

TU-nun  Tədris  Cərrahiyyə 



Klinikasında  bu  qəbildən 

növbəti  tədbir  keçirilib. 

Ağciyər patologiyasına həsr olun-

muş konfransda Fatih Universite-

ti  Tibb  Fakültəsi  Xəstəxanasının 

mütəxəssisləri iştirak ediblər.  

Konfransın  açılışında  çıxış  edən 

Tədris Cərrahiyyə Klinikasının direk-

toru,  professor  Nuru  Bayramov  bu 

tip  tədbirlərin  təşkilinin  artıq  ənənə 

halını aldığını bildirib. Professor qeyd 

etdi ki, ötən ay ərzində 10 mövzuda 

müxtəlif  xarakterli  konfranslar  ke-

çirilib.  Qarşıdakı  müddətdə  isə  daha 

yeni və fərqli mövzularda yerli və xa-

rici ekspertlərin iştirakı ilə elmi konf-

ranslar təşkil olunacaq.

N.Bayramov bu tədbirlərin təşkilində 

əsas  məqsədin  təcrübə  mübadiləsini 

genişləndirmək,  universitet  klini-

kası  kimi  xarici  əlaqələri  daha  da 

gücləndirməkdən  ibarət  olduğunu 

deyib:  “Hədəfimiz  dünyanın  aparı-

cı  klinikası  səviyyəsinə  çatmaqdır. 

Bu  məqsədlə  xarici  əlaqələrimizdən 

faydalanırıq.  Qarşılıqlı  münasibətləri 

həm elmi, həm praktik, həm də tədris 

şəkində  formalaşdırmaq  və  daha  da 

möhkəmləndirmək niyyətindəyik”.

Daha  sonra  tədbir  Azərbaycanın 

cərrahiyyə üzrə bir nömrəli mütəxəs-

sisi Çərkəz Cəfərovun moderatorluğu 

ilə davam etdirilib.

Fatih  Universiteti  Tibb  Fakültəsinin 

dekanı  “Təkmilləşdirilmiş  texnika-

lar  və  ağciyər  xərçəngi”,  pro-

fessor  Müzəffər  Mətin  “Ağciyər 

xərçəngi  cərrahiyyəsi”,  Fatih 

Universiteti  tibb  fakültəsinin 

dekanı  Levent  Kart  “EBUS–en-

dobronxit”,  uzman  dr.  Ger-

si  Alisha  “Sorkoidor  və  yeni 

müalicə  üsulları”  mövzularında 

təqdimat  keçirilib,  iştirakçılara 

sertifikatlar verilib.

  Azərbaycan Tibb Universite-

tinin  beynəlxalq  əlaqələr  üzrə 

prorektoru, dosent Rəhimə Qa-

bulova, TCK-nın direktoru, pro-

fessor  Nuru  Bayramov  və  Fatih 

Universiteti  Tibb  Fakültəsinin 

dekanı Levent Kart universitetlər 

arasında döş qəfəsi cərrahiyyəsi 

və 


reanimasiya 

sahəsində 

gələcək əməkdaşlığın istqamət-

lərini müzakirə ediblər. Tələbə, rezi-

dent  mübadiləsi,  birgə  elmi-təcrübi 

fəaliyyət  üzrə  ikitərəfli  protokolun 

hazırlanması  üçün  razılıq  əldə  olu-

nub.


Ağciyər patologiyasına 

dair beynəlxalq konfrans

A

zərbaycan Tibb Universiteti 

mütəmadi olaraq xarici ölkələrin 

mütəxəssislərinin iştirakı ilə müxtəlif 

xəstəliklərə dair elmi konfranslar 

təşkil edir. Belə tədbirlərdə dünyanın 

aparıcı həkimləri tərəfindən məruzələr 

səsləndirilir, mövzu üzrə maraqlı 

müzakirələr aparılır. 

“İstehlakçı hüquqlarının müdafiəsi prioritet 

vəzifəmizdir” mövzusunda seminar 

Hamiləykən ürəyinə mexaniki klapan 

yerləşdirilən qadın ana olub

İqtisadiyyat Nazirliyi ya-

nında Antiinhisar Siya 

səti 

və İstehlakçıların Hü 

quq-

larının Müdafiəsi Döv 

lət 

Xidməti 

istehlakçıla rın 

ma  arif  ləndirilməsi 

isti qa-

mətində tədbirlərini davam 

etdirir.

Dövlət  Xidmətinin  təşki-

lat  çı lığı 

ilə 


“İstehlak-

çı  hüquqlarının  müdafiəsi 

pri oritet  vəzifəmizdir”  mövzu-

sunda  növbəti  belə  tədbir  fev-

ralın  23-də  Azərbaycan  Tibb 

Universitetində  keçirilmişdir.  Ali 

təhsil  müəssisəsinin  müəllim 

və  tələbə  heyətinin  iştirakı  ilə 

keçirilən  tədbirdə  məqsəd  isteh-

lakçıların hüquqlarının qorunması 

sahəsində  hüquqi  maarifləndirmə 

işini  təşkil  etmək,  bu  sahədə  is-

tehlakçıların  biliklərini  artırmaq-

dan ibarət olmuşdur. 

Tədbiri  açan  ATU-nun  Tələbə 

Həmkarlar  İttifaqı  Komitəsinin 

sədri  Elşad  Novruzov  seminarın 

məqsəd  və  məramı  ilə  bağlı    iş-

tirakçıları  məlumatlandırdıqdan 

sonra sözü  qonaqlara vermişdir.  

Antiinhisar  Siyasəti  və  İsteh-

lakçıların  Hüquqlarının  Müdafiəsi 

Dövlət  Xidmətinin  rəis  müavini 

Araz  Əliyev    seminar  iştirakçıla-

rına  istehlakçıların  hüquq-

larının  qorunması  sahəsində 

qanunvericilik  bazası,  is-

tehlakçıların  bilməli  oldu-

ğu  aktual  məsələlər  barədə 

məlumat  vermiş,  istehlakçı 

hüquqlarının  təmin  olunma-

sında  dövlət  orqanları  ilə  is-

tehlakçılar arasında əlaqələrin 

genişləndirilməsinin  əhəmiy-

yə tini diqqətə çatdırmışdır. 

Tədbirdə Antiinhisar Siyasəti 

və İstehlakçıların Hüquqlarının 

Müdafiəsi  Dövlət  Xidmətinin 

sektor  müdiri  Yusif  Hüseynov  isə 

“Hər  bir  istehlakçı  öz  hüquqları-

nı  bilməlidir”  mövzusunda  geniş 

məruzə  ilə  çıxış  etmişdir.  Natiq 

keyfiyyətsiz məhsulların bazara çı-

xarılmasından, yol verilən neqativ 

hallardan,  istehlakçı  hüquqlarının 

təmin olunması üçün məhkəmə və 

dövlət orqnlarına müraciət qayda-

larından  söhbət  açmış,  insanları 

gündəlik  həyatda  rast  gəlinən  bu 

kimi hallarla mübarizədə aktiv iş-

tirak etməyə çağırmışdır. 

Tədbir  çərçivəsində  istehlak-

çı  hüquqları  ilə  bağlı  tələbələri 

düşündürən suallar cavablandırıl-

mış, onlara istehlakçı hüquqlarına 

dair müxtəlif səpkili maarifləndirici  

materiallar və bir çox adda buket 

paylanmışdır.



M. ƏLƏKBƏRLİ

http://www.amu.edu.az

29 fevral  2016-cı il

6

ATU-nun Tədris Cərrahiyyə 



Klinikasının Torokal cərrahı, 

t.ü.f.d. Dr. Arif Ağayev 

öskürəklə bağlı bəzi məsələlərə 

aydınlıq gətirib.



Hansı tip öskürəklər 

hansı xəstəliklərin 

əlamətləridir?

Ağciyərlərin  xaricdən  gələn  kimyəvi, 

mexaniki  və  ya  temperatur  fərqliliyi 

yaradan  faktorlara  qarşı  yaranan  bir 

refleks  olan  öskürək,  meydana  gəlmə 

forması ilə müxtəlif mənalar daşıyır.

Öskürəyi  tənəffüs  yollarına  düşmüş 

yad  maddələrə  qarşı  əmələ  gələn, 

bədənin  özünü  müdafiə  mexanizmi 

kimi  qiymətləndirmək  olar.  Bəs  hansı 

tip  öskürəklər  hansı  xəstəliklərin 

əlamətləridir?

Sağlam  insan  nəfəs  borusunun  “yad” 

olaraq  qəbul  etdiyi  bəzi  yeməkləri  və 

maddələri  bayıra  atmaq  üçün  öskürür. 

Ətrafdan  gələn  bir  tüstü  qoxusu  və  ya 

kəskin  bir  yuyucu  vasitənin  qoxusu  da 

öskürəyə səbəb ola bilər. Bədənin müdafiə 

mexanizmləri  arasında  önəmli  yer  tutan 

öskürək  nəfəs  yollarında  (traxeya  və 

bronxlarda)  əmələ  gəlir  və  bəlğəmin 

bayıra atılmasını təmin edir.

Bu  təbii  mexanizmlərdən  başqa  bəzi 

xəstəliklərin  “xəbərçisi”  (ilkin  əlaməti) 

olan  öskürək,  uzun  müddət  davam 

etdikdə  insanın  əmək  qabiliyyətini  aşağı 

salır.  Öskürək  hava-damcı  yolu  ilə  bəzi 

infeksion  faktorların  digər  şəxslərə 

yayılmasına  yol  açır  (məsələn:  vərəm, 

sətəlcəm-pnevmoniya və s.).

Ani olaraq yaranan öskürəklər astmatik 

krizin başlamasını ifadə edə bilər.

Öskürək  sadəcə  ağciyərlərdən  deyil, 

qulaq  zarı-pərdəsi,  burun,  sinuslar, 

ağciyər  zarı,  mədə  və  diafraqmadan  da 

başlaya  bilər.  Sinusit,  bronxit,  laringit, 

uşaqlarda  çox  tez-tez  rast  gəlinən 

bronxiolit,  soyuğa  həssaslıq,  çoxlu 

siqaretçəkmə,  tozcuqlar  və  ev  tozları 

ən  çox  öskürək  yaradan  xəstəlik  və 

faktorlardır.  Öskürəyin  şəkli,  sıxlığı, 

inkişafı ciddi təqib edilməlidir.



Öskürəyin tipləri və səbəbləri

- Quru öskürək 

-  əgər  insan  zəiflik, 

halsızlıq  və  quru  öskürəkdən  şikayət 

edirsə, bu bizə bəsit yuxarı tənəffüs yolu 

infeksiyasını  xatırladır.  Əgər  əlamətlər 

uzun  müddət  (2-4  həftədən  artıq) 

davam ədirsə, digər xəstəliklər haqqında 

düşünmək olar.



Bəlğəmli öksürək

-öskürək  bəlğəmli 

və  tez-tez  olursa,  buna  hərarət  də 

qoşulmuşsa,  sətəlcəmin  (pnevmoniya) 

əlaməti  ola  bilər.  Öskürdükdən  sonra 

bayıra  çıxarılan  sekretin  (bəlğəmin) 

rəngi xəstəliyi dəyərləndirməkdə həkimə 

böyük  kömək  edir.  Bəlğəmin  rəngi  ağ 

rəngdən  sarı  və  yaşıla  çevrilirsə,  bu 

xəstəliyin  ağırlaşmasından  xəbər  verir. 

Qanlı  bəlğəmdə  isə  hər  şeydən  əvvəl 

ağciyər xərçəngi və gecikmiş vərəm ağla 

gəlməlidir.

Öskürək  refleksi  gedişinə  görə  kəskin 

və xroniki olmaqla 2 qrupa bölünür:

- Kəskin öskürək.

  Əgər  öskürək  qəflətən 

baş  verirsə  uşaqlarda  infeksiya  və  yad 

cismin  nəfəs  yoluna  düşməsi  haqqında 

fikirləşmək  lazımdır.  Böyüklərdə  isə 

zərərli kimyəvi qazların tənəffüs yollarını 

qıcıqlandırması düşünülür.

- Xronik öskürək.

 

Xronik, 



yəni 

uzunmüddətli  (3  aydan  uzun  sürən) 

öskürək  uşaqlarda  astma,  mukovissidoz 

(cystic  fibrozis)  adlı  genetik  xarakter 

daşıyan xəstəliklər zamanı rast gəlinir.

Yaşlılarda isə xroniki öskürək bəlğəmin 

ifrazı  ilə  müşayiət  olunursa,  bu  halda 

astma,  xroniki  bronxit,  xərçəng,  vərəm, 

ürək çatışmazlığından şübhələnmək olar. 

Xroniki  bəlğəmsiz  öskürəyin  səbəbləri 

bunlardır: sinusitlər, astma, qida borusu 

reflüksü  və  bəzi  təzyiq  dərmanlarının 

əlavə təsirləri.

Uzun  müddət  ərzində  davam  edən 

öskürək psixoloji də ola bilər. Bu öskürək 

narahatlıqla bağlı olaraq ortaya çıxa bildiyi 

kimi, həyəcanlandıqda və əsəbləşdikdə də 

ortaya çıxa bilir.



Uşaq yaşlarında öskürək.

 

Uşaqlarda 



öskürək diqqət çəkmək istəyi ilə əlaqədar 

ola bilər.

Uşaqlarda  göyöskürək  xəstəliyində 

meydana çıxan öskürək ani, təkrarlanan 

və  çox  güclü  olur.  Tək  bir  nəfəsdə 

otuza qədər olan və nəfəsalmaya imkan 

verməyən  təkrar  tutmalar  olur.  Bu 

səbəbdən xəstə uşaq boğulmağa başlayır 

və göyərir. Belə kriz tutmaları gün ərzində 

15-20  dəfə  təkrarlana  bilər.  Bəzən  belə 

tutmalar  qusma  ilə  sona  çatır.  Qusma 

ilə  bitən  digər  öskürək  tipləri  isə  burun 

axıntısı ilə bağlı olan öskürəklərdir.

Astma öskürəyi.

 Öskürəyin gecə yuxudan 

oyandırıb-oyandırmadığı, həm uşaqlarda, 

həm  də  böyüklərdə  astma  xəstəliyinin 

təqib  və  müalicəsində  çox  önəmli  bir 

göstəricidir.  Əgər  xəstə  səhər  erkən 

saatlarda səbəbsiz və ya quru öskürəklə 

oyanırsa,  bu  astma  xəstəliyindən  xəbər 

verə bilər və ya müalicə edilməkdə olan 

astma  dərmanlarının  dozalanmasının 

kifayət  qədər  olmadığının  göstəricisidir. 

Belə  xəstələrdə  gün  ərzində  edilən 

müayinə  nəticələri  və  tənəffüs  testləri 

normal  olur.  Gecələr  isə  nəfəs  yolları 

daralmış  olur,  yataqda  olduqda  burun 

axıntısı artır və səhər ayıldıqda ağciyərlərə 

yığılmış  bəlğəmi  xaric  etmək  üçün 

öskürək tutmaları qeyd edilir.



Reflüks  öskürəyi.

  Reflüks  xəstəliyi  olan 

insanlarda  gecələr  uzanmış  vəziyyətdə 

mədə şirəsi geriyə axır və nəfəs borusuna 

və  səs  tellərinə  düşür.  Belə  vəziyyətdə 

quru və şiddətli öskürək yaranır. 



Yemək borusu xəstəlikləri zamanı yaranan 

öskürək.

  Yemək  yeyərkən  yaranan 

öskürək,  udma  aktının  (refleksinin) 

pozulması olan yaşlı və ya beyin fəaliyyəti 

pozulmuş  insanlarda  (məsələn,  beyin 

iflici  keçirmişlərdə)  və  ya  yenidoğulmuş 

uşaqlarda  anadangəlmə  olan  yemək 

borusu ilə nəfəs yolları arasında əlaqənin 

olması  ilə  bağlıdır.  Yeməkdən  sonra 

yaranan  öskürəklər  reflüks,  mədə 

yırtığınının əlaməti ola bilər.

Siqaret öskürəyi. 

Siqaret öskürəyi çox tipik 

bir öskürəkdir. İlk əvvəl quru başlayan və 

illər sonra siqaretin bronxlarda yaratdığı 

təbəqə (qat) ilə əlaqədar bol ifrazatlı, adət 

etdiyimiz  şəklə  düşür  və  adətən  səhər 

vaxtlarında  bəlğəm  ifrazı  ilə  müşayiət 

olunur.  Belə  öskürək  təkrarlanan  olur 

və  bəlğəm  bayıra  atıldıqda  insan  rahat 

nəfəs  alır.  Siqaret  çəkənlərdə  qeyd 

edilən  öskürək  mütləq  araşdırılmalıdır 

(ağciyər  xərçəngi,  bronx  xərçəngi,  səs 

tellərinin xərçəngi olma riski yüksəkdir). 

Bəlğəmdəki  qan,  yeni  yaranan  və 

dərinləşən  səs  batması  (səsdə  xırıltılar) 

xərçəngin əlamətləri ola bilər.

Siqaret çəkən insanlar ardıcıl olaraq iki 

ildə 3 aydan çox bəlğəmli öskürüb bəlğəm 

ifraz  edirlərsə,  buna  XOAX  (xroniki 

obstruktiv ağciyər xəstəliyi) deyilir. XOAX 

həyat keyfiyyətini (fəaliyyətini) aşağı salan 

bir xəstəlikdir.

Öskürəyin  müalicəsi  çox  zaman  sadə 

olur.  Lakin  bəzən  xəstəlik  dərinləşir  və 

ağırlaşır, antibiotik müalicəsi lazım gəlir.

Astma  ilə  əlaqəli  öskürək  antibiotik 

müalicəyə  cavab  vermir.  Bu  xəstələrdə 

inhalyasiya və antiallergik dərmanlar təyin 

edilir.

Allergiyalı  insanların  dörddə  birində 



reflüks  xəstəliyinin  olması  mümkündür. 

Belə  vəziyyətlərdə  mütləq  endoskopiya 

edilməli  və  antiasid  preparatlar  təyin 

edilməlidir.

Reflüksü olan və müalicəyə baxmayaraq 

gecə  öskürəyi  olan  xəstələrə  axşam  az 

qida  qəbul  etmək  və  yeməkdən  ən  azı 

4  saat  sonra  yatmaq  məsləhət  görülür. 

Belə  xəstələr  mütləq  hündür  yastıqda 

yatmalıdır.

Ürək çatışmazlığı ilə əlaqəli müalicə alan 

xəstələrdə  gecə  öskürəyi  hələ  də  varsa, 

mütləq  həkimə  müraciət  edilməlidir.  Bu 

öskürək müalicənin yetərli olmadığını və 

ya xəstəliyin ağırlaşdığından xəbər verir.


Yüklə 9,17 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin