“İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar



Yüklə 9,17 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix13.02.2017
ölçüsü9,17 Mb.
#8408
1   2   3

Günel ASLANOVA

Öskürəyin formaları hansı 

xəstəliklərdən xəbər verir?

Mütəxəssis sözü

A

zərbaycan  Tibb  Uni-



versitetinin 

Tədris 


Cərrahiyyə  Klinikasında  “I 

Azərbaycan-Türkiyə Kolo-

rektal  Cərrahiyyə  Gün ləri” 

keçirildi.  Qeyd  edək  ki, 

simpozium  Türkiyə  Kolo-

rektal  Cərrahiyyə  Dərnəyi 

və  ATU-nun  Kolorek-

tal  Cərrahiyyə  Dərnəyinin 

birgə təşkilatçılığı ilə təşkil 

olunub


.

Tədbirdə  giriş  sözü  ilə 

çıxış  edən  ATU-nun  Tədris 

Cərrahiyyə  Klinikasının  di-

rektoru,  professor  Nuru 

Bayramov  beynəlxalq  konf-

ransın  əhəmiyyətindən  bəhs 

etdi.  Bu  cür  konfransların 

təşkilinin  həm  alimlər  ara-

sında  əlaqələrin  daha  da 

genişləndirilməsinə, 

həm 


də  dünyanın  hər  yerindən 

olan  mütəxəssislərlə  fikir  və 

təcrübə  mübadiləsi  apar-

mağa  kömək  etdiyini  dedi: 

“Bu  tip  simpozium  və  elmi 

konfranslarda  tibbdə  olan 

son  nailiyyətlər,  yeniliklər 

barədə məlumatları açıqlayır, 

hər  birimiz  öz  təcrübəmizi 

paylaşa 


bilirik. 

Tədris 


Cərrahiyyə  Klinikası  olaraq 

hədəfimiz  dünyanın  aparı-

cı  klinikası  səviyyəsinə  çat-

maqdır.  Bu  məqsədlə  xarici 

əlaqələrimizdən faydalanırıq”.

N.Bayramov  həmçinin  öl-

 

mizdə 



kolorektologiya 

sahəsində  əldə  olunan  na-

iliyyətlərdən danışdı. O, Tür-

kiyədən  gəlmiş  qonaqla-

rı  simpozium  iştirakçılarına 

uğurlar dilədi.

Tədbirin 

davamında 

ATU-nun  II  cərrahi  xəs-

təliklər  kafedrasının  mü-

diri,  akademik  Böyükki-

şi  Ağayev  də  Azərbaycan 

Tibb  Universitetində  ənə-

nəvi  olaraq  xarici  ölkə 

mütəxəssislərinin 

iştirakı 

ilə  bu  cür  elmi  toplantıların 

keçirildiyini  bildirdi.  Qeyd 

olundu  ki,  ilin  əvvəlindən 

indiyədək  klinikada  tibbin 

müxtəlif  sahələri  üzrə  5 

beynəlxalq  konfrans  təşkil 

olunub.  Növbəti  aylarda  da 

yerli  və  xarici  ekspertlərin 

iştirakı ilə elmi konfransların 

keçirilməsi nəzərdə tutulur.

Daha  sonra  simpozium 

işini türkiyəli mütəxəssislərin 

maraqlı  mövzularda  müha-

zirələri  ilə  davam  etdirdi. 

“Türkiyə  kolorektal  xər çəng 

skrininq  təcrübəsi”,  “Rek-

tum  xərçənginin  müalicə-

sində daha az ilə kifa yətlənə 

bilərikmi?”,  “Lokal  yayılmış 

və residiv rektum xərçənginə 

yanaşma”,  “Kolorektal  xər-

çəng  mənşəlli  qaraciyər  me-

tastazlarının  müalicəsi”  və 

digər  mövzularda  məruzələr 

dinlənildi.  Ankara  Numu-

ne  Eğitim  və  Araşdırma 

xəstəxanasından  dosent  Dr. 

Ahmet Serdar Karaca, Ankara 

Universiteti Tibb Fakültəsinin 

professoru Dr. İbrahim Ethem 

Geçim  və  dosent  Dr.  Deniz 

Balcı,  Türk  Kolon  və  Rektum 

Cərrahi Dərnəyi Başqanı pro-

fessor  Dr.  Selman  Sökmenin 

çıxışları  maraqla  qarşılandı. 

Müzakirələr  zamanı  dünya-

da,  həmçinin  Türkiyədə  və 

Azərbaycanda  kolorektolo-

giyanın  problemləri  barədə 

diskussiya aparıldı. Hər il ko-

lorektal  xərçəngdən  əziyyət 

çəkən  bir  milyon  insanın 

qeydə alındığı bildirildi.

ATU-nun mətbuat xidməti

Tədris Cərrahiyyə Klinikasında beynəlxalq simpozium keçirildi



29 fevral  2016-cı il

http://www.amu.edu.az

7

Fevralın 23-də və 26-da 

Xocalı faciəsinin 24-cü ildönümü 

münasibəti ilə Azərbaycan dili 

kafed 

rasında tədbir keçirilib. 

Birinci tədbirdə 50-dən artıq tələbə 

və müəllim iştirak edib. Əvvəlcə 

tələ 

bələr 24 il qabaq törədilmiş 

 

faciəni əks etdirən jurnalist yazıları, 

kitablar, video-görüntülərlə tanış 

edilib. 

Sonra  kafedra  müdiri,  do-

sent  Akif  Miriyev  “1992-ci  il 

Xocalı  faciəsi  və  qonşularımı-

zın işğalçılıq siyasəti” adlı möv-

zu  ilə  çıxış  edib.  Akif  müəllim 

Azərbaycan  torpaqlarına  ermə-

nilərin  xəbis  münasibətinin 

tarixi  köklərindən  danışıb  və 

onların  törətdiyi  bu  faciə  ilə 

bağlı   səsimizin  hələ də dün-

ya 


ictimaiyyəti 

tərəfindən 

eşidilmədiyinin 

səbəblərini 

diqqətə çatdırıb. 

Fevralın  26-da  isə  100-ə 

yaxın  tələbə  və  müəllimin  iş-

tirakı  ilə  keçirilən  tədbir  İranlı 

Tələbələrin  Elmi-Mədəni  və  İd-

man  Birliyinin  yaxından  iştirakı 

ilə təşkil olunub. Birliyin sədri Zo-

heiv Mirzayani söz alaraq, İranla 

Azərbaycan  arasındakı  dostluq 

və  qardaşlıq  münasibətlərinin 

gündən-günə  artdığını  deyib. 

Azərbaycanlıların 

faciələrini 

İran  xalqının  öz  faciəsi  kimi 

qəbul  etdiyini  və  hər  zaman 

bunu törədənləri lənətlədiklərini 

bəyan edib. Natiq Xocalı faciəsi 

haqqında 

İranda 

hamının 


məlumatlı  olduğunu  diqqətə 

çatdırıb  və  o,  rəhbərlik  etdi-

yi  təşkilatın  Xocalı  soyqırımı  ilə 

bağlı  hazırladıqları  bəyənatın 

tam  mətni  ilə  iştirakçıları  ta-

nış  etmək  üçün  sözü  Stoma-

tologiya  fakültəsinin  tələbəsi 

Əli  Pişqədəmə  verib.  Bəyənatda 

iranlı  tələbələrin  xalqımızın 

dərdinə  yaxından  şərik  olduq-

ları, faciəni törədənlərin tezliklə 

cəzəlandırılmalı olduğun vacib-

liyi vurğulanıb.

Hər  iki  tədbirdə    faciə 

qurbanlarının  ruhu  iştirakçılar 

tərəfindən bir dəqiqəlik sükutla 

yad edilib.

Tədbir  tələbələrin  təqdi-

matında  faciəmizi  əks  etdirən 

şeirlərlə sona çatıb

.

F.HACIYEVA

Azərbaycan dili kafedrasının 

laborantı 

Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 

24-cü ildönümünə həsr olunan bir sıra anım tədbirləri 

keçirilib. 

“Tibbi biologiya və genetika” kafedrasında  ingilis bölməsində 

təhsil alan xarici ölkə vətəndaşları ilə də anım tədbiri keçirildi. Xocalı 

soyqırımı qurbanlarının xatirəsi, ehtiram əlaməti olaraq, 1 dəqiqəlik 

sükutla yad edildi. Anım tədbirini giriş sözü ilə açan  kafedranın 

baş müəllimi Leyla Süleymanova Xocalı qətliamından, erməni 

işğalının tarixindən, həmçinin Ermənistan-Azərbaycan-Dağlıq 

Qarabağ münaqişəsi haqqında məlumat verdi. Tədbirdə erməni 

işğalçılarının rus hərbi qüvvələri ilə birləşərək dinc əhaliyə qarşı 

törətdikləri insanlığa sığmayan vəhşiliyi, erməni cinayətlərini əks 

etdirən film nümayiş etdirildi. Tədbirin sonunda  “Tibbi biologiya və 

genetika” kafedrasının müdiri, professor Canbaxış Nəcəfov və xarici 

tələbələrlə iş üzrə dekan müavini Niyazi Hacızadə çıxış edərək, 

bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar və 

xalqımızın bu faciəni heç vaxt unutmayacağını söylədilər.

24 il bundan əvvəl Azərbaycanın dilbər guşəsi Qarabağda - əhalisinin sayı 7000 

nəfər olan Xocalı adlı bir şəhərdə misli görünməmiş dəhşətli bir soyqırımı hadisəsi 

baş verdi. Erməni silahlı birləşmələrinin törətdikləri bu vəhşilik nəticəsində 106 

qadın, 63 uşaq və 70 qoca olmaqla, 613 dinc sakin amansızcasına qətlə yetirildi, 

1000 nəfər yaralandı, 1275 nəfər əsir və 150 nəfər isə itkin düşdü.  

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan

beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulması ilə nəticələnən Xocalı 

soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun 

müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsi idi. 

Təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı törədilmiş belə dəhşətli soyqırımı aktlarına 

baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz 

qiymətini almayıb.  İkili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə 

uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli 

beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı 

sanksiyalar tətbiq edilməlidir. 

Artıq 24 ildir dünya, o cümlədən İran xalqı Xocalı faciəsini Azərbaycan xalqı ilə birgə yad 

edir, konfranslar, tədbirlər, sərgilər təşkil etməklə, Azərbaycanla həmdərd olduğunu nümayiş 

etdirir. Biz, iranlı tələbələrin Elmi-Mədəni və İdman  Birliyi olaraq XX əsrdə ən ağır beynəlxalq 

terror cinayətlərindən biri hesab olunan Xocalı faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla 

yad edir və bəşəriyyətə qarşı törədilən hər növ cinayətləri pisləyirik. Əmin olduğumuzu 

bildirmək istəyirik ki, gec-tez haqq-ədalət öz yerini tapacaq və Xocalı soyqırımını törədən 

cinayətkarlar öz cəzalarına çatacaqlar. 

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xarici ölkə vətəndaşları ilə 

anım tədbiri keçirildi

Azərbaycanda təhsil alan iranlı tələbələrin 

Elmi-Mədəni və İdman Birliyinin Xocalı 

faciəsinin 24-cü ildönümü ilə bağlı bəyanatı

Bu ilin mart ayının 3-də epi-

demiologiya kafedrasının pro-

fessoru, biologiya elmləri dok-

toru, professor Fərid Paşa oğlu 

Ələkbərovun anadan olmasının 

75 ili tamam olacaq.

F.Ələkbərov  1941-ci  ilin  mar-

tın  3-də  Bakı  şəhərində  ziyalı 

ailəsində  anadan  olmuşdur.  O, 

1948-ci  ildə  Bakı  şəhərində  8 

saylı orta məktəbə daxil olmuş 

və 1958-ci ildə oranı bitirmişdir. 

1958-ci  ildə  S.M.Kirov  adına 

ADU-nun  (indiki  BDU)biologi-

ya  fakültəsinə  daxil  olmuş  və 

1963-cü  ildə  oranı  bitirib,  Elmi 

Tədqiqat  Tibbi  Parazitologiya 

və  Tropik  Təbabət  İnstitutuna 

elmi  işçı  vəzifəsinə  qəbul  edil-

mişdir.  1968-ci  ildə  “Lənkəran 

fiziki-coğrafi  vilayətində  xırda 

məməli heyvanların ekologiyası 

və  leptospirozun  təbii  ocaqla-

rında  onların  rolu”  mövzusun-

da  namizədlik  dissertasiyası 

müdafiə  etmişdir.  1981-ci  ildə 

“Hebdomadis  leptospirozunun 

təbii ocaqları və landşaftlarının 

antropogen  transformasiyası 

(Şərqi  Zaqafqaziya  timsalında) 

mövzusunda Tbilisidə doktorluq 

dissertasiyası müdafiə etmişdir. 

1969-cu ildə həmin institutda 

baş  elmi  işçi  vəzifəsinə  seçil-

mişdir. 


1974-cü  il  fevral  ayında 

N.Nəri  manov  adına  Azər bay-

can  Dövlət  Tibb  İnstitutunun 

(indiki  ATU)  epidemiologiya 

kafedrasına  müsa biqə  yolu  ilə 

assistent vəzifəsinə seçilmişdir.

Bu  andan  etibarən  onun 

həyatı tibb institutu ilə bağlanır 

ki,  burada  o,  assistentdən  ka-

fedranın professoruna qədər bir 

yol keçir. Epidemiologiya kafed-

rasında  26  illik  əmək  fəaliyyəti 

F.Ələkbərovu  ölkədə  və  ölkə 

xaricində  məhşur  leptospiroloq 

alim,  yüksək  erudisiyalı  peda-

qoq,  bacarıqlı  təşkilatçı  etmiş-

dir.

Onun bu səviyyədə yetişmə-



sində  əməkdar  elm  xadimi, 

professor T.Tağızadənin xüsusi 

əməyi olmuşdur.  F.Ələkbərovun 

Azərbaycanda leptospiroz xəs-

tə liyinin  öyrənilməsində  xüsusi 

zəhməti  olmuşdur.  O,  150-dən 

artıq elmi məqalə, monoqrafiya, 

metodik  göstəriş  cap  etdirmiş, 

dəfələrlə  SSRİ  və  Azərbaycan 

SSR  Səhiyyə  Nazirliyinin  fəxri 

fərmanları  ilə  təltif  etmişdir.  

Onun rəhbərliyi altında çoxsaylı 

namizədlik və doktorluq disser-

tasiyaları müdafiə olunmuşdur. 

F.Ələkbərov  gözəl  və  böyük 

təcrübəsi olan müəllim kimi öz 

mühazirələrini təkcə həddindən 

artıq aydın, səlis və sadə dildə 

şərh etməyi deyil, həm də tədris 

materiallarını  həmişə  dünya 

tibb elminin ən yeni nailiyyətləri 

ilə  məharətlə  əlaqələndirərək, 

tələbələrdə  dərsə  canlı  maraq 

oyatmağı,  onların  dünyagörü-

şünü genişləndirməyi bacarırdı. 

Professor P.Ələkbərovun bö  -

yük  təşkilatçılıq  qabiliyyəti  diq-

qətdən qaçmamışdır. 

Əvvəlcə  kafedranın  parti-

ya  qrupunun    rəhbəri,sonra 

fakültə partiya bürosu katibinin 

müavini,  1982-ci ildən isə par-

tiya  bürosunun  katibi  seçilmiş-

dir.  Onun  bu  işdəki  qabiliyyəti 

nəzərə  alınaraq  1985-ci  ildə 

xarici tələbələrlə iş üzrə dekan 

təyin edilmişdir. 1992-ci ilin fev-

ral ayından isə o, xarici əlaqələr 

üzrə  prorektor  vəzifəsinə  irəli 

çəkilmişdir. 

F.Ələkbərov uzun illər disser-

tasiya şurasının və Azərbaycan 

epidemioloqları,  mikrobioloq-

ları  və  parazitoloqları  elmi  cə-

miy yətinin  elmi  katibi  olmuş-

dur.  Professor  F.Ələkbərovun 

zəngin bilik və təcrübəsi, tükən-

məz  enerjisi  onun  müxtəlif 

icti mai  işlərdə,  elmi-praktik 

cəmiyyətlərin işində fəal iştirak 

etməsinə zəmin yaratmışdır. 

Professor 

F.Ələkbərov 

Azərbaycanda 

və 

xarici 


ölkələrdə  səhiyyənin  aktu-

al  problemlərinə  həsr  edil-

miş  bir  sıra  beynəlxalq  konf-

ransların  iştirakçısı  olmuşdur. 

F.Ələkbərovun  tibb  elminin  və 

respublika  səhiyyəsinin  inkişa-

fında mühüm xidmətləri vardır. 

Bununla yanaşı o, respublika-

da baytarlıq sahəsində leptospi-

roz  xəstəliyinin  öyrənilməsində 

və kadr hazırlığında da çox mü-

hüm işlər görmüşdür. 

Onun  ən  gözəl  keyfiy yət lə-

rindən  biri  də  insanı  dinləmək 

mədəniyyəti,  yüksək  dünyagö-

rüşü, auditoriyanı ələ almaq ba-

carığı idi. 

Böyük  alim,  görkəmli  elm 

xadimi  və  səhiyyə  təşkilatçısı, 

sadə və təvazökar insan,  yaxşı 

dost və məsləhətçi təəsüflər ol-

sun ki, ömrünün çiçəkləndiyi bir 

vaxtda,  1999-cu  il  dekabr  ayı-

nın 12-də 59 yaşında həyatdan 

vaxtsız köçdü. 

Bu görkəmli alim, gözəl insan 

onu  tanıyanların,  tələbələrinin  

və epidemiologiya kafedrasının 

əməkdaşlarının 

yaddaşında 

daim yaşayacaqdır.

İbadulla AĞAYEV,

Epidemiologiya kafedrasının 

müdiri, ə.e.x, professor

Şərəfli ömür yolu

Kafedrada  Xocalı faciəsi 

tədbirlərlə yad edildi


http://www.amu.edu.az

29 fevral  2016-cı il

F

evralın 



17-də 

Azərbay can 

Tibb 

Universitetinin  (ATU)  Tədris 



Cərrahiyyə Klinikası ilə Tədris 

Terapevtik  Klinikasının  birgə 

iştirakı  nəticəsində  Endok-

rinologiya  üzrə  elmi-praktik 

seminar keçirilib.

ATU-nun  Tədris  Cər-

rahiy yə  Klinikasının  di-

rektoru,  I  Cərrahi  Xəs-

təliklər  kafedrasının  müdiri, 

Azərbaycan Milli Elmlər Aka-

demiyasının  müxbir  üzvü, 

professor  Nuru  Bayramov 

tədbiri  açaraq,  seminar  iş-

tirakçılarına  uğurlar  diləyib. 

“Əvvəllər  Tibb  Universite-

tinin  müxtəlif  klinikala-

rı  yox  idi,  bütün  kafedra-

lar  respublikanın  ayrı-ayrı 

hissələrində  yerləşirdi.  Biz 

bu dövlət klinikalarında çalı-

şırdıq.” - deyə, N. Bayramov 

bildirib.

  N.Bayramov həmçinin 

universitetin 

qarşısın-

da  duran  vəzifələrdən  də 

söz  açıb.  O  bildirib  ki,  bu 

vəzifələrdən birincisi, təhsil, 

ikincisi  praktika,  üçüncü-

sü  isə  elmdir:  “Artıq  bizim 

4  klinikamız  var.  Axırıncı 

Tədris  Cərrahiyyə  Klinikası 

fəaliyyətə  başladıqdan  son-

ra  imkanlarımız  daha  da 

genişləndi. İndi işimizi daha 

rahat apara bilirik. Həmçinin 

artıq  bizim  universitetə 

xaricdən  gələn  gənc  nəslin 

sayı da gündən-günə artır”.

N.Bayramovun 

söz-

lə ri nə  görə,  indi  dünyada 



təbabətin  inkişafı  yüksək 

səviyyədə  ixtisaslaşmış  bri-

qadaların  sayəsində  müm-

kün  olur:  “Və  biz  də  bu 

hədəfi  seçdik.  Terapevtlər 

və cərrahlar bir olmalı, ortaq 

işlər ortaya çıxarılmalıdır. Bu 

istiqamətdə artıq bizim kli-

nikada bir neçə sahədə top-

lantılar keçirilib. I hepatoloji 

qrup bu gün nəinki toplanıb, 

hətta onların seminarları da 

keçirilib. Keçən il isə İstan-

bulda  seminar  keçirilib.  II 

praktoloqlar  qrupu  da  ar-

tıq  bir  neçə  seminar  təşkil 

ediblər. III Bariatik cərrahlar 

və  endokrinoloqlar  da  artıq 

öz işlərinə başlayıblar və bu 

işi uğurla davam etdiriləcək.

Sonda  direktor  bir ləş-

mələrdə  iştirak  edən  bütün 

həkimlərə uğurlar diləyərək, 

belə  seminarların  davamlı 

olmasını  arzuladığını  bildi-

rib.


Daha  sonra  ATU-nun 

I  cərrahi  xəstəliklər  kafed-

rasının  dosenti,  cərrah-

endokrinoloq  Abbas  Abba-

sov  çıxış  edərək  seminarın 

mahiyyətindən danışıb: “Se-

minar ilk olaraq bir-birimizi 

daha  yaxından  tanımaq, 

kollektiv  şəklində  çalışmaq 

üçündür”.

Tədbirin 

davamın-


da  müxtəlif  mühazirələr 

dinlənilib. Mühazirələr “En-

demik  ura  endokrinoloqun 

baxışı”  (III  daxili  xəstəliklər 

kafedrasının 

assistent 

həkim-endokrinoloq  Könül 

İsmayılova),  “Düyünlü  urda 

İncə İynə Aspirasion Biopsi-

yanın əhəmiyyəti” (I cərrahi 

xəstəliklər 

kafedrasının 

t.ü.f.d. cərrah-endokrinoloq 

Azər Hümmətov), “Qalxana-

bənzər  vəzi  düyünü  sito-

loji  müayinə  rəyinin  həkim 

taktikası  seçilməsində  əhə-

miyyəti:  müasir  standartlar” 

(Mərkəzi  Kömrük  Hospitalı, 

patohistoloq İlqar Həsənov), 

“Düyünlü  ura  cərrahın  ba-

xışı”  (I  cərrahi  xəstəliklər 

kafed rasının  dosenti,  cər-

rah-endokrinoloq 

Abbas 

Abbasov) mövzularını əhatə 



edib.

ATU-nun mətbuat xidməti

Məmmədova  Tahirə  Ağalar  qızına 

1992-ci  ildə  Azərbaycan  Tibb  Universite-

ti  tərəfindən  pediatr  ixtisası  üzrə  verilmiş 

internatura  vəsiqəsi  itdiyi  üçün  etibarsız 

sayılır.


Əczaçılıq fakültəsinin III kurs, 887

c

 qrup 



tələbəsi  Rasool  Ahmed    Riyadhın  adına  

Azərbaycan Respublikasında müvəqqəti ya-

şamağa görə verilmiş miqrasiya kartı itdiyi 

üçün etibarsız sayılır.

Məmmədova  Təranə  Əhməd  qızına 

1987-ci  ildə  Azərbaycan  Tibb  Universiteti 

tərəfindən pediatr ixtisası üzrə verilmiş in-

ternatura vəsiqəsi itdiyi üçün etibarsız sayı-

lır.

I  müalicə-profilaktika  fakültəsinin  III 



kurs, 90

c

 qrup tələbəsi Abuşova Leyla İslam 



qızının  adına  verilmiş  tələbə  bileti    itdiyi 

üçün etibarsız sayılır.

I  müalicə-profilaktika  fakültəsinin  III 

kurs, 70


a

 qrup tələbəsi Cabbarlı Aqşin Aqil 

oğlunun  adına verilmiş tələbə bileti  itdiyi 

üçün etibarsız sayılır.

I  müalicə-profilaktika  fakültəsinin  II 

kurs,  35

b

  qrup  tələbəsi  Rəhimova  Cəmilə 



Əmrah  qızının  adına  verilmiş  tələbə  bileti  

itdiyi üçün etibarsız sayılır.

Əlirzayev  Aqil  Arif  oğlunun  adına 

2008-ci  ildə  Azərbaycan  Tibb  Universiteti 

tərəfindən stomatoloq ixtisası üzrə verilmiş 

internatura vəsiqəsi itdiyi üçün etibarsız sa-

yılır.

Abbasova  Əminə  Mirəhməd    qızına 



2010-cu  ildə  Azərbaycan  Tibb  Universiteti 

tərəfindən  terapevt  ixtisası  üzrə  verilmiş 

internatura vəsiqəsi itdiyi üçün etibarsız sa-

yılır.


Baş redaktor

ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 3000

Sifariş: 296

Endokrinologiya üzrə elmi-praktik seminar

ABŞ-ın Vaşinqton və İllinoys universitetlərinin 

əməkdaşları tərəfindən beyinə implantasiya edilən 

simsiz sensorlar hazırlanıb.

Azərbaycan  Milli  Elmlər  Akademiyasın-

dan  AZƏRTAC-a  bildiriblər  ki,  hitech.newsru.

com  saytının  məlumatına  görə,  yeni  tip  sen-

sorlar  zərurət  yarandıqda  kəllədaxili  tempe-

ratur,  təzyiq,  turşuluq  dərəcəsi  daxil  olmaq-

la,  müxtəlif  parametrlərin  müayinəsini  həyata 

keçirməyə imkan verir.

Yeni  texnologiyada  böyük  ölçülü  naqil-

li  sensorlarda  olan  çatışmazlıqlar  (infeksiya 

keçirmə  və  toxumaların  arzuolunmaz  reaksi-

yası) yoxdur. Alimlərin sözlərinə görə, yeni həll 

istənilən  orqanın  vəziyyətinin  monitorinqində 

istifadə edilə bilər. Yaxın vaxtlarda yeni texno-

logiya insanlar üzərində sınaqdan keçiriləcək.

İstənilən orqanın 

vəziyyətini dəqiq 

müayinə edən sensor 

yaradılıb

Xocalı soyqırımının iyirmi dördüncü 

ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki 

səfirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində 

Ankaranın Qızılcahamam rayonunda yerləşən 

Xocalı Abidə və Muzey Kompleksində anım 

mərasimi keçirilib.

Tədbirdə  səfirliyin  əməkdaşları,  Ankarada 

təhsil  alan  tələbə  və  kursantlarımız,  diaspor  və 

ictimaiyyət nüma yəndələri, KİV təmsilçiləri və Qı-

zılcahamam rayonunun sakinləri iştirak ediblər.

Şəhidlərin  xatirəsi  bir  dəqiqəlik  sükutla 

yad  edildikdən  sonra  Azərbaycanın  və  Türkiyə 

himnləri səsləndirilib.

Türkiyə  Baş  nazirinin  müavinləri  Lütfi  Elvan 

və  Numan  Kurtulmuşun  tədbirə  ünvanladıqları 

məktublar oxunduqdan sonra çıxışlar olub.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, 

Qızılcahamam  rayon  bələdiyyəsinin  başçısı  Mu-

hittin Güney, tələbə və kursantlarımız çıxışlarında 

Xocalı  soyqırımı,  ümumiyyətlə  ermənilərin  xal-

qımıza  qarşı  uzun  zaman  kəsiyində  törətdikləri 

vəhşiliklər barədə məlumat veriblər.

Səfir  Xocalı  Abidə  və  Muzey  Kompleksinin 

Azərbaycan  ilə  Türkiyənin  birgə  qan  yaddaşını 

nümayiş  etdirdiyini  bildirib,  Xocalıda  törədilmiş 

soyqırımının daim yaddaşlarda qalmasının vacib-

liyini diqqətə çatdırıb.

Tədbirdə Xocalı soyqırımı ilə bağlı iştirakçı-

lara əyani vəsaitlər paylanılıb.

Ankarada keçirilən anım mərasiminin iştirakçıları 

Xocalı soyqırımı barədə məlumatlandırılıblar



Yüklə 9,17 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin