Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə16/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   12   13   14   15   16   17   18   19   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
14 
arxların kənarında və düzənlikdən alp zonasınadək yayıla bilir. U. trifolii-repentis növü düzənlikdən 
yüksəkdağ qurşağınadək çayların, kanalların kənarında, kolluqda və əkində tapılır. 
Fəsiləsi  Incertae  sedis  hesab  edilən  Aecidium  thalictri-flavi  növü  birevli  bitkidir,  düzənlikdən 
yüksədağ qurşağınadək, meşə kənarında, kolluqlarda və çayların kənarında yayılır.  
Bu tədqiqat nəticəsində sürmə göbələklərindən  Ustilaginaceae fəsiləsinin Ustilago Speg. cinsi üç 
növlə müəyyən olunub. U. Grossheimii son ədəbiyyatlarda U. bromivora (Tul. & C.Tul.) A.A.Fisch. 
növünün  sinonimi  kimi  göstərilirsə  də  onun  sinonimə  keçirilmə  səbəbləri  kifayət  qədər 
əsaslandırılmamışdır  [13,  14].  V.İ.Ulyanişev  tərəfindən  U.  bromivora  və  U.  Grossheimii  növlərinin 
təsvirində  spor  ölçülərinin  əhəmiyyətli  dərəcədə  fərqləndiyi  qeyd  edilmişdir  [4].  Belə  ki,  U. 
bromivora  növündə  sporların  diametri  6.3-11.7  μm  aralığındadır,  daha  çox  9.9  μm  ölçülü  sporlar 
üstünlük təşkil edir. U. Grossheimii növündə sporların diametri 5.4-9 μm arasında dəyişir və 7.2 μm 
ölçülü sporlar daha çoxdur. Azərbaycanın sürmə göbələklərinə həsr olunmuş kitabın nəşrindən yarım 
əsrdən  çox  vaxtın  keçməsinə  və  bir  çox  növlərlə  əlaqədar  müasir  taksonomik  dəyişikliklərin 
aparılmasına  baxmayaraq  bu  kitab  hələ  də  mahiyyət  etibarilə  əvəzedilməzdir  [4].  U.  Grossheimii 
növünü  fərqləndirən  spor  ölçüləri  ilə  yanaşı  bitkinin  gövdə  düyünlərində  və  çiçək  oxunda  spor 
kütləsindən  ibarət  şişkinliklərin  əmələ  gətirməsidir.  U.  bromivora  növü  bitkinin  yumurtalığını 
sirayətləndirir,  çiçək  pulcuqları,  sünbülün  xarici  pulcuqları  deformasiya  edir,  nazikləşir  və  belə 
nazikləşmiş hissələrdə spor kütləsi aydın görünür. Müqayisəli əlamətləri nəzərə alaraq bu məqalədə U. 
Grossheimii növünün statusu saxlanılır. Növ dənizkənarı qumluqlarda, əkinlərdə təsadüf edilir. 
U.  nagornyi  növü  dənizkənarı  qumluqlarda,  göllərin  ətrafında  Parapholis  incurva  (L.)C.E.Hubb. 
bitkisi üzərində təsadüf edilir. U. nuda göbələyi arpanın tozlu sürməsini törədir. Göbələk düzənlikdən 
yuxarı dağ qurşağınadək bütün zonalarda arpa bitkisini yoluxdurur və arpa əkilən hər yerdə ona rast 
gəlmək mümkündür.  
Beləliklə,  bazidili  mikromisetlər  əsasən  ot  bitkiləri  üzərində  daha  tez-tez  təsadüf  edilir,  ağac 
(Populus,  Salix),  kol  (Berberis,  Crataegus,  Jasminum,  Pyrus,  Rhamnus,  Rosa,  Rubus),  sarmaşıq 
(Calystegia),  qıjı  (Cystopteris)  və  s.  bitki  tipləri üzərində  az  yayılmışlar.  Göbələk  növlərinin  coğrafi 
yayılmasına baxdıqda holarktik, palearktik və kosmopolit növlər üstünlük təşkil edir. Az sayda növlər 
Avropa, Aralıq dənizi, Avstraliya və Qafqaz  coğrafi tipinə aid edilir.  

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin