Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 3,3 Mb.
səhifə21/22
tarix05.03.2017
ölçüsü3,3 Mb.
#10310
1   ...   14   15   16   17   18   19   20   21   22

ƏDƏBİYYAT
1. Musayev A. F. , Qəhrəmanov A. “vergi mədəniyyəti” Bakı. 2010 s. 245 – 321 2. А. Ф. Мусаев, М. М. Садыгов, Р. Б. Магеррамов, Р. А. Салаев “Налоги и налогооблажение в Азербайджане” Баку. 2005 стр. 9 – 194 3. Вишневский Ф. П., Веткин А. С., Вишневский О. М. и др. “Налогооблажение: Теории, проблемая, решения” Донецк 2006 стр.113 – 316 4. А. И. Погорлецкий “Международное налогооблажения” с/пб. 2006 г. Стр. 201 – 322
Теоретические основы налоговий системы, прогрессивные и регрессивные формы налогов
Новрузова Азада Гадир кызы
РЕЗЮМЕ
Цель в статью является указать и открыть, что наряду с чисто финансовой функцией обеспечением государственных доходов, одновременно налоговый механизм заключает в себя многие возможности для экономического воздействия на общественное производства, его динамику и структуру, на развитие научно – технического прогресса.

Налоги основная форма доходов государства, которая является наиболее эффективной направлений управление рыночной экономикой.

На основе проведенными многочисленных научных исследований в статье отмечается, что реально налоги могут быть либо прогрессивными, либо регрессивными и делают из этого выводы.

Ключевые слова: Налоговый системы, государственный доход, налоговый механизм, экономического воздействию прибыль, процент, рента, заработная плата дивиденд, источника стоимости, акцизные налоги, реализация товары, налоги от источников доходов, прогрессивные налоги, регрессивные налоги, налоговые степенны.
Theoretical basis of the tax system progressive and regressive forms of the tax
Novruzova A.Q
SUMMARY
The main purpose of writing the article is to showcase the opportunities to combine the economical effects of the tax system in the financial activities that guarantees governmental incomes? As well as the economical effects of the tax mechanism in public production and the development of scientific – technical progress. The taxes is one of the use ful means of the economical management and basic form of the governmental profits as well.

According to the researches arer being inferred the principles of the tax progressive and regressive materializing? While analyzing those researehes



Key words:Tax system, state income, taxes mechanism, economic influence, profit, percent, rent, wages, dividend, sources value, excise, to sale goods, the taxes sources income, progressive tax, regressive tax, taxes degree.

Rəyçi:

Ağayeva A.M.

“İqtisadi nəzəriyyə və mareketinq”

kafedrasının dosenti

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/1 səh.152-157
UOT 339.187.62
Lizinqin təşkilati-hüquqi strukturunun təkmilləşdirilməsi istiqamətləri
Hüseynova Sevda Məmməd qızı ADİU, dissertant
XÜLASƏ
Məqalə lizinq şirkətinin təşkilati-hüquqi strukturunun təkmilləşdirilməsi istiqamətlərinin əsaslandırılmasına həsr olunmuşdur. Bunun üçün əvvəlcə, lizinq şirkətinin yaradılmasını şərtləndirən amillər və şərtlər tədqiq olunmuş lizinqin təşkilati-idarəetmə formalarının qurulması xüsusiyyətləri müəyyən edilmişdir. Daha sonra, lizinq şirkətinin təşkilati strukturunun təkmil variantının formalaşması amilləri tədqiq edilmiş, lizinq şirkətinin əsas fəaliyyət istiqamətləri və təkmil fəaliyyət sxemi tövsiyə olunmuş, lizinq münasibətləri sistemində birliklərin formalaşması istiqamətləri müəyyən edilmişdir.

Açar sözlər: lizinq şirkətinin təşkilati-hüquqi strukturu, lizinq şirkətinin yaradılması amilləri və şərtləri, lizinqin təşkilati-idarəetmə formaları, lizinq şirkətinin fəaliyyət sxemi, lizinq münasibətləri sistemi.
Giriş

Lizinq prosesinin idarə olunmasının istehsal metodu lizinq inkişaf səviyyəsindən, növündən, ölçüsündən, kommersiya təşkilatlarının tipindən və mövcud təcrübədən asılı olaraq ön plana çəkilə bilər. Burada lizinq əməliyyatlarının hazırlanması və reallaşdırılması üzrə bütün işlər əmlakın istehsalçısı olan müəssisənin istehsal bölməsi tərəfindən yerinə yetirilir. Bu, yeni texnikanın satışını daha operativ şəkildə təşkil etməyə, lizinq alan tərəfindən onun keyfiyyətli təmirini və xidmətini təşkil etməyə imkan verir. Çünki, müəssisə ixtisaslı kadrlara və texniki imkanlara malikdir. Lakin buraxılan məhsulun həcmində lizinq payının artması ilə əlaqədar bu təşkilati forma iştirakçıların iqtisadi maraqlarına cavab verməyə bilər. Odur ki, müəyyən mərhələdə daha yüksək idarəetmə səviyyəsindən istifadə zəruriliyi meydana çıxır. Lizinq əməliyyatlarının bu cür idarəetmə səviyyəsini təmin etmək müəssisənin, təşkilatın (bankların), eləcə də müxtəlif lizinq şirkətləri formasında təmsil olunan xüsusi ixtisaslaşmış sahələrin marketinq xidmətləri tərkibinə daxil edilə bilən müstəqil bölmələrin imkanı daxilindədir.



1. Lizinq şirkətlərinin yaradılması amilləri və şərtləri.

Lizinq şirkətinin yaradılması üzrə məsələlərin kompleks həlli üçün ilk növbədə onun statusunu müəyyən etmək lazımdır. Ölkə qanunvericiliyinə görə lizinq müəssisələri açıq tipli səhmdar cəmiyyətləri formasında yaradılır. Lakin son normativ aktlarda bu tələb mütləq şəkildə irəli sürülməlidir. Odur ki, ölkənin bir sıra lizinq şirkətləri məhdud məsuliyyətli cəmiyyət və qapalı tipli səhmdar cəmiyyəti kimi qeydiyyata alınmışdır. Adətən, yaradılan lizinq şirkətlərinin əsas məqsədi əmlakın lizinq şirkəti tərəfindən əldə edilməsi və onun sahibkarlara verilməsi vasitəsilə investisiya fəaliyyətindən gəlir almaqdan ibarətdir. Bu zaman lizinq şirkətlərinin yaradılması lizinq alanda əmlakın əldə edilməsi və onların lizinq əməliyyatlarına hazırlığı üzrə investisiya layihələrinin mövcudluğundan, minimal zəruri vəsaitlərin mövcudluğu və əlavə kredit resurslarının cəlb edilməsi imkanlarından, lizinq şirkəti təsisçisi olan kreditorun vəsaitlərinin minimumlaşdırılmasını təmin edən bir neçə lizinq layihələrinin investisiyalaşdırılması sxeminin işlənib hazırlanması səviyyəsindən asılı olur. Burada eyni zamanda, lizinq şirkəti üçün əlverişli lizinq marjı səviyyəsinin müəyyən edilməsi imkanları amortizasiya siyasətinin çevikliyi nəzərə alınır. Lizinq şirkətlərinin yaradılması amillərinə həmçinin etibarlı sxemin mövcudluğundan və lizinq şirkəti zəmanətinin təqdim edilməsi, lizinq alanın lizinq şirkətinin ödəmələrinin səmərəli təminatı, lizinq haqqında qanunvericilikdə nəzərdə tutulan vergi ayırmalarının azaldılması imkanları daxildir. (l,s.223-225)

Bundan başqa lizinq şirkətləri yaradılarkən lizinq ödənişləri maliyyə lizinqi müqavilələrinə görə ƏDV-yə cəlb olunmur. Lizinq verəndə mənfəətdən vergi müqavilənin investisiyalaşdırılması üçün lizinq verən tərəfindən cəlb olunmuş kreditə görə faiz məbləğində, eləcə də lizinq verənin xidməti maya dəyərinə müəyyən qaydada aid edilən başqa məsrəflərin məbləği qədər azaldılan gəlir sayılır. Lizinq verənin mənfəətdən vergi məbləğini hesablayarkən vergitutma bazası kimi lizinq ödəməsindən lizinq əmlakı dəyərinin qaytarılan məbləği, lizinq sövdələşməsinin investisiyalaşması üçün lizinq verən tərəfindən cəlb edilmiş kreditə görə faiz məbləği, habelə lizinq verənin xidmət maya dəyərinə müəyyən olunmuş qaydada aid edilən xərclərin məbləği çıxılmaqla yerdə qalan məbləğ qəbul edilir. Lizinq əmlakına qoyulan kapital qoyuluşundan, müddəti bir ildən yuxarı olan müqavilələrdən alınmış və istənilən təşkilati-hüquqi formalı lizinq verənin mənfəəti, eləcə də lizinq verənlərə göstərilən xidmətlərin investisiyalaşmasına kreditlərin verilməsindən alınmış bank və kredit təşkilatlarının mənfəəti vergitutmadan azad olunur.

Lizinq əmlakının əldə edilməsinə vergi ödəmək öhdəliyi bu əmlakın qeydiyyatının kimin adına həyata keçirilməsindən asılı olmayaraq lizinq müqaviləsinin istənilən tərəflərindən birinin üzərinə qoyula bilər. Lizinq müddətinin sonunda lizinq əmlakına mülkiyyət hüququnun lizinq alana keçməsi halında, eləcə də lizinq müddətinin sonunda lizinq əmlakının qaytarılması halında təkrar vergi ödənilməsi həyata keçirilmir.

Əmlak vergisi lizinq müqaviləsinin o iştirakçısı tərəfindən ödənilir ki, lizinq əmlakı həmin iştirakçının balansında yerləşir. Operativ beynəlxalq lizinq müqaviləsi üzrə lizinq əmlakına gömrük rüsumları və vergilər (əgər lizinq müqaviləsində lizinq müddəti başa çatdıqda əmlakın geri qaytarılması nəzərdə tutulmayıbsa) tutulmur (2,s.280-283). Əgər lizinq müqaviləsində müqavilə müddətinin sonunda Azərbaycan tərəfindən və ya Azərbaycan tərəfinə mülkiyyət hüququnun keçidi nəzərdə tutularsa, onda beynəlxalq maliyyə lizinqi müqaviləsi üzrə lizinq əmlakına gömrük rüsumları və vergilər tutulur.

2. Lizinqin təşkilati-idarəetmə formalarının qurulması xüsusiyyətləri.

Konkret şəraitə uyğun olaraq lizinq fəaliyyətinin nəzərdən keçirilən idarəetmə formaları konkret lizinq növünə əsasən müxtəlif kombinasiyalar yaratmaqla zamana və məkana görə eyni vaxtda mövcud olurlar. Lizinqin təşkilati idarəetmə formalarının inkişafı istehsalın kooperasiyası və təmərküzləşməsi qanunları ilə əlaqədar meyillərlə şərtlənə bilər. Belə ki, əmlak istehsalçı- müəssisələri ilə bankların və sığorta şirkətlərinin, habelə birbaşa istehsalçılarla təmir müəssisələrin şəxsində iri maliyyə sahiblərinin kooperasiyası bazarın formalaşması şəraitində lizinqin inkişafı çətinliklərindən qaçmağa imkan verir. Lizinq şirkətlərinin yaradılması, bir qayda olaraq, qoyulan kapitala mütənasib olaraq mənfəətin alınmasında maraqlı iştirakçılar tərəfindən təmin edilir. Nə qədər ki, texniki vəsaitlərə artan tələb lizinq sövdələşmələrinin həcmini artırır, onda bu halda lizinq şirkətlərinin iriləşdirilməsi və ixtisaslaşdırılması, hüquqi cəhətdən müstəqil strukturların yaradılması da mümkündür. Belə olan halda həmin səhmdar cəmiyyəti nəzarət səhm paketinə malik ola bilər, daha doğrusu, lizinq şirkətinin holdinq tipli struktur əsasında lizinq şirkətlərinin funksional qurulma prinsipi lizinq əməliyyatlarının aparılması üzrə məsrəfləri əhəmiyyətli dərəcədə ixtisar etməyə imkan verir. Məsələn, reklam məsələləri və nəşriyyat fəaliyyəti holdinq şirkəti nəzarət səhm paketi sahibi tərəfindən həyata keçirilə bilər. Həmçinin o, müştərilərin öyrənilməsi üzrə ümumi xidmətə göstərə bilər, sığorta şirkəti ilə holdinq səviyyəsində lizinq sövdələşmələrinin sığorta məsələlərini həll edə bilər.

Şübhəsiz ki, lizinq şirkətlərinin yeni fəaliyyət sferaları təşkilati strukturu mürəkkəbləşdirir. Təşkilati struktur lizinq sahibkarlığında tərəqqini təmin edərək bazarın tələbatı nəzərə alınmaqla yenidən qurulur.

Beynəlxalq təcrübədə lizinq şirkətləri təsis sənədlərinə uyğun olaraq lizinq verənin funksiyalarını yerinə yetirən səhmdar cəmiyyəti və ya digər təşkilati-hüquqi formalarda yaradılan kommersiya təşkilatları kimi yaradılır. Lizinq şirkətlərinin təsisçiləri kimi hüquqi şəxslər və ya vətəndaşlar çıxış edir. Ölkə qanunvericiliyinə görə lizinq şirkətləri müxtəlif təşkilati-hüquqi formalara malik ola bilər. Onların arasında daha məqsədəuyğun forma aşağıdakı məcmu amilləri nəzərə almaqla müəyyən edilir:

-təsisçilərin məsuliyyət səviyyəsi. Məsuliyyətin iki növü mövcuddur: tam, yəni bütün əmlakla; məhdud, yəni yalnız qoyulan əmlakın bir hissəsinə görə;

-şirkətin nizamnamə kapitalının yaranma formaları (mülkiyyət subyektlərinin və şəxsi start kapitalının mövcudluğu, investisiyalara və kreditləşdirmə şərtlərinə müqabillik, fəaliyyət miqyası və s.);

-hüquqların səviyyəsi və həcmi;

-lizinq fəaliyyəti növlərinin tərkibi;

-təsisçilərin sayı və s.

Lizinq şirkətinin təşkilati-hüquqi forması seçildikdən və onun yaradılması haqqında qərar qəbul edildikdən sonra hazırlıq və təşkilati tədbirlər aparılır.

Lizinq şirkəti yaradılarkən onun qurulması və fəaliyyət göstərməsi xüsusiyyətləri nəzərə alınır. Belə bir şirkətin yaradılmasını daha aydın təsəvvür etmək üçün daha geniş yayılmış səhmdar cəmiyyəti formasını nümunə kimi göstərmək olar.

Fikrimizcə, Mülki Məcəllənin səhmdar cəmiyyəti haqqında olan bölməsinə aşağıdakı kimi maksimum mümkün idarəetmə orqanları dəstini daxil etmək lazımdır:

-səhmdarların ümumi yığıncağı;

-direktorlar şurası (müşahidə şurası);

-vahid icraedici orqan (baş direktor idarə heyəti);

-kollegial icraedici orqan (icraedici müdiriyyət, icraedici direktor);

-ləğvetmə və təftiş komissiyası;

-hesablama komissiyası ümumi yığıncağın daimi fəaliyyət göstərən orqanı.



3. Lizinq şirkətinin təşkilatı strukturunun təkmil variantının formalaşması amilləri.

Lizinq şirkətinin uğurlu fəaliyyəti xeyli dərəcədə onun daxili təşkilati strukturunun qurulmasından və adekvat idarəetmə orqanları sisteminin formalaşmasından asılıdır.

Lizinq şirkətinin strukturunda baş direktordan başqa maliyyə direktoru, kommersiya məsələləri üzrə direktor vəzifələri nəzərdə tutula bilər. Kommersiya direktorunun səlahiyyətlərinə lizinq bazarının, kommersiya-vasitəçi əməliyyatların marketinq tədqiqatı, texniki vasitələr lizinqinə müqavilələrin tərtibatı, xarici ticarət və lizinq təcrübəsinin öyrənilməsi məsələləri daxil edilir. Kommersiya xidmətinin tərkibində investisiya layihələrinin təhlilini aparmağa və texniki səviyyə, istehlak və konyunktur imkanları haqqında rəy hazırlamağa qabil olan ekspertlər qrupu ola bilər. Maliyyə direktorunun səlahiyyətlərinə lizinq əməliyyatlarının maliyyə təminatı, borc vəsaitləri bazarının tədqiqatı və müqavilələrin maliyyə ekspertizası ilə əlaqədar məsələlər, eləcə də lizinq şirkətinin iqtisadi fəaliyyət göstəricilərinin müəyyən edilməsi və müştərinin öyrənilməsi daxildir.

Lizinq şirkətinin təşkilati strukturu səhmdarların tipindən (banklar, sığorta şirkətləri, özəl təşkilatlar və s.) iqtisadi fəaliyyət sferasından (sənaye, aqrar-sənaye kompleksi, ticarət və s.), kontraktların və əmlakın tipindən (avadanlıq, nəqliyyat, daşınmaz əmlak və s.) və fəaliyyət zonasından asılıdır. Odur ki, şirkətin quruluşu təşkilatların və onun təsisçilərinin məqsəd və vəzifələrinə cavab verməlidir. Sahibkarlıq fəaliyyəti genişləndikcə lizinq şirkətləri adətən hüquqi şəxs roluna malik olan “qız” və asılı cəmiyyətlər yaradırlar.



4. Lizinq şirkətinin əsas fəaliyyət istiqamətləri və təkmil fəaliyyət sxemi.

İndi də lizinq şirkətinin yaradılmasının nümunəvi variantını nəzərdən keçirək. Burada lizinq şirkətinin əsas təsisçisi kimi kommersiya bankı çıxış edəcək. Belə olan halda lizinq şirkətinin işi bank siyasətinə uyğun olaraq planlaşdırılır. Bu zaman lizinq layihələrinin investisiyalaşdırılması haqqında qərar kredit komitəsi və bank rəhbərliyi tərəfindən qəbul ediləcəkdir. Belə lizinq şirkətinin hesablaşma hesabı təsisçi bankda yerləşir.

Lizinq şirkəti fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

-lizinq sövdələşmələrinin layihələndirilməsi;

-lizinq layihələrinin investisiyalaşdırılması üçün tərəfdaşlara zəmanətin və əks zəmanətin verilməsi nəzərə alınmaqla vəsaitlərin cəlb edilməsi üzrə mexanizmlərin işlənib hazırlanması;

-Azərbaycan müəssisələrinə (satıcılarına) və lizinq alan müəssisələrə lizinq əsasında qarşılıqlı əlaqələrin xüsusiyyətlərinə görə məsləhətlər verilməsi;

-lizinq layihəsinin investisiyalaşdırılmasının təşkili üzrə iqtisadi-hüquqi ekspertiza və xidmətlərin göstərilməsi;

-lizinqə verilən əmlakı sığortalamaq hüququnun verilməsi üzrə sığorta şirkətləri ilə müqavilə münasibətlərinin qurulması; əmlakın lizinq alana qədər nəql edilməsi; quraşdırma və sazlama işləri;

-lizinq alanın fəaliyyətinin auditinin aparılması, mövcud mühasibat uçotu sisteminin etibarlılığının qiymətləndirilməsi, maliyyə vəziyyətinin təhlili;

-beynəlxalq və yerli metodikalar üzrə lizinq alanın əmlakının qiymətləndirilməsi;

-maliyyə lizinqi üzrə layihələrin işlənib hazırlanması və əməliyyatların aparılması.

Bu zaman lizinq əməliyyatlarının layihələndirilməsi, lizinq layihələrinin konsaltinq və iqtisadi-hüquqi müşayiəti müştərilərlə bağlanmış müqavilə əsasında aparılır.

Lizinq şirkətinin fəaliyyət sxemi aşağıdakı kimi ola bilər:

-lizinqləşdirilən əmlakın likvidliyinin müəyyən edilməsi, müştərinin maliyyə vəziyyəti və alıcılıq qabiliyyəti nəzərə alınmaqla investisiya layihəsi risklərinin təhlilinin aparılması, lizinq alanın mühasibat uçotunun etibarlılığının ekspertizası;

-əmlakın göndərişi üzrə kontraktın şərtlərinə baxılması, onun iqtisadi- hüquqi və texniki ekspertizası, zəruri düzəlişlərin aparılması;

-lizinq sövdələşmələrinin iştirakçılarına zəmanətin investisiyalaşdırılması, təminatı və təqdimatı sxeminin işlənib hazırlanması. Lizinq sövdələşməsinin mühasibat uçotunun optimallaşdırılması;

-əmlakı göndərənlərlə (satıcılarla) danışıqların aparılması və əmlakın alınması üzrə daha əlverişli şərtlərin işlənməsi (avansın azaldılması, hesablaşmaların mərhələliyi və s.);

-sığortaçılardan lizinq ödəmələrinin, lizinqləşdirilən əmlakın qaytarılmasının, əmlakın nəqli və quraşdırılmasının sığortası üzrə zəmanətin alınması;

-lizinq şirkəti ilə (lizinq verən) lizinq alan arasında lizinq müqaviləsinin işlənib hazırlanması, sənədlərin hüquqi ekspertizası;

-layihənin bankın departamentlərinə və rəhbərliyinə baxılmaq üçün verilməsi;

-bankda yüksək likvidliyə malik əmlakı girov qoymaqla əmlakın alınması üçün kredit vəsaitlərinin əldə edilməsi;

-satıcı ilə əmlakm alqı-satqı müqaviləsinin bağlanması və avans ödənişi;

-lizinq alanla lizinq müqaviləsinin bağlanması;

-əmlakın satıcı tərəfindən lizinq alana göndərilməsi;

-alqı-satqı müqaviləsi üzrə satıcıya ödənişlər;

-lizinq alan tərəfindən lizinq ödənişlərinin daxil olmasına və lizinq razılaşmasına müvafiq əlavə müqavilələrin yerinə yetirilməsinə nəzarət;

-lizinqə verilən əmlakın lizinq alanda istismarına nəzarət;

-cari gəlirlərin bölüşdürülməsi;

-lizinq müddəti başa çatdıqdan sonra qalıq dəyər ilə əmlakın lizinq alana satılma.

Lizinq sövdələşməsi sxemi “qız” bankların iştirakı ilə yanaşı qərb lizinq

şirkətlərini, sığortaçıları cəlb etməklə çoxkanallı investisiyalaşmanı nəzərdə tuta bilər. Bu zaman lizinq şirkətinin maliyyə vəziyyəti də müəyyən edilir. Birincisi, lizinqin müddəti, bir qayda olaraq, üç ilə müəyyən edilir ki, bu da əsasən surətli amortizasiya müddəti ilə və investisiya kreditlərinə görə vergitutma üzrə güzəşt alınması imkanları ilə şərtlənir. İkincisi, ödəmələrin dövriliyi-rüblük, bəzən isə aylıq və ya illik olaraq müəyyən edilir.

5. Lizinq münasibətləri sistemində birliklərin formalaşması istiqamətləri.

Lizinq şirkətlərinin yaradılması və inkişafı onların həm sahə asossasiyaları və həm də digər birliklər şəklində müqavilə əsasında könüllü birləşməsini nəzərdə tutur.

Təşkilati olaraq regional asossasiyanın yaradılması üçün əvvəlcə, birləşmənin məqsədi və forması, birlik üzvlərinin mümkün tərkibi müəyyən edilir, işçi qrupu yaradılır, işlərin başlanması və qurtarması müddəti müəyyən edilir. Sonra işçi qrupunun planı formalaşır ki, burada da konkret icraçılar və sənədlərin hazırlanması müddətləri, birliyin nizamnamə layihəsi hazırlanır; gələcək birliyin təsisçilərinə birinci ümumi yığıncağa dəvət məktubu göndərilir, müqavilənin layihəsi tərtib edilir, nizamnamə layihəsinə və müqavilə layihəsinə baxmağa görə məsləhətlər verilir, birliyin hər bir təsisçisindən ümumi yığıncağa nümayəndəlik kvotası müəyyən edilir. Birliyin hər bir təsisçisindən nümayəndənin sayı onların ilkin qoyuluşlarına görə müəyyən edilir ki, bu da ya nizamnamədə, ya da çoxtərəfli müqavilədə göstərilir.

Müqaviləyə aşağıdakı müddəalar daxil edilir: birliyin adı və təsisçilərin hüquqi ünvanı; müqavilənin predmeti; təşkilatın əsas prinsipləri və birliyin strukturu; birliyin vəzifələri; rəhbərin vəzifələri; birliyin təsisçiləri arasında əsas funksiyaların bölüşdürülməsi; təşkilatın idarə olunmasının əsas prinsipləri, birliyin təsisçilərinin hüquq və vəzifələri; birlik təsisçiləri tərəfindən öhdəliklərin yerinə yetirilməsinin qrafiki; ehtiyat fondu; birliyin təsisçiləri arasında hesablaşma qaydaları; müqavilənin fəaliyyət müddəti; mübahisələrin həll edilməsi qaydaları və yekun müddəaları.



Nəticə

Beləliklə, lizinq əməliyyatları tərkibində marketinq xidməti olan müstəqil strukturlar və eləcə də lizinq şirkətləri tərəfindən həyata keçirilməlidir ki, bu da daha yüksək peşəkarlıqla lizinq proseslərinin idarə edilməsini təmin edə bilər. Konkret şəraitdə lizinq fəaliyyətinin idarəetmə üsulları lizinqin konkret növü üzrə müxtəlif kombinasiyalar əmələ gətirməklə həm zaman və həm də məkan etibarilə eyni vaxtda mövcud olurlar. Lizinq şirkətinin daha məqsədəuyğun təşkilati-hüquqi forması onun yaradılması zamanı nəzərə alınan amillərin məcmusu ilə müəyyən edilir. Lizinq şirkətinin tərkibində marketinq tədqiqatlarınn aparılması lizinq sövdələşmələrinin təhlili, layihə investisiyalaşdırılması, müqavilə-hüquqi işlər və ekspertiza, texniki nəzarət və s. üzrə strukturlar nəzərdə tutulur. Lizinq birlikləri isə könüllü olaraq müqavilə əsasında yaradılır.


ƏDƏBİYYAT
1. Лютый И.А., Кулиев Р.А. Инвестиционная деятельностъ. Баку 2009, 400с 2. Бузова И.А., Маховикова Г.А., Терехова В.В., Коммерческая оценка инвестиций, под ред. Есипова В.Е. – СПб.: Питер, 2003, 432с

Əlaqə:

husseva@mail.ru
Направления совершенствования организационно-правовых структур лизинговых компаний.
Гусейнова Севда Мамед кызы
РЕЗЮМЕ
Данная статья посвящена обоснованию направлений совершенствования организационно-правовых структур лизинговых компаний. Для этого, сначала выявлены факторы и условия создания лизинговых компаний, определены особенности построения организационно-управленческой формы лизинга. В работе исследованы факторы формирования совершенного варианта организационных структур лизинговых компаний, рекомендованы основные направления функционирования объединений в системе лизинговых отношений.

Ключевые слова: организационно - правовая структура лизинговой компании, факторы и условия создания лизинговой компании, организационно - управленческие формы лизинга, схема функционирования лизинговой компании, система лизинговых отношений.
Perfection of directions of management by marketing in the market leasing services.
Huseynova Sevda Mammad
SUMMARY
In given article necessity of conducting of marketing researches in the market of leasing services are proved, suggestions and recommendation on perfection of directions of management of leasing services are given. In these purposes by the author marketing is estimated as the basic tool of increasing competitiveness of the leasing companies, purposes of marketing of leasing services is defined, segmentation and positioning in the market of leasing services are conducted, basic elements of a complex of marketing of leasing services and the basic levers of a complex of marketing communication are investigated.

Key words: the market of leasing services, marketing of leasing services, market segmentation of leasing services, basic elements of complex of marketing, direct marketing, interactive marketing.
Rəyçi:

Manafov Q.N.

İ.e.d., professor


Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/1 səh.158-161
UOT 368.01 (479.24)
Azərbaycanda sığorta sferasının mövcud vəziyyətinin qiymətləndirilməsi
Məmmədova A.R.

Azərbaycan Dövlət Aqrar Universiteti

Maliyyə və iqtisadi nəzəriyyə”



kafedrasının baş müəllimi

XÜLASƏ
Məqalədə sığortanın mahiyyəti və rolu, bazar şəraitində ölkə iqtisadiyyatının möhkəmləndirilməsində sığorta işinin effektiv təşkilinin əhəmiyyəti açıqlandırılır, Azərbaycanda sığorta sektorunun mövcud vəziyyəti təhlil olunaraq qiymətləndirilir. Nəticədə ölkədə sığorta bazarının gələcək inkişafı üzrə təkliflər verilir.

Açar sözlər: sığorta sistemi, sığorta bazarı, sığorta təşkilatı, sığortaçı, sığorta məhsulu, sığorta müqaviləsi.
Bəşər tarixi yaranandan dünyada həmişə insanlardan asılı olmayaraq və ya onların iradəsi gücündə olmayan bir sıra hadisələr baş verir ki, bunlardan da müxtəlif ölkələrə, təsərrüfatlara, ayrı-ayrı şəxslərə ziyan dəyir. Bu zərərlərin qarşısını almaq üçün mövcud xərclər kifayət etmir. Bunların qarşısını almaq üçün əvvəlcədən müəyyən ehtiyat fondları yaradılır. Belə fondlardan biri də sığorta formasında yaradılan ehtiyat fondlarıdır. Ehtiyat fondları həm natural, həm də dəyər formasında yaradılır.

Sığorta, istehsalın ən vacib və ən qədim elementlərindən biridir. O əsasən ictimai istehsal prosesində meydana gələn maddi itkilərin əvəzinin ödənilməsi ilə əlaqədardır. Sığortanın ilk formalarının yaranması çox qədim zamanlara aiddir. Araşdırmalardan məlum olur ki, sığortaya bənzər ilk fəaliyyətlərə təxminən e.ə. IV – III minilliklərdə təsadüf edilir.

Maliyyə sisteminin tərkib hissəsi olan sığorta iqtisadi kateqoriya olaraq, baş verən bu və ya digər xoşagəlməz hallardan, fövqəladə hadisələrdən vurulan ziyanın aradan qaldırılması, vətəndaşların şəxsi həyatları ilə əlaqədar olan hadisələr zamanı onlara maliyyə yardımlarının edilməsi məqsədi ilə pul vəsaiti fondlarının yaradılması və istifadəsi prosesidir.

Sığorta işinin səmərəli təşкilinin və bеynəlхаlq stаndаrtlаr səviyyəsində inкişаf еtdirilməsinin ölкə iqtisаdiyyаtının bаzаr münаsibətləri şərаitində möhкəmlənməsində mühüm iqtisаdi əhəmiyyəti vаrdır (1). İnкişаf еtmiş ölкələrin sığorta bаzаrlаrının inкişаf tаriхi göstərir кi, о, ölкə iqtisаdiyyаtının аrtım tеmpinə güclü təsir göstərə bilir. Bu bахımdаn qеyd еtməк olar ki, sığorta – iqtisadiyyatın strateji sahəsidir.

Araşdırmalardan məlum olur ki, inkişaf etməkdə olan ölkələrdə sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payının 15-20% arasında dəyişməsinə baxmayaraq, bu gün Azərbaycanda həmin göstərici 2%, hər nəfərə düşən sığorta haqqı 18-19 manatdır. Sığorta mükafatlarının dünya üzrə orta göstəricisi Azərbaycandakı mükafatların səviyyəsini 15 dəfə üstələyir. Azərbaycanda bu sistemin zəif inkişaf etməsi maliyyə, bank, səhiyyə və s. sektorlarla yanaşı, insanların uzunömürlüyünə də mənfi təsir göstərir.

Azərbaycanda sığorta işinin inkişafını 3 mərhələyə bölmək olar.

Birinci dövr 1920-ci ilə qədər olan dövrdür. XIX əsrin ortalarından başlayaraq neft sənayesinin inkişafı ilə bağlı sahibkarlıq fəaliyyətinin genişlənməsi sığorta işinin əsas stimulverici qüvvəsi olub. 1910-cu ildə Bakıda 18 sığorta cəmiyyəti, 1912-ci ildə 30 sığorta cəmiyyəti və agentliyi fəaliyyət göstərib. Sözügedən sığorta şirkətlərinin işinin əsasını Xəzər dənizində üzən gəmilərin sığortası təşkil edib və bu sahədə rus şirkətlərinə böyük yer verilib.

İkinci dövr Sovet Hakimiyyətinə aid 1920-1990-cı illərdir. Keçmiş SSRİ-nin başqa respublikalarında olduğu kimi, Azərbaycanda da dövlət sığorta sistemi təşkil edilib. Dövlət sığortasının inkişafında müvəffəqiyyətlərlə yanaşı, çox böyük əyintilər baş verib. Məsələn, 30-cu illərdə ölkədə mövcud olan kooperativ və səhmdar fondlar inzibati yolla ləğv edilərək, yerində ancaq dövlət sığortası yaradıldı. Bu isə sığorta sistemində rəqabətin olmamasına və obyektiv inkişafın ləngiməsinə səbəb oldu. Sonralar kommersiya sığorta təşkilatları və səhmdar cəmiyyətləri yaradılmağa başlandı.

Üçüncü dövr – 1990-cı ildən sonrakı dövrdür. Bu dövrdən sonra sığorta sistemi müstəqil inkişaf etməyə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti yaradılıb. Bu təşkilatın vəzifəsi ölkəmizdə sığorta xidmətləri bazarının inkişafının tənzimlənməsi, sığortaçıların, sığortalıların və dövlət mənafeyinin müdafiəsi, metodiki rəhbərliyin həyata keçirilməsi, müvafiq normativ-hüquqi sənədlərin hazırlanması və s. olub. 1991-ci ildən başlayaraq qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar 20-yə yaxın qanun və normativ hüquqi akt qəbul edilib. Qeyd edək ki, sığorta sisteminin inkişafının ilkin mərhələsində (1991-ci ildə) ölkədə 62 sığorta təşkilatı, o cümlədən 53 milli, 9 birgə sığortaçı fəaliyyət göstərib. Lakin ötən illərdə 33 kommersiya sığorta təşkilatı sığorta olunanların etimadını qazana bilmədiyindən müflisləşərək öz fəaliyyətini dayandırıb. Hazırda isə ölkədə sığorta sektoru üzrə 28 şirkət fəaliyyət göstərir.

Araşdırmalar göstərir ki, Azərbaycanın sığorta bazarında beynəlxalq sığorta təcrübəsindən fərqli tendensiyalar müşahidə olunur. Qeyri-həyat sığortasının sığorta məhsulları həcmində aparıcı yerə məxsus olması ölkənin sığorta bazarının özünəməxsus xüsusiyyətlərindəndır. Son illər ərzində bu sığorta məhsulu cəmi sığorta haqlarının 87-92% xüsusi çəkisinə malik olub. Həyat sığortasının ümumi sığorta müqavilələrində payı isə 5% çox deyil. Halbuki inkişaf etmiş sığorta bazarlarında bazarın 55-60%-i həyat sığortası hesabına formalaşır. Nəzərə alsaq ki, dünyada həyat sığortasının bütün növləri yığım xarakteri daşıyır, yəni vətəndaşların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət edir, Azərbaycanda əksinə bu sığorta növü üzrə daxilolmalar ildən-ilə azalır. Sığorta haqlarının həcmində həyat sığortası çox aşağı, əhəmiyyətsiz göstəricilərlə ifadə olunur. Bu məhsulun xüsusi çəkisi cəmi sığorta məhsullarının 1%-i təşkil edir. Ölkədə həyat sığortasının növləri üzrə daxilolmaların həcmi 55,2% azalaraq 1 mln. manat, sığorta ödənişləri 385,50 min manata düşüb. Əvəzində qeyri-həyat sığortası 25,4% artaraq 156,41 mln. manat, icbari sığorta növləri üzrə 4% artaraq 21,85 mln. manat təşkil edib. Həyat sığortasının sığorta haqlarında xüsusi çəkisinin zəif olmasını ümumilikdə cəmiyyətin, ayrılıqda əhalinin həyat səviyyəsinin inkişaf imkanları, bu sığorta məhsulunun təşviqat imkanlarının zəifliyi və sığorta institutlarının müvafiq inkişaf səviyyəsi ilə əlaqələndirmək olar.

Sığorta sisteminin inkişafını dayandıran əsas səbəblərdən biri bu sahədəki inhisarçılıqdır. Bazarda dövlət inhisarının qalması xidmətlərin çeşidinin, keyfiyyətin artımına, sağlam rəqabətə, yeni sığorta şirkətlərinin yaranmasına əngəl yaradır, inhisarçı şirkətlərin məqsədli qiymət endirimləri vasitəsilə rəqiblərini sıxışdırmalarına səbəb olur. Məsələn, bütün dövlət təşkilatlarında çalışanların icbari sığortası «Azərsığorta» Dövlət Şirkəti vasitəsilə həyata keçirilir (2). Sektorun əsas problemləri siyahısına vətəndaşların məlumatlılıq səviyyəsinin aşağı olması da daxildir. Əhalinin məlumatsızlığı bazarın inkişafına təsir edir. Sığorta müqaviləsi imzalayan insanlar bir çox hallarda imzaladıqları müqavilənin mətni ilə tanış olmur, müqavilə üzrə hüquq və vəzifələrini aydın şəkildə bilmirlər. Əhalinin məlumatsızlığında təkcə onların bu təşəbbüslərinin az olması deyil, sığorta şirkətlərinin məlumatlandırma kampaniyası aparmaması böyük rol oynayır. Belə ki, şirkətlər reklam işləri ilə müqayisədə potensial müştərilərini məlumatlandırmaq fəaliyyətinə daha az önəm verirlər və buna daha az vəsait xərcləyirlər. Nəticədə Azərbaycanda könüllü şəkildə hər hansı sığorta məhsulundan istifadə edən vətəndaşa nadir halda rast gəlmək olur. Sığorta şirkətlərinin könüllü məhsullar üzrə müştəri bazasını əsasən banklar təmin edir. Araşdırmalar və təhlillər göstərir ki, Azərbaycanda sığorta bazarı Türkiyə, Rusiya, hətta Qazaxıstan kimi ölkələrlə müqayisədə zəif inkişaf edib. Bu həm sığorta mükafatlarının həcminə, həm də sığorta məhsullarının sayına görə müşahidə olunur.

Digər tərəfdən inkişaf etmiş sığorta bazarlarında icbari pensiya, icbari tibbi və işə götürənin mülki məsuliyyətinin icbari sığortalarını dövlətlə yanaşı, həyat sığortası sahəsində ixtisaslaşmış sığorta şirkətləri də həyata keçirir ki, bu da onların sığorta bazarında paylarının yüksək olmasına əhəmiyyətli təsir edir. Bu gün Azərbaycanda icbari pensiya sığortası yalnız dövlət tərəfindən həyata keçirilir. Lakin onu da qeyd etmək lazımdır ki, hazırda sığorta bazarında həyat sığortası məhsulları satan sığortaçıların texniki imkanları bu növ sığortaları həyata keçirmək üçün kifayət etmir.

Beynəlxalq təcrübədə həyat sığortası müqavilələrinin əsas xüsusiyyətlərindən biri uzun müddəti əhatə etməsidir. Azərbaycanın sığorta bazarında bağlanan həyat sığorta müqavilələrinə diqqət yetirsək görərik ki, öhdəliklər əsasən qısa müddətlidir. Burada başlıca səbəb, əhalinin hələ də uzun müddəti əhatə edən həyat sığortası məhsullarına etibar etməməsidir (3). Digər həlledici amillərdən biri də, yerli bazarda yığım funksiyası daşıyan investisiya alətlərinin strukturunda və keyfiyyətində olan çatışmazlıqdır.

Аzərbаycаnın sığorta bаzаrının dаvаmlı inкişаfi və dünyа bаzаrındа tаnınmаsı üçün bu gün dаhа səmərəli və ciddi tədbirlərin həyаtа кеçirilməsi tələb оlunur. Bunlara aşağıdakıları şamil etmək olar:



  • sığorta münаsibətlərini tənzimləyən кеyfiyyətcə yеni qаnunvеriciliк bаzаsının fоrmаlаşdırılmаsı;

  • milli sığorta bаzаrının bеynəlхаlq stаndаrtlаr səviyyəsində formalaşdırılması və dünyа sığorta bаzаrınа intеqrаsiyа оlunmаsı prоsеsinin sürətləndirilməsi;

  • sığortaçılаrın mаliyyə sаbitliyinin və ödəmə qаbiliyyətinin yахşılаşdırılmаsı;

  • əhаlinin sığorta sаhəsində mааrifləndirilməsi.


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin