Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


İqtisadi rayonlar üzrə adambaşına düşən əmtəə dövriyyəsi



Yüklə 3,3 Mb.
səhifə18/22
tarix05.03.2017
ölçüsü3,3 Mb.
#10310
1   ...   14   15   16   17   18   19   20   21   22


3. İqtisadi rayonlar üzrə adambaşına düşən əmtəə dövriyyəsi. Əmtəə dövriyyəsi göstəricisinin ölkə regionları üzrə qeyri-bərabər paylanması adam başına düşən pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlər göstəricisinə də təsir göstərmişdir (bax, cədvəl 9). 2010-cu ilin məlumatlarına görə pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin adam başına düşən ən yüksək göstəricisi Bakı şəhərinin payına düşür, bu göstərici ümumi respublika orta göstəricisini 2,1 dəfə üstələyir. Ancaq 2006-2010-cu illər ərzində pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin adam başına düşən göstəricisi ölkənin bütün regionları üzrə 2 dəfədən çox yüksəlmişdir.

Cədvəl 9.

İqtisadi rayonlar üzrə adambaşına düşən pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlər (manatla) [4]




2006

2007

2008

2009

2010

2010-ci il, 2006-ci ilə (%)

Ölkə üzrə

853,5

1155,4

1636,7

1803,1

2059,9

241,3

Bakı

1867,0

2567,0

3658,3

3843,7

4377,5

234,4

Abşeron i – r

598,6

841,9

1106,8

1161,6

1308,1

218,5

Gəncə-Qazax i – r

560,9

781,6

1064,5

1181,8

1335,9

238,2

Şəki-Zaqatala i – r

535,6

731,5

1018,3

1086,5

1240,9

231,7

Lənkəran i – r

534,4

718,6

965,7

1033,9

1181,9

221,2

Quba-Xaçmaz i – r

544,6

736,8

1056,2

1197,1

1373,9

252,3

Aran i – r

493,8

685,6

980,5

1082,1

1231,3

249,3

Yuxarı-Qarabağ i – r

435,9

497,0

686,5

697,8

771,1

176,9

Kəlbəcər-Laçın i – r

-

-

-

-

-

-

Dağlıq Şirvan i – r

485,9

659,3

968,0

1050,4

1193,7

245,7

Naxçıvan i – r

612,9

809,5

1227,0

1427,0

1777,2

290,0

Pullu xidmətləri nəzərə almadan pərakəndə əmtəə dövriyyəsinin regional adam başına düşən göstəricisi üzrə bir qədər başqa mənzərə formalaşmışdır (bax, cədvəl 10). Belə ki, misal üçün, Bakı şəhəri üzrə 2010-cu il üçün bu göstərici 2999,1 manat olmuşdur ki, bu da orta respublika səviyyəsindən 1,9 dəfə yüksəkdir.



2006-2010-cu illər ərzində pərakəndə əmtəə dövriyyəsinin regional adam başına düşən göstəricisi pərakəndə əmtəə dövriyyəsinin ümumi həcm göstəricisi ilə müqayisədə daha yüksək templərlə inkişaf etmişdir.

Cədvəl 10.

İqtisadi rayonlar üzrə adambaşına düşən pərakəndə ticarət dövriyyəsi, manatla (ictimai iaşə daxil edilməklə) [4]




2006

2007

2008

2009

2010

2010-ci il, 2006-ci ilə (%)

Ölkə üzrə

678,5

882,4

1247,5

1340,0

1531,1

225,6

Bakı

1414,7

18,10,89

2585,37

2627,09

2999,12

212,0

Abşeron i – r

514,17

700,4

873,29

901,66

1007,68

196,0

Gəncə-Qazax i – r

479,91

635,18

858,79

927,37

1040,54

216,8

Şəki-Zaqatala i – r

463,25

614,87

859,12

894,93

1018,05

219,8

Lənkəran i – r

458,39

601,64

805,73

852,92

973,43

212,3

Quba-Xaçmaz i – r

430,31

617,72

887,71

979,64

1123,2

261,0

Aran i – r

422,0

569,64

813,99

888,04

1009,37

237,2

Yuxarı-Qarabağ i – r

375,09

418,86

569,95

569,83

629,75

167,9

Kəlbəcər-Laçın i – r

-

-

-

-

-

-

Dağlıq Şirvan i – r

418,92

563,43

831,05

882,99

997,62

238,1

Naxçıvan i – r

527,6

678,58

1048,25

1209,35

1513,89

286,9

Ölkə regionları üzrə pullu xidmətlərin adam başına düşən göstəricisi daha sürətli templərlə inkişaf edir (bax, cədvəl 11). Yalnız 2006-2010-cu illər ərzində bu respublikanın bütün regionları üzrə 3 dəfədən çox yüksəlmişdir. Bu, ondan xəbər verir ki, respublika regionlarında əhaliyə göstərilən pullu xidmətlər hələ ki, kifayət qədər geridə qalmasına baxmayaraq, tədricən paytaxt səviyyəsinə yaxınlaşacaqdır.


Cədvəl 11.

İqtisadi rayonlar üzrə adambaşına düşən pullu xidmətlərin

həcmi (manatla) [4]




2006

2007

2008

2009

2010

2010-ci il, 2006-ci ilə (%)

Ölkə üzrə

165,0

273,0

389,2

461,1

528,8

3,2 d.

Bakı

452,28

756,1

1072,93

1216,67

1378,4

3,0 d.

Abşeron i – r

84,41

141,47

233,51

259,89

300,39

3,5 d

Gəncə-Qazax i – r

80,99

146,47

205,75

254,46

295,35

3,6 d.

Şəki-Zaqatala i – r

72,39

116,6

159,18

191,57

222,83

3,1 d.

Lənkəran i – r

76,04

116,95

159,98

181,03

208,49

2,7 d.

Quba-Xaçmaz i – r

74,33

119,12

168,50

217,41

250,67

3,4 d.

Aran i – r

71,79

115,97

166,55

194,09

221,92

3,1 d.

Yuxarı-Qarabağ i – r

60,78

78,1

116,59

127,99

141,36

2,3 d.

Kəlbəcər-Laçın i – r

-

-

-

-

-

-

Dağlıq Şirvan i – r

66,98

95,9

136,97

167,4

196,09

2,9 d.

Naxçıvan i – r

85,33

130,88

178,73

217,67

263,37

3,1 d.


Nəticə

Beləliklə, ölkə regionları üzrə müxtəlif növlər üzrə pərakəndə əmtəə dövriyyəsi kimi mühüm göstərici üzrə aparılmış dərin təhlil bir tərəfdən bazar proseslərinin müsbət irəliləyişlərindən, digər tərəfdən isə verilmiş göstəricinin respublika regionları üzrə qeyri-bərabər paylanmasından xəbər verir.

Bütün bunlar həm ümumən respublika, həm də onun ayrı-ayrı regionları üzrə satışın idarə edilməsi texnologiyası sahəsindəki tədqiqatlara xüsusi yanaşma tələb edir.

ƏDƏBİYYAT
1. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, 14.04.2009. 2. Azərbaycanın statistik göstəriciləri. ADSK, Bakı, “Səda”, 2012. 3. Azərbaycanın regionları. ADSK, Bakı, “Səda”, 2012. 4. Azərbaycanın statistikası. “Ticarət və xidmət” statistik məcmuə. ADSK, Bakı, “Səda”, 2012. 5. Paşayev K.P. Ticarətin idarə edilməsi (Menecment). Bakı, İqtisad Universiteti, 2009, səh. 329.
Исследование территориального розничного товарооборота и технологии управления продажами
Гасанов Анар Джаваншир оглы
РЕЗЮМЕ
Независимо от социально-экономичной формации розничной товарооборота выступает как основной экономической показатель товарами, так как вымешает в себе главные социально-экономические элементы товарной аспекты. Данный показатель имеет свое специализированные региональные особенности, которые нашли свое решение в Государственной Программе социально-экономического развития регионов Азербайджанской Республики, утвержденный Президентом страны И.Алиевым.

В статье отмечается о тесной взаимосвязи территориального розничного товарооборотами и процесса технологии управления продажами.



Ключевые слова: товарооборот, управления продажами, технологии управления, территориальный розничный товарооборот.

Area of retail trade turnover and sales managementtechnology exploration
Hasanov Anar Javanshir
SUMMARY
This or any other system, regardless of socio-economic formation, the most important indicator of retail trade is trade, economic and social factors, because this figure reflects a complex set of activities. Their influence in various regions of the country and this is reflected in the unique characteristics of the regions of the Republic of Azerbaijan approved by the President of the Republic I.Əliyev 2009-2013 for the period is reflected in the socio-economic development program [1].The article states that the sales of retail goods turnover and interaction management technology is clear, based on the sale of the retail trade in the commodity.

Key words: trade, sales management, technology management, the area of trade.
Rəyçi:

Səmədov A.H.

i.e.d., professor

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/1 səh.133-137
UOT 330.322.1 (479.24)
İnvestisiya fəaliyyətinin idarəetmə auditinin təşkili problemləri
Fərəcova Dilbər Daşdəmir qızı

Az.DİU-nin «İqtisadi təhlil və audit»

kafedrasının müəllimi
XÜLASƏ
İdarəetmə auditi təsərrüfat subyektinin fəaliyyətinin yoxlanması və idarə olunmasının təkmilləşdirilməsini, istehsalın və maliyyə qoyuluşlarının səmərəliliyinin qiymətləndirilməsini təmin edir. Əgər tədqiqat obyektinin sonradan detallaşdırılması həyata keçirilərsə onda idarəetmə auditi çərçivəsində investisiya fəaliyyətinin auditi fərqləndirilməlidir. İnvestisiya layihələrinin idarəetmə auditi prosesində kommersiya təşkilatının xarici mühiti, xüsusi ilə kapital və pul vəsaitləri bazarı tədqiq olunması metodikası verilmişdir.

Açar sözlər: investisiya, idarəetmə auditi, auditor riski, əhəmiyyətlilik.
Kommersiya təşkilatlarının təsərrüfat fəaliyyətinin müstəqil növlərindən biri onların investisiya fəaliyyətidir. İnvestisiya fəaliyyəti çərçivəsində zəruri investisiya resurslarının axtarışı, səmərəli investisiya resurslarının axtarışı, səmərəli investisiya obyektlərinin çevrilməsi, təşkilatın investisiya strategiyasının əsas məqsədlərinə çatmaq üçün investisiya proqramlarının formalaşdırılması və yerinə yetirilməsi həyata keçirilir.

İnvestisiya fəaliyyəti haqqında informasiya maliyyə və idarəetmə uçotu sistemində formalaşır. Maliyyə uçotu göstəriciləri mühasibat (maliyyə) hesabatında öz əksini tapırlar. İdarəetmə uçotu göstəriciləri isə konkret investisiya layihələrinin və bütövlükdə investisiya strategiyasının həyata keçirilməsi haqqında məlumatları özündə əks etdirən daxili (idarəetmə) hesabatında əks etdirilir.

İqtisadi ədəbiyyatlarda [3, 5, 6, 7] idarəetmə auditi təsərrüfat subyektinin təşkili və idarə olunmasının, istehsal fəaliyyətinin keyfiyyət tərəflərinin yoxlanılması və təkmilləşdirilməsi, istehsalın və maliyyə qoyuluşlarının səmərəliliyinin, məhsuldarlığın, vəsaitlərdən istifadənin səmərəliliyinin qiymətləndirilməsi kimi səciyyələndirilir. İdarəetmə auditi prosesində bütün növ fəaliyyətin səmərəliliyi qiymətləndirilir. Bunun üçün təşkilatı struktur, istehsalı və idarəetmə metodları, investisiya və marketinq siyasəti, həyata keçirilən investisiya proqramları heyətin fəaliyyəti öyrənilir.

Əgər tədqiqat obyektinin gələcək detallaşdırılması həyata keçirilərsə, onda idarəetmə auditi çərçivəsində investisiya fəaliyyətinin auditini fərqləndirmək lazımdır. Tədqiqat obyektinin xarakteristikası idarəetmə auditinin bir sıra xüsusiyyətlərini şərtləndirir.

Kommersiya təşkilatının investisiya fəaliyyəti gələcək dövrdə operativ gəlirlərin artması və udel əməliyyat xərclərinin azalması hesabına əməliyyat fəaliyyətindən mənfəətin artırılmasına yönəldilmişdir. Bu halda əməliyyat gəlirlərinin artması istehsal - satış fəaliyyətinin genişləndirilməsi (onların ərazilərində öz filiallarının yaradılması), yeni növ istehsala və ya məhsula vəsaitlərin investisiyası hesabına məhsul satışı həcminin artırılması yolu ilə təmin olunur.

Yeni resursqoruyucu texnologiyaların tətbiqi və əsas istehsal fondlarının təzələnməsi vasitəsi ilə udel əməliyyat xərclərinin azaldılmasına nail olmaq mümkündür. Bu vəziyyət investisiya fəaliyyətinin auditinin əməliyyat fəaliyyətinin auditi ilə sıx əlaqəli olduğunu müəyyən edir. Əməliyyat fəaliyyətinin öyrənilməsi prosesində investisiya fəaliyyətinin əsas vəzifələrinin müəyyən olunması üçün onun inkişafının əsas istiqamətləri müəyyən oluna bilər. Audit çərçivəsində investisiya fəaliyyəti üzrə konkret nəticələrin əldə edilməsi təşkilatın əməliyyat fəaliyyətində əldə olunan uğurlarla sıx qarşılıqlı əlaqədə nəzərdən keçiriləcəkdir.

Konkret investisiya proqramlarının həyata keçirilməsi üçün kommersiya təşkilatları maliyyələşmənin qarışıq mənbələrindən özünün mənfəətindən, bank kreditlərindən, istiqrazların satışından müvəqqəti cəlb olunmuş vəsaitlərdən, səhmdarların əlavə paylarından və b. istifadə edirlər. Bu, investisiya fəaliyyətinin maliyyə bazarları ilə əlaqələrini şərtləndirir. Bu baxımdan investisiya layihələrinin idarəetmə auditi prosesində kommersiya təşkilatının fəaliyyət göstərdiyi xarici mühit və hər şeydən əvvəl, kapital və pul vəsaitləri bazarı tədqiq olunmalıdır.

Öz növbəsində investisiya fəaliyyəti investisiya xərclərinin həyata keçirilməsi prosesində mənfi pul axınını, konkret investisiya proqramının həyata keçirilməsindən investisiya mənfəətinin əldə olunması prosesində müsbət pul axınını formalaşdırır. Müəyyən dövrlər ərzində investisiya fəaliyyəti üzrə mənfi pul axınının məbləği müsbət pul axını məbləğindən çox ola bilər. Buna görə də investisiya fəaliyyətinin idarəetmə auditi prosesində maliyyələşdirmə növləri və pul axınlarının növləri üzrə investisiya proqramlarında pul vəsaitlərindən istifadənin səmərəliliyi qiymətləndirilməlidir.

İnvestisiya fəaliyyətinin mühüm xüsusiyyətlərindən biri riskin spesifik növlərinin mövcudluğu hesab olunur ki, onları investisiya riskinin ümumi anlayışı ilə birləşdirmək olar. Bəzi mütəxəssislərin [1, 7, 7] fikrinə görə belə riskin səviyyəsi adətən əməliyyat (kommersiya) riskinin səviyyəsini üstələyir. Bu çox ehtimal əməliyyat fəaliyyətinin həyata keçirilməsi ilə deyil, investisiya prosesində kapitalın itkisi ilə izah olunur. Buna görə də investisiya fəaliyyətinin idarəetmə auditinin spesifik prosedurlarının tərkibinə investisiya fəaliyyətinin müxtəlif mərhələlərində investisiya risklərinin qiymətləndirilməsi prosedurlarını və investisiya portfelinin diversifikasiyası, ehtiyatları sisteminin yaradılması, əsaslı tikinti üzrə müqavilə şərtlərinin dəqiq hazırlanması, xarici mühitin daimi monitorinqinin təşkili hesabına onların azaldılması üzrə təkliflərin işlənib hazırlanmasını daxil etmək olar.

İnvestisiya fəaliyyətinin idarəetmə auditinin planlaşdırılması prosesində yoxlamanın konkret məqsədləri müəyyən edilir, auditin obyekti və zəruri auditor sübutlarının həcmi, onların əldə olunması metodikası dəqiqləşdirilir. Auditin obyekti kimi kommersiya fəaliyyətinin investisiya fəaliyyəti, konkret investisiya layihəsi və ya həmin layihələrin həyata keçirilməsinin nəticələri çıxış edə bilər. Bu zaman auditor tərəfindən auditor rəyinin potensial istifadəçilərini müəyyən edilməli, sifarişçi təşkilat ilə audit obyektinin qiymətləndirilməsi meyarları razılaşdırılmalı, məlumatların əldə olunması mənbələri təyin edilməli, ekspertlərin cəlb olunması haqqında məsələyə baxılmalı, əhəmiyyətlilik səviyyəsi və auditor riski qiymətləndirilməlidir [2, 6, 7].

İnvestisiya fəaliyyəti ilə əlaqədar tətbiq olunan kooperativ strategiyanın səmərəliliyinin auditi prosesində kommersiya təşkilatının struktur bölmələrinin inkişafına maliyyə resurslarının yönəldilməsinin prioritetliyi, investisiyanın, mövcud mövqeyinin möhkəmləndirilməsi və zərurət yarandıqda əlavə investisiyanın həyata keçirilməsi, vəziyyətin yenidən nəzərdən keçirilməsi və dəyişdirilməsi, likvidlik məsələləri üzrə idarəetmə qərarlarının nə dərəcədə əsaslandırılması müəyyən olunur. Konkret investisiya layihəsinin səmərəliliyinin auditi çərçivəsində auditor tərəfindən layihənin müəllifləri tərəfindən onun həyata keçirilməsi, müm-künlüyünün layihənin gerçəkləşdirilməsinin məqsədəuyğunluğu və alternativ layihə ilə müqayisədə nəzərdən keçirilən layihənin üstünlükləri ilə bağlı qiymətləndirmənin nəticələri təsdiqlənməlidir.

İnvestisiya fəaliyyətinin idarəetmə auditinin aparılması zamanı əhəmiyyətlilik və auditor riski dərəcəsi auditin konkret məqsədlərinə nail olmaq imkanları nəzərə alınmaqla müəyyən olunmalıdır. İnvestisiya fəaliyyətinin idarəetmə auditinin əhəmiyyətlilik səviyyəsi investisiya strategiyası tədbirlərinin, proqramlarının və investisiya layihəsinin tam və vaxtında həyata keçirilməsi şəraitində fəaliyyətin effektliyinin faktiki göstəricilərinin onların planlaşdırılmış səviyyədən kənarlaşmasının predel kəmiyyətinin nəzərdən keçirilməsi ilə səciyyələndirilir. Bu zaman əhəmiyyətliliyin kəmiyyət və keyfiyyət tərəfləri nəzərə alınmalıdır.

Əhəmiyyətlilik səviyyəsi hesablanan mütləq baza göstəricilərinin miqdarı və tərkibi auditor tərəfindən müstəqil seçilir. Bu zaman investisiya fəaliyyətinin istiqamətləri, onun kəmiyyət xarakteristikaları və proqnozlaşdırılmış göstəricilər nəzərə alınır. Həmin məlumatlar informasiya proqramlarının hazırlanmasının yekunları üzrə formalaşdırılmış proqnoz mühasibat hesabatından götürülür.

Hər bir baza göstəricisi üzrə əhəmiyyətlilik dərəcəsinin hesablanmasının nəticələri 1 saylı cədvəldə əks etdirilmiş «Baza göstəricilər sistemi və onlar üçün vahid əhəmiyyətlilik səviyyəsinin müəyyən olunması qaydası» işçi sənədində ümumiləşdirilə bilər.

Qalan göstəricilər əsasında orta kəmiyyət hesablanır. Baza göstəriciləri ehtimal xarakteri daşıdığından baza göstəricisinin növündən asılı olaraq kənarlaşmanın 2-10% həddi məqbul hesab oluna bilər.

Vahid əhəmiyyətlilik dərəcəsinin hesablanması:

A) 4- cü sətirdə verilmiş göstəricinin orta hesabı kəmiyyəti – 170 min man (850:5);


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin