Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


-2011-ci illərdə bitkiçilik və heyvandarlıq məhsulları



Yüklə 476,68 Kb.
səhifə24/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   20   21   22   23   24   25   26   27   ...   93
2001-2011-ci illərdə bitkiçilik və heyvandarlıq məhsulları

istehsalının müqayisəsi



Məhsulun adı

2001-ci ildə (min ton)

2011-ci ildə (min ton)

dəfə


1

Dənli və dənli paxlalı

2016,1

2458,4

1,2


2

Kartof

605,8

938,5

1,5


3

Tərəvəz

916,4

1214,8

1,3


4

Ərzaqlıq bostan

290,9

478,0

1,6


5

Meyvə-giləmeyvə

497,5

765,8

1,5


6

Şəkər çuğunduru


41,3

252,9

6,1

7

Üzüm


68,1

137,0

2,0

8

Çay


1,4

0,53

-2,6

9

Tütün


12,7

3,6

-3,5

10

Mal-qaranın sayı

(min başla)



2097,9

2670,5

1,3

11

Qoyun və keçilərin sayı (min başla)

6558,9


8510,1

1,3

11

Ət (kəsilmiş çəkidə)

min tonla



114,1

263,8

2,3

12

Süd (fiziki çəkidə)

min tonla



1073,7

1622,3

1,5

13

Yumurta (mln. ədəd)


555,5

1008,1

1,8

Yuxarıdakı cədvəlin təhlili göstərir ki, kənd təsərrüfatı məhsullarının istehsalında artım əldə edilməklə yanaşı onun quruluşunda da xeyli dəyişikliklər baş vermişdir. Belə ki, 2011-ci ildə 2001-ci illə müqayisədə çay istehsalı 2,6 dəfə, tütün istehsalı 3,5 dəfə azaldığı halda, ərzaqlıq bostan istehsalı 1,6 dəfə, kartof 1,5 dəfə, meyvə-giləmeyvə 1,5 dəfə, tərəvəz məhsulları 1,3 dəfə, dənli və dənli paxlalılar 1,49 dəfə, şəkər çuğunduru 6,1 dəfə, mal-qaranın baş sayı 1,3 dəfə, qoyun və keçilərin baş sayı 1,3 dəfə, ət (kəsilmiş çəkidə) 2,3 dəfə, süd 1,5 dəfə, yumurta 1,8 dəfə artmışdır. Bu sahibkarlığa şərait yaradılması, onlara istehsal və satışda sərbəstlik və dövlət tərəfindən dəstək verilməsi ilə əlaqədar olmuşdur.

İstehsalı artırmaq üçün ehtiyatlar hələ çoxdur. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan “Tarla bitkilərinin əkin sahəsi, məhsul yığımı və məhsuldarlığı” haqqında 2012-ci ilin 01 yanvar vəziyyətinə olan məlumatlarda göstərilir ki, dənli və dənli paxlalıların respublika üzrə orta məhsuldarlığı 25,4 sentner olmuşdur. Bu göstəricidən aşağı olan rayonların sayı 33 və bu rayonlar arasında orta məhsuldarlıq 19,8 sentner olmuş, yaranan fərq isə 5,6 sentnerdir. Həmin rayonların ümumi əkin sahəsi 455 min hektar təşkil edir, yaranan fərqi nəzərə alsaq məlum olur ki, məhsuldarlığın aşağı olması ilə əlaqədar 255,1 min ton məhsul az istehsal edilmişdir. Həmin rayonlarda istehsal intensiv yolla aparılsaydı, daxili istehsal hesabına ölkə əhalisinin təminatı daha da yaxşılaşardı.

Hər il bəzi məhsulların yığımı, daşınması, tədarükü, saxlanması, emala verilməsi və digər texnoloji proseslər zamanı itgiyə yol verilir ki, bu da həmin məhsullar üzrə ərzaq məhsullarının istehsalının artırılması ehtiyatları kimi qiymətləndirilə bilər. Bu itgilərin qarşısının alınması ərzaq təminatının yaxşılaşdırılmasında əsas istiqamətlərdən biri kimi nəzərə alınmalı, konkret tədbirlər müəyyənləşdirilməlidir.

Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclaslarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, aqrar sahənin qarşısında qoyulan vəzifə makroiqtisadi sabitliyin qorunmasına, dövlət proqramlarının icrasının sürətləndirilməsinə, özəl bölmənin inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalına və ixracının genişləndirilməsinə, daxili istehsal hesabına əhalinin zəruri kənd təsərrüfatı və emal məhsullarına tələbatının ödənilməsinə, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməlidir.

Aparılan məqsədyönlü tədbirlər nəticəsində kənd təsərrüfatının inkişafı ölkə əhalisinin kartofa, tərəvəz və bostan məhsullarına və meyvəyə olan illik tələbatın daxili istehsal hesabına təmin olunmasına və onların ixrac imkanlarının genişləndirilməsinə şərait yaratmışdır.

Bununla yanaşı, qeyd olunanlara baxmayaraq hələlik, kənd təsərrüfatının bəzi sahələrində istehsal olunan məhsullar əhalinin tələbatını ödəmir, həmçinin emal sənayesinin artan tələbatını təmin etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artırılmalıdır. Bu məqsədlə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda 2015-ci il üçün hədəflər müəyyənləşdirilmiş və hədəflərə nail olunması üçün bir çox problemlərin həll edilməsi nəzərdə tutulmuşdur.

Ölkəmiz aqrar islahatların aparılmasından keçən dövr ərzində böyük uğurlar qazanmışdır. Təbii ki, transformasiya yönümlü islahatlar uzunmüddətli və çoxşaxəli proses olub, onun müxtəlif mərhələlərində bir sıra həlli vacib yeni problemlər və çətinliklər də meydana çıxır.




Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin