Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 476,68 Kb.
səhifə25/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   21   22   23   24   25   26   27   28   ...   93
Görüləcək işlər, təkliflər. Ümumilikdə aqrar sahənin dayanıqlı inkişafına, bu sahədə çalışan sahibkarlıq subyektlərinin normal fəaliyyətinə nail olmaq üçün qarşıdakı illərdə aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirik:

  • toxumçuluq və tingçilik üzrə dövlət və özəl təsərrüfatların maddi-texniki bazasının yaxşılaşdırılmasını;

  • buğda toxumu istehsalını artırmaq üçün istehsalçı sertifikatlı buğda toxumundan istifadə etdikdə onların xüsusi dəstəklənməsi və bunun üçün müvafiq normativ-hüquqi sənədlərin hazırlanmasını;

  • torpaqlarda şoranlaşma və şorakətlik dərəcəsinin təyin edilməsi və onların yaxşılaşdırılması üçün dövlət tədbirlərinin davam etdirilməsini;

  • hər bir torpaq mülkiyyətçisi üzrə torpaq analizinin aparılması və alınan

nəticəyə uyğun istehsalçıya informasiya məsləhətin verilməsini, torpaq analizi aparan təşkilatın dəstəklənməsi mexanizminin həyata keçirilməsini;

  • damazlıq işinin daha da yaxşılaşdırılmasını, heyvanların identifikasiyası, qeydiyyat sisteminin təşkil edilməsini və qaramal arasında süni mayalanma işlərinin genişləndirilməsini;

  • əhalidə olan cins malın və süni mayalanma ilə alınan hər baş buzovun dəstəklənməsi üçün müvafiq normativ-hüquqi sənədlərin hazırlanmasını;

  • mal-qara və quşların yemləndirilməsi üçün yüksək keyfiyyətli qarışıq yem istehsal edən kiçik və orta həcmli müəssisələrin yaradılmasını;

  • kooperasiyanın bütün növlərinin (kənd təsərrüfatı üzrə - təchizat, istehsal, emal satış) dövlət tərəfindən dəstəklənməsini;

  • aqrar emal müəssisələri şəbəkəsinin genişləndirilməsi və kənd təsərrüfatı məhsullarının rəqabətqabiliyyətinin artırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqinin dəstəklənməsini;

  • istehsalçılar tərəfindən yetişdirilən məhsulların həm daxili, həm də xarici bazarlarda satışına dövlət tərəfindən hərtərəfli dəstəyin göstərilməsi, birja, topdansatış anbarları və auksiyonların yaradılmasını;

  • kənd təsərrüfatı məhsulları istehsalçılarını əlverişli şərtlərlə kreditləşdirən ixtisaslaşdırılmış bankın yaradılmasını;

  • sahibkarlığın inkişafı baxımından marketinq xidmətinin yaradılması, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması üçün emal və xidmət infrastrukturunun güzəştli kreditləşdirilməsinin həyata keçirilməsini;

  • torpaq mülkiyyətçilərinin vərdişlərinin və biliklərinin artırılması üçün dövlət dəstəyi və özəl əsasda təlim, təcrübə və informasiya xidmətinin əhatə dairəsinin genişləndirilməsini;

  • kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət dəstəyini həyata keçirmək üçün elektron qeydiyyat sistemini həyata keçirməklə sahə, məhsul və işlərə dəstək həddinin müəyyən edilməsini və s.

Kənd təsərrüfatı məhsullarının inkişafı ilə yanaşı, hazırda kəndin inkişafı ilə bağlı dövlət siyasətinin parametrlərinin müəyyən edilməsi və dövlət proqramının qəbul edilməsinə ehtiyac duyulur. Belə ki, ehtiyac olan kəndlərdə istehsala xidmət edən qeyri - istehsal infrastruktur layihələrin hazırlanması və ardıcıl olaraq həyata keçirilməsi ərzaq istehsalının artırılmasına imkan verər.

Beləliklə, hesab edirik ki nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi regionların sosial-iqtisadi inkişafına, daxili istehsal hesabına əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsinin yaxşılaşdırılmasında, aqrar sahədə yeni iş yerlərinin açılmasına və ümumi daxili məhsulda kənd təsərrüfatının payının çoxalmasına imkan verə bilər.



Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin