Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Ərzaq istehsalı və dövlət dəstəyi



Yüklə 476,68 Kb.
səhifə23/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   19   20   21   22   23   24   25   26   ...   93
Ərzaq istehsalı və dövlət dəstəyi. Son illər dövlət tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün istehsalçılara vergi güzəştləri, güzəştli kreditlər, yardımlar, subsidiyalar verilməsi və s. yolla dəstəklər göstərilməsi iqtisadi inkişafa zəmin yaratmışdır.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarını stimullaşdırmaq məqsədilə döv-lət büdcəsi tərəfindən aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bir neçə qərarları ilə təsdiq olunmuş “Qaydalar”a uyğun olaraq istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin (növündən asılı olmayaraq) becərilməsində sərf olunan yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat, habelə hər hektar buğda və çəltik səpininə görə əlavə olaraq 40 manat məbləğində yardımın verilməsi 2007-ci ildən başlayaraq indiyədək davam etdirilir.

Ümumilikdə, 2007-2011-ci illərdə və 2012-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına cəmi 467,1 milyon manat məbləğində subsidiya verilmişdir. Bu yardımdan respublikanın orta hesabla 400 mindən çox hüquqi və fiziki şəxsləri olan kənd təsərrüfatı məhsullarının istehsalçıları bəhrələnmişdir.

Araşdırmalar göstərir ki, toxumçuluk və tinglik sahəsinin tənzimlənməsi, toxumçuluq bazasının möhkəmləndirilməsi işi həyata keçirilir. Hazırda ölkədə 683 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir ki, onun da 597-si taxıl toxumçuluğunun payına düşür.

Dövlət və özəl toxumçuluq təsərrüfatlarının dəstəklənməsi üçün Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qaydalar”a əsasən toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsinin vəsaiti hesabına təsərrüfatlara ümumilikdə 28,4 milyon manat məbləğində subsidiya verilmişdir.

Bununla yanaşı, kənd təsərrüfatına dəstək “Aqrolizinq” ASC-nin xətti ilə davam etdirilir. Belə ki, respublikamıza alınıb idxal olunan kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq və yüksək məhsuldar damazlıq heyvanlar kənd təsərrüfatı məhsullarının istehsalçılarına, emal və xidmət sahələri ilə məşğul olan sahibkarlara lizinq yolu ilə verilir və ya güzəştlə satılır. Hazırda respublikanın bütün rayonlarında “Aqrolizinq” ASC-nin aqroservis filialları fəaliyyət göstərir.

2005-2011-ci illər və 2012-ci ilin 9 ayı ərzində “Aqrolizinq” ASC-nin xətti ilə respublikamıza alınıb idxal olunan kənd təsərrüfatı texnikalarının cəmi sayı 14350 ədəddir. Onlardan 4478 ədədi Gəncə Avtomobil zavodundan alınmışdır. “Aqrolizinq” ASC-nin xətti il idxal olunan mineral gübrələr kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli qiymətlərlə satılır. 2007-ci ildən indiyədək “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən ölkəyə idxal olunan mineral gübrələrin dəyərinin orta hesabla 50 və 70%-nin güzəştlə kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılması ilə əlaqədar həmin təşkilatlara dövlət büdcəsinin vəsaiti hesabına 72,2 milyon manat vəsait ödənilmişdir.

Respublikamızda heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Dövlət başçısının müvafiq Sərəncamları ilə Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitlər və həmin vəsaitlərin təkrar istifadəsi hesabına “Aqrolizinq” ASC tərəfindən 2009-cu ildən indiyədək respublikaya 4350 baş cins damazlıq düyə gətirilmiş, təsdiq edilmiş qaydalara müvafiq olaraq hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır. Hazırda respublika üzrə bu heyvanların baş sayı 7226 başa çatmışdır.

Göründüyü kimi, 2007-2012-ci illər ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına cəmi 572,7 milyon manat (yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, toxum və ting istehsalçılarına 1 və 2-ci reproduksiyalı toxum və ting satışına, mineral gübrələrin güzəştli qiymətlərlə satılmasına, elmi-tədqiqat təşkilatlarına orijinal, superelit və elit toxumlara çəkilən xərclərin ödənilməsinə görə) subsidiya verilmişdir.

Göstərilənlərlə yanaşı, istehsalçıların kreditə olan tələbatının ödənilməsi istiqamətində dövlət tərəfindən məqsədəmüvafiq işlər görülür. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına, emal və xidmət sahələri ilə məşğul olan sahibkarlara Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xətti üzrə dövlət büdcəsinin vəsaiti hesabına hər il müvəkkil banklar vasitəsilə güzəştli kreditlər verilir.

Bu məqsədlə 2007-2011-ci illər və 2012-ci ilin 9 ayı ərzində dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə ayrılmış 48 mln manat və əvvəlki illərdə verilmiş kreditlər üzrə 14,7 mln manat daxil olmalar da nəzərə alınmaqla cəmi 62,7 mln manat aqrar sektorda çalışan 1693 sahibkara verilmiş və yeni iş yerlərinin sayı 6033-ə çatmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə indiyədək 800 milyon manat məbləğində güzəştli kredit verilmişdir. Bu vəsaitlərin 63%-i aqrar sahənin inkişafına, o cümlədən 80%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 20%-i aqrar sahənin inkişafını stimullaşdıran infrastruktur sahələrinin (soyuducu və taxıl anbarı kompleksi) yaradılmasına yönəldilmişdir. 2011-ci ildə isə 1643 sahibkarlıq subyektinə 138 milyon manat məbləğində güzətli kreditlər verilmiş və təqribən 80%-i aqrar sahənin payına düşmüşdür.

Dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dəstəklərdən biri də vergi güzəştləridir. Vergi güzəştlərinin müddəti 2014-cü ilədək uzadılmışdır. Hazırda istehsalçılar “Vergi məcəlləsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vergi və ödəmələrdən torpaq vergisi istisna olmaqla, qalanlarından azad olunmuşlar.

Azərbaycan Respublikası Prezidentinin dövlət torpaq fondu hesabına ölkə ərazisində iri özəl taxılçılıq təsərrüfatının yaradılması barədə verdiyi tapşırığının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli sərəncamı ilə Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində müvafiq olaraq 3300 hektar, 1500 hektar və Nazirlər Kabinetinin 04 iyul 2012-ci il tarixli sərəncamı ilə Şəki rayonundan 5560,1 qış otlaq sahəsindən özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılması qərara alınıb və bu işlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Görülən tədbirlər nəticəsində müstəqillik illərində 2001-2011-ci illərdə Azərbaycan Respublikasında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı xeyli artmışdır.

Cədvəl 1.



Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin