Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 476,68 Kb.
səhifə12/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   8   9   10   11   12   13   14   15   ...   93
Mütləq tələbat

İctimai istehsalın inkişafının həmin mərhələsində reallaşdırılmayan, tələbat

Həqiqi tələbat

Bazara təqdim edilən tələbat

Həqiqi tələb (ödəmə qabiliyyəti olan)

Reallaşdırılmış tələb

Qeyri – ödəmə qabiliyyəti olan

Təxirə salınmış tələb

Rəsmi

Qeyri-rəsmi



Özünə xidmət yolu

ilə təmin

edilmiş tələbat

Təmin edilməmiş tələbat




Şəkil 1. Tikinti işlərinə əhalinin tələbatının strukturu.


  • demoqrafik amillər: əhalinin sayı; yaş struktur ailələrin sayı və həcmi üzrə onların bölüşdürülməsi; şəhər və kənd əhalisinin xüsusi çəkisi; əhalinin sıxlığı; əhalinin yerdəyişməsi; yaşayış məntəqələrinin ölçüləri və s.

  • təbii-iqlim amilləri: havanın orta illik istiliyi, çöküntülərin illik məbləği, yerin relyefi; ərazinin iqlimi zonalarına bölünməsi.

Bu təsnifat əsas amilləri əhatə edir. Konkret tikinti işləri üzrə tədqiqatın aparılmasında xidmətlərin həmin növü üzrə ən əhəmiyyətlisini ayırırlar və həmin xidmətlər üçün əhəmiyyətli olan texniki-texnoloji parametrləri əlavə edirlər.

Tələbin həcmini müəyyənləşdirən, amillər tələbə onların təsirinin xarakterindən asılı olaraq təsnifləşdirilir. Ona görə də amillərin bütün əlamətləri iki qrupa bölünürlər: ümumi və xüsusi (və ya spesifiki). Ümumi amillər ümumi həcmin və əhalinin tələbinin strukturunun dəyişilməsini tələb edir. Məsələn, bir sakinə hesablanan pul gəlirlərinin artımı bir nəfərə düşən tikinti xidmətlərinin istehlakını özünə dartır və eyni zamanda da onun strukturu dəyişir. Bu proses müxtəlif qiymətlərin səviyyəsi aşağı düşəndə baş verir. Tikinti istehlakı əmtəələrinin pərakəndə qiymətləri aşağı düşən halda tələbin həcminin və strukturunun dəyişilməsi tikinti xidmətlərinin tariflərinin aşağı düşməsinə nisbətən çox olacaqdır. Bu istehlakın ümumi xərclərində onların xərclərinin az payda olması ilə izah olunur. Ancaq, tikinti işlərinin ayrıca növləri üzrə (mənzilin təmiri, qeyri-standart planlaşdırma və digərləri) işlərin dəyərinin aşağı düşməsi tələbi yaxşılaşdırar və beləliklə, onun ümumi həcmində həmin işlərin payını dəyişdirər.



Xüsusi amillər qrupu tikinti işlərinin ancaq ayrıca istehlakına təsir edir. Xüsusi amillər tələbə həmişə bir istiqamətdə təsir göstərmir. Bəzi tikinti işlərinin istehlakının artması ümumi gündəlik fonda azad vaxtın payının artmasının təsiri altında baş verir [3]. Tələbə təsirin dərəcəsindən asılı olaraq amilləri aşağıdakı üç qrupa bölmək olar: mülayimə, qüvvətliyə və tikinti işlərinə əhalinin tələbinin həcminə bir az təsir edənə. Bu tədbirlər kompleksinin həyata keçirilməsi hesabına tənzimlənməsi mümkün olana təsir edən, amillərin aşkar edilməsinə imkan yaradır və perspektivdə onların hərəkət qüvvəsinin mümkün dəyişilməsi proqnozlaşdırılır. Amilləri hərəkətin müddəti üzrə fərqləndirmək də lazımdır. Bəziləri tələbə öz hərəkət qüvvələrini uzun dövr ərzində saxlayırlar, digərləri vaxt ötdükcə öz hərəkətlərini və əhəmiyyətlərini ya tam itirirlər ya da aşağı salırlar. Yüksək sabitli iqlim amilləri ilə fərqlənirlər və əksinə, elə amillər mövcuddular ki, vaxt ötdükcə tələbə təsirlərini dayandırırlar.

Amilləri onların dəyişilməsi sürətinə görə fərqləndirmək lazımdır. Onlardan bəziləri ən sürətlə hərəkət edəndirlər, digərləri isə nisbi cəhətdən az dəyişəndirlər, üçüncüsü isə dəyişilməmiş qalır. Ən çox sürətlə hərəkət edən iqtisadi amillər fərqlənirlər, onlar eyni zamanda da tikinti işləri istehlakının həcminə və strukturuna ən çox təsir göstərirlər. Onların hərəkəti çox tez əmələ gəlir və bəzi hallarda – təcili surətdə. Sosial amillərdən yüksək sürətdə hərəkət edənləri mənzillərin və şəhər ətrafı evlərin dizayner həllərinə malik olanlardırlar.

İstehlak tələbinin formalaşması amillərinin hərəkətinin yayılması miqyasını nəzərə almaq zəruridir. Bu əlamətə görə bütün amilləri ümumərazi və regionlara (şəhərlərə) bölmək olar. Ümumərazi amilləri eyni təsir edirlər və bütün ölkə üzrə eyni təsir göstərirlər. Amillərin əksəriyyəti ancaq ayrıca regionda təsir göstərirlər və istehlakda həcm və struktur fərqlərinə malik olurlar. Praktiki tətbiqinə görə mühüm əhəmiyyətə malik olan amillər idarəetmə səviyyəsində tənzimlənən və tənzimlənməyən idarə edən meyarlara bölünürlər. Birinci qrup amilləri müəyyən göstəricilər növündə qeyd olunurlar və tikinti işlərinə əhalinin tələbi prosesinin məqsədyönlü idarə edilməsini təmin edirlər. Ona iqtisadi və praktiki olaraq bütün sosial və demoqrafik amilləri daxildirlər. Tənzimlənməyən amillərə bəzi ənənəvi və milli adətləri olanlar, yəni istehlak vərdişləri, yaş tərkibi və digərləri aiddirlər.

Kəmiyyət müəyyənliyi əlamətləri üzrə amillərin təsnifatı çox mühümdür. Bu birinci növbəli tələbdir və onun təhlilində və proqnozlaşdırılmasında mütləq yerinə yetirilməlidir. Kəmiyyətcə ölçülən amillər və kəmiyyətcə qiymətləndirilməyən amillər möcuddurlar. Qeyd etmək lazımdır ki, ayrıca amilləri ancaq hesabat dövründə kəmiyyətcə ölçmək mümkündür, proqnozlaşdırmada isə həmişə qiymətləndirilə bilməz. Əgər perspektivdə onların əhəmiyyətini obyektiv qiymətləndirmək üçün tamamilə heç bir imkan təqdim edilmirsə, onda belə amillər o dəqiqə baxılmadan qiymətləndirirlər. Digər halda amilləri xüsusi hesablamaların köməkliyi ilə qiymətləndirirlər və proqnozda nəzərə alırlar. Kəmiyyətcə ölçülənlər praktiki olaraq bütün iqtisadi demoqrafik amillər, habelə sosial amillərdir.




Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin