Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 476,68 Kb.
səhifə11/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   7   8   9   10   11   12   13   14   ...   93
Açar sözlər: sistemlər, tikinti, bazar, konyunktura, reallaşma strukturu, paylanma.
Tikinti bazarı sisteminin vəziyyəti onun konyunkturu ilə xarakterizə olunur. İnformasiya təminatı da bazarın konyunkturunun öyrənilməsinə görə qurulmalıdır. Bura bazarın kəmiyyət qiymətləndirilməsi haqqında informasiyaların yığılması (reallaşdırmanın həcmi və struktur ərazilər üzrə bölüşdürmə, təmin edilmə mənbələri) və müvafiq həqiqi informasiyaların alınması daxildir:

  • müxtəlif sosial-iqtisadi amillərə tələbin təsiri haqqında məlumatların yığılması;

  • müxtəlif qrup istehlakçıların həyat fəaliyyəti şəraitinin təhlili;

  • müəyyənləşdirici amillərin inkişafının qanunauyğunluğu və əsas tendensiyalar ilə tələbin və təklifin qarşılıqlı əlaqəsinin inkişaf dinamikasının öyrənilməsi.

İnformasiyaların əsas mənbələrinin ardıcıl baxılması tələb olunur, çünki onlar tikinti bazarının vəziyyətinin proqnozlaşdırılması və təhlili məqsədinə yararlıdırlar, öz növbəsində isə, idarəetmənin hazırlıq mərhələsi üçün mühümdürlər. İnformasiyaların yığılması problemi və onların həqiqiliyinin yoxlanılması, habelə düzəliş və müqayisə metodlarının seçilməsi kifayət qədər mürəkkəb təsəvvür edilir.

Bazarın konyunkturu və ya bazar konyunkturu - hazırkı vaxt anında bazarda əmələ gələn, konkret iqtisadi vəziyyətdir [1]. Bazar vəziyyəti anlayışına daxildir: bazarın tarazlaşması dərəcəsi (tələb və təklifin nisbəti); onun formalaşan və ya dəyişilən tendensiyasının inkişafı; onun əsas parametrlərinin daimiliyi və ya dəyişilməsi səviyyəsi; bazar əməliyyatlarının miqyası və iş fəallığının dərəcəsi; kommersiya riskinin səviyyəsi; rəqabət mübarizəsinin gücü və genişlənməsi; iqtisadi tsiklin müəyyən nöqtəsində bazarın vəziyyəti.

Bazar konyunkturanun digər formada başa düşülməsi də mövcuddur, məsələn, bazarın vəziyyətini müəyyənləşdirən, şərtlərin cəmi kimi. İki qısaca və dürüst ifadə etmə bir-birinə zidd deyil, əgər konyunktura kimi müxtəlif şərtlərin və amillərin fəaliyyəti nəticəsində əmələ gələn vəziyyət başa düşülürsə. İkinci tərif bazar konyunkturunda səbəbiyyət – nəticə əlaqəsinin aşkar edilməsinə yönəldilən, dəqiqləşdirmədir. Bazar konyunkturunun təhlili və qiymətləndirilməsi, bir tərəfdən, idarəetmənin bütün səviyyələrində kommersiya fəaliyyətinin ayrılmaz hissəsi təsəvvür edilir, digər tərəfdən sosial-iqtisadi və vergi təsirinə müvafiq qanunların işlənməsinin köməkliyi ilə bazarın tənzimlənməsində dövlət siyasəti formalaşır.

Bazar konyunkturunun öyrənilməsinin başlıca məqsədi - onun tarazlaşmasının xarakterinin və dərəcəsinin müəyyən edilməsidir, hər şeydən əvvəl tələbin və təklifin nisbəti. Bazar mexanizminin fəaliyyəti tələbin və təklifin tarazlığına cəhd göstərməsində aydınlaşır. Ancaq həmin proses, stoxastik xarakterli olub, çoxlu ziddiyyətli amillərin daima təsiri altında baş verir və bazarın inkişafının əsas tendensiyalarından daima kənarlaşmanın mövcudluğu ilə şərtləndirilir. Təklifin və tələbin mühüm uyğunsuzluğu bazarın vəziyyətinin dəyişilməsi haqqında xəbərdarlıq edir.

Konyunktura – çoxlu vahid elementlərdən və hərəkətlərdən əmələ gələn mürəkkəb və tez dəyişən hadisədir, inkişafı isə ehtimal qanununa tabe olur. O bəzi keyfiyyət və kəmiyyət əlamətləri ilə müəyyən dərəcədə ölçülür və qiymətləndirilir. Konyunkturun həmin xüsusiyyətləri bazarın vəziyyəti haqqında informasiyaların yığılması və işlənilməsinin statistik metodlarının istifadəsini tamamlayır.

Bazarın vəziyyətini müəyyənləşdirən amillərdən biri, onun potensialı hesab edilir. İstehsal potensialı – müəyyən qiymətlər üzrə xidmətlərin müəyyən həcminin göstərilməsi qabiliyyətidir. O həmin bazarda işləyən, potensial firmaların məbləği ilə müəyyən edilir. İstehlak potensialı – əhalinin müəyyən qiymət üzrə xidmətlərin müəyyən həcminin istehlak qabiliyyətidir.

Səmərəli qərar qəbul etmək üçün vaxtın həmin anı üçün iqtisadi konyunkturun vəziyyətini bilməklə yanaşı, həm xarici amillərin, həm də amillərin, dəyişilməsi imkanlarını nəzərə almaqla gələcəkdə onun vəziyyətini proqnozlaşdırmaq lazımdır, o isə idarə qərarlarının qəbul edilməsinin reallaşdırılmasının təsiri altında dəyişilə bilər.

İqtisadi konyunkturun proqnozlaşdırılmasının əsas məqsədi onun perspektiv inkişafının müəyyən edilməsidir. Onun üçün bəzi məsələləri həll etmək lazımdır: proqnozlaşdırma obyektinin seçilməsi, o bütövlükdə konyunktura və yaxud onun amillərinin və göstəricilərinin ayrıca müəyyənləşdirilməsi kimi ola bilər; proqnozlaşdırma obyektinin təhlili; ondan proqnoz informasiyaların alınmasına imkan yaradan, obyektin gələcək proqnoz modelinin xarakteri haqqında əsas təsəvvürlərin işlənməsi. Obyektin təhlili obyektin əsas xassəsini, onun inkişaf qanunauyğunluğunu müəyyən etməyə imkan yaradır; proqnoz modelin qurulması; proqnozun yerinə yetirilməsi.

Proqnozun və obyektin faktiki vəziyyətinin təhlilindən sonra verifikasiya yerinə yetirilir – proqnozun həqiqiliyi, dəqiqliyi, əsaslandırılması qiymətləndirilir. Əgər nəticəsi kafi olmursa, onda keçmiş mərhələyə qayıtmaq lazımdır.

İqtisadi konyunktur sahibkarlıq fəaliyyətinin səmərəliliyini müəyyən edən, mürəkkəb sistemi təsəvvür edir, vəziyyəti hər anda konyunkturu əmələ gətirən amillərin cəmi ilə xarakterizə olunur və iqtisadi konyunkturun göstəricilərinin cəminin vəziyyəti ilə əks edilir. Konyunktur əmələ gətirən amillər iqtisadi konyunkturun vəziyyətini müəyyənləşdirir, həmin vəziyyətin səbəbi olur, ancaq həmin vəziyyət haqqında onların kəmiyyət və keyfiyyət xarakteristikası üzrə mühakimə yetirmək mümkün deyil. Konyunkturun gələcək vəziyyətinin proqnozlaşdırılması üçün ən çox maraq iqtisadi göstəricilərinə verilir: məsələn, qiymətlər, tələbin həcmi və təklif, satışın həcmi və s. Riyazi modelləşdirmə nöqteyi-nəzərdən iqtisadi göstəricilər funksiyalar adlanır, əhəmiyyətini isə gələcəkdə müəyyən an üçün hesablamaq lazımdır. Konyunktur əmələ gətirən amillər funksiyaların arqumentləri rolunda (kəmiyyət və keyfiyyət) çıxış edirlər. İqtisadi konyunkturun göstəriciləri çox halda eyni vaxtda konyunktur əmələ gətirən amillər adlanırlar və onlar təhlili çox mürəkkəbləşdirirlər.

Belə halda proqnozlaşdırma prosesi hərəkətin qapalı ardıcıllığını təsəvvür edir, yəni dövri üsulunu.

Optimallaşdırma prosesi isə hərəkətin qapalı ardıcıllığını təsəvvür edir, yəni dövri üsulunu, hansı ki, əsas tikinti xidmətlərinin uçotunda və inventarlaşdırılmasında onların siyahısı yoxlanılır və düzəldilir, habelə onların əsas xarakteristikaları müəyyənləşdirilir.

Sonra isə bütün idarə təsvirlərinin optimal strukturu müəyyən edilir və verilən xarakteristikalara əsasən tikinti xidmətlərinin axtarışı həyata keçirilir, gələcək üçün təhlil aparılır, məqsədi isə tikinti bazarının regional tələbatının optimallaşdırılması üçün alqı-satqı obyektlərinin müəyyən edilməsidir.

Göstəricilərin blokları üzrə məlumatları formalaşdırmaqdan əvvəl tikinti sahəsinin spesifikasını nəzərə almaq lazımdır, xidmətlərə tələbin formalaşması prinsiplərini və ona təsir edən amilləri başa düşmək zəruridir.

Tələbin öyrənilməsinin son məqsədi-tikinti xidmətlərinə əhalinin ödəmə qabiliyyətli tələbin müəyyən edilməsi, tələbin təmini dərəcəsinin təhlili, tələbə təsir edən amillərin dəyişilməsi hesabına tikinti xidmətlərinin həcminin mümkün artırılmasının qiymətləndirilməsidir. Tikinti xidmətlərinin istehlakı çox halda tələbatın yüksəlməsinin obyektiv qanunauyğunluğunun hərəkəti ilə şərtləndirilir və ictimai inkişafın səviyyəsinin dəyişilməsi ilə əlaqədar insanların sorğularının dəyişilməsilə ifadə olunur. Əhalinin həyat və mədəni səviyyəsinin yüksəldilməsi, insanların sosial fəallığının artırılması onların gələcək tələbatının artmasına səbəb olur. Tikinti işlərinə tələbat bir tərəfdən istehsalın inkişafı gedişində, digər tərəfdən isə bu və ya digər məhsulun istehsalında əmələ gəlir.

Tikinti bazarı sferasında tələbin və tələbatın formalaşmasının təhlilində istifadə edilən, bəzi anlayışları müəyyən edək.

Tikinti xidmətlərinə tələbat – həmin mərhələyə insanın normal həyat fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilən, müəyyən növlü fəaliyyətə tələbatdır. Tikinti xidmətlərinə əhalinin tələbatının öyrənilməsi tikinti istehsalının ayrıca spesifiki xüsusiyyətlərinin tədqiqinə və onların yerinə yetirilməsinə söykənir. Müəyyən işlərə tələbatın təmini prosesi istehsal ilə sıx əlaqədardır. Xidmətlərin istehlakçıları sifariş formasında istehsalın qurulmasına göstəriş verirlər və onun bütün mərhələlərinin fəal iştirakçısı olurlar, hazır məhsulun təqdim edilməsi sahəsində əməyin son məhsulunu şəxsən qiymətləndirirlər. Bu “orta” metodu tikinti işləri istehsalının təşkilini inkar edir (müxtəlif növlü sahələrin, mənzillərin, daça tikililərinin və s. təmirinə tələbatı) və tikinti xidmətlərinə əhalinin bəzi tələbatının formalaşmasına və inkişafına subyektiv amilinin əhəmiyyətinin mümkünlüyü haqqında ifadə verir [2].

Mütləq həqiqi və ödəmə qabiliyyətli tələbatı fərqləndirirlər. Mütləq tələbat istehsalın və mədəniyyətin inkişafı ilə yaranan, sərvətlərin məlum cəminin əhalinin istehlakının abstrakt imkanı ilə ifadə olunur. Onlar mümkün qədər təminatın istehsal imkanlarının əldə edilən səviyyəsini qabaqlayır və istehlakın arzu edilən səviyyəsi kimi baxıla bilər. Mütləq tələbat istehlakın arzu edilən səviyyəsini ifadə edir və çox halda real tələbat adlandırırlar. Ancaq ictimai istehsalın təkmilləşdirilməsi və inkişafı nəticəsində həmin normativlər dəyişilir və mütləq tələbatın həcminin daima miqdarı genişləndirir. Həqiqi tələbatın həcmi mütləqdən azdır, onlar istehsal münasibətlərinin bilavasitə təsirini hiss edirlər və həmçinin mütləq tələbat onların təmini imkanlarını qabaqlayır.

Həqiqi tələbatı cəmiyyətin inkişafının həmin mərhələsində faktiki mövcud olan kimi xarakterizə etmək olar. Reallaşdırılmış tələbat – həqiqi tələbatdır və ya pul ekvivalentinin dəyişilməsinə və ya özünə xidmət yolu ilə reallaşdırılır. Ödəmə qabiliyyəti tələbat-əhalinin həqiqi tələbatının bir hissəsidir və pul ekvivalenti ilə təmin edilir. Onlar tələb formasında əmələ gəlir.

Beləliklə, əgər tələbat maddi və mənəvi sərvətin konyunktura ifadə edirsə, onda tələbin ictimai şəraitinin mövcudluğu və inkişafı insanlar üçün normal şərait yaratmalıdır.

Tələbatın əmələ gəlmə forması kimi çıxış edən, tələb ancaq onun müəyyən hissəsini xarakterizə edir. Çoxlu tələblər, tələblə yanaşı, əmtəə-pul münasibətləri ilə əlaqədar digər formalarda əmələ gəlir. Onlar bazarı ötərək təmin olunurlar, beləliklə, tələbi ötərək. Həmin qrupun tələbatının müəyyən həcmi əhali tərəfindən təsərrüfatın müəyyən növü çərçivəsində yaradılan, tikinti işlərinin hesabına təmin edilir. Beləliklə, tələbat, həm həcmi üzrə, həm də struktur üzrə tələbə nisbətən geniş anlayışdır. Tələb tələbatdan onunla fərqlənir ki, o həmişə konkretdir və kəmiyyət müəyyənləşdirilməsi ilə xarakterizə olunur. Tələb əhalinin pul vəsaitlərinin olmasından asılıdır və “əhalinin ödəmə qabiliyyəti tələbi” termini ilə qeyd edilir. Həmin terminin daxil edilməsi iqtisadi kateqoriyanın məznunu açıqlamağa imkan verir və onun tələbat və istehlakla əlaqəsini dəqiq göstərir.

Tikinti bazarı sferasının inkişaf səviyyəsi bütün hallarda tələbi tam təmin etməyə imkan vermir. Nəticədə onun bir hissəsi reallaşdırılmamış qalır. Bunun səbəbləri, çox müxtəlif ola bilərlər: əhalinin yaşadığı yerlərdə tikinti xidmətləri müəssisələrinin olmaması, təqdim edilən xidmətlərin çeşidinin tam olmaması, onların dəyərinin yüksək olması; işlərin keyfiyyətinin aşağı olması və s. elmi prosesdə və planlaşdırma praktikasında tələbin təmin edilmə dərəcəsinin müəyyən edilməsində onun bütün mümkün həcmini, istehakçılar ödəyə bilərlər (yəni ödəmə qabiliyyətli tələb).

Ödəmə qabiliyyətli tələb terminin istifadə edilməsi əmtəələrin və xidmət-lərin təklifinin real vəziyyətini qiymətləndirməyə və tələbin reallaşdırılması prose-sinin axınını xarakteristika etməyə imkan verir. Ancaq həqiqi ödəmə qabiliyyətli tələbin hamısı bazar yolu ilə reallaşdırıla bilməz. Ona görə də tələbin təmin edilməsi dərəcəsindən asılı olaraq onu bölürlər: reallaşdırmaya və ya faktiki təmin edilməyə və qeyri-faktiqə. Reallaşdırılmış tələb həqiqi ödəmə qabiliyyətli tələbin bir hissəsini tələb edir. Kəmiyyət nisbətində onun həcmi alınan əmtəələrin və xidmətlərin ödənilməsinə sərf edilən pul vəsaitlərinin məbləği ilə müəyyən edilir. Hazırda əhali tikinti işlərinə tələbi iki istiqamətdə reallaşdırır – müəssisələrdə və xüsusi şəxslərdə. Beləliklə, reallaşdırılmış tələbin göstəricisi həmin iki kanal üzrə tikinti işlərin ödənilməsinə əhalinin xidmətlərinin məbləğidir.

Təxirə salınmış tələbə təqdim edilmiş, ancaq əhali tərəfindən reallaşdırılmamış tələb (pul vəsaitlərinin məhdudluğuna görə) aiddir. O həqiqi ödəmə qabiliyyətli tələblə reallaşdırılmış tələb arasında fərq təsəvvür edilir. Beləliklə, təxirə salınmış tələbin kəmiyyətini ölçmək üçün həqiqi və reallaşdırılmış tələbin həcmləri haqqında məlumatlar lazımdır.

Analitik növdə tikinti işlərinin istehlakı prosesinin real vəziyyətini nəzərə alaraq həqiqi ödəmə qabiliyyəti tələbin tərkibi (tələbin mövcud olması və təmin edilməsi üsulları) aşağıdakı kimi olur:

Burada – həqiqi ödəmə qabiliyyətli tələb; tikinti şirkətlərində reallaşdırılmış tələb; xüsusi şəxslərdə əhali tərəfindən təmin edilmiş tələb; təxirə salınmış tələb.

Tikinti işlərinə əhalinin tələbatının ödəmə qabiliyyətinin reallaşdırılması və reallaşdırılmış tələb arasında müəyyən fərq mövcuddur. Bu ondan ibarətdir ki, reallaşdırılan ödəmə qabiliyyətli tələbat öz kəmiyyəti üzrə, adətən, reallaşdırılmış tələbdən çoxdur. Həmin kateqoriyanın kəmiyyət kənarlaşması hədləri tikinti xıdmətlərinin ayrıca növləri üzrə eyni deyillər və həmin tikinti xidmətlərinin təbiətindən asılıdırlar.

Tikinti işlərinə tələbatın müəyyən hissəsinin, hər şeydən əvvəl, yerinə yetirilməsi üçün xüsusi peşəkarlıq hazırlığı və müəyyən texnoloji rejimlərin məcburi tətbiqi tələb olunmursa, onda əhali tərəfindən özünə xidmət adlandırılan qaydada təmin edilir. Özünə xidmətin ümumi həcminə tələbatın müəyyən hissəsi daxildir və ödəmək üçün qabiliyyətlidir.

Özünəxidmətə aiddir: ancaq ailələrin üzvləri tərəfindən yerinə yetirilən işlər; qohumların və tanışların (cəlb edilənlərə əmək ödənilməməklə) köməkliyi ilə ailə üzvlərinin yerinə yetirdikləri işlər; qohumların və tanışların köməkliyi ilə onların əməyinin pulla, ərzaq və ya sənaye əmtəələrilə ödəməklə ailə üzvlərinin yerinə yetirdikləri işlər; xüsusi şəxslərin cəlb edilməsilə (onların əməyinin ödənilməsilə və qarşılıqlı müqavilə üzrə material xərcləri daxil olmaqla) ailə üzvlərinin yerinə yetirdikləri işlər.

Tələbatın bir hissəsi öz gücü ilə aşağıdakı səbəblər üzrə təmin edilir: tikinti xidməti sferası müəssisələrinin (xidmətlərinin) ödənilməsinə pulların çatışmamazlığı ilə; tikinti işləri istehsalında və firmalarda əhaliyə xidmətlərin təşkilində olan qüsurlarla.

Burada tikinti işləri istehlakı prosesi üçün xarakter olan vəziyyət əmələ gələ bilər – tələbatın eyni vaxtda təmin edilməsilə təmin olunmayan tələbin mövcudluğu. Həmin xüsusiyyəti işləri istehlakının ümumi həcminin qiymətləndirilməsində, tələbatın təmin edilməsi dərəcəsində və ödəmə qabiliyyətli tələbin proqnozlaşdırılmasında nəzərə almaq lazımdır.

Tikinti işlərinin istehlakı prosesində tələbatın hərəkətinin əmtəələrin xarakterindən bir neçə fərqi vardır: işlərin təklifinin həcm və dəyər üzrə tələbinin təqdim edilməsi seçimində və keyfiyyətində, onların reallaşdırılmasının bilavasitə özünəxidmətlə tamamlanması. Həmin ödəmə qabiliyyətli tələbat öz mənasına görə reallaşdırılan tələbin anlayışına yaxındır. Ancaq onlar reallaşdırılmış tələbin sırasında tələbatın təmin edilməsinə aid digər şəraitə uyğun deyil – onların dəyərinin ödənilməsi istehlakçının zəruri pul vəsaitləri ilə təmin edilməsi hissəsində tamamilə real deyillər. Əmtəələrin istehlakı sahəsində belə vəziyyət, adətən, çox halda ödəməqabiliyyətli tələbat və reallaşdırılmış tələb arasında həcmin ayrılmasına səbəb olur. Tələb edən amillərin çox tərəfliliyi və xarakteri, fəaliyyət nəticəsi üzrə müxtəlif istiqamətli olması, təsirin ümumi və ya konkret xarakteri və bəzi digər xüsusiyyətləri amillərin elmi təsnifatını tələb edir. Onlar ödəmə qabiliyyətli tələbin formalaşması və inkişafının qanunauyğunluğunu dərin tədqiq etməyə imkan verir. Bu nəticədə tikinti sahəsinin idarə edilməsilə əlaqədar, geniş dairəsi məsələlərin ən əsaslandırılmış həllində imkan yaradır. Yuxarıda göstərilənləri sxem növündə şəkil 1-də verilir.

“Əmələgəlmə təbiəti və sosial-iqtisadi məzmunu” üzrə əlaməti qurulan, təsnifatın klassik sxemi tikinti işləri istehlakının struktur və həcminin fomalaşmasına təsir edən, amillər sistemi aşağıdakı siniflər üzrə qruplaşdırılır:


  • sosial amillər: ictimai-iqtisadi informasiya və ona məxsus ictimai istehsalın xarakteri, maddi sərvətlərin mübadiləsi və bölüşdürülməsi; cəmiyyətin sosial strukturu (sinfi tərkibi, sosial qruplar struktur, peşəkar tərkib və s.); ictimai istehsalda əhalinin məşğulluğıı, mədəniyyətin ümumi səviyyəsi; əhalinin büdcə vaxtının struktur; milli ənənələr, əhalinin həyat tərzinin və məişətinin xüsusiyyətləri; moda tendensiyaları və s.

  • iqtisadi amillər: milli gəlirdə istehlak fondunun payı; əhalinin gəlirləri, daxil olma mənbələri üzrə onların struktur; ümumi gəlirin səviyyəsi üzrə əhalinin bölüşdürülməsi; tikinti işləri (əmtəələr) və tariflərin qiymətlərinin səviyyəsi; əhaliyə tikinti işlərinin inkişafının dərəcəsi, təklif edilən işlərin həcmi və struktur, onların istehlakının əldə edilməsi səviyyəsi; tikinti işlərinə əhalinin tələbatının təmin edilməsi mənbələrinin (kanallarının) xarakteristikası; mövcud xüsusiyyətlərin dəyişilməsi və texniki tərəqqi nəticəsində işlərin və yeni məmulatların əmələ gəlməsi və bəzi digər amillər;


Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin