Mühazirə 3: İctimai elmlər sistemində sosial iş



Yüklə 243 Kb.
tarix27.04.2023
ölçüsü243 Kb.
#103835
növüMühazirə
3. İctimai elmlər sistemində sosial iş



Fənnin adı: Sosial işə giriş
Mühazirə 3: İctimai elmlər sistemində sosial iş

Sosial işin elmi fənn kimi statusunun qiymətləndirilməsində əsas 2 yanaşma mövcuddur:



  1. bir qrup mütəxəssisələr sosial işin nəzəri əsasında insan və cəmiyyət haqqında bir sıra həmmərz fənlərin (sosiologiya, psixologiya, hüquq, sosial fəlsəfə, antropologiya, tibb və s.) durduğunu qeyd edirlər.

  2. başqa qrup isə sosial işin elmi fənn kimi müstəqil olduğunun və özündə həm nəzəri, həm də tətbiqi aspektləri əks əhalinin sosial müdafiəsinin praktiki problemlərinin dərk edilməsi etdirdiyini qeyd edirlər.

Beləliklə, sosial işin nəzəri əsaslarının təhlilində 2 istiqamət müəyyən olunmuşdur:

  1. praktiki təcrübənin və

  2. sosial işin ictimai hadisə kimi və sosial işin müxtəlif növlərini əsaslandıran nəzəriyyələrin dərk edilməsi

Hər bir konkret fənn hər hansı bir obyekti bütöv olaraq deyil, onun müəyyən bir hissəsini, yəni həmin fənnin maraq dairəsinə aid olan hissəsini tədqiq edir. Sosial iş bir elm sahəsi olaraq, sosial proseslər və sosial inkişafa xas olan və sosial birliklər, qruplar və fərdlərin inkişafı və davranışına iqtisadi, psixoloji, pedaqoji təsirin xarakteri və nəticəsini şərtləndirən əlaqələr və olayları müəyyən edərək tədqiq edir. Bura sosial işin müxtəlif sosial qruplarla apardığı işin qanunauyğunluqları, sosial işin funksiyaları, kadr və məlumat təminatının səmərəli həayata keçirilməsinin yolları və üsulları, müxtəlif dövlət və ictimai sosial müdafiə qurumlarının fəaliyyətinin stuktural-funksional təhlili, sosial iş sistemində sosial idarəetmə mexanizminin qanunauyğunluqları və prinsipləri daxildir.
Probləmlərin həlli üzrə həyata keçirildiyi fəaliyyətlə əlaqədar sosial iş fəlsəfə, tarix, politologiya, hüquq, iqtisadiyyat və s. elmlər arasında xüsusi yer tutur, eyni zamanda psixologiya, sosiologiya, tibb ilə çox sıx şəkildə əlaqəlidir. Sosial iş ilkin məlumat yığımı, obyektin sistemli şəkildə təhlili, hipotezlərin irəli sürülməsi, faktların müqayisə edilməsi, inkişaf modellərinin qurulması kimi funksiyaları özündə ehtiva etdir. Sosial iş bütün bu funksiyaları digər elmlərlə əlaqəli şəkildə həyata keçirilir.

Sosiologiya müxtəlif sosial sitemləri kompleks şəkildə öyrənərək onların inkişaf və faliyyətinin qanunauyğunluqlarını müəyyən edir. Bir elm kimi Sosiologiyanı təklikdə götürülmüş hər hansı bir fərd deyil, müəyyən əlamət və xassəyə görə qruplaşdırılmış fərdlər məcmusu (məsələn, spesifik qruplar, yəni ailələr, uşaqlar, kişilər, qadınlar, ahıllar, əlilliyi olan şəxslər) maraqlandırır. Sosiologiya sahəsində biliklər sosial işçiyə sosial problemləri tədqiq etmək, eyni zamanda, şəxsiyyətlərarası vərdişlər və üsullara yiyələnmək imkan yaradır. Lazım olan məlumatı toplayıb təhlil edərək sosial işçi problemin həll olunmasına analitik yanaşma təmin etmək üçün fəaliyyət planı hazırlayır. Beləliklə, xüsusilə tətbiqi sosiologiya sahəsində biliklərə malik olmaq sosial işə faydalıdır.
Fərdləri öyrənərkən psixoloqlar onların inkişaf mexanizmini, onları psixikası və davranışına böyük təsir olan vacib faktorları, həmçinin kollektiv psixologiyasını anlamağa çalışırlar. Sosial işlə psixologiya arasında olan əlaqəni anlmaq üçün diqqətdə saxlamaq lazımdır ki, sosial iş əsasında insanlarla onları əhatə edən mühit arasında olan münasibətləri tədqiq edir.
Beləliklə, sosial işçilər klientin problemlərini qiymətləndirərək, vacib olan müdaxiləni etmək üçün sosiologiya və psixologiyanın bilik bazasında istifadə edirlər.
Fəlsəfə sosial işin metodoloji əsası kimi çıxış edir, insan qarşısında duran problemlərin ümumi prinsip və problemə yanaşmanı təyin edir. Fəlsəfə təbiətin ümumi inkişaf qanunauyğunluqlarını, insanı əhatə edən cəmiyyətin dəyərlərini, sosial-siyasi, mənəvi-etik münasibətlərini öyrənir. Sosial işçinin də bütün fəaliyyəti insanla bağlı olduğundan fəlsəfənin rolu böyükdür. Humanizm sosial işin fundamental əsası və mənəvi ölçüsü kimi çıxış edir ki, bu da məhz sosial işin fəlsəfi mənasıdır.
Sosial işin əlaqədə olduğu digər bir elm isə sosial pedaqogikadır. Sosial pedaqogikanın predmeti insanın sosiumda tərbiyə edilməsidir. Bura insan şəxsiyyətinin təşəkkül tapmasında tədris-tərbiyə prosesinin rolu, sosial cəhətdən müdafiə olunmamış insanların dəstəklənməsi, böyüməkdə olan insanla onu əhatə edən sosial-mədəni mühit arasında uyğunlaşma proseslərinin formalaşması daxildir. Sosial-pedaqoji işin əsas məqsədlərindən biri şəxsiyyətin sosializasiyası, yəni insanın cəmiyyətin tam dəyərli üzvü kimi fəaliyyət göstərməsi üçün ona yardım edəcək bilik, norma və dəyər sistemini mənimsəməsidir. Sosial pedaqoq ayrıca şəxsiyyətlə, uşaqla, yeniyetmə ilə işləyir. Kollektivlə işləmək zəruruəti yarandıqda isə o, həmin kollektivin kiçik qrupu, ailənin ayrı-ayrı üzvləri ilə işləməli olur. Sosial pedaqoq uşağın və yeniyetmənin müdafiəsi sahəsində işləməklə ona sosial və tibbi kömək göstərir, təhsilinin təşkilinə dəstək verir, onun reabilitasiya və adaptasiyası üçün səylər göstərir.
Sosial iş peşəsi üçün vacib olan digər elm hüquq elmidir. Qanunverici aktları bilmək, ailə və cinayət hüququnu dərindən bilmək və əsaslandırmaq, pensiya təminatına dair biliklərə malik olmaq sosial işçiyə klintlə işləyən zaman problemin həllində hüququ məsələlərin həll edilməsində köməklik etmiş olur.


Mənbə:
https://www.jstor.org/stable/30019944?seq=1#page_scan_tab_contents
Yüklə 243 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin