Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Şəkil 1. Azərbaycanda ümumi enerji intensivliyi (kne son enerji istehlakı/dollar AQP ÜDM)



Yüklə 1,63 Mb.
səhifə4/15
tarix03.12.2016
ölçüsü1,63 Mb.
#714
1   2   3   4   5   6   7   8   9   ...   15

Şəkil 1. Azərbaycanda ümumi enerji intensivliyi (kne son enerji istehlakı/dollar AQP ÜDM)


Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
Azərbaycanın enerji intensivliyinin digər ölkələrin eyni göstəricisi ilə müqayisəsi şəkil 2-də göstərilmişdir.

Şəkil 2. Enerji istehlakı tne/ÜDM AQP dollar - ölkələrin müqayisəsi


Mənbə: Beynəlxalq Enerji Agentliyi
Azərbaycan enerji səmərəliliyinə görə dünya ölkələri arasında orta mövqeni tutur və dünyanın bəzi inkişaf etmiş ölkələriylə müqayisədə heç də geri qalmır. Şəkil 2-də son yerləri Səudiyyə Ərəbistanı, Bəhreyn, Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi karbohidrogen resurslarla zəngin olan ölkələr tutur. İlk yerləri isə İsveçrə, İtaliya və Danimarka kimi Avropanın inkişaf etmiş ölkələri tutur.

Azərbaycanın ümumi enerji istehlakı və səmərəliliyi göstəricilərinin Yaponiya, Almaniya, Birləşmiş Krallıq, İtaliya kimi dünyanın inkişaf etmiş ölkələri ilə müqayisəsi göstərir ki, Azərbaycanda kifayət qədər enerjiyə qənaət potensialı var. Bu potensialın istifadə edilməsi modernizasiya siyasəti ilə uzlaşdırılmalıdır. Enerjiyə qənaət edən və ətraf mühitə təsiri minimum olan modern texnologiyaların tətbiqi imkan verəcək ki, Azərbaycanda mövcud olan enerji potensialı geniş istifadə edilsin və enerji səmərəliliyi təmin olunsun. Gələcəkdə Azərbaycanda vergi siyasəti vasitəsilə enerji səmərəliliyinə aparan modernizasiyanı stimullaşdırmaq mümkündür (5).


ƏDƏBİYYAT
1. Diesendorf, Mark (2007). Greenhouse Solutions with Sustainable Energy, UNSW Press, p. 86. 2. Kenneth A. Small and Kurt Van Dender (September 21, 2005). "The Effect of Improved Fuel Economy on Vehicle Miles Traveled: Estimating the Rebound Effect Using U.S. State Data, 1966-2001". University of California Energy Institute: Policy & Economics. Retrieved 2007-11-23. 3. Beynəlxalq Enerji Agentliyi, www.iea.org. 4. Enerdata, www.enerdata.net. 5. Wackernagel, Mathis and William Rees, 1997, "Perpetual and structural barriers to investing in natural capital: economics from an ecological footprint perspective." Ecological Economics, Vol.20 No.3 p3-24.
Energy efficiency and modernization policy

Gasimli Vusal Afras

SUMMARY

Energy efficiency is very important for the modernization policy. Modern technologies increase the economic efficiency by reducing the environmental impact. Due to the high potential of energy efficiency in Azerbaijan the modernization policy is an important leverage.



Key words: modernization, energy efficiency, sustainable development, alternative energy, energy intensity
Энергоэффективность и модернизация
Гасымлы Вюсал Афрас оглы
РЕЗЮМЕ
Энергоэффективность является очень важным для политики модернизации. Современная технология повышает экономическую эффективность за счет снижения воздействия на окружающую среду. В связи с высоким потенциалом энергосбережениямодернизация является важным инструментом.

Ключевые слова: модернизации, энергоэффективности, устойчивого развития, альтернативные источники энергии, энергоемкость.

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2012/3 səh.28-32

_____________________________________________________________________
UOT 331.01(479.24)
Azərbaycan iqtisadiyyatının dinamik inkişafında aqrar və emal sənaye sahələrinin müasir vəziyyətinin təhlili
Bədəlov Ə.M.

Lənkəran Dövlət Universiteti,

i.e.n.
XÜLASƏ
Məqalə Azərbaycan iqtisadiyyatının dinamik inkişafında aqrar və emal sənaye sahələrinin müasir vəziyyətinin təhlilinə həsr olunmuşdur. Məqalədə həmçinin regionlarının mövcud potensialından daha səmərəli istifadə edilməsi yolları və son illər üzrə aqrar və emal sənaye sahələrinin iqtisadi göstəricilərinin təhlili verilmişdir.

Açar sözlər: iqtisadi artım, dinamik inkişaf, səmərəlilik, aqrar və emal sənaye sahələri, region, tənzimləmə, təkmilləşdirmə, sosial-iqtisadi inkişaf, sahibkarlıq, investisiya, həyat səviyyəsi.
Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək ən vacib məsələlərdən hesab edilir. Bu işdə dövlətin qarşısında duran əsas vəzifələrdən biri də ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirməkdir. Bu istiqamətdə dövlət sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq və yoxsulluq probleminin həllinə nail olmaqla nail olmaqdadır.

Yeni sosial-iqtisadi inkişaf mərhələsində olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq bütün regionlarda mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi və sosial infrastrukturun yaxşılaşdırılması üzrə kompleks tədbirlər həyata keçirilməkdədir. Belə ki, 2010 cu ildə regionlarda davamlı iqtisadi inkişaf təmin edilmiş və makroiqtisadi göstəricilərin daha da yaxşılaşmasına nail olunmuşdur. Belə ki, 2010-cu ildə Ümumi Daxili Məhsulun (ÜDM) həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 1,8 milyard manat və ya 5,0% artaraq 41,6 milyard manata çatmışdır. 2010-cu ildə əhalinin hər nəfərinə düşən ÜDM-in real həcmi isə 2009-cu illə müqayisədə 3,7% artmış və cari qiymətlərlə 4653,3 manat (5797,8 ABŞ dolları) təşkil etmişdir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunda əlavə dəyər 7,9% artımla müşahidə olunmuş, onun ÜDM-də xüsusi çəkisi 44,4% təşkil etmişdir. ÜDM-in 65,5% iqtisadiyyatın istehsal sahəsində, o cümlədən 52,6% sənaye sahələrində, 5,4%-i isə kənd təsərrüfatı sahəsinin payına düşmüşdür.



Qlobal böhran şəraitində Azərbaycanın əldə еtdiyi nailiyyətlər nüfuzlu bеynəlхalq təşkilatlar tərəfindən təsdiqlənmiş və BMT-nin İnsan İnkişafına dair növbəti hеsabatında 169 ölkə arasında Azərbaycanın 67-ci yеri tutması buna əyani sübutdur. 2010-cu ildə iqtisadiyyatın qеyri-nеft sеktorunda əlavə dəyərin 7,9%-nin artımı müşahidə olunmuş, onun ÜDM-də хüsusi çəkisi isə 44,4% təşkil еtmişdir. Ümumi daхili məhsulun strukturunda 65,5% paya malik olan məhsul istеhsalı sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin еyni dövrünə nisbətən 3,8% artmışdır.

2010-cu ildə 2009-cu illə müqayisədə 2,6% artımla 27,4 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bunun 81,4%-i özəl bölmənin hesabına yaranmışdır. Sənayenin qeyri-neft bölməsində məhsul istehsalı 6,6% artmış və 5,0 milyard manat olmuşdur. Emal bölməsində istehsal olunmuş məhsul sənayenin ümumi məhsulunun 19,1%-ini təşkil etmişdir (1.səh.12). 2010-cu ildə əsas kapitala yönəldilmiş bütün investisiyaların 42,5%-i (4130,9 milyon manat) sənaye sahələrinin inkişafına sərf edilmişdir. 2010-cu il ərzində Bakıda Qranit-mərmər, Naxçıvanda avtomobil, Ordubadda beton, Lənkəranda və Biləsuvarda konserv, Abşeronda duz emalı, Zaqatalada süd və tütün emalı zavodları, Naxçıvanda Gəmiqaya Daş Məhsulları Kompleksi, Lənkəranda çay və dondurma, Qəbələdə piano fabrikləri, Cəlilabadda şərab, Ağstafada mineral su istehsalı sexləri istismara verilmişdir. Aqrar sektorda həyata keçirilən məqsədyönlü tədbirlər dinamik inkişafla müşayiət edilmiş, kənd təsərrüfatı məhsulları istehsalı və emalında əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2014-cü ilədək torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilmişdir. Eyni zamanda, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50%-nin dövlət tərəfindən ödənilməsi, “Aqrolizinq” ASC tərəfindən ölkəmizə gətirilən texnikaların və texnoloji avadanlıqların lizinqə verilməsi, satış zamanı dəyərinin ödənilmə müddətinin 5 ildən 10 ilə artırılması, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 40 manat yardımın verilməsi, toxumçuluq və tingçilik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyaların ödənilməsi, buğda, arpa və digər bitkilərin sığortalanmasına dövlət tərəfindən maliyyə yardımının göstərilməsi kənd təsərrüfatı məhsulları istehsalındakı dinamikliyə təkan vermişdir. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” ölkə başçısının müvafiq Sərəncamına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50%-nin dövlət tərəfindən ödənilməsi üçün dövlət büdcəsindən 55,5 milyon manat, habelə buğda və çəltik istehsalının stimullaşdırılması məqsədilə 22,9 milyon manat vəsait ayrılmışdır. Aqrar sahəni daha da inkişaf etdirmək və məhsul bolluğunu yaratmaq məqsədilə kənd təsərrüfatı sahəsində 448 sahibkarlıq subyektinə müxtəlif layihələrin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən ümumilikdə 13,4 milyon manat güzəştli kreditlər verilmiş və bölgələrdə 1066 yeni iş yeri açılmışdır. 2010-cu il ərzində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı 1303 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 55,7 milyon manat, kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı 16 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 10,4 milyon manat güzəştli kredit vəsaiti ayrılmışdır.

Rеgionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı, еləcə də əhalinin 2008-2015-ci illərdə ərzaq məhsulları ilə еtibarlı təminatına dair dövlət proqramlarına uyğun olaraq ölkənin kənd yеrlərində kənd təsərrüfatı məhsulları istеhsalçılarına krеdit хidmətlərinin göstərilməsi davam еtdirilir (2.səh.120). İqtisadi İnkişaf Nazirliyinin «Sahibkarlığa Kömək Milli Fondu»nun vəsaiti hеsabına 2005-2010-cu illər ərzində mütəşəkkil krеdit təşkilatları vasitəsilə kənd təsərrüfatı məhsullarının istеhsalı və еmalı sahələrinin 7449 sahibkarlıq subyеktinə 228,7 milyon manat krеdit vеrilmişdir, o cümlədən 7263 kənd təsərrüfatı məhsulları istеhsalı sahibkarlıq subyеktinə 160,7 milyon manat və 182 kənd təsərrüfatı məhsulları еmalı sahibkarlıq subyеktinə 67,9 milyon manat vəsait vеrilmişdir. Hеsablamalar göstərir ki, bu illər ərzində hər bir təsərrüfat subyеktinə vеrilən krеdit 2005-ci ildə 11,0 min manat təşkil еdirdisə, bu məbləğ 2010-cu ildə 45,7 min manat təşkil еtmişdir, orta hеsabla hər təsərrüfat subyеktinə 2005-2010-cu illər ərzində hər il vеrilən krеdit məbləği 30,7 min manat təşkil еtmişdir. Bunu aşağıdakı cədvəldən də görmək olar.


2005 – 2010 - cu illərdə kənd təsərrüfatı məhsullarının еmalı və istеhsalı üzrə sahibkarlıq subyеktinin sayı və onlara verilən kreditlər (min manatla)




Kənd təsərrüfatı məhsullarının еmalı

Kənd təsərrüfatı məhsullarının istеhsalı

Cəmi

Sahibkarlıq subyеktinin sayı

Krеditin məbləği

Sahibkarlıq subyеktinin sayı

Krеditin məbləği

Sahibkarlıq subyеktinin sayı

Krеditin məbləği

2005

43

7053,4

1763

12987,8

1806

20041,2

2006

54

12576,5

1256

25484,0

1310

36060,5

2007

29

13940,6

572

24130,4

601

38071,0

2008

25

8442,5

544

28759,7

569

37202,2

2009

19

19643,5

1935

22573,3

1958

42216,8

2010

12

6330,0

1193

48815,4

1205

55145,4

cəmi

182

67986,5

7263

160750,6

7449

228737,1

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin