Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Cədvəl 1. İşləyənin əhaliyə dövlət tərəfindən verilən ayrı-ayrı müavinətlər



Yüklə 1,63 Mb.
səhifə14/15
tarix03.12.2016
ölçüsü1,63 Mb.
#714
1   ...   7   8   9   10   11   12   13   14   15

Cədvəl 1.
İşləyənin əhaliyə dövlət tərəfindən verilən ayrı-ayrı müavinətlər




2006

2007

2008

2009

2010

Uşağın anadan olmasına görə birdəfəlik müavinət
















Şəxslərin sayı, min nəfər

18.5

25.6

26.8

31.0

38.6

3 yaşına çatmayan uşaqlara qulluqla əlaqədar müavinət
















Şəxslərin sayı, min nəfər

21.4

22.1

25.4

33.7

35.6

Məbləğ, min manat

553.7

684.2

1247.0

4418.5

5026.9

Dəfn üçün müavinət
















Şəxslərin sayı, min nəfər

39.1

41.2

40.8

40.2

41.5

Məbləğ, min manat

4038.4

6625.1

7094.8

8785.1

9380.6

Mənbə: http//www.azstat.org
Sosial ünvanlı yardımların əsas meyarı təminatlılıq səviyyəsi olaraq, adambaşına düşən gəlir səviyyəsi və yaxud istehlak olunmuş maddi və mənəvi nemətlərin qiymət amilini təcrid etməklə istehlak səviyyəsi və strukturu ilə ölçülür. İstehlak amili olaraq ailə gəlirləri və ailə üzvlərinin sayı, onun ehtiyac və həmin ailənin təminat səviyyəsini müəyyənləşdirir. Əhali gəlirlərinin hesablanması metodikası təkmilləşdikcə onların təminat səviyyəsi müəyyənləşir. Uzun müddət əhaliyə müavinət sistemi ayrı-ayrı məhsullar və xidmətlər üzrə tətbiq etməklə həmin sahələrin rentabellik səviyyəsini saxlamaq üçün dövlət tərəfindən dotasiya yolu ilə və yaxud sahələrə dövlət büdcəsinin çəkilən xərclərə ödəmə prinsipləri tətbiq olunur.

Sosial yardımlar və onların dəyişmə dinamikası aztəminatlı ailələrin dəyişmə dinamikası ilə bağlıdır. Təminat səviyyəsinin özünün müəyyənləşməsi dinamik proses olmaqla tələbat sistemi dünya bazar tələbatının dəyişmə dinamikası yaşayış dəyərinin artması ilə baş verir.



Aztəminatlı ailələrin gəlirlərinin yüksəlməsi təkcə pul formasında deyil müəyyən ərzaq məhsullarını daxil etməklə qiymətləndirmə metodikası da genişlənir. Yoxsulluq üçün ərzaq mallarının seçilməsi, ünvanlı sosial yardımın konkret tələbatlar üzrə reallaşmasına və ailədə konkret istehlakçılar və ehtiyatların natural formada ödənilməsinə səbəb olur. Ərzaq məshullarının bölgüsü, qiymət dəyişməsi və həmçinin ərzaq təminatı üçün şərait yaradır.
Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosil yardımı





2007

2008

2009

2010

2011

Ünvanlı dövlət sosial yardımı təyin olunmuş ailələrin sayı

48705

78092

163409

144844

122781

Ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı, nəfər

218673

364059

749965

657317

552514

Onlardan:
















Qadınlar

83529

168007

387609

332799

277562

Uşaqlar

92291

165064

357620

322994

274265

Mənbə: http://www.azstat.org
Ölkədə pensiya və müavinətlərın, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2012-ci il dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinə 1781,6 milyon manat vəsait proqnozlaşdırılmışdır. 2012-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1044,3 milyon manata Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilən sosial ödənişlərin maliyyələşdirilməsinə, 438,6 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə həyata keçirilən sosial xərclərin, 201 milyon manatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdaəfiəsinin təmini tədbirlərinin maliyyələşdiriliməsinə yönəldiləcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2011-ci il dekabrın 1-dən 10% artırılaraq 93,5 manat müəyyənləşdirilib. Bu fakt deməyə əsas verir ki, ölkəmizin iqtisadi imkanları artdıqca, sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, həmin insanların sosial tələbatının ödənilməsi bir növ cəmiyyətin mənəvi göstəricisinə çevrilir.

Sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin başlıca vəzifəsi mütərəqqi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətənadaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı isə özünü bilavasitə sosial təminat sistemində büruzə verir.

Minimum əmək haqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərın, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğının bariz təcəssümüdür. Sosial yönümlü iqtisadi siyasətin əsas mahiyyəti əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni iş yerlərinin açılmasından, sosial müdafiədə ünvanlı və səmərəlilik prinsipinə üstünlük verilməsindən, əlillərin, aztəminatlı, habelə şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazimi şərait yaradılmasından ibarətdir.

2011-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7%-lik artım tətbiq olunub. Nəticədə, 2011 - ci ilin əvvəli ilə müqayisədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbələği 28,7% artaraq 145,2 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4% artaraq 160,4 manat çatıb. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 40%, yaşa görə əmək pensiyaları üzrə isə 45% təşkil edib.

Əmək pensiyalarının artırılması onun iki əsas tərkib elementi olan baza hissəsi və sosial sığorta hissəsi ilə tənzimlənir. Belə ki, baza hissəsi yaşayış minimum üçün zəruri olan maddi və mənəvi nemətlərin minimum həcmi ilə ölçülür. Təbii ki, bu minimum pensiyaçıların tələbatını ödəyən maddi və mənəvi nemətlər çoxluğu ilə müəyyənləşir. Əmək pensiyasının sosial hissəsi isə əmək haqqının artımı ilə sosial sığorta ödəmələrinin yığılıb formalaşmış həcmi ilə onun müddətində uyğun mənimsənilir.

Sosial sığorta, dövlət tənzimləmə sistemi kimi, bazar iqtisadiyyatı şəraitində daha geniş tətbiq olunur, cəmiyyətin inkişaf tələbatını və marağını özündə əks etdirir. Sosial sığorta xidmətinin kəmiyyət və keyfiyyətcə yaxşılaşmasına tələbi artması inkişafın sonrakı mərhələrində sosial-siyasi aspekt kimi çıxış edir, özünü vətəndaşların konstitutsiya hüquqlarının reallaşdırılması vasitəsi kimi göstərir. Başqa sahələrlə yanaşı, bu hüquqlara qoca, işsiz, xəstə, əmək qabiliyyətini tam və ya qismən itirmiş insanların maddi təminat məsələləri də daxildir. Bu hallarda alınan maddi vəsaitin həcmi əmək stajının müddətindən, əmək haqqının miqdarından, iş qabiliyyətinin itirilməsi səviyyəsindən asılı olur və müvafiq qanunvericiliklə tənzimlənir. Bu vəsait həm dövlət səviyysində, həm də özəl qaydada formalaşır, əsas etibarilə, büdcədənkənar fondlarda toplanır və onların vasitəsilə istifadə olunur. Sosial təminat sisteminin təkmilləşməsi iqtisadi artımla yanaşı yeni mənbələr kəsb edir. Daha çox özəl sektorunun hesabına sosial müdafiə sisteminə ödəmələrin inzibati və hüquqi mexanizmləri təkmilləşir. Sosial müdafiənin təkmilləşməsi yolları, müasir şəraitdə dövlətin sosial siyasətin əsas istiqamətidir.

Sosial siyasətin formalaşmasının əsas meyarı əhalinin rifahı iş yerlərinin açılması, sosial müdafiə və sosial təminat sisteminin kompels tədqiqi və proqnozu yolu ilə reallaşdırılır.

Sosial proqnozlar iqtisadi artım sosial müdafiə tələblərinin nəzərə almaqla reallaşır. Proqonzların bazar iqtisadiyyatı şəraitində resurs təminatı və alternativliyi əsas götürülür. Resurs yanaşma metodologiyası yeni texnologiyalar və kadr potensialını proqnozlaşdırmaqla baş verməlidir.

Sosial proqnozların normativ bazası qanunvericilik və sosial-itisadi normativlərin tərtibi və təkmilləşməsi ilə baş elmi əsasları kəsb edir.
Социальное развитие и регулирование социальной защиты

Мусаев Парвин Парвиз оглы
РЕЗЮМЕ

Регулирование социального развития имеет присущие себе специфические черты. Политика регулирования включает в себя повышение социального уровня и основные направления социальной защиты. Социальная защита реализуется путями совершенствования потребления и использования ресурсов. В этой связи в статье анализируются показатели и критерии, механизмы регулирования и основные направления социальной защиты, а также раскрываются способы регулирования и финансовые источники существующего состояния системы социальной защиты, вопросы состояния социального уровня населения и снижение бедности.



Ключевые слова: социальное регулирование, социальная защита, социально- экономические нормы, социальные механизмы, социальные индикаторы.
Social development and the regulation of social protection
Parviz Musayev Parvin oglu
SUMMARY
Regulation of social development itself has inherent specific features. Regulatory policies include an increase in the social level and the main directions of social protection. Social protection is implemented ways to improve the consumption and use of resources. In this regard, the article analyzes and benchmarks, regulatory mechanisms and the main areas of social protection, and also disclose methods of regulation and financial sources of the current state of the system of social protection, social questions of the state of the population and reduce poverty.

Key words: social regulation, social protection, social and economic standards, social arrangements, social indicators.
Rəyçi:

Əlirzayev Ə.Q

İ.e.d., prof., əməkdar elm xadimi

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2012/3 səh.125-128

_____________________________________________________________________
UOT 631.6(479.24)
Suvarılan torpaq sahələrinin genişləndirilməsi və torpaqların su təminatının yaxşılaşdırılmasında Samur-Abşeron kanalının rolu
Əzizova Kəmalə Vaqif qızı

Sumqayıt Dövlət Universitetinin

İqtisadiyyat” kafedrasının baş müəllimi


XÜLASƏ
Mövcud kənd təsərrüfatı sahələrindən daha bol məhsul əldə edilməsi üçün kənd təsərrüfatı sahələrinin suvarmaya cəlb edilməsi ərzaq bolluğu yaradılmasının əsas şərtlərindəndir. Odur ki, bu sahədə ardıcıl iş aparılmalı, suvarılan torpaq sahələri artırılmalı, torpaqların su təminatı yaxşılaşdırılmalıdır. Suvarılan torpaq sahələrinin genişləndirilməsi və torpaqların su təminatının yaxşılaşdırılması üçün su anbarlarına və suvarma kanallarına ehtiyac vardır. Bu baxımdan Samur-Abşeron kanalının rolunu xüsusilə qeyd etmək olar.

Açar sözlər: meliorasiya, torpaq, su ehtiyatları, məhsuldarlıq, suvarma kanalları.
Respublikada kənd təsərrüfatı istehsalının artırılması bilavasitə suvarılan torpaq sahələri ilə bağlıdır. Bu sahələrin genişləndirilməsi üçün ilk növbədə suvarma sistemlərinin layihələndirilməsi vacib şərtlərdən biridir. Suvarılan torpaqlardan əldə edilən məhsuldarlıq suvarılmayanlara nisbətən yüksək olduğuna görə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında ən mühüm şərtlərdən biri məhz suvarılan torpaq sahələrinin genişləndirilməsidir. Respublikanın relyef şəraitindən və su ehtiyatlarından istifadə etməklə su anbarları yaradılmalı və müvafiq suvarma kanalları tikilməlidir. Bu cür sistemin yaradılması suvarmanın olmadığına görə az məhsul əldə edilən sahələrdən yüksək məhsuldarlığa nail olmağa imkan verər, həm də həmin torpaq sahələrinin münbitliyinin artırılmasına səbəb ola bilər. Ümumiyyətlə, respublika əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı bir-biri ilə sıx bağlı olmaqla ardıcıl surətdə sistemli şəkildə tətbiq edilən kompleks tədbirlərin həyata keçirilməsindən asılıdır. Bu zaman elmi yanaşma önə çəkilməli, elmi tədqiqat işlərinin nəticələrinin praktiki tətbiqinə geniş yer verilməlidir [1].

Hazırda respublikamızda yerinə yetirilən meliorasiya və su təsərrüfatı işləri demək olar ki, böyük meliorasiya proqramının başlanğıcıdır. Bu baxımdan kənd təsərrüfatının intensiv inkişafı və ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün yeni suvarılan sahələrin meliorasiyası və mövcud irriqasiya və meliorasiya şəbəkələrinin təmir-bərpası və yenidən qurulması geniş həcmli tədqiqatların aparılmasını tələb edir. Meliorasiya və su təsərrüfatına daxil olan sistem və qurğular səciyyəvi xüsusiyyətlərə malik olduqlarından onların hər hansı bir regionda layihələndirilməsi, tikintisi və istismarı yerli təbii şərait nəzərə alınmaqla elmi baxımdan əsaslandırıldıqdan sonra həyata keçirilir.

Ölkədə su ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində mövcud olan problemlər içərisində su mənbələrinin ciddi sanitariya mühafizəsi, su mənbələrinə nəzarəti həyata keçirmək üçün beynəlxalq normativlərə uyğunlaşdırılmış milli dövlət normativləri sistemi yaradılmalıdır. Su ehtiyatlarının qorunmasının və səmərəli istifadəsinin dayanıqlı inkişaf prinsipləri əsasında həyata keçirilməsi, su ehtiyatlarının idarə edilməsi üzrə milli və regional proqramların realizə edilməsi üçün bir sıra tədbirlərin görülməsi zəruridir [2].

Meliorasiya və su təsərrüfatı sahəsinin respublika iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatının inkişafında, ölkənin ərzaq probleminin həll olunmasında və regionların sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin tapşırığı əsasında onun gələcək inkişafının təmin edilməsi və sahəyə investisiya qoyuluşunun gücləndirilməsi məqsədi ilə “Meliorasiya və su təsərrüfatının inkişafı üzrə Dövlət Proqramı (2008-2015-ci illər)” işlənib hazırlanmış və təsdiq edilmişdir. Proqramda meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi və yenidən qurulmasının iki mərhələdə aparılması nəzərdə tutulmuşdur. Birinci mərhələdə tikintisinə əvvəllər başlanılmış, lakin yarımçıq qalmış vacib obyektlərin tikintisinin tamamlanması, habelə layihələri hazırlanmış, ancaq tikintisinə başlanılmamış obyektlərin tikintisinə başlanılması, ikinci mərhələdə isə suvarılan sahələrin həcminin daha da genişləndirilməsi məqsədilə yeni layihələrin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin proqram çərçivəsində meliorasiya və su təsərrüfatının yaxşılaşdırılması sahəsində artıq bir sıra işlər görülmüşdür [3].

Suvarılan torpaq sahələrinin genişləndirilməsi və torpaqların su təminatının yaxşılaşdırılmasında Samur-Abşeron kanalının rolunu xüsusilə qeyd etmək lazımdır. Samur-Abşeron kanalı bilavasitə suvarma suyunu su mənbəyindən qəbul edən və suvarma sisteminə nəql edən baş kanal hesab olunur. Samur-Abşeron kanalının konstruksiyası suvarılacaq ərazinin relyef, iqlim-torpaq şəraitindən, su ehtiyatlarından və s. amillərdən asılı olaraq texniki-iqtisadi cəhətdən əsaslandırılmışdır. Samur-Abşeron suvarma sistemi respublikanın şimal bölgəsi rayonlarını, habelə Bakı, Sumqayıt, şəhərlərini və Abşeron yarımadasını su ilə təmin edən irimiqyaslı kompleks obyektdir. Samur-Abşeron kanalı layihəsi ölkəmizdə demək olar ki, həm əhəmiyyətinə, həm də buraya qoyulan maliyyə resurslarına görə ən böyük infrastruktur layihələrindən biridir. Ölkə iqtisadiyyatına, yəni bir layihəyə qoyulan investisiya baxımından bəlkə də Samur-Abşeron kanalı layihəsi ən böyük və kənd təsərrüfatının inkişafı üçün ən vacib layihələrdən biridir. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin əsas məqsədi Bakı və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində 25 MVT gücündə enerji istehsal etməkdir. Hazırda yenidən qurulan Samur-Abşeron suvarma sistemi ötən əsrin 40-cı illərində istismara verilib. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması barədə tapşırıq 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən müşavirədə verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2005-ci il tarixli 411 saylı sərəncamına əsasən İşçi Qrupu yaradılıb. 2006-cı ildə Samur-Abşeron kanalı sistemi üzrə “Uzunmüddətli strategiya və Texniki-iqtisadi Əsaslandırma”da təklif olunmuş sxemə əsasən Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə başlanılıb. Layihənin idarə edilməsi və sifarişçisi funksiyalarının icrası Nazirlər Kabinetinın 24 fevral 2006-cı il tarixli sərəncamına əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb. Qeyd edək ki, Samur-Abşeron kanalı sistemi üzrə “Uzunmüddətli Strategiya və Texniki-İqtisadi Əsaslandırma" 2004-cü ildə Yaponiyanın "Nippon Koei" və yerli "Sulako" şirkətləri tərəfindən hazırlanıb. Bu layihənin icrası nəticəsində on minlərlə, bəlkə də yüz minlərlə hektar yeni əkin sahələri dövriyyəyə buraxılacaq, yeni iş yerləri, yeni istehsal sahələri yaranacaq, yəni, o bölgələrdə böyük canlanma müşahidə olunacaqdır.

Samur-Abşeron suvarma sistemində suyun faydasız olaraq itməsi, istifadə olunan suyun həcminin və suvarmadan ötrü nəzərdə tutulan sahələrin azalmasına səbəb olur. Buna görədə suvarma sistemində su itkisi ilə mübarizə edilməsi və beləliklə də suvarma sisteminin faydalı iş əmsalının yüksəldilməsi əsas məsələ hesab edilir.

Samur-Abşeron suvarma sisteminin düzgün qurulmaması, növbəli əkin tarlalarının kiçik tarlalarda yerləşdirilməsi və suvarma sisteminin düzgün istismar edilməməsi nəticəsində hesablanan suyun müəyyən hissəsi faydasız olaraq itir. Bu əsasən tarlalardan və kanallardan sızmaya, buxarlanmaya, sudan düzgün istifadə edilmədikdə onun suvarılan sahələrdən kənara axması ilə baş verir.

Məlumdur ki, hazırda bölgənin suya daim artan tələbatını ödəmək məqsədi ilə Samur-Abşeron kanalı fasiləsiz işləyir. Ötən əsrin ortalarından etibarən müxtəlif beynəlxalq maliyyə qurumlarının, xüsusilə də Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə ölkənin su təchizatı sistemini yaxşılaşdırmaq üçün Samur-Abşeron kanalının bərpasına kifayət qədər böyük həcmli vəsaitlər ayrılıb. Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsinin bərpası layihəsi çərçivəsində ümumi uzunluğu 187,5 kilometr olan təsərrüfatlararası kanalların yenidən qurulması və baş sudurulducu qurğunun tikinti işləri başa çatdırılmışdır. Layihənin başa çatdırılması ilə Quba, Qusar və Xaçmaz rayonlarında 49,7 min hektar suvarılan torpaq sahələrinin su təminatı yaxşılaşdırılmışdır. Bu qurğunun tikilməsində əsas məqsəd respublikanın şimal zonasında yerləşən torpaq sahələrinin suvarılması və Samur-Abşeron kanalının yenidənqurulması zamanı ötürücü kanal kimi Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatının içməli, texniki və suvarma suyuna tələbatının ödənilməsindən ibarətdir.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində hazırda beynəlxalq səviyyəli Taxtakörpü Su Anbarı, Vəlvələçay-Taxtakörpü kanalı və Taxtakörpü-Ceyranbatan kanalının tikintisi davam edir. Ən son elmi-texniki yeniliklərə əsaslanan bu cür hidrotexniki qurğular yalnız inkişaf etmiş ölkələrdə inşa edilir [4].

Ümumilikdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli suya olan tələbatını yaxşılaşdırmaqla saniyədə 18 kubmetr suyun verilməsinə imkan yaradacaq, eləcə də ölkəmizin şimal bölgəsində ekoloji tarazlığın yaranmasında mühüm rol oynayacaqdır. Yalnız Sitalçay və Ceyranbatan nasos stansiyalarını ləğv etməklə suyun öz axını ilə Ceyranbatan su anbarına verilməsi nəticəsində 167 milyon kilovat-saat elektrik enerjisinə və 15 milyon manata qədər maddi vəsaitə qənaət ediləcəkdir. Bundan başqa, həmin layihənin yekunlaşması ilə respublikamızın şimal bölgəsində 150 min hektar sahədə torpaqların su təminatının yaxşılaşdırılmasına əlverişli zəmin yaranacaqdır. Gələcəkdə isə şimal çaylarından suyun götürülməsi layihələrinin həyata keçirilməsi və 30 min hektar yeni suvarılan sahənin əkin dövriyyəsinə daxil edilməsi qarşıya məqsəd qoyulmuşdur.



Bunlardan əlavə, Prezident İlham Əliyevin qayğısı və sahəyə diqqəti sayəsində meliorasiya və su təsərrüfatı üzrə bir sıra digər layihələr də uğurla həyata keçirilir.
ƏDƏBİYYAT
1. E.A.Məmmədova ”Hidrogeoloji tədqiqat üsulları” Bakı, Dərslik: 2008.

2. Q.Ş.Məmmədov, M.Y.Xəlilov “Ekologiya və ətraf mühitin mühafizəsi” Bakı, Elm: 2005. 3. R.M.Quliyev “Yerquruluşu. Torpaq bazarı və torpaq ehtiyatlarının idarə edilməsi” II cild. Bakı, "MBM", Dərslik: 2008. 4. Mülkiyyət qəzeti, 20 avqust 2011, № 32.

Əlaqə:

Email: Elnarə Memmedova @box.az.

Расширение орошаемых участков и роль Самур-Абшеронского канала в улучшении обеспечения земель водными ресурсами
Азизова Кямаля Вагиф гызы
Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin