Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 1.63 Mb.
səhifə3/15
tarix03.12.2016
ölçüsü1.63 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

ƏDƏBİYYAT

1. A.Şirəliyev-İqtisadi nəzəriyyə. Bakı.2004 2. E.Kərimov və B.Osmanlı-İqtisadi nəzəriyyə. Bakı.2010 3. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatları. 2009-2011
Эффективность повышения качества продукции сельского хозяйства
Ширалиев А.И.

доктор экономических наук,

профессор
РЕЗЮМЕ

В статье раскрывается сущность эффективности повышения качества продукции сельского хозяйства. В ней также формулируются и анализируются ее значение и показатели. Далее указывается пути повешения качества сельскохозяйственной продукции.



Ключевые слова: качество, эффективность, сельское хозяйство, потенциалы, пути, предложение, экономика техническое качество.
The fruitfull increase of the quality of agricultural products
Shiraliyev A.I.

doctor of economic sciences
SUMMARY

The article reveals the essence of fruitfull increase of the quality of agricultural products. The article also studies its importance and the way of its formation. The ways of the quality of agricultural products have also been investigated.



Key words: quality, outcome, agriculture, possibilities, ways suggestion, economical and technical.

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2012/3 səh.18-23

_____________________________________________________________________
UOT 631.95(479.24)
Kənd təsərrüfatı istehsalına təsir edən təbii amillərin ekoloji vəziyyətinin qiymətləndirilməsi
Vəliyev Akif Həmzə oğlu

k/t.ü.f.d.
XÜLASƏ
Məqalədə təbii amillərin ekoloji vəziyyəti xarakterizə olunur, konkret misallarda həmin amillərin kənd təsərrüfatında əhəmiyyəti və istehsala təsiri qiymətləndirilir.

Açar sözlər: təbii amillər, ekoloji vəziyyət, torpaq, torpaq-iqlim şəraiti, kənd təsərrüfatı, istehsal.
Ölkəmiz müstəqillik qazandıqdan sonra, ilk növbədə yeni iqtisadi sistemə (bazar iqtisadiyyatına) keçidin əsas şərti kimi əmlak və torpaq üzərində müxtəlif mülkiyyət formaları (dövlət, bələdiyyə və xüsusi) müəyyən edildi. Bütün sahələrdə olduğu kimi, aqrar sektorda da islahatların həyata keçirilməsinə başlandı və ölkənin ümumi torpaq fondunun 56,9%-i dövlət mülkiyyətində saxlandı, 23,5%-i bələdiyyə mülkiyyətinə ayrıldı, qalan 19,6%-i xüsusi mülkiyyətə verildi. Xüsusi mülkiyyətə verilən torpaqlar, əsasən, kənd təsərrüfatına yararlı torpaqlardır (5).

Özəlləşdirmə nəticəsində 870 minə yaxın ailə xüsusi mülkiyyətə torpaq payı almış və onlar müxtəlif təsərrüfatçılıq formaları yaradaraq sərbəst təsərrüfat fəaliyyətinə başlamışdır. Bununla əlaqədar olaraq istər-istəməz ilk əvvəllər təsərrüfatların planlaşdırılması forma və metodları, idarə olunması, təsərrüfatlararası və təsərrüfatdaxili yer quruluşu işlərinin vəziyyəti xeyli mürəkkəbləşmiş, ərazinin ekoloji həssaslığı artmışdır.

Bu müddəalar sırasında əvvəlkilər yeni təsərrüfatçılıq sisteminin yaradılmasında və fəaliyyətində müəyyən qədər nəzərə alınsa da, sonuncu diqqətdən kənarda qalmışdır. Halbuki, ekoloji problem və onun həlli yolları beynəlxalq səviyyədə qarşıda duran ən başlıca vəzifələrdən biridir. Təəssüflə qeyd etmək olar ki, ölkəmizdə aqrar sahənin fəaliyyətində torpaq əsas istehsal vasitəsi kimi böyük əhəmiyyətə malik olsa da, onun istifadəsində ekoloji vəziyyət çox vaxt nəzərə alınmır və ya ona zəif diqqət yetirilir.

Torpaqların ekoloji vəziyyəti – müəyyən parametrlərin (torpağın tərkibi, münbitliyi, çirklənməsi və s.) torpağın kənd təsərrüfatı istehsalına yararlığına birgə təsiri ilə xarakterizə olunur. Bu müddəa kənd təsərrüfatı istehsalı ilə məşğul olan yeni infrastrukturlar arasında inteqrasiya əlaqələrinin formalaşdırılmasında mütləq nəzərə alınmalıdır və bu əsasda torpaq ehtiyatlarının ekoloji qiyməti verilməlidir.

Aparılan uzunillik tədqiqatların nəticələrinə əsaslanaraq torpaq örtüyünün deqradasiyasına və ekoloji vəziyyətinə təsir edən əsas amilləri aşağıdakı kimi qruplaşdırmaq məqsədəmüvafiq hesab edilmişdir:


  • təbii amillər (eroziya prosesi, izafi nəmlik və bataqlaşma, şorlaşma və şorakətləşmə, humusun azalması, zəlzələ, sürüşmə, vulkan və digər təbii hadisələrin təsiri və s.);

  • antropogen amillər (torpağın məhsuldar qatının bərkidilməsi, torpağın şumlanması, su balansının pozulması, çirkab sularının axıdılması, atmosferin və torpağın çirkləndirilməsi və s. );

  • texnogen amillər (torpaqların ağır metallarla, radioaktiv tullantılarla, pestisidlərlə, lazımsız istehsal tullantıları ilə çirklənməsi və s.).

Bu amillərin torpağa təsiri həddi mövcud torpaq-iqlim şəraiti və insanın təsərrüfat fəaliyyətinin xarakteri ilə müəyyən edilir.

Azərbaycan Zaqafqaziyanın şərqində, 38° və 42° şimal en dairəsində, 44° və 52° şərq uzunluq dairəsində yerləşir. Ölkəmiz cənubdan Türkiyə və İranla, şimaldan Rusiya ilə, şimali-qərbdən Gürcüstanla, qərbdən Ermənistanın indiki ərazisi, şərqdən isə Xəzər dənizi ilə əhatələnmişdir.

Relyefi mürəkkəb olmaqla formasına görə iki hissəyə bölünür: dağlıq və düzənlik. Ümumi ərazisinin 60%-ə qədəri dağlıq yerlərdir ki, onun da 43%-dən çoxu 1000 metrdən hündür və daha yüksək dağlardan, qalan 17%-i isə alçaq dağlıq və dağətəyi sahələrdən ibarətdir. Ərazinin 40%-ni təşkil edən düzənliyin 18%-ə qədəri dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir.

Relyefin bu cür müxtəlifliyi respublikada torpaq-iqlim şəraitinin şaquli zonallıq prinsipinə uyğun formalaşmasına şərait yaratmışdır.

Kənd təsərrüfatı istehsalına ən güclü təsir edən təbii amillər üzərində torpaq örtüyünün və iqlim şəraitinin rolunu xüsusilə qeyd etmək olar.

Qeyd edildiyi kimi kənd təsərrüfatı istehsalına təsir edən başlıca təbii amillərdən biri iqlimdir (hava şəraiti). Ona görə də kənd təsərrüfatı istehsalı ilə məşğul olan hər kəs hava şəraitini mütləq nəzərə almalıdır. Hava şəraitinə aid, əsasən, istilik, yağıntı, küləyin istiqaməti, nəmlik, şaxtalı günlər, gözlənilməz hava şəraiti və s. haqqında dəqiq məlumatlar əldə olunmalıdır.

İqlim haqqında aşağıdakı ən mühüm məlumatlar qiymətləndirilməlidir:


  • temperatur (orta sutkalıq, orta aylıq, orta illik, mövsümi və onların minimum-maksimum həddi);

  • yağıntılar (orta aylıq, orta illik, mövsümi və onların minimum-maksimum miqdarı, qar halında düşən yağıntının miqdarı, qarlı, şaxtalı və dolu düşən günlərin sayı və s.);

  • şaxtalar (yazın sonuncu şaxtalı günü ilə payızın birinci şaxtalı günü arasındakı müddət).

İqlim şəraiti kənd təsərrüfatı istehsalının ixtisaslaşmasına da təsir göstərir. İqlim haqqında məlumatları topladıqdan və ümumiləşdirdikdən sonra onların təsərrüfat fəaliyyətinə göstərdiyi təsiri müəyyən etmək olduqca asan olur. Bu zaman torpaq sahələrində hansı növ bitkilərin əkilməsinə aid aşağıdakı məlumatlar da (ayrı-ayrı bitkilərin iqlim amillərinə olan tələbatı) nəzərə alınmalıdır.

Müasir dövrdə qlobal iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri ciddi problem kimi qarşıda duran məsələlərdəndir. İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri müxtəlif istiqamətlərdə özünü göstərir:

- İqlim dəyişikliklərinin yaratdığı risklər; kənd təsərrüfatında ÜDM-un artım tempinin azalması; qiymətlərin sabitləşməsinə xarici faktorların təsiri (idxal inflyasiyasının yüksəlməsi); xərclərin artması və rentabellik səviyyəsinin aşağı düşməsi; kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi, keyfiyyətin pisləşməsi; kənd təsərrüfatında çalışanların gəlirlərinin azalması, mövcud iş yerlərinin itirilməsi, bölgələrdən miqrasiyanın güclənməsi.

- İqlim dəyişiklərinin yaratdığı endogen problemlər: məhsul yığımının özünü doğrultmaması, yəni istehsalın azalması; ayrı-ayrı məhsulların mövsüm üzrə qiymətinin artması; heyvandarlıq və bitkiçilik sahələri üzrə məhsuldarlıq göstəricilərinin aşağı düşməsi; emal sənayesi xərclərinin artması və rəqabət qabiliyyətinin aşağı düşməsi.

- İqlim dəyişikliklərinin yaratdığı ekzogen problemlər: Azərbaycana taxıl idxal edən ölkələrdə istehsalın azalması; Azərbaycanın daxili bazarına bahalı istehlak mallarının idxalının artması və idxal inflyasiyasının güclənməsi; regional qiymətlərin artması ilə Azərbaycana psixoloji təzyiqlərin artması.

Azərbaycanın iqlimi çox mürəkkəb fiziki-coğrafi amillər kompleksinin təsiri nəticəsində formalaşmışdır. Dünyadakı 11 iqlim tipindən 9-nun ölkəmizdə mövcudluğu bunun əyani sübutudur. Belə bir müxtəliflik, iqliminə görə Azərbaycanı eyni en dairəsində yerləşən Orta Asiya respublikalarından kəskin fərqləndirir.

Ölkəmizin iqliminin formalaşmasında Böyük və Kiçik Qafqaz dağ sistemlərinin, Talış dağlarının və Xəzər dənizinin rolu çox böyükdür. Böyük Qafqaz dağları Azərbaycan ərazisinə şimaldan daxil olan soyuq hava kütlələrinin qarşısını sanki bir divar kimi kəsir. Ona görədir ki, bu dağların cənub yamaclarının iqlimi şimal yamaclara nisbətən isti olur. Xüsusilə ilin soyuq aylarında bu fərq daha aydın nəzərə çarpır və yamaclardakı orta aylıq temperatur fərqi 2-3°-yə bərabər olur.

Respublikanın mərkəzi aran və yarımsəhra əraziləri quru subtropik iqlimə malik olması ilə səciyyələnir. Burada yay isti, qış isə qısa və yumşaq keçir, ilin isti aylarında orta temperatur 27-30o, maksimum temperatur 40-42-yə qədər yüksəlir. Soyuq ayların orta temperaturu 3-5o-ə, minimum temperatur 0 – mənfi 3o-yə qədər azalır (dağlıq ərazilərdə daha aşağı olur).

Kənd təsərrüfatı bitkilərinin intensiv inkişaf etdiyi düzənlik, dağətəyi və orta dağlıq ərazilərdə 10o-dən yuxarı olan aktiv temperaturların cəmi 3500-4800o olur. Ölkənin relyefi onun ərazisində yağıntıların paylanmasına da kəskin təsir göstərir. Burada orta illik yağıntıların miqdarı 150 mm-dən (Qobustanda və Abşeron yarımadasında), 1500 mm-ə qədər (Lənkəran-Astara zonasında) bəzən daha çox olur. Yağıntıların əksəriyyətinin, əsasən, payızda və yazın əvvəllərində düşməsi kənd təsərrüfatında suvarılmaya böyük ehtiyac yaradır.

Azərbaycanda su ehtiyatlarını çaylar, göllər, təmiz yeraltı sular, bulaqların suyu və s. təşkil edir. Ərazinin çox hissəsində quraqlıq iqlim hökm sürdüyündən onun su ehtiyatları olduqca məhduddur. Yerüstü su ehtiyatları 32 km3–dur və əsas hissəsini çay suları təşkil edir ki, onun da illik həcmi 30,9 km3–a bərabərdir. Bu su ehtiyatının yalnız 33%-i respublikanın öz ərazisində yerləşir, qalan 67%-i qonşu ərazilərdən daxil olan çay sularının hesabınadır. Onu demək kifayətdir ki, respublikanın su ehtiyatları onun əsas su mənbəyi olan Kür və Araz çayları hövzələrində yerləşən Gürcüstan və Ermənistana nisbətən adambaşına düşən suyun həcminə görə 4-7 dəfə azdır.

Kənd təsərrüfatı istehsalı baxımından su ehtiyatlarının fəsillər üzrə paylanmasının əhəmiyyəti daha böyükdür. Su ehtiyatları ərazi üzrə qeyri-bərabər paylandığı kimi, fəsillərə görə də fərqlənir. Təəssüflər olsun ki, iqlim şəraitindən asılı olaraq xalq təsərrüfatı sahələrinin, xüsusilə kənd təsərrüfatının suya olan tələbatının daha çox olduğu yay aylarında axan suyun həcmi kəskin azalır. Çaylardan axan suyun 60%-dən çoxu yazda (mart-iyun) olur, yay aylarında (iyul-sentyabr) onun həcmi 10-15%-ə qədər azalır. Təbii ki, bu da kənd təsərrüfatının su ilə təminatında problemlər yaradır.

Müəyyən edilmişdir ki, ümumi suvarılan torpaqların yalnız 25%-nin su təminatı qismən yaxşıdır, qalan 60%-nin su təminatında çətinliklər var, 15%-nin isə su təminatı çox pis vəziyyətdədir.

Əkin sahələrində də su təminatı qənaətbəxş deyil. Suvarılan torpaqların 52%-nin su təminatında çətinliklər var, 18%-nin isə su təminatı çox pis haldadır, yalnız -30%-nin su təminatı nisbətən yaxşıdır.

Çoxillik əkmələrin 27%-də, biçənək və otlaq-örüş sahələrinin 23%-də su təminatı nisbətən yaxşıdır. Müvafiq olaraq bu sahələr üzrə 58-60%-ə qədər torpaqların su təminatında çətinliklər mövcuddur, 15% və 17%-də isə su təminatı çox pis vəziyyətdədir.

Respublikada su ehtiyatlarının qıtlığı və onlar həm ərazi, həm də il boyu qeyri-bərabər paylandığı üçün maksimum səmərəli istifadə edilməli, irriqasiya sistemlərinin istismarının lazımi səviyyədə təşkili və suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilməlidir.

Təbii şəraitin (ekoloji mühitin) müxtəlifliyi və qədim təsərrüfatçılıq mədəniyyətinin təsiri ölkəmizdə mürəkkəb torpaq örtüyünün formalaşmasına səbəb olmuşdur. Dəniz səviyyəsindən 3500 m-dən hündürdə yerləşən ərazilər demək olar ki, torpaq örtüyünə malik deyildir. Qalan ərazilərdə, xüsusilə düzən, dağətəyi, alçaq və orta dağlıq ərazilərdə, kənd təsərrüfatının inkişafı üçün əlverişli olan müxtəlif torpaq tipləri yayılmışdır. Buna baxmayaraq, həmin torpaqların hamısı kənd təsərrüfatı istehsalında istifadə olunmur, daha doğrusu, onların yalnız bir qismi kənd təsərrüfatı istehsalı üçün yararlı hesab olunur (5).

Respublikanın ümumi ərazisi 8641506 hektara bərabərdir, onun da 16,5%-i suvarılan torpaqlardan ibarətdir. 2012-ci ilin məlumatlarına görə ümumi ərazinin yalnız 52,6%-i kənd təsərrüfatına yararlıdır, 3,0% həyətyanı sahələrin, 0,1% kollektiv bağların, 12,0% meşəliklərin, 32,4% isə sair sahələrin torpaqlarıdır. O cümlədən 247,7 min hektar iri şəhərlərin torpaqlarıdır ki, onun da 14,0%-i kənd torpaqlarına yararlıdır (1).

Kənd təsərrüfatına yararlı torpaqların 37,1%-i əkin, 3,6%-i çoxillik əkmələr, 0,9%-i dincə qoyulmuş sahələr, 2,4%-i biçənəklər, 56,0%-i isə örüş-otlaq sahələrindən ibarətdir. Hesab edirik ki, əhalini ərzaq məhsulları ilə təmin edən bu torpaqların mövcud ekoloji vəziyyətinə diqqət yetirmək çox vacibdir.

Araşdırmalar göstərir ki, respublikada istеһsal оlunan kәnd tәsәrrüfatı mәhsullarının 85-90%-ni vеrәn 1,4 mln. һеktar suvarılan tоrpaqların 49%-dən çoxu həm təbii təsirlərdən, həm də baxımsızlıq üzündən müхtәlif dәrәcәdә şоrlaşmaya məruz qalmışdır. 300 min һеktara qәdәr saһәdә isә şorlaşma prоsеsi һal-һazırda da davam еtmәkdәdir. Şorlaşmış torpaqların 56,3%-i zəif, 27,0%-i orta, 16,7%-i isə şiddətli dərəcədədir.

Tоrpaqların şоrlaşması һәm bitkinin mәһsuldarlığına, һәm dә оnun kеyfiyyәtinә pis tәsir göstәrir. Bitkilərin növündən asılı olaraq, təmiz tоrpaqlara nisbәtәn zәif şоrlaşmış tоrpaqlarda mәһsuldarlıq 10-15, оrta dәrәcәdә şоrlaşmış tоrpaqlarda 30-50%, şiddәtli şоrlaşmış tоrpaqlarda isә 80-90%-ə qәdәr aşağı оlur, mәһsulun kеyfiyyәti pislәşir.

Şоrlaşma dәrәcәsi ilә yanaşı, оnların kimyәvi tәrkibinin dә (şоrlaşma tiplәrinin) bitkilәrin mәһsuldarlığına vә kеyfiyyәtinә tәsiri böyükdür. Şоran tоrpaqlarda хlоrlu birlәşmәlәr bitkilәrin keyfiyyәtinә daһa pis tәsir еdir vә оnların miqdarı nоrmadan artıq оlduqda bitkinin kеyfiyyәti 3-5 dәfә pislәşir. Bitkilәrin tоrpaqdan qidalanma tempi 2-10 dəfə aşağı düşür (2).

Tоrpaqların münbitliyinә, ekoloji vəziyyətinə, еlәcә dә bitkilәrin mәһsuldarlığına vә mәһsulun kеyfiyyәtinә mәnfi tәsir göstәrәn başlıça tәbii amillәrdәn biri dә еrоziya prоsеsidir. Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun məlumatlarına görə һazırda rеspublikanın ümumi tоrpaq еһtiyatlarının 43,5%-ә qәdәri (3,7 mln.һa) müхtәlif dәrәcәdә еrоziyaya uğramış, 20%-dən çox (1,7 mln.һa) әrazidә isә еrоziya tәһlükәsi mövcuddur. Eroziyaya məruz qalan torpaqların 32,4%-i zəif, 29,7%-i orta, 37,9;-i isə şiddətli dərəcədədir.

Nоrmal tоrpağa nisbәtәn оrta dәrәcәdә еrоziyaya uğramış tоrpaqlarda mәһsuldarlıq 2-3 dәfә, şiddәtli dәrәcәdә еrоziyaya uğramış tоrpaqlarda isә 5-6 dәfә aşaqı düşür, mәһsulun kеyfiyyәti 2-3 dәfә pislәşir (3).

Bu kimi tәbii amillәrlә yanaşı, tоrpaqların yararsız һala düşmәsindә insanların tәsәrrüfat fәaliyyәti dә böyük rоl оynayır. Faydalı qazıntıların mәnimsәnilmәsi, sәnayеnin çохsaһәli inkişafı хеyli tоrpaq saһәsinin kоrlanmasına vә çirklәnmәsinә sәbәb оlur. Müәyyәn еdilmişdir ki, rеspublika әrazisindә bеlә tоrpaqlar 30 min һеk-tardan artıqdır vә yaranma sәbәblәrinә görә оnları aşaqıdakı katеqоriyalara ayırmaq оlar: nеft vә nеft tullantıları ilә çirklәnmiş; digәr faydalı qazıntıların çıхarılması ilә çirklәnmiş; sәnayе, tikinti-tәsәrrüfat vә mәişәt tullantıları ilә çirklәnmiş tоrpaqlar, һәmçinin daş-qum karхanalarının vә digәr sәbәblәrdәn kоrlanmış saһәlәrin tоrpaqları.

Bu tоrpaqların 19,5 min һеktarı nеft vә nеft tullantıları ilә çirklәnmişdir, оnun 4,5 min һеktarı nеft vә bitumla tamamilә örtülmüş saһәlәrdir. Nеft tullantıları tәrkibindә хеyli miqdarda tоksik (zәһәrli) maddәlәr tәbii fоn sәviyyәsindәn 30-120 dәfә çох оlduğu üçün çirklәnmiş saһәlәrdә dеmәk оlar ki, bitki bitmir.

Digәr faydalı qazıntıların çıхarılması ilә çirklәnmiş tоrpaqların saһәsi 8 min һеktara qәdәrdir vә оnların tәrkibindә tоksik maddәlərin miqdarı yоl vеrilәn səviyyədən 3-4 dәfә, bəzi hallarda daһa yüksək olur.

İri şәһәrlәr vә sәnayе mәrkәzlәri әtrafında da хеyli tоrpaqlar çirklәnmәyә məruz qalmışdır. Bakı vә Sumqayıt şәһәrlәri әtrafı tоrpaqlarda 45-ə qәdər kimyәvi еlеmеnt aşkar еdilmişdir vә оnlardan хrоm, qurğuşun, vanadium, nikеl, sink, vоlfram, çivә, bоr vә s. kimi tоksik еlеmеntlәrin miqdarı sağlamlıq üçün nоrmal һәddәn 3-3,5 dәfә yüksәkdir, bu isә insan sağlamlığı üçün çiddi təhlükədir. Bеlә misalları xеyli göstәrmәk оlar (4).

Çox maraqlıdır ki, torpaqların yararsız hala düşməsinin qarşısını almaq barədə aidiyyəti qurumlar passivlik göstərirlər. Son illər torpaqların meliorasiyası, еrоziyaya qarşı mübarizә tәdbirlәrinin һәyata kеçirilmәsi dеmәk оlar ki, unundulmuşdur, çirklәnmiş vә kоrlanmış tоrpaqların yaхşılaşdırılmasına isә olduqca az miqdarda vәsait ayrılır ki, оnunla һеç bir iş görmәk mümkün dеyildir. Məlumdur ki, kənd təsərrüfatına yararlı torpaqlar, əsasən, xüsusi mülkiyyətdədir. Xüsusi torpaq mülkiyyətçilərinin əksəriyyətinin torpaqlarını yaxşılaşdırmağa maddi imkanları yoxdur. Ona görə də xüsusi mülkiyyətdə olan torpaqların yaxşılaşdırılması dövlətin xüsusi nəzarətində olmalı, aidiyyəti üzrə müvafiq tədbirlər həyata keçirilməlidir.

Yuxarıda qeyd olunan amillərin kənd təsərrüfatına təsiri etibarı ilə torpaq fondunun strukturunun pozulmasında, münbitliyinin azalmasında, məhsuldarlığın aşağı olmasında müşahidə olunur ki, bu da ümumilikdə ÜDM-un xüsusi çəkisinə mənfi təsir göstərir.

Ölkəmizin təbii şəraiti (ekoloji şəraiti) kənd təsərrüfatının inkişafı üçün əlverişli olsa da, fikrimizcə, rəqabətədavamlı kənd təsərrüfatı istehsalına nail olmaq üçün təbii ehtiyatların səmərəli istifadəsi təmin edilməli, ərazinin ekoloji vəziyyəti mütəmadi öyrənilməli və düzgün qiymətləndirilməlidir.


ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasında torpaq istifadəçilərinin təsərrüfatına yararlı torpaq sahələrinin 1 yanvar 2012-ci il vəziyyətinə dair məlumatı. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı, 2012. 2. Azərbaycanda torpaqların meliorasiyası // S.Ə.Eminovun redaktəsi ilə. Bakı: Qorqud, 2000, 184 s. 3. Əliyev B.H., Musayev Ə.C. və başqaları. Azərbaycan Respublikasının dağ zonasında eroziya təhlükəsi və eroziyaya məruz qalmış torpaqlarda əkinçiliyin səmərəliliyinin artırılması yolları. Bakı: Ziya-Nurlan, 2003, 79 s. 4. Hacıyev Q.A. Azərbaycan Respublikası ərazisinin ekoloji vəziyyəti və onun kompleks monitorinq sistemi / Azərbaycan XXI əsrin astanasında, elmi-praktik konfransın materialları, Bakı: 1997, s. 249-252. 5. Vəliyev A.H. Torpaq-mülkiyyət münasibətlərinin tənzimlənməsinin əsasları. Bakı: Nurlar, 2005, 177 s.
Оценка экологического состояния природных факторов влияющих, на сельхозпроизводство
Велиев Акиф Гамза оглы
РЕЗЮМЕ
В статье характеризуется экологическое состояние природных факторов, на конкретных примерах оценивается значение этих факторов в сельском хозяйстве и их влияние на сельхозпроизводство.

Ключевые слова: природные факторы, экологическое состояние, земля, почвенно-климатические условия, сельское хозяйство, производства.
Environmental assessment of the natural factors that influence agricultural production

Veliyev Akif Hamza
SUMMARY
In the article the environmental conditions of natural factors are described, and importance of these factors to agriculture and influence to production with specific examples are evaluated.

Key words: natural factors, environmental conditions, land, soil and climatic conditions, agriculture and production.

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2012/3 səh.24-27

_____________________________________________________________________
UOT 666.9.012(479.24)
Enerji səmərəliliyi və modernizasiya siyasəti
Qasımlı Vüsal Əfras oğlu

İqtisad üzrə fəlsəfə doktoru,

Az.ETKTİ və Tİ-nun doktorantı
XÜLASƏ
Enerji səmərəliliyini təmin etmək üçün modernizasiya siyasəti mühüm əhəmiyyət kəsb edir. Modern texnologiyalar ətraf mühitə təsiri azaltmaqla iqtisadi səmərəliliyi də yüksəldir. Azərbaycanda enerji səmərəliliyi potensialı yüksək olduğundan modernizasiya siyasəti əhəmiyyətlidir.

Açar sözlər: modernizasiya, enerji səmərəliliyi, davamlı inkişaf, alternativ enerji, enerji intensivliyi.
Son illərdə dünyanın inkişaf etmiş ölkələri öz siyasətlərini daha çox davamlı inkişafı təmin etmək istiqamətində qururlar. İqtisadi inkişafın bir modeli olan davamlı inkişafda əsas məqsəd modern texnologiyalardan yararlanmaqla ətraf mühiti qorumaq şərtilə mövcud resurslardan insanların ehtiyacları üçün istifadə olunmasını təmin etməkdir. Modernizasiya enerji səmərəliliyinə aparır (1). Belə ki, bu resurslar istifadə olunarkən yalnız hazırkı vəziyyət deyil, eyni zamanda gələcək nəsillərin potensial ehtiyacları da nəzərə alınmalıdır. Müasir dövrdə enerjiyə və enerji resurslarına olan tələbatı nəzərə alsaq onda davamlı enerji siyasətinin nə qədər əhəmiyyətli olduğunu görə bilərik. Azərbaycanda enerji səmərəliliyi potensialı yüksək olduğundan modernizasiya başqa ölkələrdə müşahidə olunan geri qayıtma effekti (rebound effect) yaratmayacaq (2).

Davamlı enerji siyasəti əsas iki istiqamətdən ibarətdir. Bunlardan biri alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, digəri isə enerjiyə qənaət və enerji səmərəliliyinin artırılması siyasətləridir. Hər iki istiqamət modernizasiyanı vacib şərt kimi tələb edir. Ənənəvi enerji resurslarının emalı nəticəsində ətraf mühitə verilən ziyan, bu resursların tükənməsi və ölkələrin enerji təhlükəsizliklərini təmin etmək istəmələri davamlı enerji siyasətinin hər iki istiqaməti ilə bağlı tədqiqatların və layihələrin artmasına gətirib çıxarmışdır. Əksər neft-qaz ölkələrindən fərqli olaraq Azərbaycanda da son illərdə bu məsələlərə diqqət artırılmışdır və bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2004-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” və 2009-cu ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması bu istiqamətdə aparılan əsas işlərdəndir.

Davamlı enerji siyasətinin qeyd olunan iki istiqaməti bir-biri ilə çox əlaqəlidir və eyni dərəcədə əhəmiyyətlidir. Azərbaycanda ümumi enerji təchizatı 2008-ci ildə ən yüksək həddə çatmış, sonrakı iki il ərzində azalma müşahidə olunmuş və sonuncu 2011-ci ildə yenidən artmışdır. 2008-ci ildəki artımın əsas səbəbi Azərbaycanın ÜDM-nin əvvəlki illərə nisbətən kəskin artması, sonrakı iki il ərzində azalmanın səbəbi isə energetika sektorunda aparılan islahatlardır.

Ümumi enerji təchizatında əsas yeri son istehlak tutur. 2011-ci ildə son istehlak ümumi enerji təchizatının 58,2%-ni təşkil edib. Son istehlakdan sonra ikinci ən böyük payı isə 23,2%-lə transformasiya sektorunun prosesləri tutur. Transformasiya prosesləri təbii enerji resurslarının elektrik və istilik enerjisinə çevrilməsi prosesləridir. Bu sahədə son illərdə əsasən azalma müşahidə olunmuşdur ki, bu da energetika sektorunda aparılan islahatlarla əlaqəlidir. 2011-ci ildə ümumi enerji təchizatında itkilər və energetika sektoru müvafiq olaraq 9% və 7,5% təşkil etmişdi. İtkilərin payı son üç il ərzində azalsa da Avropanın inkişaf etmiş ölkələriylə müqayisədə hələ də xeyli böyük paya sahibdi.

Azərbaycanda enerji məqsədi ilə son istehlak 2011-ci ildə 7290,4 min ton neft ekvivalenti təşkil etmişdi. Azərbaycanda ən çox enerji istehlak edən sektor ev təsərrüfatlarıdır. Ev təsərrüfatlarının enerji məqsədli son istehlakda payı təxminən 50%-ə bərabərdir. Nəqliyyat sektorunun son istehlakda payı artan dinamikayla müşahidə olunur. 2011-ci ildə bu pay 27%-ə bərabər olmuşdur. Bunun əksinə olaraq sənaye sektorunun payında 2009 və 2010-cu illərdə azalma müşahidə olunmuşdur və 2011-ci ildə 13%-ə bərabər olmuşdur.

Ölkənin ümumi enerji səmərəliliyini dəyərləndirmək üçün dünya təcrübəsində onun enerji intensivliyi göstəricisindən istifadə olunur. Ümumi enerji intensivliyi ölkədə istehlak olunan enerji miqdarının onun ÜDM-inə nisbətinə bərabərdir və 1 dollar ÜDM üçün istifadə olunan enerji miqdarını göstərir.

Azərbaycanın 2000-2011-ci illər ərzində enerji intensivliyi göstəriciləri şəkil 1-də göstərilmişdir. Göründüyü kimi 2000-ci illə müqayisədə Azərbaycanda enerji səmərəliliyi göstəricisi xeyli yaxşılaşmışdır. Enerji intensivliyində kəskin azalmanın əsas səbəbi son illər ərzində ÜDM-in kəskin artmasıdır. Digər bir səbəb elektrik enerjisi istehsalında tamamilə təbii qazdan istifadəyə keçilməsi, sayğaclaşma kimi energetika sektorunda aparılan islahatlardır.



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə