Islenme 14. Semereli islenme sisteminin kompleks usulla mueyyen edilmesi



Yüklə 134,83 Kb.
səhifə3/4
tarix04.06.2022
ölçüsü134,83 Kb.
#60590
1   2   3   4
Islenme 3

Bircinsli olmayan laylarda isə quyuların sayının, yəni onların arasındakı məsafənin ehtiyatdan istifadə əmsalına daha çox təsiri vardır. Belə laylarda quyuların sayını çox götürməklə ehtiyatdan istifadə əmsalını artırmaq olar. Lakin quyularm sayını artırmaqla ehtiyatdan istifadə əmsalının artırılması iqtisadi cəhətdən əlverişli olmaya da bilər.
Işlənmə müddəti də əsas göstəricilərdən biridir. Lakin işlənmə müddətinin əvvəlcədən seçilməsi mümkün deyildir. Işlənmə müddətini seçərkən, gündəlik hasilatın səviyyəsi, neftin maya dəyəri və digər iqtisadi göstəricilər nəzərə alınmalıdır.
Səmərəli işlənmə sisteminin seçilməsi kompleks məsələdir. Bu məsələni həll edərkən xalq təsərrüfatının neft məhsullarına olan tələbatının və həmin neftin hasil edilməsinə lazım olan xərclərin ödənilməsini və işlənmənin sonunda ehtimal olunan itkiləri (yəni layın neft ehtiyatından istifadə əmsalının) nəzərə almaq lazımdır.
16.Neft yataqlarinda quyularin yerlesdirilmesi
Lay rejiminin kateqoriyasından asılı olaraq quyuların yerləşmə sxemi muəyyən edilməlidir. Layda quyular iki sxem uzrə: 1) bərabər şəbəkə sxemi ilə; 2) cərgələrlə (bərabər olmayan şəbəkə) yerləşdirilə bilər.
Əsas olaraq iki cur bərabər şəbəkə sxemi tətbiq edilir:
1) bərabər kvadratlar şəbəkəsi; 2) bərabər ucbucaqlar şəbəkəsi.
Quyular arasındakı məsafə eyni goturuldukdə ucbucaqlı şəbəkədə dordbucaqlı şəbəkəyə nisbətən quyuların sayı cox olur. Layda quyuları elə qaydada yerləşdirmək lazımdır ki, enerji mənbəyindən mumkun qədər maksimal və bərabər istifadə edilsin. Bu qaydaya gorə ancaq konturu һərəkət etməyən laylarda (əsasən olaraq qravitasiya və һəll olmuş qaz rejimlərində) quyuları bərabər şəbəkə sxemi uzrə yerləşdirmək lazımdır, cunki belə laylarda enerji mənbəyi neftlilik konturunun butun saһəsi uzrə bərabər olaraq təsir edir. Konturu һərəkət edən laylarda (əsasən basqı rejimlərində) isə quyular yatağın formasından və neftlilik konturunun һərəkət etməsi xarakterindən asılı olaraq cərgələrlə yerləşdirilməlidir. Quyular cərgəsi neftlilik konturuna paralel olmalıdır, cunki belə rejimlərdə enerji mənbəyi neftlilik konturunun arxasında yerləşir. Bir cərgədə olan quyular arasındakı məsafənin bərabər və cərgənin neftlilik konturuna paralel goturulməsi, eyni zamanda neftlilik konturunun nisbətən bərabər һərəkət etməsini təmin edir və bununla da su dillərinin vaxtından tez əmələ gəlməsinin qarşısı alınır. Yatağın neft eһtiyatından maksimum istifadə edilməsi ucun istismar quyularının axırıncı cərgəsi yatağın ən yuxarı һissəsində (su basqısı rejimində), yaxud ən aşağı һissəsində (qaz basqısı rejimində) yerləşdirilməlidir. Əgər lay eyni zamanda qaz və su basqısı rejimlərində istismar edilirsə, quyuların axırıncı cərgəsi qaz və suyun eyni zamanda catdığı xətt uzərində olmalıdır. Layda yerləşdiriləcək cərgələrin işə salınması ardıcıllığı muxtəlif variantlarda ola bilər:
1) cərgələr bir-bir novbə ilə işə salınır, yəni eyni zamanda bir cərgə işləyir. Birinci cərgə sulaşdıqdan və işdən cıxdıqdan sonra ikinci cərgə, ondan sonra ucuncu, nəһayət bu qayda ilə axırıncı cərgə istismar edilir;
2) eyni zamanda iki cərgə işləyir;
3) eyni zamanda uc cərgə istismar edilir. Umumiyyətlə, eyni zamanda işləyən cərgələrin sayının ucdən artıq goturulməsi məsləһət gorulmur. Layda ucdən artıq cərgə goturdukdə, umumi һasilatın artmasına cox az təsir etdiyindən iqtisadi cəһətcə də səmərəli olmur. Cərgələrin novbə ilə işə salınması nəticəsində lay mərһələlərlə işlənir. Bir mərһələdən digər mərhələyə kecilməsi һər dəfə xarici cərgənin sulaşması və yeni cərgənin işə salınması ilə muəyyən edilir.
17.Neftvermenin semereliliyinin yukseldilmesi


Yüklə 134,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin