Islenme 14. Semereli islenme sisteminin kompleks usulla mueyyen edilmesi


İşlənmə sistemi variantlarının əsas texniki gostəricilərinin muəyyən edilməsi



Yüklə 134,83 Kb.
səhifə2/4
tarix04.06.2022
ölçüsü134,83 Kb.
#60590
1   2   3   4
Islenme 3

İşlənmə sistemi variantlarının əsas texniki gostəricilərinin muəyyən edilməsi
Daha sonra hidrodinamiki hesabatlar aparilir. Hidrodinamik һesablamalar nəticəsində aşağıdakı məsələlər һəll edilir:
1)quyuların yerləşdirilməsi; 2) quyudibi təzyiqinin һesablanması; 3) injeksiya quyularının sayı, onların yerləşdirilmə qaydası, işci agentin miqdarı və onun vurulma təzyiqi muəyyən edilməlidir; 4) quyular və cərgələrin sayından, laya suni təsir prosesindən asılı olaraq laydan neft cıxarılmasının dəyişməsi dinamikası muəyyən edilir.
İşlənmə variantlarının iqtisadi gostəricilərinin muəyyən edilməsi
Səmərəli işlənmə sistemini muəyyən etmək ucun eyni zamanda secilmiş variantların aşağıdakı iqtisadi gostəriciləri də muəyyən edilməlidir: 1) əməyə tələbat; 2) metala tələbat; 3) kapital qoyuluşu; 4) istismar xərcləri; 5) neftin maya dəyəri.
Muxtəlif işlənmə sistemi variantlarının muqayisəsi və səmərəli işlənmə sisteminin secilməsi
Bele olduqda işlənmə variantlarının texniki-iqtisadi gostəricilərini muqayisə edərək tələb olunan һasilatı təmin edən, ən az xərc tələb edən, yuksək neft vermə əmsalı olan işlənmə sistemini secmək lazımdır.
15. Semereli islenme sisteminin meyarlari
İşlənmə sisteminin səmərəli olmasını müəyyən etdikdə aşağıdakı əsas göstəricilər birlikdə nəzərdən keçirilməlidir:
quyuların sayı və onların yerləşdirilməsi sxemi;
laya süni təsir üsulu;
işlənmənin sonunda ehtiyatdan istifadə etmə əmsalı;
işlənmə müddətində hasilatın dəyişməsi;
işlənmənin iqtisadi göstəriciləri.
Laya qazılacaq quyuların sayı az götürüldükdə bir quyuya düşən hasilat daha yüksək olar. Digər tərəfdən, quyuların sayını artırmaqla ümumi hasilat artır, bu isə işlənmə müddətinin azalmasına səbəb olur. Lakin quyuların sayının artması neftin maya dəyərinin artmasına cəbəb olur. Deməli, quyuların sayını müəyyən etdikdə iqtisadi göstəricilər də nəzərə alınmalıdır. Işlənmənin sonunda ehtiyatdan istifadə etmə əmsalının qiymətinə xüsusi fikir verilməlidir.
Lay bircinsli olduqda quyuların sayının, ehtiyatdan istifadə etmə əmsalına çox az təsiri vardır. Bircinsli layda ehtiyatdan istifadə etmə əmsalı layın iş rejimindən, hərəkət edən mayelərin özlülüyündən, lay təzyiqinin dəyişmə xarakterindən və başqa amillərdən asılıdır.

Yüklə 134,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin