İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


B. Dindaşlarımızın İslam şəriətinə inancı



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə3/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   2   3   4   5   6   7   8   9   ...   190
B. Dindaşlarımızın İslam şəriətinə inancı 
Tədqiqatçıların  əldə  etdiyi  nailiyyətlər  islamsevərlər 
tərəfindən mütaliə edildikdə, İslam şəriətinə inancları və 
bağlılıqları  daha  da  artar  və  şəriəti  sual  altına  aparan 
şəxslərlə disput zamanı, lazımı arqumentləri gətirməkdə 
əlləri  dolu  olar  və  halal  və  harama  riayət  etməyən 
şəxsləri işlərindən çəkindirməkdə daha müvəffəq olarlar. 
C. Dininiz yoxdursa, azad insanlar olun. 
Bu,  Aşura  günü  İmam  Hüseynin  (ə)  düşmənlərə 
söylədiyi  tarixi  cümlədir.  "Əgər  dininiz  yoxdursa,  (heç 
olmasa) dünyada azad insanlar olun (kişi kimi yaşayın), 
öz  çirkin  əməllərinizdən  əl  götürün".  Mən  bu  qiymətli 
sözün  əsasında,  İslam  və  hər  hansı  bir  dinə  mənsub 
olmayan  şəxslərə  xitabən  deyirəm:  dininiz  yoxdursa, 
İslamla bir işiniz yoxdursa, heç olmasa öz sağlamlığınızı 
düşünün və səhhətiniz üçün də olmuş olsa, İslamın əmr 
və qadağalarına riayət edin. 
Sonda bir neçə məqama toxunmaq istəyirəm. 
Birinci məqam: 
Bu  yazı  yalnız  bir  sıra  şəri  hökmlərin  cismi  zərər  və 
xeyirlərini vurğulamaq əzmindədir və şəriətdə yatmış bir 
çox  ruhi,  psixoloji,  iqtisadi,  ictimai,  ailəvi,  axirətlə  ilgili 
zərərləri bəyan etmək əzmində deyil. 
İkinci məqam: 
Şəri  hökümlərin  bütün  xeyirlərinin  bəyan  edilməsini 
iddia  etmirəm.  Bu  yazı,  günümüzə  qədər  həyata  keçmiş 
minlərlə  elmi  kəşfin  kiçik  bir  hissəsini  əks  etdirir,  tam 
şübhəsiz ki, yüzlərlə fayda burada gətirilməmiş və eləcə 


 

də  şəri  hökümlərin  gələcək  nəslin  əli  ilə  ixtira  ediləcək 
xeyli sayda mənfəətləri kəşf edilməmişdir. 
Üçüncü məqam:  
Vaciblər və müstəhəblər üçün qeyd edilən mənfəətlər, 
eləcə də haram və günahlar üçün sadalanan zərərlər, bu 
hökümlərin  şəriətdə  qoyulmasının  tam  və  qəti  səbəbi 
deyil,  əslində  onun  min  dəlilinin  biri  sayıla  bilər. 
Həmçinin, hətta o hökümlərin səbəbi də sayılmaya bilər. 
Bu  baxımdan,  deyilməməlidir  ki,  fülan  günahdan  fülan 
zərəri  dəf  etdik  deyə,  demək  o  günahı  həyata  keçirə 
bilərik. Misal olaraq, donuz ətininin yeyilməsində (onun 
ətini  yemək  haramdır)  bir  sıra  zərərlər  qeyd  etmişik. 
Müasir  elmin  tərəqqi  edərək  bu  zərərləri  donuz  ətindən 
götürə  bilməsini  fərz  etsək,  bu  donuz  ətini  yeməyin 
halala çıxması kimi mənimsənilməməlidir. Çünki, əvvəla: 
donuz  ətininin  yeyilməsinin  haram  olmasının  səbəbi 
yalnız onun  cismani zərərləri deyil, ola bilsin ki, burada 
psixoloji,  ruhi  və  s.  faktorlar  da  dəxildir.  İkinci  bir 
tərəfdən:  ola  bilsin  ki,  elm  100  il  bundan  sonra,  donuz 
ətininin  yeyilməsinə  dair  tədqiqatçıların  bu  günə  kimi 
xəbərdar  olmadıqları  zərəri  üzə  çıxarsın.  Necə  ki,  keçən 
illərə qədər bu zərərlərin bir çoxu onlara bəlli deyildi. 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin