İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə4/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   2   3   4   5   6   7   8   9   ...   190
Dördüncü məqam: 
Sağlamlığın  önəmi,  yaradılışın  məqsədini  uca  Allaha 
qovuşmaq  və  bu  mənəvi  yolu  qət  etmək  üçün  güclü  və 
sağlam  bədənə  ehtiyaclı  olduğumuzu  bildiyimiz  zaman 
üzə çıxır
1
. Xəstə bədənlə isə, bu yolu qət etmək, ya qeyri-
                                                 
1
 "Qəvvi  əla  xidmətikə  cəvarihi"  (İlahi  sənin  xidmətin  yolunda  bədənimi 
qüvvətləndir), "Kumeyl" duası. 


 

mümkün  və  ya  çox-çox  məşəqqətlidir.  Müqəddəs  şəriət 
sahibi  (Allah-taala)  və  başda  həzrət  Muhəmməd  (s) 
olmaqla  Allah  yolunun  hidayətçiləri  sayılan  məsum 
imamlar  bu  işə  xeyli  əhəmiyyət  vermiş  və  bütün  nurani 
göstərişlərində,  sağlamlığa  riayət  etməyi  buyurmuşlar. 
Ümumiyyətlə  İslam  dininin  göstərişlərində  bir  çox 
məsləhətlər  vardır  ki,  bunlardan  biri  də  bədənin 
sağlamlığına dair məsləhətlərdir. 
Məhəmməd  ibni  Sənan  İmam  Rzaya  (ə)  yazdığı 
məktubda  bildirir  ki,  Məkkə  camaatı  düşünürlər  ki, 
İslamın halal və haramları, kortəbii itaətdən başqa bir şey 
deyil və İslamın göstərişləri dəlil-sübütsuzdur. 
İmam Rza (ə) cavabında yazır:  
"Məkkə camaatı belə fikirdədirlərsə, yollarını azmışlar 
və  aşkar  zərər  onlara  üz  gətirmişdir.  Əgər  İslamın 
göstərişləri  kortəbii  olsaydı  və  hikmətli  Allah  dəlil  və 
səbəbsiz  hər  hansı  bir  şeyi  halal  və  ya  haram  etsəydi,  o 
zaman  həzrəti  Haqq  əksinə  göstəriş  verməli  idi,  belə  ki, 
halalları  haram  və  haramları  halal  etməli  idi.  Sonra  da 
camaatı  kortəbii  olaraq  namazı,  orucu  tərk  etməyə  və 
oğurluq  etməyə  və  qanunsuz  cinsi  əlaqələr  qurmağa 
vadar edərdi. Halbuki belə deyil". 
Sonra İmam buyurur:  
"Biz bilirik ki, Allah-taalanın halal etdikləri, insanların 
məsləhəti və xoşbəxtliyi üçündür və cəmiyyətin yaşaması 
bu 
halallara 
bağlıdır. 
Camaat 
bu 
halal 
işlərə 
ehtiyaclıdırlar  və  onlardan  heç  zaman  ehtiyacsız 
olmayacaqlar. Lakin haram işlər isə, cəmiyyətin fəsadına 
gətirib çıxarır və xalqı həlakət və məhvə sürükləyir". 


 

Daha sonra həzrət buyurdu:  
"İslam  hökmləri  necə  dəlilsiz  ola  bilər?!  Bir  halda  ki, 
hikmət sahibi Allah, yalnız insanın məsləhətinə və onun 
bədəninin  sağlamlığına  faydalı  olanları  halal  etmiş  və 
haramları  isə,  onlarda  zərər  və  fəsadın  mövcudluğuna 
görə haram buyurmuşdur".
1
 
Bəzi  insanların  həzrətin  bu  buyuruğuna  etimadı 
olmadıqlarını  nəzərə  alaraq,  bizim  bəhsimizin  mehvəri 
bir tərəfdən vacib və müstəhəblərin  və digər bir tərəfdən 
günah  və  məkruhların  bədəninin  fəsada  və  xəstəliyə 
düçar  olmasında  ifa  etdikləri  rolu  isbat  etmək 
istiqamətindədir.  Bununla  da,  Allahın  köməkliyi  ilə, 
bacardığımız qədər onların şübhələrini azaltmaq istəyirik. 
 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin