İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə8/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   4   5   6   7   8   9   10   11   ...   190
Paxıllıq və ölüm 
Bir kişi padşahın yanına gələrək dedi: Vəzirinə etdiyin 
bütün  bu  yaxşılıqların  qarşısında,  o  səni  məclislərdə 
pisləyir  və  deyir  ki,  padşahın  ağzından  pis  qoxu  gəlir. 
Padşah  dedi:  Bu  sözə  necə  inanım?  Dedi:  Onu  öz 
yanınıza  çağırtdırın,  əgər  sultanın  ağzının  üfunətli 
qoxusunu  duymamaq  üçün  əlini  ağzına  qoyduğunu 
müşahidə etsəniz, bilin ki mən doğru deyirəm. Paxıl kişi 
həmin gün vəziri evinə dəvət edərək, sarımsaqla dolu bir 
təamı süfrəyə gətirir, vəzir isə bu xörəyi yedikdən sonra 
padşah  onu  yanına  çağırır.  Vəzir  padşahın  yaxınında 
                                                 
1
"Nəhcül-Bəlağə"  (Feyz),  Hikmət  216,  "əl-Əcəbu  liğəflətil-həssad  ən 
“Səlamət”il-əcsad". 
2
 "Nəhcül-Bəlağənin  qaynaqları  və  sənədləri",  Nəcəf  çapı,  birinci  çap, 
c.4,səh.199, " əl-Həsədu yufnil-cəsəd". 
3
 "Fəslnameye behdaşt, rəvan" qış 1384 – cü il (h.ş), 14-cü sayı. 


 
12 
əyləşdiyindən əlini ağzına tutdu ki, padşah onun ağzının 
sarımsaq  qoxusunu  duymasın.  Padşah  öz-özünə  dedi,  o 
kişi düz deyirmiş. Padşah vəzirə qiymətli xələt bağışladı 
və  qulamlardan  birinə  versin  deyə  bir  məktub  da  ona 
verdi. Bayıra çıxdıqda paxıl dedi: Sultan səninlə neylədi? 
Vəzir dedi: Xələt verdi və xəzinədardan əlli  min dirhəm 
hədiyyə almaq üçün, bir yazı da verdi. Paxıl dedi: Yazını 
mənə  bağışla.  Vəzir  yazını  ona  bağışladı  və  o  paxıl, 
qulamın  yanına  gələrək  yazını  ona  verdi.  Qulam  dedi: 
Yazılmışdır  ki,  sizi  öldürüm,  başınızı  dərisini  soyaraq 
samanla  doldurum.  Paxıl  dedi:  Vallah  bu  yazı  məndən 
ötrü 
yazılmayıb, 
bir 
ayrısı 
üçün 
yazılmışdır, 
inanmırsansa  get  padşahdan  soruş.  Qulam  dedi: 
Padşahın əmrini yubatmaq olmaz. Beləliklə onu öldürdü. 
Ertəsi  gün  vəzir  padşahın  məclisinə  gəldikdə,  padşah 
məsələni  araşdırır  və  bəlli  olur  ki,  o  kişi  vəzirə  paxıllıq 
etmiş və öz çirkin əməlinin cəzasına da çatmışdır. 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin