İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı


IV. Müvafiq beynəlxalq sazişlər və digər materiallar



Yüklə 104,87 Kb.
səhifə18/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   14   15   16   17   18   19   20   21   ...   80
IV. Müvafiq beynəlxalq sazişlər və digər materiallar

A. Köləlik

1. Köləlik Haqqında 1926-cı il tarixli Konvensiya

137. 1926-cı ildə Cenevrədə imzalanmış Köləlik haqqında Konvensiya 07 iyul 1955-ci il tarixdə qüvvəyə minmişdir. Rusiya Köləlik haqqında Konvensiyaya 08 avqust 1956-cı ildə, Kipr isə 21 aprel 1986-cı ildə qoşulmuşdur. Sənədin giriş hissəsində iştirakçı Tərəflər aşağıdakı qaydada bəyan edirlər:

“Qul ticarəti və köləlik ilə əlaqədar Sen-Jermen-an-Le Konvensiyasının iştirakçiları tərəfindən aydın ifadə olunmuş niyyətlərin bütün dünyada səmərəli həyata keçirilməsi ... arzusunda olaraq və bu məqsədlə də həmin Konvensiyada nəzərdə tutulanlardan daha ətraflı tədbirlərin işlənib hazırlanmasının əhəmiyyətini qəbul edərək,

Bundan əlavə, məcburi əməyin köləliyə analoji hala çevrilməsinin qarşısının alınmasının vacibliyini nəzərə alaraq...”

138. 1-ci maddə köləliyin tərifini aşağıdakı qaydada verir:

“barəsində mülkiyyət hüququna aid bəzi, yaxud bütün səlahiyyətlərin həyata keçirildiyi şəxsin statusu və ya vəziyyəti”.

139. 2-ci maddəyə əsasən, iştirakçı tərəflər qul ticarətinin qarşısını almaq və ona qarşı mübarizə aparmaq və köləliyin bütün formalarının tədricən və mümkün qədər tez bir zamanda ləğv edilməsi barədə öhdəlik qəbul edirlər.

140. 5-ci maddə məcburi və ya icbari əmək şərtlərinə aiddir və inter alia, təsbit edir ki:

“Konvensiyanın Tərəfləri məcburi və ya icbari əməyə məcbur edilmənin faciəvi nəticələri ola biləcəyini qəbul edir və hər biri öz suverenliyi, yurisdiksiyası, müdafiəsi, suveren hakimiyyəti və ya himayəsində olan ərazi ilə əlaqədar məcburi və ya icbari əməyin köləliyə analoji hallara çevrilməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görmək haqqında öhdəlik götürürlər.”

141. 6-cı maddə Köləlik haqqında Konvensiyanın məqsədlərinin həyata keçirilməsi nöqteyi-nəzərindən, qanunvericilikləri qanun pozuntularının cəzalandırılmasına dair qüvvəyə minmiş müddəalara cavab verməyən Dövlətlərdən belə qanun pozuntuları ilə əlaqədar ciddi cəzaların tətbiq edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini tələb edir.




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin