Immun Patoloji Proseslər İmmun sistemiNİn patologiyasi


İnımun reaksiyalar mərhələsində



Yüklə 208 Kb.
səhifə6/25
tarix02.01.2022
ölçüsü208 Kb.
#2028
1   2   3   4   5   6   7   8   9   ...   25
İnımun reaksiyalar mərhələsində orqanizmə daxil ohrıuş allergen əleyhinə spesifık immun cisimciklər (anticisimciklər) yaranır. Orqa-nizmdə sintez edilən anticisimciyin xarakteri allergik reaksiyanm nö-vünü müəyyən edir. Belə ki, sürətli allergik reaksiyalar humoral anti-cisimciklərlə, ləng gedişli allergik reaksiyalar isə xüsusi anticisimciklə-rə (və ya rcseptorlara) rnalik olan immun hüceyrələrin fəaliyyəti ilə əlaqədardır. Allergik reaksiyanm əlamətləri və gedişi onu törədən an-tigenlə reaksiyaya girən immunoqlobulinin növündən asılıdır. İmmu-noqlobulinlərin 5 sinfı məlumdur: IgG, IgM, IgA, IgE, IgD.

Ällergik reaksiyalann xarakteri anticisimciklərin aşağıdakı xassə-lərindən asıhdır: 1) antigeniə biıiəşmək qabiliyyəti (bu xassə IgM-də ən yüksək, IgG-də isə ən aşağı səviyyədə olur); 2) anticisimciyin toxu-maya daxil olmaq qabiliyyəti - bu xassə immunoqlobulinlərin mole-kul ölçüləri ilə əlaqədardır, irimolekullu IgM toxumalara çətinliklə daxil olur; 3) anticisimciyin toxumalarda toplanma qabihyyəti - bu cəhətdən IgE-nin fəallığı xüsusilə yüksəkdir. Adətən IgE-nin əsas his-səsi toxumalarda toplanır, qanda isə onun qatıhğı nisbətən az olur. O, bazofilləıiə və tosqun hüceyrələrlə asanlıqla birləşir. Allergik anti-cisimciklərin fiziki-kimyəvi xassələrinə görə, presipltasiya edən və presiptasiya etməyən növləri vardır. IgM və IgG presiptasiya edən, IgE isə presipitasiya etməyən anticisimciklər qrupuna aiddir. Əvvəllər allergik reaksiyalarda iştirak edən anticisimcikləri orqanizmdə törət-dikləri dəyişikliklərə görə müxtəlif qruplara bölürdülər. Bu cəhətdən natamam anticisimciklər, reaginlər, dərl sensihilizasiyaedici anticisim-ciklər və s. ayırd edilirdi. Aniigenlə presipitasiya və aqlütinasiya reak-siyalan verməyən anticisimciklərə «natamam anticisimciklər» adı ve-rilmişdi. Onlan antiqlobulin serumlan vasitəsilə təyin edirdilər. Praustnis-Küstner smağı üzrə dəri-allergik reaksiyaları verən antici-simciklərə «reaginlər»adı verilmişdi. Bu smağm mahiyyəti belədir: al-lergik xəstəliyi olan insanm qan serumu sağlam insanın dərisi içərisi-nə yeridilir; 1 gündən sonra həmin sahəyə allergen daxil edilir. Xəstə-nin qan serumunda reagin tipli anticisimcik olduqda serumun və an-tigenin yeridildiyi sahədə ödem və hiperemiya meydana çıxır. Reagin-lərin əksəriyyəti E tipli immunoqlobulinlər sinfinə (az miqdarı isə IgG sinfinə) aiddir.

Ləng gedişli allergik reaksiyalarm törədicisi olan allergenlər orqa-nizmdə immun sistem hüceyrələri ilə əlaqəli anticisimciklərin yaran-masma səbəb olur. Güman edildiyinə görə, bu anticisimciklər sintez edildikləri limfositlərdən ayrılmır. Sensibilizasiyaya uğramış limfosit-lər orqanizmə təkrarən daxil edilən allergenin ətrafma toplanır. Onla-rm miqdarı nə qədər az olarsa, allergik reaksiyanm sürəti də bir o qə­ dər zəif olur. Lakin limfositlər toplandıqca, reaksiyanm sürəti artır. Bu reaksiyalar T-limfositlərlə əlaqədardır. T-limfositlərdə ləng gedişli allergik reaksiyalarm yaranmasmda yaxmdan iştirak edən bir sıra bioloji aktiv maddələr (limfokinlər) sintez edilir. Onlardan Lourensin keçiricilik amilini xüsusi qeyd etmək lazımdır. Bu amili sensabiüzasi-ya edilməmiş orqanizmə yetirməklə, onda passiv sensibilizasiya halı yaratmaq mümkündür.

Adətən bir sıra allergenlər orqanizmdə eyni zamanda həm humo-ral, həm də hüceyrəvi anticisimciklərin yaranmasma səbəb olur. Buna görə, allergik reaksiyalarm əksəriyyəti qarışıq xarakterli olur. Gell və Kumbs (1968) allergik reaksiyalarda hüceyrə, toxuma və orqanlarm zədələnməsinə səbəb olan immun mexanizmləri 4 əsas qrupa bölürlər:



I.Atopik reaksiyalar (yunanca: atopos - qeyri-adi, özgə) - bu reaksiyalara reagin tipli hüceyrə zədələnməlari, sürətli allergik reaksiyalar və b. adlar verilmişdir. Atopik reaksiyalarm ümumi mexanizmi belədir: orqanizmə aliergen daxil olduqda immun sistemin hüceyrələrində reagin tipli anticisimciklər sintez edilir. Onlar əsasən tosqun hüceyrələrdə və bazofillərdə fıksə olunur. Beləliklə, orqanizmdə allergenə qarşı həssaslıq (sensibilizasiya) əmələ gəlir. Orqanizmə təkrarən daxil olan allergen reaginlə birləşir. Bu birləşmələrin təsiri ilə tosqun hüceyrələrdən və bazofillərdən müxtəlif allergiya mediatorları xaric olur.Mediatorlar bir tərəfdən orqanizmin mühafizəedici reaksiyalarım stimulyasiya edir, digər tərəfdən isə ona patogen təsir göstərirlər. Onlarm patogen təsirləri allergik reaksiyalar üçün səciyyəvi olan tipik zədələnmələrin və xəstəlik əlamətlərinin meydana çıxması ilə nəticələnir. Allergik reaksiyalarm bu tipinə ümumi və yerli anafilaksiyalar aiddir. Yerli anafılaksiyalarm da 2 qrupu vardır: dərinin (övrə, Overi
fenomeni) və daxili orqanlarm (bronxial astma, pollinoz) anafiiaksiyaları.

  1. Sistotoksik tipti reaksiyalar (sitoliz reaksiyaları) - bu reaksiya-larda anticisimciklər antigen determinantma malik olan hüceyrələrlə reaksiyaya girir. Hüceyrələrin antigen determinantlarmm iştirakı ilə yaranan allergik reaksiyalara hemotransfuzion şok, yenidoğulmuşla-rm hemolitik xəstəliyi və b. aiddir.

  2. İmmun komplekslərin reaksiyaları - bunlara Artyus tipli reaksi-yalar da deyilir. Çünki, bu mexanizm Artyus fenomeninin əsasmı təş-kil edir. Bu reaksiyaları törədən antigenlərin təsiri ilə orqanizmdə presipitasiyaedici anticisimciklər sintez edilir (presipitasiyaedici anti-cisimciklər əsasən A və M tipli immunoqlobulinlərdən ibarətdir). Bu anticisimciklər qanda və hüceyrəarası mayedə müvafiq antigenlərlə reaksiyaya girir. Əmələ gələn mikropresipitatlar damar divarmda və damarətrafı sahələrdə toplanır. Bunun nəticəsində mikrosirkulyasiya pozulur və toxumalarda müxtəlif xarakterli zədələnmələr (nekroza qədər) meydana çıxır. Bu reaksiyalarda komplement sistemi, lizosom fermentləri, superoksid radikalları və kallikrein-kinin sistemi iştirak edir.

  3. IV. Ləng tipli yüksək həssaslıq reaksiyaları. Bu reaksiyalarm mexa-nizmində sensibilizasiya uğramış T-limfositlər əsas yer tutur. Güman edildiyinə görə, T-limfositlərdə xüsusi anticisimcik növləri və ya re-septoıiarı olur. T-limfositlər bu anticisimciklər vasitəsilə antigenlərlə birləşir. Ləng tipli yüksək həssaslıq reaksiyalarmm mexanizmində sərbəst anticisimciklər iştirak etmir. Bu reaksiyaİarda iştirak edən limfositlərdə xüsusi fizioloji aktiv maddələr - limfokinlər sintez edilir. Limfokinlər hüceyrələrin zədələnməsinə səbəb olur və faqositləri pro-sesə cəlb edir. Limfokinlərin bir qrupu makrofaqlarm və polimorfnü-vəli hüceyrələrin allergen olan nahiyəİərə miqrasiyasmı (xemotaksis yolu ilə) sürətləndirir, digər qrupu isə onların faqositar aktivliyini ar-tınr. Bundan əlavə. limfokinlərin sitotoksik təsir göstərən və hüceyrə fəaliyyətini zəifiədən növləri də vardır.


Yüklə 208 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin