Immun Patoloji Proseslər İmmun sistemiNİn patologiyasi



Yüklə 208 Kb.
səhifə4/25
tarix02.01.2022
ölçüsü208 Kb.
#2028
1   2   3   4   5   6   7   8   9   ...   25
Qeyri-infeksion mənşəli allergenhr: a) məişət allergenləri (mənzil tozu, kitabxana tozu və s.); b) epidermal allergenlər (yun, tük, epider-mis hüceyrələri); c) dərman allergenləri (antibiotiklər, sulfanilamid preparatları və s.); ç) istehsalat mənşəli kimyəvi maddələr (ursol, ben-zol, formalin və s.); d) tozcuqlar (ot, çiçək və ağac tozcuqları); e) qida allergenləri.

  • İnfeksion mənşəli allergenhr: a) bakterial allergenlər (bakteriyalar və onlarm həyat fəaliyyəti məhsulları); b) göbələkciklər; c) viruslar.

    Endogen allergenlər (endoallergenlər) isə orqanizmin özündə əmə-lə gələn allergenlərdir. Onlar təbii (ilkin) və qazanılmış (ikincili) ol-maqla, 2 qrupa bölünür. Endoallergenlərin əsas növləri 4-cü sxemdə təsvir edilmişdir.

    Təbii endoallergenlərə bəzi toxumalann (göz bülluru, sinir toxıı-ması, endokrin vəzilər) dəyişikliyə uğramamış zülallan aiddir. Bıı to-xumalann fızioloji izoiyasiyası pozulduqda (zədələnmə nəticəsində) immunokompetent hüceyrələrdə onların zülallarınm əleyhinə təsir göstərən autoanticisimciklər yaranır. Belə güman edilir ki, normal halda immunokompetent hüceyrələrdə orqanizmin öz zülallanna qar-şı anticisimciklərin yaranmaması xüsusi ləngidici amillərin (immuno-repressorlar) təsiri ilə əlaqədardır. Bu cəhətdən təbii endoallergenlər (autoallergenlər) qrupuna aid olan toxumalarm zülalları müstəsnalıq təşkil edir. Bu toxumalar embrional dövrdən etibarən immunokom-petent hüceyrələrlə təmasda olmur. Buna görə, orqanizmdə həınin to-xuma zülallarımn spesifık immunorepressorları əmələ gəlmir və fərdi həyatın sonrakı mərhələlərində immun sistemin hüeeyrələri göstərilən zülalları «yad» kimi qəbul edir.

    Qazanılmış qeyri-infeksion autoallergenlər fiziki, kimyəvi və başqa amillərin orqanizmin toxumalarma təsiri nəticəsində əmələ gəlir. Bəzi dərman maddələri də autoallergenlərin yaranmasına səbəb ola bilər. Orqanizmin zülalları bu maddələrlə birləşdikdən sonra antigen xassə-si əldə edir.

    İnfeksion mənşəli autoallcrgenlər kompleks və sadə olmaqla 2 qru-pa bölünür. Kompleks autoallergenlərə infeksion amillə toxuma zü-lallarmm kompleks (toxuma-mikrob, toxuma-toksin) birləşmələri və ya konyuqatları (toxuma və mikrob, toxuma və toksin) aiddir. Kom­ pleks autoallergenlərin təsiri ilə əmələ gələn anticisimciklər həm komplekslərin özləri ilə, həm də onların tərkibinə daxil olan mikrobla birləşə bilər. Sadə autoallergenlər viruslarm orqanizmin hüceyrələrinə təsiri nəticəsində dəyişikliyə uğramış zülallardır. Bu antigenlərin əley-hinə olan anticisimciklər yalnız onlarm özləri ilə reaksiyaya girir, ay-rılıqda na hüceyrə ilə, nə də viruslarla birləşə bilmir.

    ALLERGİK REAKSİYALARIN TƏSNİFATI.Allergik reaksiyalarm müxtəlif təsnifatları məlumdur. Onlardan Kukun (1930) təsnifatı daha geniş yayılmışdır. Bu təsnifata görə, al-lergik reaksiyalar 2 qrupa bölünür: 1) sürətli və 2) ləng gedişli reaksi-yalar.

    Bu təsnifatm əsas göstəricisi sensibilizaliyaya uğramış orqanizmin allergenlə təmasda olduğu dövrdən allergik reaksiyalarm meydana çıxdığı ana qədər keçən müddətdir. Antigenin təkrarən orqanizmə daxil olduğu vaxtdan sonrakı 15-20 dəqiqə ərzində yaranan reaksiya-lar sürətli, 1-2 gün sonra yaranan reaksiyalar isə ləng gedişli allergik reaksiyalar hesab edilir. Anafilaktik şok, Overi fenomeni, övrə, Kvin-ke ödemi (angionevrotik ödem), sreum xəstəliyi, bronxial astmamn qeyri-infeksion forması, pollinoz və s. sürətli allergik reaksiyalar qru-puna aiddir. Ləng gedişli allergik reaksiyalara bakterial mənşəli aller-giyaları (tuberkulin tipli reaksiyalar), transplantatm aynlma reaksi-yasını. kontakt dermatitini və b. misal gösrəmək olar.

    Yuxarıda təsvir edilən təsnifat indi də işlədilir. Lakin o, allergik reaksiyalarm bütün növlərini əhatə etmir; bəzi allergik reaksiyalarm ilk təzahürləri allergenin orqanizmə daxil olduğu andan 4-18 saat sonra meydana çıxır. Buna görə, sonralar allergik reaksiyalarm pato-genetik təsnifatları təklif edilmişdir. Belə təsnifatlardan biri A.D.Adoya (1970) məxsusdur. O, orqanizmin həssashğmm yüksəl-məsi ilə əlaqədar olan reaksiyaları həqiqi və yalançı (psevdoallergiya) olmaqla, 2 qrupa bölür. Həqiqi allergik reaksiyalar qrupuna inkişaf mexanizmi immun dəyişikliklərlə əlaqədar olan yüksək həssaslıq reaksiyaları aiddir. Orqanizmin həssashğınm iımnunitetlə əiaqədar olmayan yüksəlməsi isə psevdoallergiya hesab edilir. Həqiqi allergik reaksiyalar da immunoloji mexanizmlərinə görə 2 qrupa bölünür: 1) ximergik (hymor - şirə) reaksiyalar - bunlarm inkişafı allergenlə anti-cisimciyin qarşılıqh təsirindən asıhdır; 2) kitergik reaksiyalar - aller-genin sensibilizasiya olunmuş limfositlərlə birləşməsi nəticəsində inki-şaf edir. Sonralar A.D.Ado (1978) öz təsnifatmı təkmilləşdirərək, al-lergik reaksiyalarm immunoloji mexanizmlərinə daha geniş yer ver-mişdir. Ximergik reaksiyalarm anticisimcikləri B-limfositlərin iştirakı ilə sintez edildiyinə görə, onlara «B-limfositlərlə əlaqəli reaksiyalar» deyilir. Onlar anticisimciklərinin aid olduğu immunoqlobulin sinlınə görə A, C, E və M-qlobulin reaksiyalarma bölünür. Kitergik reaksi-yalara T-limfositlərlə əlaqəli olan reaksiyalar» adı verilmişdir.


    Yüklə 208 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   25




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin