İlhami Cəfərsoy İber və H’ay folklorunda türk miFİk təFƏKKÜRÜNÜN İZLƏRİ baki 2014 Elmi redaktor: Tofiq Hacıyev



Yüklə 4,15 Mb.
səhifə3/9
tarix31.01.2017
ölçüsü4,15 Mb.
#7246
1   2   3   4   5   6   7   8   9

Karaman dastanı iber dilində
Albaniya və İberiya xalqlarının yaratdıqları yazı­lı və şifahi ədəbiyyat nümunələrinin çoxu zəmanəmizə qədər gəlib çatmamışdır. Bu da ondan irəli gəlir ki, insanlar yeni dinləri qəbul edərkən əski adət-ənənələ­rini unudurdular.

X


Xristianlığın yayılması ilə Albaniya və İberiyanın qədim mədəniyyəti, yazılı və şifahi ədəbiyyatı məhv edilmişdir.
ristian missionerlər səcdəgah yerlərini dağıdır, ağac pirləri kəsdirirdilər (Albaniya tarixi 1993). Anak oğlu Qri­qori ay, ulduz məbədlərini çökdürür, yerində kilsələr tikdirirdi (Гагошидзе 1964. 93). Müqəddəs Ninanın fitvası ilə məbədlər dağıdılır, bütlər sındı­rılırdı. Bu ba­rədə Saruq nəslindən Yaqubun (V əsr) “Bütlərin yıxılması haqqında dastan” əsərində geniş məlumat verilir (Марр 1897. 303; Марр 1901. 25).

Xristianlığın yayılması ilə yalnız məbədlər dağıdılmır, xristianlıqdan öncəki qədim mədəniyyət, yazılı və şifahi ədəbiyyat məhv edilirdi (Берзенов, Дондуа 1958. 247).

Ancaq kilsə ilə mübarizədə olan saray çətinliklə bəzi ədəbi nümunələri tərcümə etdirir, qoruyub saxla­ya bilirdi. Vilayət hakimlərinin hima­yəsi altında baq­rationların gəlişinə qədər Kala, Ucar­ma, Kərəm, Bazar, Safar şəhərlərində kitabxanalar ya­radılmış, şərq ədəbiyyatının seçmə nümunələri yerli dillərə tərcü­mə edilmişdi (Джанашвили 1900. 20, 77; Бакрадзе 1878. 362; Га­башвили 1949. 6). Həmin nümunələr­dən biri Kara­man dastanıdır. Karaman dastanı iber di­linə “Kara­maniani” adı ilə tərcümə olunmuşdur (Марр 1895. 222-223; Хаханов 1901. 9-20; Джанашвили 1908. 86).

Gürcü tədqiqatçıları yazırlar ki, dastan VIII əsrin ortalarına yaxın David Orbeliani (633-744) tərəfindən tərcümə edilmişdir. Ancaq həmin tədqiqatçılar əsərin hansı dilə tərcümə olunması haqqında susurlar (Джа­нашвили 1908. 86, 91).

Güman edirik ki, Karaman dastanı ya iber dilinə, ya da Orbeliani nəslinin danışdığı dilə – türk ləhcələ­rindən birinə tərcümə olunmuşdur.

D
Karaman dastanı VIII əsrdə tərcümə olunmuş, sonra orijinalı məhv edilmişdir.


astanın tərcüməçisi David Orbeliani iber de­yildi. Şərqi Türküstanın Çen Bakur nəslindən idi. On­lar İberiyaya gəlib, çar Parnavazın zamanında İberi­yanın birləşmiş qoşunlarının baş komandanı oldular. Onların gəlişinə qədər iberlər sasanilərə məğlub olub, dağlara qaçmışdılar. Orbeliani sərkərdələri farsları öl­kədən qovaraq İberiyanı əsarətdən qurtardılar (Патка­нов 1883. 251. 253). Orbelianilərin dilində yazılan salnamələr əlimizdə yoxdur. Başqa ədəbi nümunələr kimi (Марр 1906. 33; Шота Руставели 1885. 1-2) onlar da məhv edilmişdir. Ancaq belə bir fakt danıl­mazdır ki, Orbeliani nəsli türk olmuş, xristianlığı qə­bul etsələr də, uzun zaman onlar öz dillərini, adət-ənənə­lərini unutmamışlar.

David Orbeliani Karaman dastanını öz dilinə yox, İber dilinə də tərcümə edə bilərdi. Çünki o zaman rəsmi kilsə dili İber dili idi. Ancaq İber dili də indiki gürcülərin dili deyildir (Глонти 1936. 40; Блей­хштейнер 1936. 188, 189; Марр 1925. 3-70).

İ
İber və türenlər indiki gürcülərin əcdadları deyillər.
ndiki gürcülərin dili qədim sami dillərinə uy­ğundur (Шор 1931. 227). İber dili isə Yafəs dillərin­dən biri olub, türk, sami və hindavropa dillərinin qatışması nəticəsində yaranmışdır (Шор 1931. 227; Марр 1925. 3-70).

İ.İ.Şopen yazır ki, iber və türenlər Kartvel de­yillər. Onlar tamamilə başqa mənşəli xalqlardırlar (Шо­пен 1866. 200). İberlərin qeyri-gürcü mənşəyini başqa tədqiqatçılar da təsdiq edirlər... A.Qlontiyə görə, iberlərlə gürcülər qohum deyillər. Gürcüstanın ən qə­dim xalqı olan iberlər (Патканов1883. 201) Qafqaza şərqdən gəliblər. Sonralar baqrationlar onları gür­cüləşdirdilər ( Блейхштейнер 1936. 188, 189).

Nəzərə alsaq ki, iberlərin özləri Xəzər dilində danışırdılar (Шопен 1866. 328), onda qarşıya şıxan 3 suala cavab tapılmalıdır: - 1. Karaman dastanı iber­lərin şifahi dilinə – Xəzər dilinə tərcümə edilmişdir. 2. Das­tan iberlərin yazılı dilinə – kilsə dilinə tərcümə edilmişdir. 3. Dastan tərcüməçinin öz dilinə – Çin türkcəsinə tərcümə edil­mişdir. Bütün bu suallara o za­man cavab tapa bilərik ki, dastanın özü və ya tər­cüməsinin ilkin variant­larından biri əldə olsun.

Gürcü tədqiqatçıları dastanın hansı dildən çevril­məsi barədə də eyni fikrə gəlməyiblər. Bəziləri onun ərəb (Марр 1895. 229), bəziləri isə fars (Буачидзе 1983, 275, 277) dilindən tərcümə olunduğunu iddia edirlər. Eyni zamanda Karaman tayfasının dili və etnik mənsubiyyəti haqqında bir söz demirlər. Çox sadə yol­la – əsəri Karamaniani adlandırmaqla özəlləşdir­mək istəyirlər (Джанашвили 1908. 86; Буачидзе 1983. 275).

Karamaniani Urum çarı Karamanınm dastanıdır. Urartu mixiziyalı abidələrindən qalma -iani şəkilçisi aidlik, mənsubluq anlamı yaradır (Мещанинов 1978. 136).

G
Karaman Urum çarıdır. Urum adı altında bir çox xalqlar gizlənirlər.


ürcü tədqiqatçıları dastanın kim tərəfindən ya­zılması haqda da susurdular. İddia edirlər ki, o, ano­nim müəllif tərəfindən yazılmışdır (Буачидзе 1983. 275). Əlimizdə müəyyən sənəd olmasa da, biz o fikir­dəyik ki, dastan Karaman tayfasının öz ozanları tərə­findən yaradılmış, VIII əsrdə ərəb, XIV əsrdə fars di­linə tərcümə olunmuşdur.

Karaman tayfasının türkülüyünü sübut etməyə ehtiyac yoxdur. Onlar elmi ədəbiyyatda türk kimi qəbul edilmişlər (Bakıxanov 1951. 25; Faruk Sümər 1992. 151-176). Yeganə problem onların nə zamandan Azərbaycan və Anadoluda yaşaması məsələsidir. Hə­min suala cavab tapılmadan dastanın nə zaman və kim tərəfindən yara­dılmasını müəyyənləşdirmək çətindir.

Tarixçilərin ümumiləşmiş fikirlərinə görə, kara­manlar Anadoluya XI əsrdə səlcuqların tərkibində Arandan gəlmişlər (Faruk Sümər 1992. 154; Cavad Heyət 1993. 129; Rəşidəddin 1992. 61).

Əslində isə onlar Azərbaycanda və Türkiyə əra­zisində eradan qabaq II-I minilliklərdən yaşayır­dılar. IV-VI əsr xristian Suriya salnamələrində göstə­rilir ki, eradan öncə 227-ci ildə Makedoniya imperi­yası süqut etdi. Ön Asiyanın bir çox tayfaları ilə yana­şı karaman­lılar da azad oldular (Гусейнов 1960. 28). Bu məlu­mat göstərir ki, karamanlılarınən qədim qolu Anado­luya səl­cuqlarla gəlməmişdir. Aranda, Anadoluda çox­dan yaşamış, səlcuqlar gələndə onlara qoşulmuşdur.

Karamanlılar haqqında daha qədim bilgilər “Eneida” poemasında verilir. Publi Maron Vergili (I əsr) yazır ki, Troyanın işğalından sonra Kiçik Asiya­nın bir çox tayfaları, o cümlədən karamanlar Şimali Afrikaya köçmüşlər (Энеида 1933. 21).

N
Eneida” poemasında karamanların Şimali Afrikaya köçdükləri göstərilir.


əzərə alsaq ki, Troya şəhəri eradan öncə 1260-1254-cü illərdə işğal olunmuşdur, onda karamanların Ön Asiyanın ən qədim etnoslarından biri olduğuna şübhə yeri qalmır. Deməli, Anadolu türklüyünün cəsur nümayəndəsi olan karamanlar (Faruk Sümər 1992. 171) köçəri bir oymaq kimi daim hərəkətdə olmuş, Nil vadisindən tutmuş Çin Türküstanına qədər min km.-lərlə uzanan çöllərdə at oynatmışlar.

K
Karaman oğlu Mehmet bəy türk dilini dövlət dili səviyyəsinə qaldırdı.


aramanların bir qolu Anadoluda, biri Alba­niyada qalmış, az bir hissəsi Akman tayfası ilə birlikdə Xəzər dənizinin şərqinə köçmüşdür. Ancaq burada on­lar şeyx Əhməd Yəsəvinin oğlunu öldürdü­lər və şey­xin lənəti ilə yoluxucu xəstəliyə düçar olub, Çin Türküstanına köçdülər (Fərhad Zeynalov 1981. 289; Faruk Sümər 1992. 158, 164).

Anadoluda qalanlar uzun müddət monqollarla qanlı döyüşlər apardılar. Özlərini və digər soydaşlarını əsarət altı­na düşməyə qoymadılar. Türk dilini Kon­yada dövlət dili elan edən Mehmet bəy onların qüd­rətli başçı­larından biridir (Faruk Sümər 1992. 171; Cavad Heyət 1993. 129).

XV əsrdə Gəncədə Stepannos adlı bir xəttat var­dı. O, sifarişlə kilsə salnamələrinin üzünü köçürürdü. Xəttatın atasının adı Karaman idi (Марр 1895. 13). Bu onu göstərir ki, Bərdə və Gəncədə yaşayan karaman­ların bir hissəsi xristianlıqdan dönməmişdir.

Ola bilsin ki, David Orbeliani xristian karaman­ların dilindən yazıya alınan dastanı iber dilinə tərcümə etmişdir. Dastanın tərcüməsində deyilir ki, Karaman Urum ölkəsinin çarıdır (Марр 1895. 229).

Bu məqamda “Karamaniani” və “Oğuznamə” dastanlarındakı bir məlumat üst-üstə düşür. Fəzlullah Rəşidəddin yazır ki, karamanlar Urum türkmənləridir. Onlar sonradan Səlcuq Sultanı Toğrul bəyə qoşulmuş­dur (Oğuznamə 1992. 61).

Fikrimizcə dastan çox sonralar fars dilinə tər­cümə olunmuşdur. XV əsrdə o, yeni tərtib olunan “Rusuda­niani” kitabının tərkibinə daxil edildi. “Rusu­daniani” 12 nağıldan ibarət idi. Onlardan biri “Kara­mania­ni”dir.

X
Təbrizli erməni Xaçaur dastanını italyan dilinə tərcümə etdi, əsər xristian ədəbi abidəsi kimi Avropada yayıldı.
V əsrin sonlarında Təbrizli erməni Xaçatur “Karamaniani” daxil olmaqla 12 nağılı fars dilindən italyan dilinə çevirdi. Həmin nağıllar İtaliyada və ar­dınca başqa Avropa ölkələrində yayıldı (Марр 1895. 222; Буачидзе 1983. 277).

Man, Karaman və Akman totemik ad olub, qo­yuna sitayişlə bağlıdır. Karamanlıların (sonra qara­qoyunluların) bayrağında qara qoçun, akmanlıların (sonra ağqoyunluların) bayrağında ağ qoçun təsviri olurdu. Mahmud Kaşğarinin “Divan”ında man sözü qoyun mənasında verilmişdir (MK III, 2006. 157).

Sarı Aşığın bir bayatısında deyilir:

Aşıq qaramanlıdır,

Üzün qara manlıdır.

Yarın soyuq üzündən

Yenə qar amanlıdır.

Aşıq, özünün dediyi kimi, ya Qaraman nəslin­dəndir, ya da o, Qaraman elinə qoşulan Sarı nəslindən çıxmışdır. Sarı nəsli əvvəllər qaramanlıların müttəfiqi olmuşdur.

Sarı ölkəsi Karaman dövlətinin qonşusu idi. Mərkəzi şəhəri Saruq və ya Sərab olan həmin ölkə Aranın (sonrakı Sultaniyyənin) şimalında yerləşirdi.

“Karamaniani” dastanında deyilir ki, Karaman və Sarı çarlığının birlikdə uzunluğu 6 aylıq yoldur (Хаханов 1901. 9, 21); Эрнст Ренан 2750. 69; Вел­ль­гаузен 1909. 278). Karaman ölkəsi isə o zaman Tavr dağlarından qərbə, Sarı ölkəsi şərqə doğru uza­nırdı (Квинта Курция 1750. 204, 263).

Belə görünür ki, Karaman və Sarı ölkələri nə zamansa Orta Anadolunun cənubundan başlamış, Təb­rizə qədər uzanmışdır. Sarı ölkəsi sonrakı Sərab maha­lıdır.

B
Musa Xorenliyə görə, Abqar, yəni Karaman h’aylar üzərində hökmran olmuşdur.


elə hesab edirik ki, totemi qoyun olan ən qədim etnos Man olmuş, sonra o, Karaman və Akman qolla­rına ayrılmışdır. İndiki Urfa mahalında yerləşən Edes­sa şəhərinin ilk xristian hakimi Abqarın (177-212) to­tem adı Man olmuşdur. Bəziləri Man etnik adını Man, bəziləri bar Manu kimi oxuyurlar (Касумова 2005. 31).

Bar vaxtilə akkadların müharibə tanrısı olmuş­dur. Sonrakı sami dillərində mar “ağa” sözü var ki, o, bar teonimindən törəmişdir. Çar Abqarın bar Manu adı totemi man, yəni qoyun olan deməkdir.

Şota Uruztavelinin poemasında olduğu kimi, Ka­raman dastanında çox qədim adət-ənənələ­rimizin, əski inanclarımızın izləri qalmaqdadır. Onla­rın öyrə­nilməsi qədim dövr Azərbaycan ədəbiyyatının bir çox qaranlıq məqamlarına aydınlıq gətirəcəkdir.

Eyni zamanda, dastanda türk dillərinin arxaik leksikasının bəzi nümunələri qalmışdır. Epos­dakı etnoqrafik leksika xüsusilə maraq doğurur. Əsər­də kozi, naqara, çincila, tanbur, çenci və b. musiqi alətlərinin adı çəkilir (Хаханов 1901. 24). Əsərdə Şerok (Saruk), Kais (Qeys), Urum (Anadolu) və s. kimi ölkə və şəxs adları vardır (Хаханов 1901. 9, 20, 23, 25). Bütün bunlar arxaik leksikamızın dəyərli nümu­nələri kimi tədqiq olunmalıdır.

D
Dastanın tərcüməsində arxaik türk leksikasının çoxlu nümunələri qalmışdır.
ünya ədəbiyyatının ən gözəl nümunələrini öz dilinə çevirmək, ondan faydalanmaq hər bir millətin haqqıdır. Ancaq tərcüməni nəşr edib, əsərin orijinalını yandırmaq heç kəsə baş ucalığı gətirməz.

“Mehr və Müştəri”ni “Miriani” adlandırıb, Əssar Təbrizini danmaq əxlaqa və qanunlara sığmır.

Bizim borcumuz atalara hörmətdir. Ancaq atala­rın səhvlərini düzəltmək də bir yük kimi çiynimizdə qalır.

Azaflı


Yürusəlim sarayının kansleri İoaxim ben-Asafın (e. ö. 701-ci il) möhürü

Yaqub Çortaveli

Şuşanikin iztirabları
V
Müqəddəs Şuşanik ata xəttilə Çin Türküstanındandır
əsrdə Çor nəslindən Yaqubun qələmə aldığı “Müqəddəs Şuşanikin iztirabları” aqioqrafik abidəsi (Ломтатидзе 1958. 263; Кекелидзе 1973. 82-83) ədə­biyyat tariximizin qiymətli nümunələrindən biridir. Erməni tədqiqatçıları onu öz dillərinə tərcümə edib (Меликсетбеков 1939. 3), əlyazmasını məhv et­dilər.

Qədim erməni dilinə çevrilən əsər 2 redaktədə - yığcam və geniş variantda bizə gəlib çatmışdır (Ме­ликсетбеков 1939. 3). Erməni və gürcü filoloqları 100 ilə yaxın əsərin kimə məxsusluğu haqqında söz savaşı apardılar. Axırda bu nəticəyə gəldilər ki, “Şu­şanikin iztirabları” onların ortaq ədəbi abidəsidir.

Azərbaycan filoloqları bu barədə kəlmə belə yazmadılar. Hələ də çoxlarımız Şuşanikin adı gələndə üzümüzü yana çeviririk. Halbuki o, ata xəttilə Çin türklərindən olub, İberiya hakimi Ər Şuşanın evinə gə­lin gəlmişdir. Yuli Sezarın qızına Yuliana deyildiyi kimi, Ər Şuşanın qızları və gəlinləri Şuşanik soy adını daşıyırdılar.

Ü
Ermənilər əsəri öz dillərinə çevirib, əlyazmasını məhv ediblər.


mumiləşmiş “elmi” nəticələrə görə, “Şuşanikin iztirabları” qədim gürcü, yəni iber dilində yazılmış, sonra qədim erməni – h’ay dilinə tərcümə olunmuşdur (Меликсетбеков 1939. 3; Кекелидзе 1973. 83).

İ
Yaqub əsəri türk dillərinin Çor ləhcəsində yazmışdır.


stər-istəməz belə bir suala cavab axtarırsan: – Əgər V-VII əsrlərdə erməni və gürcülərin rəsmi yazılı dilləri bir-birindən fərqlənmirdisə (Патканов 1883. 199-265), onu tərcümə etmək nə dərəcədə ağla­batandır?

Güman edirik ki, Yaqub Çortaveli əsərini özü­nün da­nışdığı Çor dilində yazmış, sonra əsər qədim erməni və gürcü dillərinə tərcümə edilmişdir. Əgər belə deyil­sə, əsərin əsli niyə saxlanmamışdır? Hələ XIX əsrin ortalarında M.Brosse və İ.Senkovski nəinki V-VII əsr kilsə salnamələrinin, hətta XII əsr abidəsi “Bars dəri­si” poemasının gürcü dilində yazılmasına şübhə ilə yanaşmışdılar (Сенковский 1859. 172). Bir halda ki, İberiya iberlərin və orada yaşayan başqa xalqların çoxtayfalı dövləti idi (Сенковский 1859. 174-175; Броссе 708. 5; Шота Руставели 1885. 20), o zaman ölkədə XII əsrə qədər çoxdilli ədəbiyyatın mövcud olduğu şübhə doğurmur. N.Y.Marr yazır: XII əsrə qədərki gürcü ədəbiyyatı yalnız gürcülərin ədəbiyyatı deyildir. Həm də Gürcüstanda yaşayan başqa xalqların mənəvi mədəniyyət abidələridir.

O
İberiya çoxtayfalı ölkə, iber ədəbiyyatı çoxdilli ədəbiyyat idi.
nu da nəzərə almaq lazımdır ki, “Şuşanikin iztirabları” öz süjetinə, məzmununa görə başqa kilsə ədəbiyyatından fərqlənir. Bunu hətta ən tanınmış er­məni alimləri etiraf edirlər (Абегян 1975. 190, 191).

B
Şuşanik dara düşəndə xristian müqəddəslərə yox, əcdadları­nın ruhlarına yalvarır.


ütün kilsə salnamələrində xristian qızla­rın qey­ri-xristian ölkələrə ərə verilməsindən, orda çəkdikləri əzablardan bəhs olunur. Şuşanik isə öz evindədir. O, öz düşüncəsinə, əxlaqına görə, heç əməl­li-başlı xris­tian da deyildir. Onun iztirablarına səbəb ərinin öz doğma qızı ilə evlənmək istəyidir (Абегян 1975. 191, 192, 195).

Ə
Bars xan Bərdədən İberiyanı idarə edirdi.


r Şuşa (Касумова 2005. 73), daha sonra oğlu Bars xan II Yəzdigerdin (438-457) sarayına çağırılmış, onlar sasanilərin dinini qəbul etmək şərtilə Arana və İberiyanın şərqinə hakim təyin olunmuşdular (Патка­нов 1883. 259; Берзенишвили, Дондуа 1958. 250; Кекелидзе 1973. 86). Ktesifon sarayının tələbilə Şu­şanikin əri əski fars adəti ilə öz qızını almalı idi (Абегян 1975. 191; Егише 1971. 10).

Şuşanik bu adətə üsyan edirdi. Onun iztirablarına səbəb xristian olması deyildi. Bu türk xatununun əcdadlarının əxlaqı imkan vermirdi ki, ata öz qızını alsın. O, qollarına qandal vurulub, həbsxa­naya atıldığı 7 il ərzində xristian müqəddəslərdən çox öz əcdadlarının ruhlarına yalvarır. Dəfələrlə redaktə edil­sə də, əsərdə bu qədim türk adətinin izləri qalmaq­dadır.

İndikilərdən fərqli olaraq XIX əsrin görkəmli tarixçisi Platon İoseliani yazır ki, Şuşanikin əri Ran, yəni Aran hakimi idi (İоселиани 1843. 51, 63). Aran hakiminin xatununun ermənilərə və gürcülərə nə aidiyyatı var?

Ş
Albaniyanın Ana şəhəri tarixi coğrafiyamıza daxil edilməyib.


uşanikin əri atası kimi Lori dərəsindəki Şuşa qalasında oturmurdu. Aranın mərkəzi şəhəri Bərdə onun iqamətgahı idi. Şuşanik 472-ci ildə ölmüş və haradasa Gəncə yaxınlığında dəfn olunmuşdu. 12 il sonra – 484-cü ildə bir qədər güclənən xristianlar Ana kert çayının Kürə töküldüyü yerdə Aran hakimini öl­dürüb, Şuşanikin sümüklərini Çor şəhərinə apardılar və orada basdırdılar (Кекелидзе 1973. 86; Джуан­шериани 1986. 97; Марр 1901. 15).

Şuşanik Aranda ölmüş, sümükləri Eretidə – Çor şəhərində basdırılmışdı (Меликсетбеков 1939. 4). Ereti alban torpağı idi və XI əsrə qədər baqrationlara tabe olmamışdı. Bütün bu faktlar göstərir ki, əsərdə təsvir olunan hadisələr yalnız etnik yox, həm də ərazi baxımından Azərbay­canda baş ver­mişdir.

Albaniya tarixində 2 Şuşanik olmuşdur. Onun birincisi Parfiya mənşəli Albaniya çarı Mömin Vaça­qanın arvadı (Albaniya tarixi 1993. 58-59), ikincisi Lori hakimi Ər Şuşanın (Albaniya tarixi 1993. 33; Егише 1971. 10; Патканов 1883. 259) gəlini idi. Mu­sa Kaqankatuklu birinci Şuşaniki “Albaniyanın xanım sahibəsi” adlandırır. Deməli, Şuşanik yalnız çarın xa­nımı deyildi. Ərinin əlində cəmlədiyi hakimiyyətə or­taq idi. Belə olmasaydı, o, ata evində daşıdığı Şuşanik, yəni Şuşa nəslindən olan soyadını saxlaya bilməzdi.

Şuşa nəslinin qızları öz insani keyfiyyətləri ilə ad çıxarmışdılar. Musa Kaqankatuklu yazır ki, Şuşa­nik yetimlər üçün şahanə süfrə açdırardı. Yetimlər yeyib doymayınca o, əlini çörəyə uzatmazdı.

X
İberiyanın siyasi tarixində 2 Ər Şuşa olmuşdur.
ristian kilsə salnamələrində Şuşa nəslinin patri­arxlarının adı Ar Şuşa kimi yazıya alınmışdır. İberi­yanın siyasi tarixində bir yox, iki Ər Şuşa olmuşdur. Birinci Ər Şuşa xristian deyildi. İkinci isə Şuşanikin qayınatasıdır. Onun dəvəti ilə Mesrop Maştos Lori dərəsindəki Şuşa qalasına gəlmiş və iberlər üçün əlifba tərtib etmişdir (Albaniya tarixi 1993. 33). Deməli, iberlər üçün əlifba yaratdıran, “İncili” yerli kilsə dilinə tərcümə etdirən Ər Şuşa olmuşdur. Bu, Şuşa nəslinin tarixi xidməti kimi dərsliklərə daxil edilməlidir. Bilin­məlidir ki, Ön Asiyada hər üç səmavi dinin yayıl­masında türk xalqlarının danıl­maz rolu olmuşdur. Bu barədə mən müəyyən düşüncələrimi elmi ictimaiyyətə bildirmişəm (Cəfərsoy 2012. 49-55).

Ş
Suziana Şuşa şəhərinin yunanca adıdır.



Şuşalılar əhəmənilərlə döyüşə-döyüşə inanılmaz inadkarlıqla Elamın üç şəhərində xəzinədarlar dövlətini yaratdılar.
uşa qədim dünyanın ən şöhrətli nəsillərindən biri idi. Şuşanın kahin və cəngavər nəsilləri Elamın zəngin mədəniyyətini və dövlətçiliyini yaratmışlar. Onlar e. ö. II minilliyin əvvəllərində 50 km-lik su ka­nalı çəkmiş, 50 hektarlıq sahədə böyük şəhər salmış­lar. Şuşalılar Elam xətti yazılarının yaradıcılarıdır. On­lar dünyanın ən inkişaf etmiş xalqlarından biri kimi 3-4 min il bundan qabaq kənd təsərrüfatında borc-kredit sistemi tətbiq edirdilər (Юсифов 1968. 219-227; Хинц 1987. 6-160).

Elamın əhəmənilər tərəfindən işğalından sonra Şuşa cəngavərlərinin sağ qalan dəstələri İberiyaya köçdülər. Herodotun yazdığına görə (Шопен 1866. 215), Şumer dilinə yaxın bir dildə danışan şuşalıların (Рагозина 1903. 311) İberi­yaya miqrasiyası əhəməni­lərin dövründə baş vermişdir.

Şuşalıların Elamda qalan hissəsi inanılmaz bir fədakarlıqla əhəmənilərlə vuruşa-vuruşa üç şəhərdə Xəzinədarlar dövləti qurdular. Makedoniyalı İsgəndər xəzinədarların əhəmənilərə qarşı qəhrəman mübarizə­sini nəzərə alaraq onların dövlət başçılarını hakimiy­yətdə saxladı (Fazili 1970. 78).

Bu günədək biz Şuşa şəhər qalasının tarixini öyrənmişik. Şuşa nəslinin yaratdığı dövlət və mədə­niyyət isə tədqiqat obyektinə çevrilməmişdir. Bunun üçün ilk öncə Şuşa nəslinin etnik mənsubiyyətini müəyyən etməli, onların hansı dildə danışdıqlarını öyrənməliyik.

Z.A.Raqozina yazır ki, Suz və Şuşa eyni şəhər­lərdir (Рагозина 1902. 495, 497). Şuşa Suzun əsil adı­dır, Suziana yunancadır (Рагозина 1903. 298).

B
Xuzistanın e. ö. II-I minilliklərdə adı Şuşa olmuşdur.


.A.Turayevə görə, Elamın paytaxtı və yerli Şuşinak kultunun mərkəzi Şuşa şəhəri olmuşdur (Ту­раев 1913. 79). Henrix Oretsin fikrincə, şəhərin adı Suz yox, Suzadır (Грець 2. 1907. 3). Kvinta Kursiya belə hesab edir ki, indi Xuzistan adlanan ölkənin qə­dimdə adı Suza olmuşdur (Квинта Курция 1750. 521). V.İ.Masson bildirir ki, Suziana ölkənin yerli dil­də adı yox, antik mənbələrindəki adıdır (Массон 1964. 308).

E
Şuşa və Xuşistan eyni mənşəli ölkə adı olub, Kuş etnonimindən törəmişdir.


. ö. 640-cı ilə aid bir assur kitabəsində Suz Şu­şa adlandırılır. Kitabədə çarın dilindən deyilir: – Mə­nim əsgərlərim düşmənin cəsədlərini Şuşanın çöllərinə səpələdilər (Юсифов 1968. 326). Y.Yusifov Elamın sosial-iqtisadi həyatına həsr etdiyi kitabında Şuşa ölkə adının izahını vermir. Öz qeydində bildirir ki, Assuri­ya hökmdarı Şuşa deyəndə Xuzistanı nəzərdə tutmuş­dur.

Sasanilərin zamanında da Suz şəhəri Şuşa adla­nırdı. Əbu Osman Cahiz əl-Bəsri Xosrov Pərvi­zin za­manında yaşamış Səhm b. Səfran ət-Tirmizidən belə bir sitat verir: – Biz onların nə üçün Mədain və Şuşada zeytun ağacları əkdiklərini bilirik (Cahiz 2001. 55).

Yeddi təpədən tapılan bir Elam xətti yazısında Suz Şuşa adlandırılır. Ancaq bəzi tədqiqatçılar onu Şuşe, bəziləri Şuşi kimi oxuyurlar (Храновский 2010. 135; Оганесян 1961. 13, 31).

Ş
Yeddi təpədən tapılan e. ö. 23-cü əsrə aid xətti yazıda Suz şəhəri Şuşa adlandırılır.


uşa yazılarının dili XIX əsrin ortalarından Av­ropa tədqiqatçılarının diqqətini cəlb etmişdir. Alman alimi F.H.Vaysbax Bisütun qaya yazılarının 3-cü mət­ninə istinadən belə bir nəticəyə gəldi ki, Şuşa kita­bələrinin dili türk dillərinə qohum olmuşdur (Veiss­bach 1890. 3-241). Z.A.Raqozina belə hesab edir ki, həmin kitabənin dili Şumer dilinə yaxın olub, qeyri-ari və qeyri-sami mənşəlidir, geneoloji cəhətdən Turan dillərindən biridir (Рагозина 1903. 311, 318).

Sonra N.Y.Marr Şuşa yazıları üzərində tədqiqat­larını davam etdirdi. 1914-cü ildə Rusiyada və 1920-ci ildə Almaniyada nəşr etdirdiyi kitablarında Şuşa-türk etnolinqvistik bağlarına toxunmasa da, bildirdi ki, 2-ci dərəcəli Əhəməni yazılarının dili Yafəs dillərinə qo­humdur (Марр 1920. 3-241; Марр 1914. 3-44). Biz bu istiqamətdə tədqiqatları davam etdirməli, Şumer-Şu­şa-türk etnolinqvistik bağlarını sübuta yetirməliyik.

Şuşa kitabələrinin dilində elə sözlər var ki, onların türk mənşəyini sübut etməyə ehtiyac yoxdur.

Ə
İberiyadakı Şuşa knyazlığını gürcülər gah Şuşeti, gah Şavşeti adlandırırlar.


r Şuşanın və oğlu Bars xanın ölümündən sonra şuşalılar İberiyada və Aranda hakimiyyətdən uzaqlaş­salar da, uzun zaman bir etnik toplum kimi mövcud oldular. Onların xristian hissəsi Şuşa qalasının işğalın­dan sonra İberiyadan Türkiyəyə köçdülər və Batum şəhərinin şimal-qərbində yurd saldılar. İndi onlar özlə­rini Şavşad adlandırır və babalarının bir vaxt İberi­yadan köçüb gəldiklərini bilirlər. N.Y.Marr 1911-ci ildə Şavşetidə olmuş və görmüşdü ki, onların çoxu gürcücə danışa bilmir (Марр 1911. 5. 27). Övliya Çə­ləbi (XVII əsr) onların ölkəsini Şavşeti yox, Şuşalə məlikliyi (Çəmənzəminli 1993. 25) adlandırır.

Şuşalıların ən döyüşkən dəstələri İberiyada yarı­köçəri bir el olaraq qaldılar. “Dəftəri-müfəssəli-Tiflis”də göstərilir ki, Şuşalu camaatının Qarayazı çölündə qişlağı vardır.

Şuşalıların bir etnik vahid kimi son döyüşlə­rindən biri XIV əsrin ortalarında baş vermişdi. Şuşa bəy Borçalı bəylə birlikdə Misir məmlük sultanının qardaşı, Hələb valisi əmir Yaşbəy ilə vuruşmuşdu (Faruk Sümər 1992. 230). O Yaşbəy ki, din xadim­lərinin fitvası ilə 1417-ci ildə Nəsiminin dərisini soydurmuşdur.


Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin