İlhami Cəfərsoy İber və H’ay folklorunda türk miFİk təFƏKKÜRÜNÜN İZLƏRİ baki 2014 Elmi redaktor: Tofiq Hacıyev



Yüklə 4,15 Mb.
səhifə2/9
tarix31.01.2017
ölçüsü4,15 Mb.
#7246
1   2   3   4   5   6   7   8   9

Gürcü alimləri albanların dili

və ədəbiyyatı haqqında
Gürcüstan Elmlər Aka­demiyasının akademik katibi Zaza Aleksidze – “böyük bir elmi kəşf eləyib”. Ömrünün 20 ilinə qı­yaraq Sinay monastırındakı alban yazısını oxuyub. Üç dəfə ekspedisiyanın başçısı kimi Qırmızı dənizin sahilinə yollanıb. Gəldiyi nəticə bu olub ki, alban perqamentinin dili Dağıstan dillərinə aiddir.

Z
Son alban yazılarından biri Sinay dağının ətəyindən tapıldı.


aza Aleksidzenin tədqiqatını Azərbaycana xid­mət kimi anlayan gürcüstanlı soydaşımız Süley­man əfəndi ona hörmətlə batono deyir. Bu məqam­da ibrə­tamiz bir hadisənin sözləri yada düşür: – Uşaq dum­duru təmiz gözlərilə xəbisin üzünə baxıb gülümsə­yirdi.

İndi təqaüddə olan akademik-katibin fikrin­cə, Sinay yazısının dili uti dilinə yaxındır. Uti di­linin isə türk dilləri ilə genetik bağları yoxdur (Alexid­ze 20031, 44-52).



Batono Zaza Aleksidzenin son 20 ildə dediklə­rini matono Fəridə Məmmədova 1986-cı ildə yaz­mışdı (Мамедова 1986, 3-280). Ancaq bu qədər səs-küy salıb, Avropanın virtual məkanını uydurma fikir­lərlə doldurmamışdı.

Z
İlk alban yazısı



V əsrə aid Mingəçevir yazısıdır.
aza Aleksidze yazır: – Mənim tədqiqatım al­banşünaslıqda son nöqtə deyil. Yəqin ki, yeni al­ban yazıları tapılacaq, biz erməni və ləzgi dilçiləri ilə bir­likdə həmin mətnlər üzərində işləyəcəyik.

Belə məqamda adam istər-istəməz soruşur: – Qonşu, necə olur? İşığınız sönəndə, qazınız kəsilən­də Azərbaycanı yada salırsınız. Alban dilindən söh­bət dü­şəndə sadvalçılarla dilbir olursunuz.

Heç bir ilkin mənbədə göstərilmir ki, utilərlə al­banlar Dağıstan mənşəli xalqlardır. Əksinə, bildi­rilir ki, onlar Cənubi Qafqaza indiki Türkiyə ərazi­sindən köçüb gəlmişlər.

Ə
Albaniya Dağıstan və Ləzgistandan fərqlənir.


mir Teymurun zamanında Sultaniyə şəhərinin arxiyepiskopu olan diplomat və tarixçi İo­hann de-Ka­lonifontibus (XIV əsr) yazır ki, Alba­niya Dağıstan və Ləzgistandan fərqlənir (Kaloni­fontibus 1980, 11).

Zaza Aleksidze erməni sələfləri kimi iddia edir ki, utilər və albanlar Cənubi Qafqazın yerli xalq­larıdır. Türklər onlardan sonra bu torpaqlara gəlmişlər. Təd­qiq etdiyimiz mənbələr göstərir ki, uti­lər, albanlar, qarqarlar Qafqazın yerli xalqı deyillər. Onlar bu tor­paqlara Ön və Kiçik Asiyadan köçüb gəl­mişlər. Alba­niya və İberiya Azərbaycan və Ana­do­lunun davamıdır. Bu da ilk öncə coğrafi şəraitlə bağlıdır.

Türk etnosları özlərinin ən qüdrətli çağla­rında Araz çayı sahillərindən Nil vadisinə qədər irəliləmiş, zəifləyəndə Qafqaz dağlarının dərələrinə, mağaralı qa­yalıqlara çəkilmişlər (Джафарсой 2010, 107-113).

B
Bolnisi yazıları (V əsr) alban və iber əlifbasının qatışığından ibarətdir.


.B.Piotrovski, İ.İ.Meşşaninov yazırlar ki, Ön Asiya xalqlarının Misirə axınları Şumer dövrün­dən öncə başlamış, şumerlərdən sonra da davam etmişdir (Пиотровский 1930, 7; Мещанинов 1927, 34-43). Nə­ticədə siviliza­si­ya­lar bir-birinə qar­şılıqlı təsir etmiş, yeni dillər, mədəniyyətlər yaran­mışdır.

U
Döyüş arabaları Misirə Qafqazdan aparılmışdır.


tilər də Xəzər dənizi sahillərindən Misirə köç­müş, e. ö. IX əsrdə oradan Van gölü yaxınlığına qayıt­mışlar. Albanlar bu zaman Orta Anadoluda yaşayırdı­lar. Eradan öncə II minilliyin ortalarına aid Kül təpə mixi yazılarında onlar haqqında məlu­mat verilir (Ян­ковский 1968, 103, 164). Tarixçilər yanlış olaraq belə hesab edirlər ki, albanların adı ilk dəfə e. ö. IV əsrin sonlarında Qavqamel döyüşü ilə bağlı çəkilir.

Zaza Aleksidze yazır ki, uti dili son alban dili­dir (Aleksidze 20032, 29). Ancaq tarixi mən­bələrin heç birində utilərlə albanlar eyniləşdirilmir. İstər indiki Türkiyə ərazisində, istərsə də Göyçə gö­lü və Kür çayı sahilində onlar bir-birindən fərqli etnoslar kimi təqdim edilirlər.

Q
Döyüş arabaları Misirə Qafqazdan aparılmışdır.

Misirin Osiris kultu Azərbaycanın Azər kultundan törəmişdir.
.A.Melikişvili Urartu kitabələrinə istina­dən yazır ki, utilər eradan qabaq IX yüzillikdə Ço­rox ça­yının sahilində – indiki Türkiyə ərazisində yaşayırdı­lar (Меликишвили 1960, 446).

Assur və Urartu kitabələrinin müqayisəli şəkildə tədqiqi göstərir ki, utilər Assuriya ilə ittifaq­da özləri üçün daha təhlükəli hesab etdikləri Urar­tuya qarşı vuruşmuşlar. Bu döyüşlər 3 yüz il – e.ö. IX əsrdən VI əsrə qədər davam etmişdir.

U
Utilər Urartunun Albaniyaya basqınlarının qarşısını alan gürcü tayfalardan biri idilər.

Utilər Urartunun Albaniyaya basqınlarının qarşısını alan güclü tayfalardan biri idilər.
rartu hökmdarı Menua (e. ö. IX əsr) utilərlə Ərzrum yaxınlığında vuruşmuşdu (Арутунян 1985, 213). Həmin döyüşlərdə Menuanın qoşunlarına üs­tün gələ bilməyən utilər şimal-şərqə – Göyçə gölü yaxın­lığına çəkildilər. Van qayasındakı yazılarda göstərilir ki, Ut tayfası hökmdar Menuanın zama­nında (e.ö. 820-810) Cənubi Qafqazın bir çox qəbi­lələrini öz ət­rafında toplayıb, Urartu işğalıçılarına qarşı qanlı dö­yüşlər aparırdı (Меликишвили 1960, 35, 135; Ни­кольский 1896, 92).

Göyçə gölü yaxınlığındakı Atamxan və Alçalu kəndlərindən tapılan mixi yazılardan görünür ki, artıq e. ö. VIII əsrdə utilər və albanlar Göyçə bölgə­sində yaşayırdılar. İ.İ.Meşşaninov yazır ki, Urartu hökmdarı Argisti Göyçə gölü və yuxarı Araz çayı sahilində yaşayan qəbilələrin üzərinə dağıdıcı bas­qınlar edirdi (Мещанинов 1933, 71).

Həmin döyüşləri təsvir edən yazılarda utilərlə albanlar bir-birindən fərqləndirilir. Urartu hökm­darı Sardurun Sevan gölü sahilindəki qayadan tapı­lan kitabəsində deyilir: – Həmin il albanların (mətndə uru kuh Albani) ölkəsini, Muna (Araz) çayı boyundakı 20 qalanı və 120 yaşayış məskənini tut­dum (Меликиш­вили 1960, 287; Арутюнян 1985, 114).

N.Y.Marr və İ.A.Orbeli alban etnik adını h’al­pan kimi oxuyurlar. Belə hesab edirlər ki, utilər və h’alpanlar Qarabağa köçməzdən qabaq Göyçə bölgə­sində yaşamışlar (Доклады Марр и Орбели 1922, 52).

A
Utilər Kaxetiyə Arandan köçüblər.
ssuriya hökmdarı II Sarqonun kitabəsində de­yilir: – Utuxlu səfir Urartunun Kimer ordusu tərəfin­dən tutulması xəbərini gətirdi (Solmaz Qaşqay 2006, 60). Buradan aydın görünür ki, Assuriya dövlətinin Urartuya təyin etdiyi səfir Uti zadəganlarından biri olmuşdur.

Utilərin Aran Qarabağına Göyçə mahalıngan köçüb gəldiklərini Kerop Patkanyan təsdiq edir. Əfqan mənşəli ermənişünas yazır ki, utilər Van gölü yaxın­lığından Ararat vadisinə, oradan Göyçə ma­halına, da­ha sonra Albaniyaya gəlmişlər (Патканов 1883, 200).

Tarixi mənbələr göstərir ki, öncə albanlar, daha sonra utilər Aran Qarabağına köçmüşlər. Özü də onlar eyni yox, qohum etnoslar olmuşlar. Antik tarixçilər­dən Böyük Plini və Klavdi Ptolomeyin yazdığına görə, utilər albanların qonşularıdır (Qu­kasyan 1984, 17).

Utilərlə albanların antropoloji quruluşu da uy­ğun gəlmirdi. Albanların əksəriyyəti sarışın saçlı və ağüzlü utilərin çoxu qara bənizli idi. Bu da onların uzun müddət Misirdə yaşaması ilə bağlıdır.

M
Utilər alban deyil, albanların qonşusudur.
usa Xorenli də utilərlə albanları eyniləş­dirmir. Yazır ki, utilərin ölkəsi Kür və Araz çayları arasında yerləşir. Uti ölkəsi Albaniyaya tabedir (Хоренский 1809, 231).

3
Utilər Aran nəslindəndilərlər.


87-ci ildə Armini yunanlarla sasanilər ara­sında bölünəndə Uti mahalı Albaniya mərzbanlı­ğına daxil edildi (Aleksidze 20032, 29). Buradan aydın görünür ki, utilər bir etnos kimi albanlardan fərqlənmişlər.

Utilərlə albanların qohumluğunu təsdiq edən əsas cəhət onların hər ikisinin Aran nəslindən çıxması­dır. M.Xorenli və M.Kaqankatuklu bildirir­lər ki, utilər Albaniya hökmdarı Aranın nəslindən­dirlər (Хорен­ский 1809, 231; История Агван 1861, 31; Albaniya tarixi 1992, 19).

İqrar Əliyev utilərin türklüyünü qəbul etməsə də, yazır ki, utilər qədim kutilərin qalıqlarıdır (Али­ев 2002, 284). Fikrimizcə, utilər Misirə köçməzdən qa­baq Kuti tayfa ittifaqına daxil olmuş, uzun za­man kutilərlə birlikdə Urmiya gölü ətrafında yaşamışlar.

E


İberlərlə tiberlər kimi utilərlə kutilər qohumdurlar.
ranın əvvəllərində utilərlə kutilərin bir qolu Don çayı sahilində yaşayır, özlərini UtiqurKutiqur adlandırırdı (Артамонов 1962, 86). Həmin utiqurlar türk əsilli Don kazaklarının əcdadlarıdır (Мурад Ад­жи 1997, 152-153). Deməli, utilərin ha­mısı Urmiya gölü ətrafından Misirə köçməmiş, Kuti tayfa ittifaqı dağılandan sonra Qafqaz dağlarının şimalına çəkilmiş və burada uqorlarla yeni tayfa ittifaqı yaratmışdır.

Uti dilinin tədqiqatçıları yazırlar ki, utilər öz­ləri özlərini Od və Uti adlandırırlar. Erməni tarix­çiləri on­ların adını Utik şəklində yazıya almışlar (Доклады Марр и Орбели 1922, 45, 59; Еремян 1958, 303-304; Qukasyan 1993, 72). Udin həmin et­nonimin rus dilinə uyğunlaşdırılmış vari­antıdır.

A.A.Bakıxanov VIII-IX əsr ərəb tarixçilərinə istinadən yazır ki, utilərin ilk adı Ud olmuşdur (Ba­kıxanov 1951, 24). Doğrudan da, ərəblər ermə­nilərdən fərqli olaraq utilərin Albaniyada saldıqları şəhəri Ud və Od adlandırırlar.

Yaqut Həməvi yazır: – Salman ibn-Rabiə əl-Baxili Aran vilayətindəki Ud şəhərini tutdu (Йакут ал-Хамави 1983, 13, 33). Deməli, Ud şəhəri Qəbələ yaxınlığında III əsrdən ərəb işğalına qədər mövcud olmuşdur.

Utilərin xristianlıqdan dönməyən hissəsi ərəb­lərin təzyiqi ilə Kaxetiyə cəkildi. İslam dininə iman gətirənlər isə Azərbaycan xalqının mənşəyinə daxil oldular. XVI-XVII əsrlərdə onlar özlərini Uduqlu adlandırır və şahsevənlərin arasında yaşa­yırdılar. Sonra onlar Quba xanlığı ərazisində Uduq və Uduq­lu kəndlərini saldılar (Агаев 1984, 146).

Utilərin bir nəsli Albaniyaya köçməmiş, İranın cənub-qərbində yurd salmışdır. 1920-ci ildə onların bir qəbiləsi qaşqayların arasında müşahidə edil­mişdi (Şahin 1988, 39).

Fikrimizcə, Ud və Odər etnik adları günəşə tapınma ilə bağlı olub, eyni kökdən törəmişdir. Ud «od», Odər «oda sitayiş edən ər» deməkdir. İlk öncə ona görə ki, Şumer, Xatti və Urartu yazılarında günəş utu adlandırılır (Гиоргадзе 1985). Bu da “ütən”, “yandıran” deməkdir.

Quba qəzasında 1922-ci ildə Udgün kəndinin (Список 1922, 44) qeydə alınması göstərir ki, utilər son əsrlərə qədər günəşə bəslədikləri ehti­ramı unutma­mışlar. Xristian utilər də son çağlara qədər günəşə və aya sitayiş edirdilər (Qukasyan 1984, 16-17).

U
Yəhudi və erməni mənbələrində Acar xalqının adı Azar kimi yazıya alınmışdır.

Odər etnik adının kökündə od sözü durur. Odər elə Azərdir.
rartu kitabələrində Ud etnoniminin Uter və Uterux variantları var (Меликишвили 1960, 35, 135). Bu da Odər deməkdir. Xald yazılarında cəmi 4 saitdən istifadə olunur. Ona görə də təbii olaraq mixiyazılı kitabələrdə odər etnonimi uter kimi yazıya alınmışdır.

Türklərin əcdadları monoteizmə qədər günəşə tapınır və özlərini Od tiqin adlandırırdılar. Altay türk­ləri inanırdılar ki, odu tanrının göydəki qızları əldə etmiş və onun sirrini insanlara öyrətmişlər (Ögel 1971, 55, 596).

İ

qrar Əliyev yazır: – Zaza Aleksidze Sina monastırındakı alban yazısını uti dilinin köməyi ilə oxuyub. Uti dili türk dili deyil (Алиев 2002, 284). Düzdür, indiki uti dili türk dili deyil. Ancaq o, Yafəs dillərindən biridir. Məlumdur ki, Yafəs dil­lərinin, o cümlədən uti dilinin yaranmasında bir çox türk dilləri iştirak etmişdir (Шор 1931. 223-244). Fikrimizcə, uti dilindəki türk sözlərinin çoxu alın­ma deyil, utilərin öz sözləridir. Həmin leksik va­hidlər utilərin dilində e.ö. II-I minilliklərdə möv­cud idi.



Əslən Nic utilərindən olan Abkar Payzat keçən əsrin 30-cu illərində belə bir fikir irəli sürdü ki, Urartu yazıları uti dilində yazılmışdır (Qukas­yan 1984, 16). Urartu kitabələri uti di­lində yox, utilərin dilinə yaxın olan xald dilində yazıl­mışdır. Çünki utilər siyasi cə­hətdən Urartuya qarşı dururdular. Onlar birlikdə kitabə yazdıra bilməzdilər. Bununla yanaşı hər iki dil­də qə­dim türk leksika­sının varlığı danılmazdır. Ona görə ki, hər iki dil Yafəs dilləri qrupuna aiddir. Onla­rın hər ikisinin meydana gəlməsində türk dilləri iştirak etmiş­dir.

XIX əsrin ortalarında feldmarşal Paskeviçin qərargah zabiti İ.İ.Şopen müşahidə etmişdi ki, uti­lər anaya nana, ataya baba, suya su, ocağa arux deyirlər (Шопен 1866, 483). Həmin sözlər eyni mə­nada uti dilində indi də işlənir (Mobili Robert 2010. 28, 34, 42).

İ
Uti dilində ul “qurd” sözü var. Ul Azərbaycan dilindəki ulamaq felinin köküdür (Mobili Robert).
.İ.Meşşaninov XX əsrin əvvəllərində yazırdı: – Utilər müdrik adama bilici, ölkəyə ölki, çobana naxrçi deyirlər (Мещанинов 1933, 76). N.Y.Marrın və İ.İ.Meşşaninovun bütün yazdıqlarına bələd olan İqrar Əliyev necə olur ki, bunları görmür? Çünki görmək istəmir.

Z
Zaza Aleksidze Bərdə əhalisini gürcüləşdirir.


aza Aleksidze iddia edir ki, VI əsrdə utilərin dili xeyli dərəcədə gürcüləşmişdi (Aleksidze 2003a, 28). VI əsrdə indiki gürcü milləti və gürcü dili möv­cud deyildi. Gürcülərin əcdadları olan baqrati­onlar – ilk dəfə XI əsrdə Kaxetinin siyasi həyatında göründü­lər. Onlar VI əsrdə Bərdəyə gəlib, utilərin dilini necə gürcü­ləşdirə bilərdilər? Əgər Z.Aleksidze gürcü de­yəndə iberləri nəzərdə tutursa, iberlər gürcü deyildilər (Марр 1903. XVII-XXIX).

İberlər VI əsrdə mərkəzləşmiş dövlət yox, tayfa ittifaqı yarada bilmişdilər. Onlar nəinki utiləri, heç bu­rada daha əskidən ya­şayan xəzərləri, sarıkinləri, bun­türkləri iberləşdirə bil­məzdilər. Ümumiyyətlə, XII əsrə qədər Gürcüstanda hakim bir dil yox idi. Belə durum­da utilərin dilinin gürcüləşməsindən söhbət gedə bil­məz.

Zaza Aleksidze yazır ki, X yüzillikdə paytaxt Bərdənin dili uti dili idi (Aleksidze 2003a, 29). Bu­nun əksinə olaraq X əsr ərəb tarixçiləri uti di­lindən yox, Aran dilindən bəhs edirlər. İstəxri yazır: – Azərbaycan və Aranın dili fars və ərəb dilləridir. Ancaq Bərdə şəhərində və ətrafındakı kəndlərdə Aran dilində danışırlar (Səid Nəfisi 1940, 38).

U
Qafqaz dilləri sami, ari və türk dillərinin qarışması nəticəsində yaranmışdır. (R.İ.Şor).



Qafqazdilli olmaq hələ qafqazlı olmaq deyil.
tilər Aran nəslindəndirlər. Təbii ki, uti, al­ban və aran dilləri bir-birinə yaxın olmuşdur. Ancaq Zaza Aleksidzenin, Akaki Şanidzenin, İlya Abulad­zenin düşün­dükləri kimi, bu, o demək deyil ki, hə­min dillər Dağıstan dilləri qrupuna aiddir (Шанидзе 1938. 3-71). Ərəb səyyahları əl-İstəxri, ibn-Hövqəl, əl-Müqəddəsi yazırlar ki, Aran dilində vulkana at­ma, qoz ağacına koz, tuta tut, əncirə incir, fındığa bunduk və s. deyilir (Мамедов 1993, 110-112). Eradan öncə VIII əsrdə yazılmış mixiyazılı abidələrdə göy, yer, su, atli sözləri vardır. Həmin sözlər Aran sözləridir (Шопен 1866, 143, 384; Мещанинов 1927. 4, 7, 8).

Zaza Aleksidze uti dilini onа görə Dağıstan dil­lərinə aid edir ki, bir çox Qafqaz dillərində olduğu ki­mi, uti dilində də boğaz səsləri çoxdur. Ancaq tədqiqat göstərir ki, qafqazdilli olmaq hələ qafqazlı olmaq de­yil. Keçən əsrin 20-30-cu illərində Yafəs nəzəriyyə­sinin yaradıcıları hindavropa dilçiləri ilə gərgin müba­rizə şəraitində sübuta yetirdilər ki, Qafqaz dillərindəki xırıltılı boğaz səsləri sami etnolinqvistik faktoru ilə bağlıdır (Шор 1931, 32; Ютманов 1948, 395-399).

Y
Qafqazdilli olmaq hələ qafqazlı olmaq deyil.
əhudi mənşəli etnoslar eradan öncə I minillik­dən başlayaraq Qafqaz dağlarının dərələrinə sığınmış, onların iştirakı ilə çoxlu dillər bir-birinə qarışmışdır. Nəticədə Qafqazda boğaz səsləri ilə zəngin olan 300-ə yaxın dil yaranmışdır. Bu fakt göstərir ki, qafqazdilli olmaq qafqazlı yox, sami mənşəli olmaqdır. Məlum­dur ki, samilərin vətəni Suriya və Ərəbistan səhra­larıdır.

U
Ərəb səyyahları Qafqaz dağlarını dillər dağı adlandırırlar.


tilərin taleyi isə başqadır. Əslən türk olan uti­lər Misirdə koptlarla, Van bölgəsində samilərlə çox­əsrlik ilişgilərdə olmuş, nəticədə leksik fondu əsasən türk, qrammatik quruluşu sami olan uti dili yaranmış­dır. Bundan fərqli olaraq utilərin müsəlman hissəsi türk olaraq qalmışdır. Qaşqayların Udulu qəbi­ləsi, Göyçay və Quba qəzalarındakı Udulu kəndlərinin əha­lisi onların son qalıqlarıdır.

1926-cı ildə Göyçay qəzasında yaşayan uduq­ların qışlağından qədim türk əlifbası ilə yazıl­mış mətnlər tapıldı. Azərbaycan Xalq Komissarlar So­vetinin qərarı ilə həmin yazıları oxumaq üçün komissiya yaradıldı. Ancaq komissiyanın erməni və gürcü üzvləri kitabələrin Azərbaycanda qalmasına imkan vermədilər. Bütün əldə olunan materiallar Tiflisə və Peterburqa göndərildi (Фитуни 1927, 15-16).

Şamaxı şəhərinin erməni sakini A.R.Fituni yazır ki, bu cür yazılara Uduq və Qurdlar kənd­lilərinin hər birinin həyət qapısında, əşyalarının üzərində rast gəl­mək olar. Deməli, utilərin müsəl­man hissəsi müəyyən işarələri bildirmək, heyvan­lara damğa vurmaq üçün son zamanlara qədər qədim türk əlifbasından istifadə etmişdir.

Zaza Aleksidzenin «Bərdə şəhərinin əhalisi xey­li dərəcədə gürcüləşmişdi» sözlərinin altında nə gizlə­nir? O gizlənir ki, ermənilərdən daha fitnəkar olan gürcü akademiki Aran Qarabağına torpaq iddia­ları üçün elmi zəmin hazırlayır. Dağıstan mənşəli dilçiləri Sinay perqamentinin tədqiqinə həvəsləndir­məklə «Sadval»çıların diqqətini daha uzaq məqsəd­lərə yönəl­dir.

2
Zaza Aleksiadzeninm iddiaları akademik səviyyədə Azərbaycanın tarixi coğrafiyasına qəsddir.
0 ilə yaxındır ki, Azərbaycan elmi fikri fil qu­lağında yatıb. Ayıq olanlar isə İqrar Əliyevin və Əli­söhbət Sumbatzadənin davamçılarının timsalında Zaza Aleksidzenin ütülü saxtakarlığını alqışlayırlar: -Bəs Gürcüstan EA-nın akademik katibi “böyük” bir elmi kəşfə imza atmışdır. Halbuki həmin «kəş­fin» altında qara niyyətlər yatır.
“Elm” qəzeti, 28 fevral 2011-ci il.


Sinay dağında alban yazısı
B
Biz indiyədək xalqımızın yaratdığı kilsə ədəbiyyatına yiyə durmamışıq.
izim yazılı ədəbiyyatımızın bir çox qədim nü­munələri xristianlıq dövründə yaradılmışdır. Onların xeyli hissəsi məhv edilmiş, salamat qalanlar erməni, gür­cü, yunan, Suriya əlyazmalarının arasında itib-bat­mışdır. Ona görə təsadüfi deyil ki, alban əlifbası ilə yazılmış bir perqament Qırmızı dəniz sahilindəki Mü­qəddəs Katerina monastırından tapıldı (Alexidze, 2003в, 44-52).

qədər ki, biz türk xalqlarının yaratdıqları xristian mədəniyyətinə yiyə durmamışıq, qonşularımız Qafqaz albanlarının yazılı mənbələrinə, tarixi-memar­lıq abidələrinə iddialarını davam etdirəcəklər.

Ermənilər son çağlara qədər albanların etnoge­nezində türk nəsillərinin varlığını danırdılarsa, indi onlar yeni “nəzəriyyə” irəli sürürlər. Yazırlar ki, Al­baniya Şərqi Qafqazda dağlıq ölkənin adıdır. Alban adlı etnos tarixən mövcud olmamışdır (Акопян 1987. 3-303).

Ə
Kilsə salnamələrinin içində türk dilində dualar, alqışlar, şeirlər var.


ksinə, eradan qabaq 782-ci ildə yazılan bir Urartu kitabəsində göstərilir ki, albanlar Göyçə gölü ilə Kür çayının arasında yaşayırlar. Mətndə deyilir: Uru kuh albani nissibili – Albanların yaşayış məs­kənini xaraba qoydum (Пиотровский 1959, 80, 270; Мещанинов 1927, 37-38; Меликишвили 1960, 287, 437 və s).

Kayseri şəhəri yaxınlığındakı Kül təpədən tapı­lan mixi yazılar göstərir ki, albanlar Cənubi Qaf­qaza gəlməzdən öncə e. ö. II minillikdə Orta Anadolu­da ya­şamışlar. Kayseri şəhəri yaxınlığında onların 30-40 ta­lant bürünc külçələrə sahib olan tacir icması yurd sal­mışdı (Янковский 1968, 103, 164).

A
Sinay monastırının qorunması haqqında Məhəmməd peyğəmbər ayrıca sərəncam vermişdir.
lbanlar xristianlığı qəbul edəndən sonra mü­qəddəs torpaqlarda monastırlar tikdirməyə və köçərək icmalar şəklində Yerusəlimdə, Sinay dağında yaşama­ğa başladılar. Səkkiz yüz il keçəndən sonra onların bir perqamenti Sinay dağının ətə­yin­dəki Müqəddəs Kate­rina monastırından tapıldı (Alexidze 2003в, 44-52; Aleksidze 2003a, 5-126).

Düzdür, İlya Abuladze 1937-ci ildə Matena­da­ranın Eçmiadzin fonundan erməni salnamələri arasın­dan alban əlifbası ilə yazılmış bir əlyazması tap­mışdı. Ancaq o zaman L.M.Meliksetbekov başda ol­maqla erməni alimləri həmin mətnin alban dilində olması fikrinə qarşı çıxdılar (Меликсетбектов 1942. 25-55).

Bundan 63 il sonra Gürcüstan Elmlər Akademi­yası Əlyazmalar İnstitutunun əməkdaşları Sinay mo­nastırından bir əlyazması tapdılar. Məlum oldu ki, hə­min mətn nə gürcü, nə erməni əlifbası ilə yazılmışdır. Zaza Aleksidze Mingəçevirdən tapılan yazılar ilə Si­nay perqamentini tutuşduraraq belə nəticəyə gəldi ki, həmin mətn alban əlifbası ilə yazılıb. O əlifba ki, ermənilər onun son nümunələrini məhv etdik­lə­rinə əmin olmuşdular.

Xristian tədqiqatçılar etiraf edirlər ki, Sinay monastırı və onun qiymətli əlyazmaları Məhəmməd peyğəmbərin qayğısı nəticəsində salamat qalmışdır. Peyğəmbərimiz monastırın qorunması və ticarət imti­yazlarının saxlanması üçün xüsusi sərəncam vermişdir (Alexidze 2003в, 46-49).

X
Xristian səlibçilər Müqəddəs Katerina monastırının bir neçə hücrəsini at tövləsinə çevirdilər.
ilafət zəifləyəndə səlibçilər Sinay yarımadasını tutdular. Avropanın xaçlı döyüşçüləri 1099-cu ildə monastırı ələ keçirib. 1270-ci ilə qədər əllərində sax­ladılar. 170 il ərzində bir neçə hücrəni at tövləsinə çevirdilər. Əlyazmaların bir hissəsi onların zamanında yanıb külə döndü (Aleksidze 2003а, 16).

Səlibçilər qovulandan sonra müsəlmanlar mo­nastırın bircə daşına toxunmadılar. 1515-ci ildə mü­qəddəs torpaqlar Osmanlı sultanlığının tərkibinə da­xil edildi. Monastırın bütün imtiyazları özünə qaytarıldı. Həm Osmanlı sultanlarının, həm Məhəmməd peyğəm­bərin imzaladıqları sənədlər yad dinlərə hörmətimizin tarixi nümunələri kimi Sinay və Yerusəlim kilsələ­rində saxlanmaqdadır.

Zaza Aleksidze bütün bunların qarşılığında tanrı­mızın rəsuluna Məhəmməd deyir. Peyğəmbər sözünü dilinə gətirmir. Əvəzində bütün Avropa kilsə­lərinin lə­nətlədiyi Bonapart Napoleonun sərəncamını ağızdolu­su tərifləyir.

Zaza Aleksidzenin ilk məqaləsi Gürcüstan Elm­lər Akademiyasının “Xəbərlər”ində dərc olunanda İq­rar Əliyev bayram sevinci ilə yazırdı: – Z.Aleksidze Sinay perqamentini Uti dilinin köməyi ilə oxuyub. Uti dili türk dili deyil (Алиев 2002. 284).

Söz yox ki, uti və alban dilləri təmiz türk dili deyil, hibrid dillərdir. Sami və ari leksikası ilə birgə onun lüğət fondunda yüzlərlə türk sözü var ki, İ.Əli­yev­, A.Şanidze, Z.Aleksidze onları görmək istəmirlər.

O
Uti dilindəki arxaik türk sözləri alınma deyil, utilərin öz sözləridir.


nlardan fərqli olaraq Abkar Payzat (o özü mil­liyyətcə utidir) keçən əsrin 30-cu illərində uti və Urar­tu dilləri arasında bir çox uyğunluqlar görmüşdür. Er­mənilər hələ kitab nəşriyyatda ikən – 1936-cı ildə utili alimin əleyhinə təbliğata başladılar. Onu ittiham edir­dilər ki, Abkar Payzat Urartu kitabələrində uti dili­nin və uti dilindəki türk sözlərinin paralellərini axtarır.

E
Uti dilindəki arxaik türk sözləri alınma deyil, utilərin öz sözləridir.


rməni və gürcü alimlərinin iddia etdikləri kimi, Utilərin və Urartu kitabələrinin dilindəki bir çox sözlər və söz kökləri türk dillərindən alınma deyil. Əslən türk olan utilərin öz sözləridir. Çünki mənşəcə türk olan Ər quş (Argişti), Sarı tur (Sardur), Uruz (Rusa) Urartu tayfa ittifaqına başçılıq etmiş, nəticədə türk leksikası ilə zəngin olan Van, Göyçay, Alçalu, Atamxan kitabə­ləri ya­ranmışdır.

Uti dilinə yaxın olan Sinay perqamentinin dili türk, ari və sami mənşəli sözlərin qatışığından ibarət­dir. Ancaq orada türk sözləri o qədər də çox deyil. Bu da ondan irəli gəlir ki:

1. Sinay perqamenti dini mövzuda yazılmışdır. Orada daha çox kilsə terminləri işlənmişdir.

2. Əlyazmanın mətni həcmcə kiçik moizə və dualardan ibarətdir. Ona görə də orada dünyəvi leksi­kanın azlığı təbiidir.

Bizim üçün maraqlıdır ki, Sinay perqamentində yazıya alınmış xeyli sö­zün həm türk, həm Yafəs (al­ban, iber, uti, kür və s.) dillərində paralelləri var­dır. On­lar yığcam şəkildə aşağıdakılardan ibarətdir:

kalak “şəhər”. Z.Aleksizdenin fik­rincə, kalak türk sözü ola bilməz. Çünki uti dilində olduğu kimi, gürcü dilində şəhər anlamında kalak sözü vardır (Aleksidze 2003b, 125).

Gürcü dilində kalak sözünün varlığı yetərli deyil ki, onun qeyri-türk mənşəyi haqqında fikir yürüdəsən. İndiki gürcülərin əcdadları Tiflisi tutmazdan qabaq burada yaşayan iberlərin, erlərin, qaxların dilində ka­lak sözü vardı (Marr 1927. 132). Gürcüstanın gürcü­lərə qədərki salnamələrində ölkənin böyük şəhərləri Tiflis, Ucarma, Bazar, Safar və b. kalak adlanır (Бак­радзе, Берзенов 1870. 11, 27).

U
Tiflis hələ kənd olanda onun yaxınlığında Kala şəhəri var idi.
tilərin dilinə yaxın olan Urartu kitabələrində kalak sözü “qala” mənasında işlənmişdir (Меликиш­вили 1956, 175, 329). Bu da təbiidir. Çünki həm Urar­tu, həm Alban tayfa ittifaqına çox zaman türk nəsilləri başçılıq etmişdir.

Alban, uti dilləri Yafəs dilləri qrupuna daxildir. Məlumdur ki, Yafəs xalqlarının formalaşmasında türk etnosları iştirak etmişdir (Шор 1931. 223-244). Ona görə də, onların dilində türk sözlərinin varlığı təbiidir.

Bəziləri belə hesab edirlər ki, kalak assur, yəni sami sözüdür. Düzdür, Assuriya mixiyazılı mənbələ­rində qala, istehkam mənasında kalak sözü tez-tez iş­lənir (Шопен 1852,27; Шопен 1866. 201; Solmaz Qaşqay 2006. 129). Ancaq bu, onu bildirmir ki, kalak türk yox, sami mənşəli sözdür.

A
İberiyanın ətrafına qala çəkilmiş şəhərləri kalak adlanırdı.


ssurlar Turan mənşəli qeyri-sami etnos idilər. Onlar yüz illərlə cənub-qərbdən ölkələrinə basqın edən ara­mey tayfalarının təsiri altında öz köklərindən uzaqlaş­dılar. Artıq e. ö. XI əsrdə Assuriya əhalisinin xeyli hissəsini akkadlar semitləşdirmişdilər.

E. ö. IX-VIII əsrlərdə Assuriyanın bir tayfası özünü Kalak adlandırırdı (Шопен 1852. 571; Шопен 1866, 201). Onların şəhəri Assuriyanın iki inzibati mərkəzindən biri sayılırdı (Solmaz Qaşqay 2006, 129). Bu da onu göstərir ki, Kalak Assurdan sonra ölkənin ən güclü nəsli olmuşdur.

B
Sinay yazıları Mingəçevir yazılarına bənzəyir.
elə hesab edirik ki, həmin kalaklar sonralar şi­mala köçmüş, Türkiyə ilə Gürcüstan arasında Axal Kalak tarixi mahalını yaratmışlar. Fikrimizi Cənubi Qafqazda çoxsaylı Kalak kəndlərinin varlığı təsdiq edir. XIX yüzillikdə İrəvan quberniyasının Sürməli (Шопен 1852, 495, 521) və Tiflis quberniyasının Sıq­nax (Пагирев 1913. 110) qəzalarında Kalaklı kəndləri vardı. XX əsrin əvvəllərində Gəncə qəzasında Kələk kəndi qeydə alınmışdı (Список 1922. 14).

Urartu kitabələrindəki e-qal “saray”, “böyük ev” və uti, iber, alban dillərindəki kalak, qala sözləri türk mənşəlidir. Buna uyğun olaraq dilimizdə qalaqlamaq – daşları üst-üstə yığmaq feli vardır.



talavar. Bu söz Sinay perqa­mentində “talvar” mənasında işlənmişdir (Aleksidze 2003в. 125). Gürcü dilində talavari, erməni dilində ta­ğavar sözlərinin varlığı heç də onu bildirmir ki, bu söz türk mənşəli deyil. Gürcü dilinə həmin söz iber, er­məni dilinə h’aylardan keçmişdir. N.Y.Marr qədim erməni və gürcü dillərinə həsr etdiyi əsərlərində göstə­rmişdir ki, iber və h’ay dilləri iltisaqidir və indiki er­məni, gürcü dillərinə qohum deyildir (Marr 1903. XXVII-XXIX). Biz çoxsaylı dil faktlarına istinadən sübuta yetirmişik ki, hə­min dillər türk dillərinin iştirakı ilə yaranmışdır (Cəfərsoy 2007. 42-56; Джа­фарсой 2008. 58-63; Cəfərsoy 2009. 120-129).

Sinay perqamentindəki talavar sözü indi dilimiz­də talvar formasında işlənir.



abazak “quldur”. Z.Aleksidze bil­dirir ki, erməni dilindəki avazak və gürcü dilindəki avazaki Sinay yazısındakı abazak sözünə uyğundur (Aleksidze 2003а. 125). O nəzərə almır ki, türk dillə­rinin qıpçaq qrupunda buna uyğun olaraq avaz qəssab, başkəsən sözü vardır. “Koroğlu” dastanındakı Eyvaz qəssab oğludur. Eyvaz eponiminin arxaik variantla­rından biri Abazdır.


Sinay perqamentindəki yexan, Alban salnamələrindəki yexna türk sözləridir.
korba “qurban”. Tərcüməçi onu yevrey, gürcü və erməni dillərindəki korban “sovqat”, “ianə” sözləri ilə əlaqələndirir. Nəzərə almır ki, o, dini termindir və türk dillərində də həmin mənada işlənir. Z.Aleksidze onu da nəzərə almır ki, yevrey dili yəhudi dili deyildir. Yəhudilər Sam, yevreylər Kam nəslin­dəndirlər.

Yexan – Sinay perqamentində aylardan biri ye­xan adlanır (Aleksidzea 2003. 36). Gəncəkli Kürək (Kurakos Qandzaketsi) yazır ki, albanlar ən isti aya yəxna deyirlər. Fikrimizcə, yexan/yəxna “yandırıb-yaxmaq” felinin arxaik va­riantıdır. Dədəmiz Qorqu­dun kitabında buna uyğun olaraq yəxni “qaynadılmış ət” sözü vardır.

buxacuq “tanrı” (Aleksidze 2003a. 73. 87. 122). B-ğ buxacuq teoniminin qısa yazılış formasıdır. Ancaq Z.Aleksidze onu “bixacuq” oxuyur. Utilər son zamanlara qədər tanrıya bixacuq yox, buxacuq deyir­dilər (Шопен 1866. 433; Qukaşyan 1984. 14-17).

Söz yox ki, buğa totemik tanrı adıdır. Cahilliyə dövründə əcdadlarımız tan­rını yalnız insan deyil, həm də qanadlı heyvan və quş formalarında təsəvvür edir­di­lər. Düşünürdülər ki, yırtıcı heyvanlar və quşlar göylərdən igidlərə güc, qüvvət gətirir. Qanadlı buğalar isə var-dövlət, bolluq, bərəkət timsalıdır.

İ
Albaniya və İberiyanın bir çox qəbilələri Tanrının buğa şəklində bütünə buğa, qartal şəklində bütünə kuş deyirdilər.
berlər kimi h’aylar da buxa tanrının buğa şək­lində qoyulan bütünə deyirdilər (Шопен 1866. 483). H’Aylar indiki ermənilərin əcdadı olsaydılar, öz totem tanrılarını türkcə buğa yox, ari və ya sami dillərindəki vol, misraim sözləri ilə adlandırırdılar.

Urartu dövrünün bir çox etnosları buğaya sitayiş edir­dilər. 1912-ci ildə İ.A.Orbeli Topraq kaladan mər­mər lövhə üzərində buğa şəkli tapmışdır. Ondan 4 il sonra Van gölü yaxınlığında arxeoloji qazıntılar zama­nı qanadlı buğa bütü tapıldı. Bütün qanadları qızıl­dandır (Пиотровский 1944. 35). Bu da buğanın göy­ləri təmsil etdiyinə işarədir.

Əski türk qaydası ilə Xaçın hakimi Həsən Cəlal nəvəsinə Ağ Buğa adı vermişdi. Hülakilər dövründə Metex atabəyi Ağ Buğa totem adı daşıyırdı (Петру­шевский 1949. 252).

Musa Xorenli (VII əsr) yazır ki, Day mahalının bir vilayəti Buxa adlanır (Хоренский 1809.232; 1893.294). Sen-Marten həmin vilayətin adını Puxa ki­mi oxuyur (Шопен 1852.24).

T
İberlər buğanı müqəddəs sayırdılar. Buğaya olan etiqad Qafqaz və Piriney qurlarını birləşdirir.
ürk kökənli etnoslar buğaya olan əski inanc­larını özləri ilə Piriney ya­rımadasına aparmışlar. Buğa döyüşləri bizdə unudulmuş, İspaniyanın bir çox vilayət­lə­rin­də indiyədək qalmışdır.

Akademik İ.İ.Meşşaninov 1927-ci ildə nəşr et­dirdiyi bir məqaləsində yazırdı: – İberlər buğanı mü­qəddəs sayırdılar. Buğaya olan etiqad Qafqaz ilə Piri­ney yarımadasının qədim xalqları arasında etnogenetik bağlar olduğunu gös­tə­rir (Мещанинов 1927.28). Bü­tün bunlar təsdiq edir ki, Buğa totemik tanrı kimi Ya­fəs xalqlarının xristianlığa qədərki inancında əsas yer­lərdən birini tut­muş­dur.



kul “bilək”, “əl” (Aleksidze 2003a. 122). Bu sözün türk mənşəyini təsdiq etmək üçün nümu­nə­lər verməyə ehtiyac yoxdur. Yalnız onu qeyd etmək lazımdır ki, L.Meliksetbekov, Q.Kapantsyan Urartu yazılarında bu sözləri tapdığına görə, 1936-1937-ci illərdə Abkar Payzatı dar ağacına çəkmişdilər.

ğar, “oğul”, “bala” (Aleksidze 2003a. 87, 122). Bu söz türk dillərin­də­ki qarın, qarındaş, qardaş sözlərinin köküdür.


içi “özü”, -içey “özünün” (Aleksidze 2003a. 89, 12). Bu əvəzliyin kökü türk dillərindəki iç zərfidir. Özümüz, öz aramız sözlərinin sinonimi kimi Azərbaycan türkcəsində “içimiz” deyimi indi də işlənir.



viçi “qardaş” (Aleksidze 2003a. 89, 122). “V” səsartımı kimi xald mənşəli yazılarda çox işlənir. İçi qədim türk yazılı abidələrindəki içi – eçi “bö­yük qardaş” sözünün arxaik variantıdır: – Bəğ ərigcə sabıkbasar eçimiz. “Divanü-luğat-it-türk”də də içi sözü “böyük qardaş” mənasında verilmişdir (MK. IV. 2006, 209).

ke “qabağa” (Aleksidze 2003в. 122). Van-Urartu yazılarında qabaq, ön zərfləri ka sillabik for­mantı ilə göstərilmişdir (Меликишвили 1960. 41, 378). Ke, ka türk dillərindəki qa+baq, qa+rşı sözlə­rinin köküdür.


Müqəddəs torpaqlarda albanların çoxsaylı kilsə və monastırları vardı.
tur “çay” (Aleksidze 2003а. 122). Buna uyğun olaraq türk dillə­rin­də türümək “axmaq”, “çağlamaq” feli vardır.

Düşünürük ki, Sinay dağı alban yazılarının tapıl­dığı son yer olmayacaqdır. Çünki albanlar müqəddəs torpaqlarda kilsələr, monastırlar çox tikdirmiş və ic­malarla köçərək orada yurd salmışlar. “Albaniya ta­rixi”ndə verilən bilgiyə görə, ancaq Qüds şəhərində və ətrafındakı dağlarda albanların 6 kilsəsi, 9 mo­nastırı olmuşdur (Albaniya tarixi. 1993. 172, 173, 174).

Antik yunan və latın tarixçilərinin yazdığına görə, albanların bir hissəsi Midiya dağlarında yaşa­yırmış (Страбон. XI.7.1; XI-VII). Azərbaycan ərazi­sində iki Albaniyanın olmasını Musa Xorenli bildirir. Onun kitabının 1809-cu il nəşrində göstərilir ki, Albaniya Kür çayının şimalında yerləşir. Bundan başqa Alvaniya adlı başqa bir ölkə də vardır. Həmin Alvaniya Atropatenin bir vilayəti idi. (Хоренский 1809. 230, 231). Musa Xorenlinin “Ta­rix”inin 1893-cü il nəşrində belə bir qeyd var: – Payta­karan mahalı Araz çayından bir az aralıda yerləşir. Onun bir vilayəti Alevan adlanır (Хоренский 1893-293). Buradan aydın görünür ki, Midiya dağlarında yaşayan al­banlar Kür və Araz çayları arasına köçmüş, Beyləqan yaxınlığında Alvan mahalını yaratmışlar.

Qədim “İber salnaməsi”nin və orta əsr gürcü mənbələrinin tədqiqi göstərir ki, albanların aranda yaşayan hissəsi İslam dinini qəbul etmiş, dağlarda yurd salanlar xristianlıqdan dönməmişdir. Təbrizli Arakel yazır ki, ərəblər albanların yalnız bir qismini müsəlman edə bildilər (Даврижеци 1973. 514).

A
Kaxeti və Eretinin qədim qəbilələri gürcü deyildi. Onların çoxu alban və türk idi.
lbanların bir çox nəsilləri sasanilərlə, ardınca ərəblərlə döyüşə-döyüşə Alazan və İori çaylarının ara­sına, meşəli dağlara çəkilmiş, orada Kax, Kux, Ana, Toz, Er, Ucar və başqa knyazlıqları yaratmışlar. Gürcü salna
­mə­lə­rin­­də onların ölkəsi Kaxeti, Kuxeti, Ereti, Ayniana, Ucarma, Tuşeti və s. adlan­dırılır.

H


Çolak Albaniyanın knyaz nəslidir.
əmin knyazlıqların əhalisi gürcü deyildi. İndikilərdən fərqli olaraq köh­nə nəsil erməni və gürcü tarixçiləri bunu etiraf edirlər. Yazırlar ki, Gürcüs­ta­nın Ana kənd­lərinin əhalisi Albaniyadan gəlmədir (Адонц 1908, 56-57, 420; Орбели 1911. 6).

X


Baqrationlar Kaxetini XI

əsrdən sonra gürcülənşdirməyə başladılar.
IX əsrdə yaşamış arxeoloq və tarixçi P.İ.İose­liani yazır: – Albaniyanın ən döyüşkən nəsilləri işğal­çılara boyun əymirdilər. Kaxetinin dağlarına çəkilir, Alazan və İori çaylarının meşəli sahillərində yurd salırdılar. Həmin nəsillər Çolak, Uti, Çumlak, Çor, Er, Turdu və başqaları idi (Иоселиани 1866, 6, 7).

Kaxeti daim müstəqil çarlıq kimi Kartli ilə hərbi münaqişədə olmuş, yalnız rus işğalından sonra onların arasındakı döyuşlərə son qoyulmuşdur. İki çarlıq ara­sında amansız mübarizənin kökü onda idi ki, kaxe­tiyalılar gürcü deyildilər. P.İ.İoselianinin dediyi kimi, tatar və ya alban mənşəli idilər.

Bunu gürcü katolikoslarının daşıdığı titullardan daha aydın görmək mümkündür. Nə zaman ki, Kartli çarı Kaxetini özünə tabe edirdi, o zaman gür­cü kato­likosu özünü gürcülərin və albanların dini rəhbəri adlandırırdı (Иоселиани 1866, 7).

S
Mingəçevir yazılarında tanrı və buğa sözləri aydın oxunur.


öz yox ki, gürcülərin kilsə başçısı bütün alban­ların dini rəhbəri deyildi. O yalnız özünü Kaxetidə yaşayan albanların dini başçısı saya bilərdi.

Şərti olaraq Sinay Alban yazısı adlandırılan per­qamentin dili bütün albanların dili deyil. Albani­yadan İberiyaya köçən, XII əsrədək öz tarixi köklə­rindən xeyli uzaqlaşan utilərin dilidir. Zaza Aleksid­zenin hə­min dili “son Alban dili” adlandırması gerçək­liyə uy­ğun deyil. Utilər Bərdə ətrafında yaşayanda Aran dili­nə daha yaxın olan bir dildə danışırdılar.

V əsrə aid Mingəçevir yazılarında Tanrı sözü ay­dın oxunur. Sinay perqamentində onu görmürük. Gü­man edirik ki, nə zamansa albanların daha qədim əl­yazmaları tapılacaq. Erməni və gürcü dilçilərinin uy­durmaları su üzərindəki köpüklər kimi yoxa çıxacaq­dır.

Dilçilik İnstitutunun əsərləri. 2012, № 2, s. 32-31.




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin