İfrat yüksək tezlik diapazonlu elektrovakuum cihazları


İYT diapazonlu xüsusi növ elektron cihazları



Yüklə 0,53 Mb.
səhifə2/7
tarix22.12.2023
ölçüsü0,53 Mb.
#189495
1   2   3   4   5   6   7
ITH cihazlar

2.7. İYT diapazonlu xüsusi növ elektron cihazları

İdarəolunan lampalara və yarımkeçirici cihazlara xas olan çatışmazlıqlar nəzərə alınaraq böyük güclərə malik olan İYT rəqsləri gücləndirmək və generasiya etmək üçün bir sıra xüsusi növ İYT cihazlar işlənib hazırlanmışdır.


İş prinsipi qida mənbəyinin yaratdığı sabit cərəyan sahəsindən elektronların kinetik enerjini alması və bu enerjinin bir hissəsini İYT elektromaqnit sahəsinə, bu sahədə baş verən tormozlanma hesabına ötürməsinə əsaslanan müxtəlif cür çoxlu xüsusi İYT cihazlar mövcuddur.
İYT - də elektron cihazlarının elektrodlar arası tutumları, faydalı rəqslərin yüksək tezlikli toplananları üçün şuntläyıcı təsir göstərir. Ona görə də İYT diapazonunda işçi tezliyin qiyməti 3QHs - dən böyük olan hallarda xüsusi elektron cihazları - klistronlar, maqnetronlar, qaçan dalğa lampaları (QDL) və əks dalğa lampaları (ƏDL) istifadə olunurlar, radiovericilərin çıxış kaskadlarında alınan elektromaqnit dalğaları isə antenaya dalğaötürən vasitəsilə ötürülür.
Enerji daşıyıcılarının xarakterinə görə İYT - diapazonlu aktiv element və qurğular, elektron və kvant növlərinə, aktiv mühitin (yük daşıyıcıların elektromaqnit sahəsi ilə qarşılıqlı təsirdə olduğu mühit) növünə görə isə - vakuumlu, qazdoldurulmuş, mayeli və bərk cisimli növlərinə bölünürlər.
Xüsusi İYT elektron cihazları iki qrupa bölünür: O – tipli və M – tipli. O tipli cihazlarda sabit maqnit sahəsi olmur və elektron selinin fokuslanması üçün tətbiq olunur. M tipli cihazlar üçün əsas xüsusiyyət qarşılıqlı perpendikulyar olan sabit elektrik və maqnit sahələrinin olmasıdır. Məhz, bu sahələrin birgə təsiri elektronun trayektoriyasını yüksək dərəcədə təyin edir.
Tarixi olaraq O tipli cihazların ilk nümunələri hal-hazırda da geniş tətbiq olunan klistronlardır. Klistronlarda elektronların uçub keçmə müddətinin çox olması onun işi üçün ziyan deyil, həm də onun normal işi üçün vacibdir. Klistronların əsas tipləri - rəqslərin generasiyası və gücləndirilməsi üçün yararlı olan uçuş (iki- və çoxrezonatorlu-), və yalnız generator kimi işləyən əksetdirici (birrezonatorlu) klistronlardır. O-tip cihazlara həm də qaçan dalğa lampaları (QDL) və əks dalğa lampaları (ƏDL) aiddirlər. Lakin həmçinin, M-tip cihazlara aid olan QDL və ƏDL də vardır. Tarixdə ilk M-tipli cihaz maqnetron olmuşdur. Son illər yeni növ M-tipli cihazlar (amplitronlar, stabilitronlar) işlənib hazırlanmışdır.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin