İfrat yüksək tezlik diapazonlu elektrovakuum cihazları



Yüklə 0,53 Mb.
səhifə4/7
tarix22.12.2023
ölçüsü0,53 Mb.
#189495
1   2   3   4   5   6   7
ITH cihazlar

2.7.2. Əksetdirici klistronlar. Əksetdirici (birrezonatorlu) klistronun quruluşu və qoşulma sxemi şəkil 2.8-də verilmişdir. Bu klisronlarda bir rezonator eyni zamanda həm modulyator, həm də tutucu kimi xidmət edir. Elektronların sürətləndirilməsi üçün rezonatora yüksək Ur gərginliyi verilmişdir. Rezonatorun arxasında, katoda nəzərən mənfi U0 gərginliyə malik olan əksetdirici – elektrod yerləşir. Elektron selinin yaxşı fokuslanması üçün katod, fokuslayıcı elektrod adlanan və adətən katoda birləşən silindrlə əhatə olunub. Rezonatorun enerjisi rabitə dolağı və koaksial xətt vasitəsilə götürülür.
Elektron seli uçub rezonatora daxil olur və onda cərəyan impulsu həyəcanlandırır. Rezonatorda onun torları arasında dəyişən elektrik sahəsi yaradan rəqslər əmələ gəlir. Bu sahə elektron selini sürətinə görə modulyasiya edir. Beləliklə, müxtəlif sürətlə rezonatordan sabit tormozlayıcı sahənin təsir etdiyi dreyf fəzasına (rezonator və əksetdirici arasında) elektronlar uçub çıxırlar. Elektronlar bu sahədə tormozlanırlar, dayanırlar və sürətlə rezonatora qayıdırlar. Elektronun sürəti nə qədər çox olsa, o bir o qədər çox tormozlayıcı sahənin dərinliyinə keçir və bu sahədə bir o qədər çox müddət qalır. Nəticədə müsbət yarımperiodda rezonatordan uçub keçmiş və dəyişən elektrik sahəsindən əlavə sürət almış elektronlar geriyə, sonradan mənfi yarımperiod ərzində rezonator-dan uçub keçən və dəyişən sahədən tormozlanan elektronlar geriyə qayıtdıqda dönürlər.
Əksetdirici klistronların F.İ.Ə. 5% keçmir, bəzən isə 1%-dən az olur. Ona görə də belə klistronları 1Vt-dan böyük güclərə hazırlamırlar. Ən çox qəbuledicilərin heterodinləri və ölçmə aparaturası üçün hazırlanan azgüclü əksetdirici klistronlar daha geniş yayılmışdır. Onların faydalı gücü 10 – 100mVt həddində olur.
Əksetdirici klistronlarda qida mənbəyindən verilən sürətləndirici gərginliyin qiyməti 250 – 450V təşkil edir və yalnız bəzi hallarda 2500V-a qədər artırılır. Elektron dəstinin cərəyanı 10mA qədər çata bilər.
Digər əsas çatışmazlığı qidalandırıcı gərginliklərin tezliyə güclü təsir etməsidir. Bu problemin həlli üçün çox vaxt stabilləşdirilmiş qida gərginliyi tətbiq olunur.




Şək. 2.8. Əksetdirici klistronun quruluşu və qoşulma sxemi.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin