İfrat yüksək tezlik diapazonlu elektrovakuum cihazları



Yüklə 0,53 Mb.
səhifə6/7
tarix22.12.2023
ölçüsü0,53 Mb.
#189495
1   2   3   4   5   6   7
ITH cihazlar

2.7.5. Əks dalğa lampaları (ƏDL). Bu cihazlar, QDL - dən onunla fərqlənirlər ki, onlarda elektron seli, QDL - lə müqayisədə əks istiqamətdə yayılan dalğanın sahəsi ilə qarşılıqlı təsirdə olur. ƏDL - ın gücləndirici kimi tətbiqində, dalğaötürənin girişi kollektor oblastında, çıxış dalğaötürəni isə - elektron lüləsi (puşka) oblastında yerləşirlər. ƏDL - ın iş prinsipi də QDL kimidir. ƏDL – lər əsasən azgüclü avtogenerator (<1 Vt) yaradılmasmda istifadə edilir, çünki onlarda güclü daxili müsbət əks rabitə vardır. ƏDL – lərin f.i.ə. çox aşağıdır (bir neçə faiz). Onların əsas üstünlüyü sürətləndirici gərginliyi dəyişməklə, tezliyin elektron köklənməsini təmin etməyin mümkün olmasıdır.
ƏDL - injeksiya olunmuş elektron selinin, əks dalğa sahəsi uzunmüddətli qarşılıqlı təsirə malik İYT elektrovakuum cihazıdır, və onun quruluşu və konstruktiv görünüşü şəkil 2. 12 - də göstərilmişdir.
ƏDL – lər əsasən generator cihazlarıdır, çünki kollektordan katoda dalğaların əks hərəkəti sayəsində, generasiya üçün lazım olan müsbət əks rabitə yaranır. Düzünə dalğaların təsirini aradan qaldırmaq üçün ƏDL - in konstruksiyasında, uducu yük nəzərdə tutulur. Bu yük, ləngidici sistemin katoddan uzaqda olan ucunda yerləşdirilir. Çıxış siqnalını isə ləngidici sistemin katoda yaxın olan ucundan götürürlər, çünki, məhz burada generasiya olunan sahənin intensivliyi maksimaldır. «O» - tip ƏDL- ləri xətti konstruksiyaya malikdir (şəkil 2. 12). «M» - tip ƏDL – lərı «M» - tip QDL – lərə analojidir və həlqə kimi burulmuşdur və xarici maqnit sahəsinin köməyi ilə halqaşəkilli elektron selinin yaradılması da mümkündür. Xətti ƏDL - rı «O» - tip və «M» - tip ƏDL - nın hibrididir.




a)



b)

Şək. 2.12. Qaçan dalğa lampasının quruluşu a) və konstruktiv görünüşü b).



«O» - tip və «M» - tip ƏDL - nın əsas fərqi, uyğun olaraq elektronların kinetik və ya potensial enerjilərindən hansının üstün istifadə edilməsindədir.
ƏDL - ın xarakterik xüsusiyyəti - geniş diapazonda generasiya tezliyini elektriki tənzimləməyin mümkünlüyüdür. Bunun səbəbi - elektron seli və dalğaların, ləngidici sistemdə gərginliyi dəyişməklə, müxtəlif tezliklərdə sinxronluq tələbinin ödənilməsidir.
“O” tipli ƏDL-lərdə elektronlar özünün elektronun və dalğanın sürətlərinin fərqinə uyğun olan artıq kinetik enerjisini sahəyə ötürürlər. Ona görə də bu cihazlarda F.İ.Ə. göstərilən sürətlərin yol verilən fərqləri ilə məhdudlaşır. Əksinə “M” tipli ƏDL-lərdə elektronların kinetik enerjisi dəyişmir, ancaq İYT sahəsinə çevrilən potensial enerji dəyişir. Bundan əlavə “M” tipli ƏDL-də elektronların və İYT sahəsinin daha əlverişli qarşılıqlı təsiri elektronların orta sürətinin və dalğanın faza sürətinin dəqiq bərabər olduğu zaman (Ve = Vf) baş verir, hansı ki, “O” tipli ƏDL-lərdə elektronların dalğadan bir az sürətli hərəkət etməsi tələb olunur. “M” tipli ƏDL –in quruluşu şəkil 2.13 –də verilmişdir.


Şək. 2.13. Qaçan dalğa lampasının quruluşu.



ƏDL - nın əsas tətbiq sahələri - ölçmə texnikası, İYT diapazonlu tezlik modulyasiyalı rabitə sistemləri və radio əks təsir sistemləridir.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin