I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə7/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   2   3   4   5   6   7   8   9   10   ...   94

isyanla birlikte yarım kalmıştır. Bu isyan, Kırgız tarihinde Ürkün olarak geçer. İsyanın Rus ordusu 

tarafından bastırılmasının ardından bölge halkı arasında sağ kalanlar, Çin’e göç etmiştir. Kasım’ın 

ailesi de bu kafile arasındadır. 1917 Bolşevik Devrimi’yle Çin’e sığınan Kırgızlara, tekrar vatan 

topraklarının yolu açılmıştır. Kasım Tınıstanov’un ailesi de 1917 yılı sonlarına doğru vatana 

dönmüştür (Kongantiyeva 2015: 5-6). 

Tınıstanov’un vatana döndükten sonra yazdığı şiirler ve yazılar, Kazakça gazetelerde 

yayımlanır. 1923 yılında Kırgız diliyle ilgili ilk ders kitabını yazar. 1924’te Kazak Kırgız 

Enstitüsü’nü bitirdikten sonra ilk Kırgız gazetesi Erkin Too’nun redaktörlüğünü yapar. 1926’da 

Bakü’de yapılan Birinci Türkoloji Kurultayı’na İ. Arabayev’le katılan Tınıstanov, bu 

Kurultay’da “Yeni Kırgız Alfabesini Oluşturma Prensipleri” adlı bildiriyi sunar. Yine aynı yıllarda 

Arap alfabesini ıslah etme işini de üstlenir. 1927-1936 yılları arasında Bizdin Til “Bizim Dil”, Til 

İliminin Terminologiyalık Sözdügü “Dil Biliminin Terminoloji Sözlüğü”, Kırgız Adabiy Tilinin 

Caŋı Orfografiyasının Dolbooru “Kırgız Edebi Dilinin Yeni Yazım Projesi”, Kırgız Tilinin 

Morfologiyası “Kırgız Dilinin Morfolojisi”, Kırgız Tilinin Sintaksisi “Kırgız Dilinin Sentaksı”  adlı 

çalışmalara imza atar. 1930’lu yılların başında Akademiya Keçeleri “Akademi Akşamları” adlı 

piyesi yazar ve sahneye koyar (Kongantiyeva 2015: 6-8; Artıkbayev 2015: 27). 

Bu bildiride 1926’da Bakü’de toplanan Birinci Türkoloji Kurultayı’nda K. Tınıstanov’un 

sunduğu bildiriden hareketle onun alfabe ile ilgili görüşleri ve dilbilim terimleri konusunda yaptığı 

çalışmalar değerlendirilecek; ayrıca, günümüzde bu çalışmalardan yararlanma konusunda neler 

yapılabileceği tartışılacaktır.  

 

KAYNAKÇA 



1.Artıkbayev, k. (2015). “Mağcan Cumabayev, Mukay Elebayev ve Kasım Tınıstanov”  (Çev. 

İ. Türkhan). Ala Too Edebiyatı. S. 4. 2015. 24-30.  

2.Aşnin, F.D. /V. M. Alpatov/ D. M. Nasilov (2002). Repressirovannaya Tyurkologiya. 

Moskva: Vostoçnaya literatura. 

3.Bektenov, A. (1991). Kasım Tınıstan Uulı Adabiy Çığarmalar, Bişkek: “Adabiyat”. 

4.Buran, A. (2007). Kurşunlanan Türkoloji. Ankara: Akçağ yayınları. 

5.

 Cigitov, S. (2005). “Kasım Tınıstanov (1901-1938)”. Türk Yurdu. Ağustos 2005, C. 25. S. 216.  



6.Kongantieva, S. A. (2015). “Kasım Tınıstanov’un Hayatı, Tahsili ve Eserleri (1901-1938)” 

(Çev. M. Dıykanbayeva).  

Ala Too Edebiyatı. S. 4. 2015. 5-8.  

7.Musaev, S. (2015). “Latin Yazısı ve Kırgız Alfabesi” (Çev. A. Isakov). Ala Too Edebiyatı. 

S. 4. 2015. 16-19. 

8.Tentimişev, M. (2015). “Yüzyılda Bir Doğan Aydın Kasım Tınıstanov” (Çev. G. 

Murzakulova). Ala Too Edebiyatı. S. 4. 2015. 20-23. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



35

 

Jalə Əliyeva, fil.ü.e.d., prof. 



 

ƏLİ BƏY HÜSEYNZADƏNİN BİRİNCİ BEYNƏLXALQ TÜRKOLOJİ 

QURULTAYDAKI MƏRUZƏSİ VƏ MÜASİR QƏRBDƏ İKİLİ STANDARTLAR 

Birinci və hələlik yeganə Beynəlxalq Türkoloji Qurultay, məlum olduğu kimi, 1926-cı il 

fevralın 26-da Azərbaycanın paytaxtı Bakı şəhərində başladı və düz bir həftə davam etdi. O zaman 

yeganə müstəqil türk dövləti olan Türkiyə Cümhuriyyətindən cəmi iki nəfər dəvət almışdı ki, onun 

da biri məşhur professor Məhməd Fuad Köprülü digəri isə Türkiyədə yaşayan əslən azərbaycanlı 

Əli bəy Hüseynzadə idi. (Bax: 1.) 

Əli bəyin hazırladığı məruzə “Qərbin iki dastanında Türk” adlanırdı və bu janr üçün çox 

böyük həcmə malik olduğundan, təbii ki, forumda səslənmədi, ancaq elə həmin il Bakıda kitab 

şəklində nəşr olundu. Əli bəy bu əsəri qurultayda səsləndirmək məqsədilə sırf məruzə şəklində 

deyil, ciddi bir elmi tədqiqat əsəri kimi hazırlamış, uzun illər ərzində müxtəlif dillərdəki bədii, tarixi 

və elmi ədəbiyyatı toplayaraq sistemləşdirmiş türk obrazına tamamilə başa bir rakursdan nəzər 

salmağa nail olmuşdur. “Yeni əsəri (“Qərbin iki dastanında türk” nəzərdə tutulur – J.Ə.) Əli bəyin 

bütün dünyagörüşü, ədəbi, elmi fəaliyyəti üçün dönüş nöqtələrindən biri” adlandıran AMEA-nın 

müxbir üzvü Əziz Mirəhmədov müəllifin belə bir məlumatını misal gətirir: “Bundan iyirmi il əvvəl, 

Bakıda işlədiyim zaman ədəbiyyatımızın geridə qaldığını (Qərblə əlaqə baxımından – Ə.M.) onda 

gördüm ki, biz daim Şərqi özümüzə nümunə hesab edir, Şərqə rəğbət göstəririk. Odur ki, mən Qərb 

əsərlərini nümunə kimi seçərək onun təbliği yolunda bir az (!) çalışdım.” (2, 59.) 

Əsərin müqəddiməsində isə bu tədqiqatı aparmaqdan məqsədini müəllif özü belə izah 

etmişdir: 

“Beynəlmiləl ədəbiyyatdan türkə dair “Müntəxəbati-ədəbiyyə” (Albom xrestomatı) vücuda 

gətirilməsi lüzumu. Bunu müvərrixlərdən və ya türkün kəndi ədəbiyyatından deyil, əcnəbi 

ədəbiyyatından toplamalıdır. Hər kəs kəndini mədh edər...” (3, 356.) 

Əsərin əsas hissəsi belə adlanır: “«İdealizatsiya tyurka». İtalyan şairi Tasso ilə Portəgiz şairi 

Kamoensə nəzərən türk”. 

Burada maraq kəsb edən cəhət – rusca verilmiş “Türkün ideallaşdırılması ifadəsinin dırnaq 

arasında yazılmasıdır ki, bununla da əslində Əli bəy Hüseynzadə ezop dili ilə müsbət mənada deyil, 

mənfi mənada “ideallaşdırmadan” söhbət gedəcəyinə işarə vurmuş olur. Bu mənada əsərdəki rəmzi 

mənaları, dərin simvolikanı, ezop dilindən bacarıqla istifadəni əlibəyşünaslardan Ofeliaya Bayramlı, 

Əziz Mirəhmədov, Yaşar Qarayev vaxtında üzə çıxararaq elmi obyektivilklə dəyərləndirmişlər. Bu 

baxımdan O. Bayramlının xidmətlərini xüsusilə yüksək qiymətləndirən Əziz Mirəhmədov yuxarıda 

adını çəkdiyimiz məqaləsində yazır:  

“O. Bayramlıya görə “Qərbin iki dastanında türk”də bir çox ciddi siyasi, konseptual məsələ, 

bir çox fikirlər ehtiyat üzündən mürəkkəb bədii üsullarla, üstüörtülü verilmiş, cürbəcür məcazi, 

şifrələnmiş, “kilidli” hallarla ifadə olunmuşdur. Bu, Azərbaycan və Türkiyədə Əli bəy Hüseynzadə 

yaradıcılığı haqqında yazılan elmi əsərlərdə, oçerklərdə ilk dəfə, həm də cəsarətlə qoyulan bir 

məsələdir. Tədqiqatçı öz tezislərini açıb aydınlaşdırmaq, əsaslandırmaq üçün bir çox faktlara istinad 

edib belə bir qəti fikir irəli sürür ki: “Ə. Hüseynzadə V.D. Qamanın Hindistanı işğalının arxasında 

Sovet Rusiyasının Azərbaycanı işğalını gizlətdiyindən, “Qərbin iki dastanında türk” əsərində də 

“Luziada”nın qəhrəmanlarını rəmzi obrazlar kimi təqdim etmişdir. V.D. Qama – erməni millətçiləri, 

II Juan – II Nkolay, kral Manuel – Lenin, Pol de Qama – Stalin, Sarama Perimal – M.Ə. Rəsulzadə, 

Katual isə Nərimanovdur.” (2, 65.) 

Y.Qarayev də “Şərqin və Əli bəyin dörd dastanında türk” adlı məqaləsində əsərdəki 

simvolikanın dərinliyindən bəhs edərək yazır: 

“Qərbin iki dastanında türk” – Əli bəyin şərtilik və rəmzlə, tarixi-siyasi simvolika ilə, “alt 

qat”la və “ikinci plan”la ən zəngin, mürəkkəb əsəridir. Odur ki, haqqında ən az danışılan və... 

qəribədir ki, ən az söyülən (traktatı başa düşməkdən çox uzaq olan vulqar marksçı sosioloqlar da 

onun heç adını çəkməməyi daha üstün hesab eləmişlər) əsəridir.” (4, 71.) 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



36

Yaşar Qarayevin təbiri ilə desək, “Qərbin iki dastanında türk” traktatındakı simvolikaya və 

müasirliyə müxtəlif rakurslardan yanaşmaq mümkündür. Biz isə əsərin məziyyətlərindən birini və 

müasir dövrdə də aktuallığını itirmədiyini çağdaş dünyamızın sosial-siyasi bəlalarından biri olan 

ikili standartlar baxımından qiymətləndirməyə çalışacağıq. 

Bəri başdan qeyd edək ki, traktatın adındakı “türk” sözünə baxmayaraq, Əli bəy bütövlükdə 

Qərbin işğalına və istismarına, zülm və ədalətsizliyinə məruz qalan Şərqin taleyini düşünür, insanlıq 

və humanizm baxımından yolverilməz, qəbuledilməz olan bu biabırçılığın hətta “mədəni və 

humanist əsr” sayılan XX əsrin əvvəllərində, yəni Əli bəyin  bilavasitə müşahidə edib gördüyü 

dövrdə də təəssüf və ürəkağrısı ilə qələmə alır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə elan 

edilmişdir ki, tolerantlıq və multikulturalizm Azərbaycan xalqının çox qədimlərdən qoruyaraq 

bugünümüzə çatdırdığı özünəməxsus həyat tərzidir və xalqımız bu gün də fəxr etdiyi həmin 

ənənələri davam etdirməkdədir. Cənab Prezident tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan 

edilməsi və bu tarixin Bakıda keçirilmiş Beynəlxalq Türkoloji Qurultayın 90 illik yubileyi ilə üst-

üstə düşməsi də dərin simvolik məna kəsb etməkdədir. Eyni bioloji növə aid olan, eyni torpaq 

üzərində yaşayan, eyni havadan udub, eyni sudan içən bəşəriyyəti “birinci və ikinci növ” insanlara 

bölən və bununla da ikili standartlara rəvac verən müasir Qərb siyasi güclərindən fərqli olaraq, 

Azərbaycan xalqı, onun tarixi şəxsiyyətləri, böyük şair və yazıçıları insanları zahiri əlamətlərinə, 

dini inanclarına, etnik mənsubiyyətinə görə bölməyin həmişə əleyhinə olmuş, bu barədəki humanist 

fikirlərini həmişə ucadan səsləndirmişlər. hələ XII əsrdə dahi Azərbaycan şairi və mütəfəkkiri 

Nizami Gəncəvi özünün ölməz “İskəndərnamə” poemasında insanların yalnız biliklə, həm də 

başqalarına xeyir verən biliklə bir-birindən üstün ola biləcəyini elan edərək yazırdı: 

Qüvvət elmdədir, başqa cür heç kəs 

Heç kəsə üstünlük eləyə bilməz! (5, 235.) 

Nə yazıq ki, səkkiz yüz il əvvəl elan olunmuş bu dahiyanə fikrə yenə də ikili standartlar mane 

olmaqdadır və Əli bəyin traktatında da müəyyən qədər üstüörtülü şəkildə olsa da, eyni humanist 

fikrilərin təbliğ olunduğunu görməmək olmur. 

Məsələnin başqa və əsas bir tərəfi isə ondan ibarətdir ki, elm və alim kimə xidmət edir – 

xeyirə, yoxsa şərə? Traktatı oxuduqca belə bir fikirdə möhkəmlənirsən ki, “Qərbin iki dastanındakı” 

“alim qəhrəmanlar” məhz şərə - insanın insan üzərindəki istismarına və insanın insana 

yanaşmasında ikili standartların meydana gəlməsinə və normal bir hal kimi təqdim edilməsinə 

xidmət edir. Burada yenə yada dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin məşhur 

“Ey müəllim” qitəsi yada düşür. Böyük humanist şair hələ 500 il bundan öncə insanları ayıq olmağa 

və şərin yayılmasına rəvac verməməyə səsləyərək yazırdı: 

Ey müəllim, aləti-təzvirdir əşrarə elm, 

Qılma əhli-məkrə təlimi-məarif, zinhar! 

Hiylə üçün elm təlimin qılan müfsidlərə, 

Qətli-am üçün verir cəlladə tiği-abidar. 

Hər nə təzvir etsə əhli-cəhl, ona olmaz səbat, 

Məkri-əhli-elmdir əsli-fəsadi-ruzigar! (6, 353-354.) 

 Əli bəy Hüseynzadənin təsvir etdiyi Qərb dastanlarının qəhrəmanları ilk baxışda elmli, 

savadlı, mədəni, dindar insanlardır. Ancaq konkret situasiyada onlar bütün bu sifətlərin ancaq 

Avropa insanına münasibətdə keçərli olduğunu, Şərqlə davranışda isə tamamilə başqa 

standartlardan istifadənin, yəni qarşılarındakını tamdəyərli insan saymayaraq, onun başına hər cür 

müsibətin gətirilməsinin “insanlıq dəyərlərinə” zidd olmadığını düşünməyin və bu düşüncə (bəlkə 

də düşüncəsizlik! – J.Ə.) ilə hər cür hərəkət etməyin mümkünlüyünü irəli sürürlər. Məhz bu 

düşüncəsizlik, güc kultuna tapınmaq, əslində müasir dövrdə də Qərbdə davam edən və daha da 

güclənən ikili standartların qaynağında durur. 

Traktatın əvvəlində ikili standartların meydana çıxma tarixini və səbəblərini göstərən Əli bəy, 

sonrakı təsvirində, əsasən, senzoru yayındırmaq məqsədini güdərək yazır: 

“XI əsrin nəhayətindən XIII əsrin nəhayətinə qədər (1096-1270) Şərq ilə Qərb arasında hadis 

olan və ədədi səkkizə varan “Səlib müharibələri” o növ hadisatdandır ki, əkmiş olduğu müxasəmə 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



37

və münafirət toxumlarının izlərini cahanın əsrimizdə belə cərəyan etmiş və etməkdə bulunan bir çox 

vəqayeində görməmək mümkün deyildir... XIII əsrin nəhayətində aləmi-islam əhli-səlibin iqa etdiyi 

qailələdən silkinib müvəffəqiyyətlə çıxmış və o vəqtə qədər qüvvət və qüdrət, səviyyeyi-irfan və 

mədəniyyət etibarilə Qərb aləmi ilə rəqabət edə bilmiş ikən biləxərə vüqu bulan yeni bir hadiseyi-

mühümmə Şərqin müddəti-mədidə, hətta haman bu günə qədər düçari-zəf olmasına badi oldu.” (3, 

411-412.)  

Bu problem çox geniş olduğundan, burada təfərrüata varmayaraq və bunu gələcək tədqiqatlara 

həvalə edərək, yalnız Əziz Mirəhmədovun bu rakursdan traktata verdiyi təhlildən bir abzas örnək 

gətirməklə kifayətlənmək istərdik: 

“Ə. Hüseynzadənin “Luziada”ya verdiyi ümumi müsbət qiymətdən danışarkən açıq demək 

lazımdır ki, burada İslama, Türkə mənfi münasibət aşkar görünür. Halbuki Kamoens Portuqaliyanın 

Şərqdəki təcavüzünün iştirakçısı olmuşdur və onun müasir tədqiqatşıları bunu gizlətmirlər. 

“Luziada”nın baş qəhrəmanı V. Qama isə XVI əsrdə bir çox xalqları əsarət altına salıb, onların var-

yoxunu əlindən alan müstəbiddir. Kamoens göstərir ki, Hindistana əlində xaç gələn Portuqaliya 

əskərləri bu ölkəni əsarət altına salandan sonra xaça da, xristianlıq təliminə də büsbütün göz yumub, 

yerli xalqa zülm etməyə başlamışlar.” (2, 60.) 

Beləliklə, Əli bəy Hüseynzadənin Birinci Beynəlxalq Türkoloji Qurultaya təqdim etdiyi 

“Qərbin iki dastanında türk” traktatında irəli sürülən və bu gün də öz aktuallığını itirməyən 

problemlərdən biri də - insanlıq adına yaraşmayan ikili standartlardır.       

   

ƏDƏBİYYAT 



 

1.

  Xəlilov B. Birinci Beynəlxalq Türkoloji Qurultay. Elm: Bakı, 1999. 



2.

  Mirəhmədov Ə. “Həqiqətin böyüyünü” deyən sənət əsəri // Əli bəy Hüseynzadə. Seçilmiş 

əsərləri. 2 cilddə. C. 1. Çaşıoğlu: Bakı, 2008. 

3.

  Əli bəy Hüseynzadə. Seçilmiş əsərləri. 2 cilddə. C. 1. Çaşıoğlu: Bakı, 2008. 



4.

  Qarayev Y. Şərqin və Əli bəyin dörd dastanında türk // Əli bəy Hüseynzadə. Seçilmiş 

əsərləri. 2 cilddə. C. 1. Çaşıoğlu: Bakı, 2008. 

5.

  Nizami Gəncəvi. İskəndərnamə. “Yazıçı”: Bakı, 1981. 



6.

  Füzuli Məhəmməd. Əsərləri. 6 cilddə. C. 1. “Şərq-Qərb”: Bakı, 2005.  

 

Summary 


Azerbaijani, one of the largest scientific, literary, social , historical, philosophical figures , Ali 

bey Huseynzadeh (1864-1940) submitted on First International Turkish Congress (Baku, 1926) 

topic the "Turk on two west's dastans" in his speech he touched is a very painful period upon the 

problems, appliying and continuing the problem of double standards so far from the West to the 

East 

In The article has been published those report and determine the scientific results. 



Key words: Ali bey Huseynzadeh, medieval, Tasso, Kamoens, Vasco da Gama,  the 

occupation of the East, Turkish character, double standards. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



38

 

Mayıl Əsgərov, fil.ü.e.d., prof. 



AMEA Dilçilik İnstitutu Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri 

Bakı Avrasiya Universitetinin professoru 

mayil62@yandex.com 

 

“TOLERANT TÜRK BİRLİYİ”NİN YARADILMASI TARİXİ ZƏRURİYYƏTDİR 



Dünya qloballaşır və bunun nəticəsi olaraq çoxsaylı hərbi, siyasi, iqtisadi, elmi, mədəni birlik 

və ittifaqlar yaranır. “Avropa Birliyi” (bax: 1), “Müstəqil Dövlətlər Birliyi” (bax: 2), NATO (bax: 

3), Varşava İttifaqı (bax: 4), Neft İxrac Edən Ölkələr birliyi bunlardan bəziləridir. Əslində bu kimi 

birlik və ittifaqların sayı yüzlərcədir. Yaradılan bu qurumların adı ittifaq və ya birlikdir. Amma bəzi 

hallarda bu qurumları yaradanların əsas məqsədi müxtəlif toplumları birləşdirmək yox, özlərini 

başqalarından ayırmaq, seçmək olmuşdur. Həmin “seçilənlər” əldə etdikləri xüsusi hüquq və 

imtiyaz nəticəsində öz iradələrini “seçilə bilməyənlər”ə qəbul etdirməyə, onlara təsir və ya təzyiq 

göstərməyə çalışmışlar.   

Bu qurumların ən məsumu Neft İxrac edən ölkələr təşkilatıdır (OPEC). Bu təşkilat 1960-cı 

ildə qlobal xam neft qiymətlərinin və neft əldə edilməsi həcmi üzrə fəalliyyətlərin koordinasiyası və 

tənzimlənməsi məqsədilə yaradılıb. Hazırda neft ticarəti üzrə dünya bazarının demək olar ki, yarısı 

bu təşkilatın nəzarəti altındadır. Bu səbəbdən də adı çəkilən bu təşkilat qiymət səviyyələrinə 

əhəmiyyətli dərəcədə təsir edir (daha ətraflı bax: 5). 

Bizim məqsədimiz həmin ittifaq, təşkilat və ya birlikləri tənqid etmək, yaxud da onlara qarşı 

mübarizə aparmaq deyil. Yeganə məqsədimiz elə bir tolerant birlik yaratmaqdır ki, heç kimə qarşı 

olmadan və heç nəyə zərər vermədən hamının faydasına fəaliyyət göstərsin. Bu birliyə daxil olmaq 

istəyən hər kəs onun üzvü ola bilsin. 

Hamının faydasına olan birliyin yaradılması bir zamanlar utopik sosialistlərin qurmaq istədiyi 

“İdeal cəmiyyət” fəlsəfəsinə və ya ideyasına bənzədilə bilər. Bəziləri belə deyə bilər ki, “İdeal 

cəmiyyət qurmağın mümkün olmadığını uzaq tarix sübut etmişdir”. Bəlkə də ideal cəmiyyət 

qurmaq, həqiqətən də, mümkün deyil. Amma biz ideal cəmiyyət deyil, fərqli cəmiyyətlərin bir 

birini qəbul edə biləcəyi, bir arda yanaşı yaşaya biləcəyi tolerant birlik qurmağı təklif edirik.  

Bir neçə filosofun və ya siyasətçinin dediyi sözləri “tarixin sübutu” kimi təqdim edənlər belə 

bir faktı, həqiqəti də unutmasınlar. Yaxın dövrlərə aid Avropa tarixi multikulturlizmlə bağlı da belə 

demişdi ki: “multikulturlizmin gələcəyi və perspektivi yoxdur”. Buna baxmayaraq 2016-cı il 

Azərbaycanda multikulturalizm ili elan olundu. Sırf Azərbaycan brendi olan “Asan xidmət”, 

“Balanslaşdırılmış siyasət” kimi “Azərbaycan multikulturalizmi” də bu gün bir çox dünya ölkələri 

tərəfindən qəbul olunur. Biz bütün milli brendlərimizi, o cümlədən də Azərbaycan 

multikulturalizmini yayır, təbliğ edirik. Amma heç bir halda onu qəbul etməyən dövlətlərə və 

qurumlara qarşı deyilik, onlarla mübarizə aparmırıq. Azərbaycan multikulturalizminin və 

tolerantlığnın əsl mahiyyəti də elə bundadır.  

Məlum olduğu kimi, 16 noyabr beynəlxalq tolerantlıq günüdür. Bu gün 1995-ci ildə 

YUNESKO-nun 50 illiyi münasibəti ilə təsis edilib. Onun məqsədi dünyada hamını bir-birinə qarşı 

dözümlülük, xoşgörü nümayiş etdirməyə, mehriban qonşular kimi yaşamağa çağırmaqdır.  

Azərbaycan bu çağırışa ən yüksək səviyyədə – Respublika Prezidenti səviyyəsində qoşulan 

ölkələrdən biridir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 2015-ci ildə nəşr edilən və 

geniş oxucu auditoriyası üçün nəzərdə tutulan “İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” 

kitabı bunun əyani sübutudur. Bu kitabda Prezident İlham Əliyevin 2003-2015-ci illərdə dövlət-din 

münasibətləri ilə bağlı imzaladığı sərəncamları, tolerantlıq və multikulturalizm ideyalarını ehtiva 

edən çıxışları, nitqləri, görüşləri, müxtəlif beynəlxalq konfrans iştirakçılarına ünvanladığı 

müraciətləri, müqəddəs dini məkanlara etdiyi səfərləri, bayram və əlamətdar hadisələrlə bağlı dini 

konfessiya rəhbərlərinə ünvanladığı təbrikləri toplanıb.  

Azərbaycanda multikulturalizm ili elan edilən 2016-cı ilin noyabr ayının ikinci ongünlüyü 

Respublika ərazisində tolerantlıq dekadası kimi qəbul edilir. Bu münasibətlə bütün ölkədə 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



39

müxtəlif tədbirlər keçirilir. Çox əlamətdar haldır ki, I Türkoloji Qurultayın 90 illiyinə həsr olunan 

bu beynəlxalq konfransın keçirilmə tarixi də məhz həmin ongünlüyə təsadüf edir.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycanı tolerantlıq 

örnəyi adlandırması və 2016-ci ili Azərbaycanda multikulturalizm ili elan etməsi, eləcə də Türkiyə 

Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasını Yaxın və Orta Şərqin aparıcı 

qüvvəsi adlandırması onu göstərir ki, 1990-cı illərdən bu günə qədər ən böyük arzumuz olan türk 

birliyini yaratmaqla bağlı ideyamızı açıq şəkildə elan etməyin vaxtı gəlmişdir. 

1997-ci ildə Azərbaycan Respublikası Quru Qoşunları Məktəbində NATO standartlarının 

tətbiqinə başlanan zaman bəzi qanuni sənədlərin hazırlaması prosesində biz də iştirak etmişik. 

“Azərbaycan Hərbi Məktəblərində Təhsil Haqqında Qanun” adlı sənədin ilkin layihə formasını 

şəxsən biz hazırlamışıq. Bundan başqa bir çox əsasnamə, təlimat və nizamnamələrin hazırlanması 

prosesində iştirak etmişik. Həmin o dönəmdə Türk Birliyi yaratmaqla bağlı fikirlərimizi türk dilində 

bir şeirlə ifadə edib 1997-ci ildə “Hərbi Məktəb” jurnalında nəşr etdirmişik. Həmin şeiri olduğu 

kimi təqdim edirik: 

 

 



VER ELİNİ, TÜRK OĞLU 

 

Bir babanın evladıyız,  



Birdir annemiz, dilimiz! 

Gücümüz birliktedir,  

Birleşsin tutan elimiz! 

Kırk kavim bir milletiz,  

Bir köke bağlı ilimiz! 

Birleşsin ırmağımız,  

Dünyayı sarsın selimiz! 

Bir selin damlasıyız,  

Ver elini, Türk Oğlu! 

Biz kardeş olmalıyız,  

Ver elini, Türk Oğlu! 

 

 



Yüzyıllar ayrılığı  

Sardı bizi, yad olmadık! 

Yabancı yalvarışı,  

Hoş sözüne şad olmadık! 

Ayrı düşmüş kardeşe  

Zor anda imdat olmadık! 

Toyunda davul sesi,  

Yasında feryat olmadık! 

Birliye dalmalıyız,  

Ver elini, Türk Oğlu! 

Biz kardeş olmalıyız,  

Ver elini, Türk Oğlu! 

 

 

“Türk” deme her ortağa,  



Sofrada Türküm yiyene! 

Sözümü söylüyorum  

Yürekten “Türküm” diyene! 

Türk odur destek ola  

Bu şarkım, türküm diyene, 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



40

Kalbinin her atışı:  

“Ne mutlu Türküm diyene”! 

Türküz, Türk kalmalıyız,  

Ver elini, Türk Oğlu! 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin