I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Qaz kəmərinin muhafizə zonası nə deməkdir?



Yüklə 493,24 Kb.
səhifə10/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   6   7   8   9   10   11   12   13   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Qaz kəmərinin muhafizə zonası nə deməkdir?

Qaz kəmərinin muhafizə zonası - qaz kəmərlərinin və onların uzərində qurasdırılan qurğuların və avadanlıqların normal səraitdə istismar edilməsini və zədələnmədən qorunmasını təmin etmək ucun qaz kəməri boyu və qazpaylayıcı səbəkələrin digər obyektləri ucun nəzərdə tutulan və xususi sərtlərlə istifadə olunan ərazidir.

  1. Yeni tikilmiş qaz kəmərlərinin istismarda olan qaz kəmərlərinə qoşulması üçün əsas sənəd hansıdır?

Yeni tikilmiş qaz kəmərlərinin istismarda olan qaz kə­mər­lərinə qoşulması üçün əsas, Dövlət Qaz Nəzarəti İdarəsinin nümayəndəsinin iştirak etdiyi səlahiyyətli komissiya tərəfindən, həmin obyektin istismara qəbulu haqqında rəsmiləşdirilmiş aktdır.

  1. Qaz təchizatı müəssisəsində qəza, təmir-bərpa xidmətləri (qəza-dispetçer xidməti) nə məqsədlə yaradılır?

Qəzaların məhdudlaşdırılması və ləğvi üzrə işlərin ye­rinə yetirilməsi, eləcə də qazın qəbulu, istehlakçılara paylanması və qaz kəmərlərində normal təzyiq rejimlərinin saxlanması üçün hər bir Qaz təchizatı müəssisəsində qəza, təmir-bərpa xidmətləri (qəza-dispetçer xidməti) yaradılır.
Bu xidmətlərin işi bütün gün ərzində təmin edilməlidir.

  1. Qaz təchizatı sistemlərinə xidmət edən qəza, təmir-bərpa xidmətlərinin idarəetmə sisteminə nələr daxildir?

  • qazın təchizatçılardan qəbul edilməsi və istehlakşılara bu­raxılması rejimlərinin tənzimlənməsi;

  • təchizatçılar tərəfindən qazın verilməsində müqavilə şərtlə­rinə (qazın tərkibinin texniki şərtlərə uyğunluğuna, proqnozlaş­dırılan qazın həcminə, müəyyən edilmiş təzyiq rejimlərinə) əməl edilməsinə nəzarət;

  • təchizatçıların növbətçi heyəti ilə bütün gün ərzində operativ rabitə əlaqəsinin saxlanması;

  • xidmət olunan qaz nəqli xətləri və şəbəkələrinin normal və xüsusi şəraitlərdə (qaz çatışmadıqda, qəza vəziyyətində, qaz kəmərlərinin ayrı-ayrı sahələrində təmir işləri yerinə yetirildiyi zaman, yeni obyektlər (qaz kəmərləri, QTM-lər, iri istehlakçılar) istismara buraxıldıqda iş rejimlərinin tənzimlənməsi;

  • qaz təchizatı sistemində qazın təzyiqi və sərfi üzrə toplan­mış rejimlərin təhlili, QTM-in fəaliyyət zonasının müəyyənləş­dirilməsi, sistem üzrə eyni vaxtda qazın təzyiqinin ölçülməsi, qaz şəbəkəsinin yeni daha səmərəli iş rejimlərinin işlənilməsi və tətbiq edilməsi, bütövlükdə sistemin və onun ayrı-ayrı rayonları üçün təzyiq rejimlərinin tənzimlənməsi üzrə metodikaların işlənilməsi;

  • qaz çatışmazlığı müddətində qaz təchizatı qrafikinə uyğun olaraq iri istehlakçıların (obyektlərin) qaz təchizatı şəbəkəsindən açılması və qoşulması;

  • təmir, qəza, yeni qaz kəmərlərinin qoşulması işləri yerinə yetirilən zaman qaz şəbəkəsinin ayrı-ayrı sahələrinin açılması və ya onlarda qazın təzyiqinin aşağı salınması;

  • lazımi istismar sənədlərinin aparılması və saxlanılması.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin